Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə106/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   102   103   104   105   106   107   108   109   ...   130

3.
 
Təbii  inhisarlann  fəaliyyətilə  əlaqədar  olan 
qiymətlər və onlann səviyyəsinin optimallaşdınlması yekun olaraq 
bütövlükdə qiymət siyasətinin əsas dəyişənlərindən biri kimi çıxış 
edir. 
Qiymətlərlə bağlı təbii inhisarların dövlət tənzimlənməsinin 
konseptual  prizmadan  çıxış  nöqtəsi  əlverişli  qiymət—»maliyyə 
nəticələri—»investorların cəlb edilməsi üçlüyünün dialektik vəhdət 
halında  götürülməsindən  doğmalıdır.  Başqa  sözlə,  söhbət  təkcə 
təbii inhisarlardan «qorunmadan» deyil, eləcə də təbii inhisarların 
«qorunmasından»  getməlidir.  Yə’ni,  bu  halda  nəticə  olaraq 
istehlakçı mənafelərinin tarazlaşdınlması təmin olunmalıdır. Eyni 
zamanda, makroiqtisadi siyasətin stabilliyinin təminatında qiymət 
mexanizminin  tənzimlənməsi  zamanı  ortalığa  çıxan  imkanlardan 
tam  şəkildə  yararlanmalı,  xərclərin  infliyasiyası  «görməməzliyə» 
vurulmamalıdır.  Eləcə  də,  bu  aspektdə  sırf  prosessual  məzmun 
daşıyan məsələlərə də xüsusi diqqət yetirilməlidir: 
1)
 
Tariflərin  struktur  müəyyənləşdirilməsində  ayn-ayrı 
istehlakçı qrupları üçün tətbiq edilən əsas prinsip xərclərin effektiv 
şəkildə müə)^ənləşdirilməsinə istinad etməlidir. 
2)
 
Təbii  inhisar  subyektləri  aşağıdakı  istiqamətlərdə 
stimullaşdınimalıdırlar: 
-izafi məşğulluğun aradan qaldırılması; 
-Xidmətin keyfiyyətinin yüksəldilməsi
-İnvestisiyalardan istifadə effektivliyinin artıniması; 
-Məhsul vahidinin xərctutumunun aşağı salınması. 
Beləliklə,  göründüy^kimi,  təbii  inhisarlann  antiinhisar 
tənzimlənməsireyni  växt^əraində  3  problemin  paralel  surətdə 
həllinə, nail olmahd^^^ 
1)
 
İstehİakçı hüquqlannın mühafizəsi; 
2)
 
Təbii  inhisarların  dövlət  tənzimləməsinin  (əsasən 
qiymətlərlə 
bağlı) 
makroiqtisadi 
sabitliyin 
qorunmasına 
yönəldilməsi; 
3)
 
Təbii  inhisar  subyektlərinin  zərərsiz  və  rentabelli 
fəaliyyətinin təşkili. 
314 


Sağlam rəqabət mühitinin formalaşdınlması və mühafizəsi, 
istehlakçı 
hüquqlannm 
müdafiəsi, 
eləcə 
də 
qiymət 
disproporsiyalarının aradan qaldırılması istiqamətində antiinhisar 
siyasətinin intensiv tətbiqi inhisarçı fəaliyyətin tənzimi prosesində 
profilaktik tədbirlər sistemi kimi də çıxış edir. Bunun üçün müasir 
keçid  dövrünə  xas  olan  və  əsasən  funksional  məzmun  daşıyan 
istiqamətlərdə  fəaliyyətin  aktivləşdirilməsi  zəruridir.  Antiinhisar 
nəzarətinin  əhatə  etdiyi  sferaya  (profilaktik  tədbirlər  sistemi 
nöqteyi-nəzərdən) aşağıdakılan aid etmək məqsədəuyğun olardı: 
1)
 
Keçid dövrü ərzində iqtisadiyyatın və ələlxüsus ticarətin 
(başlıca  olaraq  əcnəbi  firmalara  münasibətdə)  yüksək 
inhisarlaşmış  sahələrində,  o  cümlədən  əcnəbi  mənşəli  fırmalann 
formalaşdırdıqlan  oliqopolik  qarşılıqlı  asılılığın  mal  (xidmət) 
bazarlannda  dövlət  tərəfindən  qiymətlərə  nəzarətin  təşkili 
(məsələn, antidempinq prosedurasından fəal istifadə edilməsi); 
2)
 
Təbii  inhisarlarla  bağlı  tariflərin  ərazi  differensiyasi- 
yasına yol verilməməsi; 
3)
 
Vergi  yükünün  daxili  istehlakdan  xammal  ixracatı 
sferasına keçirilməsinə çalışmaq; 
4)
 
Bazar,  qiymətlər  və  malyeridilişi  sferasında  forma 
müxtəlifliyindən  asılı  olmayaraq  kartel  razılaşmalanna  qarşı 
sanksiyalann  tətbiqini  intensivləşdirmək  və  onun  effektivliyinin 
yüksəldilməsinə nail olmaq
5)
 
İdxalat  mallarının  keyfiyyətinə  nəzarət  texnologiyası  və 
mexanizmini  milli  istehsalçılar  üçün  qüvvədə  olan  standartlara 
uyğunlaşdınimasını tə’min etmək. 
315 


VII
 
FƏSİL. REGİONAL BAZARIN 
MAKROİQTİSADİ MODELİ VƏ İNKİŞAF 
STRATEGİYASI 
SSRİ-nin  süqutu  sosial-siyasi,  eləcə  də  milli  aspektlər 
nöqteyi-nəzərindən  tarix  i-təkamül  prosesinin  məntiqi  nəticəsi 
keyfiyyətində qəbul olunur. Mahiyyətcə müxtəlif olanlar arasında 
determinoloji  bağlılığın  formalaşmaması  gec  ya  tez  müxtəlif 
zorakı üsullarla yaradılan sistemin dağılması ilə sonuclanmalı idi. 
Sözsüz  ki,  imperiyanın  süqutu  fenomenal  hadisə  deyildir.  Bu 
mənada  ki,  onun  bəşər  tarixində  çoxlu  sayda  analogiyası 
mövcuddur.  Bununla  belə,  qeyd  etdiyimiz  hadisə  dövlət 
müstəqilliyi əldə etmiş milli respublikaların inkişaf probleminə bir 
sıra spesifik xüsusiyyətlər və çətinliklər də gətirmişdir. 
Dezinteqrasiya prosesinin kəskin intensivliyi, üfiqi əlaqələr 
sisteminin  (respublikalararası)  direktiv  göstərişlə  formalaşması, 
xarici  iqtisadi  fəaliyyət  sferasında  təcrübəsizlik  və  s.  amillərin 
təsiri  real  bazarın  yoxluğu  şəraitində  həqiqətən  də  «çıxılmazlıq» 
situasiyası formalaşdırmışdır. 
Göründüyü  kimi,  bütün  bunların  fonunda  postsovet 
məkanında  regional  iqtisadi  qruplaşmanın  yaranmasını  təkcə 
siyasi  aspektlərlə  bağlamaq  düzgün  olmazdı.  Əlbəttə,  bu  səpgili 
amillərin  sözügedən  bloklaşma  prosesində  rolu  danılmazdır. 
Bununla belə. Müstəqil Dövlətlər Birliyinin meydana çıxm.asında 
sırf sosial-iqtisadi səciyyə daşıyan problemlər prosesin müqəddəm 
şərtləri keyfiyyətində çıxış etmişlər. 
Müstəqil  Dövlətlər  Birliyi  1991-ci  ilin  dekabr  ayında 
Belovejsk  sazişi  əsasında  üç  ölkənin-Rusiya,  Ukraina  və 
Belarus-təsisçiliyi  ilə  yaradılmışdır.  Hal-hazırda Birliyin  12  üzvü 
vardır. Azərbaycan 1993-cü ildən MDB-nin üzvüdür. 
Üzv-ölkələr MDB-nin yaradılmasında əsas məqsədlər kimi 
aşağıdakıları ön plana çəKTşIər: j l)Üzv-ölkəIər arasında uzun illər 
ərzində formalaşmış kooperasiya əlaqələrinin və daha çox səmərə 
verə bilməsi ümid edilən effektiv qarşılıqlı bağlılığın qorunub 
saxlanılması; 
316 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə