|
Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professoryaratmaq mümkünsüzdür. Və, nəzərə alsaq ki, təzyiq altında
yaratmaq mümkünsüzdür. Və, nəzərə alsaq ki, təzyiq altında
məcburi parçalanmaya getmiş inhisarçı strukturun yenidən alayı
formada peyda olması bəri başdan əvvəlki subyektə xas müsbət
yönümlü hər şeyin sərf-nəzər edilməsi ilə nəticələnəcəkdir, onda
antiinhisar siyasətinin mənfi effekti ilə üz-üzə qalacağıq. Məsələn,
milli gəlirə zərər vura bilmə qabiliyyətində olan kartellər (əsasən
mərkəzi qərargahı olanlar) Avstriyanın müvafiq qanunu ilə ləğv
edilir yaxud yaranışına icazə verilmir. Nəticədə qeyri-formal
razılaşmalar meydana çıxır ki, onların fəaliyyəti üzərində
nəzarətin təşkili isə, ümumiyyətlə mümkün deyildir. Son dövrlərdə
ABŞ-da tətbiq edilən qayda-inhisarçı strukturların məcburi
parçalanması və vahid mərkəz tərəfindən həmin hissələrin idarə
edilməsi mümkünsüzlüyünün təminatına yönəldilmiş tədbirlər
sistemi bu baxımdan müəyyən effekt verə bilər. Lakin, onun da
zaman məhdudiyyəti mövcuddur. Başqa sözlə, göstərilən yönümlü
tənzimləmənin uzunmüddətli dövr ərzində tətbiqi imkan
xaricindədir.
fkincisi, əvvəlki paraqraflarda da qeyd etdiyimiz kimi
firmalann birləşməsi yaxud qovuşmasını yalnız inhisaryaradan
proses kimi səciyyələndirmək yalnışlıqdır. Əvvəlki fikirlərimizə
əlavə olaraq göstərmək mümkündür ki, iri subyekt kiçik (fərdi)
subyektlə müqayisədə potensial istehlakçının tələbatının yüksək
səviyyədə ödənilməsində daha çox maraqlıdır. Ona görə ki,
fəaliyyət sferasına yatırdığı sərmayədən daha böyük gəlir götürə
bilər. Bundan başqa, iri subyekt müəyyən qənaətin əldə olunmasını
təmin edir. Fəal rəqabətin dəstəklənməsinə yönəldilən dövlət
siyasətinin tətbiqi şəraitində qənaət əldə etmək imkanı əhəmiyyətli
dərəcədə məhdudlaşır. Elə buradaca qeyd etmək lazımdır ki,
bütün bunlann ən’ənəvi formada, yə’ni bazarın azsaylı, subyektləri
arasında bölgüsünə əsaslanan kartellərə heç bir aiddiyyatı yoxdur.
Ən’ənəvi formada fəaliyyət göstərən kartellər nəinki qənaət əldə
etməyə imkan yaradır, əksinə, həqiqətən də neqativ iqtisadi
effektin meydana çıxmasında əsas rollann ifaçılarından biri kimi
hərəkət edir. Və, nəticədə zəif iqtisadi subyektlərin saxlanılmasına
şərait yaradır.
İnhisarçı fəaliyyətin tənzimində dövlətin antiinhisar
səciyyəli siyasətinin digər bir istiqaməti iri bazar subyek
303
tlərinin davranış tərzinə təsir göstərmək imkanı ilə şərtlənir. Yə’ni,
iriləşmə prosesi ilə mübarizə aparmaqdansa, dövlət potensial
rəqabəti mühafizə etmək yolu ilə elə tədbirlər həyata keçirə bilər ki,
inhisarçı hakimiyyətdən istifadə iri subyektin mənafeyinə uyğun
olmasın. Tezisin mahiyyəti bundan ibarətdir ki, əgər istehsalın
həcminin süni surətdə aşağı salınması və yüksək mənfəət
götürməyə imkan verən qiymətlərin tətbiqi sahəyə yeni rəqiblərin
axınını yaradarsa, onda sözügedən yönümlü inhisarçı fəaliyyət
öz-özlüyündə dayana bilər. İqtisadi nəzəriyyədə «klub» metodları
kimi xarakterizə olunan üsullardan yararlanmağa çalışan inhisarçı
strukturların cəzalandırılması qeyd edilən yanaşma çərçivəsində
daha real görünür.
İnhisarçı fəaliyyətin tənzimində antiinhisar siyasətinin
'Üzləşdiyi mürəkkəb problemLə.rdən biri subyektlərarası
mübarizədə istifadə edilən və dəqiq müəyyənləşdirilməsi xüsusi ilə
çətin olan (bəzi hallarda isə ümumiyyətlə, mümkün olmayan)
üsullarla bağlıdır. Bu nöqteyi-nəzərdən əsas iki üsul fərqləndirilə
bilər:
I.
«Boğucu» rəqabət yaxud «dağıdıcı» dempinq;
II.
Boykotun müxtəlif formalarının tətbiqi.
Ümumiyyətlə, müasir şəraitdə ən mühüm problemlərdən
biri rəqabət və inhisarlaşma arasında düzgün mütənasibliyin
qurulması və mühafizəsi məsələsidir. Aksiomatik anlayışlar
sırasında rəqabətin əsas bazar kateqoriyası olması da özünə yer
almışdır. Əslində bazarın inkişafı elə rəqabət münasibətlərinin
inkişafı deməkdir. Düzdür, yalnız neoklassik modelləşdirməyə
əsaslanmaqla yuxarıda göstərdiyimiz mütənasibliyin formalaşması
yaxud mühafizəsini nəinki praktiki, hətta sırf nəzəri aspektdən də
dərk etmək və ona nail olmaq mümkünsüzdür. Müasir iqtisadi
həyatda nə «xalis inhisan>, nə də «azad» rəqabət yoxdur. Əvvəlki
paraqraflarda da klassiklərə istinadla göstərdiyimiz qarşılıqlı
bağlılıq yaxud inhisar və rəqabətin sintezi sözün müstəqim
mənasında həm formula, həm hərəkətdir. Yə’ni, real bazar
münasibətləri şəraitində rəqabət istehsalın yeganə tənzimləyici
keyfiyyətində çıxış etmir.
Müasir təsərrüfat mexanizmi qeyd edilən aspektdə bazar
tənzimləməsini dövlət və inhisar idarəetməsi ilə dialektik
304
vəhdətdə götürür. Sözsüz ki, rəqabət üçlü tənzimləmənin
əsaslanndan biridir. Lakin, o adətən qeyri-mükəmməl formada
çıxış edir.
İqtisadi nəzəriyyədə qeyri-mükəmməl rəqabətin aşağıdakı
xüsusiyyətləri fərqləndirilir:
1 )İnhisarçı birliklərin öz aralarında və eləcə də kiçik və
orta sahibkarlarla apardığı rəqabət. Bu halda həm alıcı, həm də
satıcılar mal üzərində inhisarçı, mövqelərindən istifadə edir,
qiymət manipuliyasiyası ilə məşğul olurlar;
2)
Əgər «azad» rəqabətdə başlıca məqsəd hər şeydən əvvəl
məhsul satışının təmin edilməsi ilə şərtlənirsə, qeyri- mükəmməl
rəqabət şəraitində məqsədlər kompleksi ortalığa qoyulur. Yə’ni,
söhbət təkcə satışın təminatı ilə bitmir. Eləcə də, satış bazarlarının,
resurs bazarlannın, elmi-texniki nailiyyətlərin və kredit
resurslannm inhisarlaşmasına can atılır;
3)
Bu halda rəqabətin əhatə dairəsi ifrat dərəcədə
genişlənir. Artıq o, tədavül sferasından birbaşa istehsala, sahələr
arasından sahədaxili rəqabətə, ümumtəsərrüfat səviyyəsinə
yüksəlir;
4)
Qeyri-mükəmməl rəqabət hər şeydən əvvəl innovasiya
sahibkarlığına əsaslanır ki, bu da məhsul vahidinin xərc tutumunu
aşağı salmaq imkanını yaratmaqla rəqabət mübarizəsində
müəyyən üstünlüklər əldə etmək şəraiti formalaşdınr;
5)
Rəqabətin forma genişliyi meydana çıxır. Belə ki,
ən’ənəvi qiymət rəqabətinə qeyri-qiymət və haqsız rəqabət də əlavə
olunur. Rəqabət mübarizəsinin 3 əsas formasının xarakterik
xüsusiyyətləri aşağıdakı cədvəldə verilmişdir (cədvəl 6.I.).
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, inhisarçı
fəaliyyətin tənzimlənməsi istiqamətində yüksək səmərə əldə
etməyin əsas yollarından biri rəqabətin tənzimlənməsi və
antirəqabət praktikasının (inhisar bünün ən yüksək səviyyəsidir)
qarşısının alınmasıdır. Bu halda söhbət ondan gedir ki, inhisar
yaratmaq qabiliyyətində olan və ümumiyyətlə, effektiv rəqabət
mühitinə mənfi təsir göstərən fəaliyyət formaları ya birbaşa ləğv
edilsin, ya da əhəmiyyətli dərəcədə məhdudlaşdınisın.
305
Dostları ilə paylaş: |
|
|