Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


proteksionizmi  ilə  üz-üzə  qalırlar.  Dünya  iqtiadiyyatının  üzvi



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə114/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   110   111   112   113   114   115   116   117   ...   130

proteksionizmi  ilə  üz-üzə  qalırlar.  Dünya  iqtiadiyyatının  üzvi 
tərkib hissəsinə çevrilmək üçün müvafiq beynəlxalq təşkilatlarla 
qarşılıqlı  razılığa  gəlməyə  və  onların  tam  səlahiyyətli  üzvü 
olmağa  məhkumdurlar.  İqtisadi  fəaliyyətin  liberallaşdırılması, 
açıq  iqtisadiyyat  tipinə  keçid  zərurəti  də  məhz  buradan 
qaynaqlanır. Kiçik istisnalarla əksər MDB ölkələri milli bazarın 
tədricən  və  sektorlar  üzrə  differensiyal-  laşdırılmış  formada 
xarici sahibkarlar üçün «açılışı» kursu da yuxanda deyilənlərin 
məntiqinə söykənir. 
Apardığımız araşdırmalar göstərir ki, ticarət fəaliyyətinin 
liberallaşması  nəticəsində  milli  ixracatçıların  vəziyyəti  heç  də 
hissediləcək 
dərəcədə 
(bə’zilərinin 
iddia 
etdiyi 
kimi) 
yaxşılaşmamış, 
əksinə, 
onlar 
hal-hazırda 
iki 
istiqamətdən-rəqabətin  güclənməsi  və  süni  məhdudiyyətlərin 
tətbiqi-birbaşa  təsir  altındadırlar.  Süni  məhdudiyyətlərin 
qaynaqlandığı  əsas  baza  inkişaf  etmiş  ölkələrin  MDB-ə 
münasibətdə tutduqları mövqe ilə şərtlənir. Belə ki, həmin ölkələr 
MDB  üzvlərinin  milli  iqtisadiyyatlarının  bazar  xarakteri 
daşıdığını  qəbul  etmək  istəmirlər.  Və,  nəticədə  də  postsovet 
ölkələrinə  qarşı  ayrı-seçkilik  məzmunu  daşıyan  ticarət 
qaydalarından 
istifadə 
edirlər. 
Məsələn, 
antidempinq 
qaydalarından  istifadə  etməklə  MDB  ölkələrinin  uzunmüddətli 
dövr ərzində yüksək texnologiya, eimtutumlu məhsullar bazarına 
çıxışını  dayandırmağa  çalışır  və  hələ  ki,  buna  böyük 
müvəffəqiyyətlə  nail  olurlar.  Sırf  nəzəri-metodoloji  mövqedən 
yanaşdıqda,  MDB  ölkələrinin  (yenə  də  kiçik  istisnalarla)  milli 
iqtisadiyyatlarının  bazar  xarakteri  daşıdığını  qəbul  etməmək 
mümkünsüzdür.  İqtisadiyyatın  strukturu,  özəl  sektorun 
ümuminkişafda  yeri  və  rolu,  ümumiyyətlə,  iqtisadi  fəaliyyətin 
funksional məzmunu MDB məkanında bazarın qərarlaşdığından 
xəbər  verir.  Lakin,  bu  bazarlar  sisteminin  normal  yaxud 
qeyri-normal,  yaxud  deformasiyaya  uğramış  formada  fəaliyyəti 
tam  başqa  bir  söhbətin  mövzusudur  və  buna  görə  bazarın 
varlığını  inkar  etmək  mənasızlıqdır.  Eyni  zamanda,  MDB 
ölkələri keçid dövrünü yaşayırlar deyimi heç də o anlama gəlmir 
ki,  bu  məkanda  bazar,  bazar  münasibətləri  yoxdur.  Axı,  keçid 
dövrü  istilahı  təkcə  bazarla,  onun  varlığı  yaxud  yoxluğu  ilə 
məhdudlaşmır.  Əvvəlki  paraqraflarda  da  göstərdiyimiz  kimi, 
keçid  dövrü  sistem  dəyişikliyidir  və  ictimai  birgə  yaşayış 
qaydalarında forma, təzahür dəyişkənliyini 
337 


özündə  ehtiva  edir.  Bu  mənada,  onu  yalnız  bazarla  bağlamaq 
yalnışlıqdır. 
Digər 
tərəfdən, 
iqtisadi 
demokratiyanın 
qərarlaşması,  mənafe  qrupları  yaxud  subyektləri  arasında 
tarazlığın formalaşması prosesi uzunmüddətli vaxt intervalı tələb 
edən  problemlərdir.  Onların  müqayisəli  əsasda  rüşeym 
formasında mövcudluğunu əldə əsas tutaraq iqtisadiyyatın bazar 
xarakterini inkar etmək heç bir çərçivəyə çıxmır. 
Bə’zi 
müəlliflər 
müasir 
şəraitdə 
modernləşmə 
strategiyasının  alternativi  kimi  regional  rəqabətqabiliyyətliliyi 
konsepsiyasını irəli 
sürürlər’
^3. 
Mə’lumdur  ki,  bu  konsepsiya  ilkin  olaraq  M.Porter 
tərəfindən  işlənmişdir.  Geosiyasi  və  geoiqtisadi  anlamlarda 
müəyyən  elmi  maraq  doğuran  regional  rəqabətqabiliyyətliliyi 
konsepsiyası  Avropa  İttifaqı  inteqrasiya  blokunun  timsalında 
sübuta  yetirilə  bilən  nəzəri  ümumiləşdirmədir.  Lakin,  bu 
konsepsiya praktiki tətbiq nöqteyi-nəzərindən universal xarakter 
daşımır.  Onun  MDB  gerçəkliyinə  tətbiqi  əməli  surətdə 
qeyri-mümkündür.  Və,  bu  qeyri-mümkünlük  təkcə  keçid 
dövrünün  və  iqtisadi  geriliyin  yaratdığı  şəraitlə  şərtlənmir. 
MDB-in  inteqrasiya  bloku  kimi  siyasi  örtüyü  və  onun  haçansa 
modernləşəcəyinə  ümidin  azlığı  regional  bütövlüyə  söykənməklə 
həyata keçirilə biləcək hər hansı bir birgə fəaliyyəti, o cümlədən 
Qərb  standartlarına  uyğunlaşmaq  yolunda  effektiv  vasitə  olan 
regional 
rəqabətqabiliyyətliliyin 
təminatını 
bəri 
başdan 
mümkünsüz edir. 
Bununla belə, hissəvi yanaşma çərçivəsində regional bazann 
həm  makroiqtisadi  modelinin,  həm  də  inkişaf  strategiyasının 
formalaşdırılmasında  ayrı-ayrı  üzv-ölkələrə  məxsus,  yaxud 
dövlətlərarası  qarşılıqlı  razılaşma  yolu  ilə  (regional  səviyyədə 
üzv-ölkələrin  birbaşa  iştirakı  nəzərdə  tutulur)  yaradılan  yaxud 
mövcud olan iri biznes subyektlərinin orta və uzunmüddətli dövr 
üçün  rəqabətqabiliyyətliliyinin  təminatı  problemi  başda  gələn 
məsələlərdən biridir. 
Bu sfera MDB regional bazan üçün həm nəzəri, həm də praktiki 
anlamda  yenidir.  Qeyd  edilən  problemin  amillər  kompleksini 
özündə əks etdirən məntiqi asılılığı aşağıdakı şəkildən görmək olar 
(Şək. 7.I.). 
133 
А.Н.Праздничных. Региональная конкурентоспособность как 
феномен глобализации. Автореферат кандидатской диссертации. 
Москва, 1999, стр.7. 
338 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə