çıxmasında mühüm rol oynamışdır. Eyni zamanda, qeyd edilən
aspektin prioritetliyinin mütləqləşdirməsi inhisar və inhisarizm
problemlərinin tarixi, kökləri və onlann təkamülü prosesini aydın
şəkildə
dərketmə
imkanlarını
əhəmiyyətli
dərəcədə
məhdudlaşdırır. Bütün bunlar heç də o demək deyildir ki,
inhisar—>-bazar cütlüyü inkar edilir. Əksinə, bazaraqədərki
dövrünün spesifikasını nəzərə almaqla mövcud olan inhisarçı
təmayülləri araşdırmaq, elə nəticə etiban ilə inhisarizmin
sosial-siyasi, tarixi və iqtisadi əsaslarının məcmu şəkildə əhatə
edilməsi anlamına gəlir.
Beləliklə, fikrimizcə, inhisarm yaranma tarixini (ələlxüsus,
inhisarizm
fenomeninin
təsir
imkanlarını
araşdırmaq
baxımından) iki əsas mərhələyə ayırmaq məqsədəuyğun olardı:
1 .Bazaraqədərki dövr: Antik inhisar;
2.Bazar dövrü. Bu dövrü də iki yerə ayırmaq olar: Klassik
inhisar dövrü; Müasir inhisar dövrü.
Tarixi mənbələr göstərir ki, antik inhisar başlıca olaraq^
aşağıdakı istiqamətlərdə təzahür etmişdir:
1)
Etnik inhisar; Hələ eramızdan əvvəl 522-426-cı illərdə 1
Daranın dövründə əcnəbi tacirlərə ticarət etmək qadağan
olunmuşdur. Bu hal etnik əlamət üzrə ticarət əməliyyatlarının
qadağan olunmasının başlanğıcı idi. Bu təcrübə Pekində XX əsrin
əvvəllərinə qədər mövcud olmuşdur. Müasir yanaşma
baxımından etnik inhisarçılığı sırf , siyasi mahiyyət daşıması
prizmasından «qapalı» inhisarm rüşeymi hesab etmək olar;
2)
Təbii inhisar; Bu hal əsasən Avropada (bürünc və
dəmir məmulatlarının hazırlanmasında ayn-ayn ustaların öz
üsulları var idi), o cümlədən, bizim eradan əvvəl II minillikdə
Qədim Misirdə mövcud olmuşdur (Nil sahilində taxıl
yetişdirməklə bağlı);
3)
Üçüncü tir inhisar meylləri isə hakimimyyətə münasibətlə
əlaqədar meydana çıxmışdır ki, onun • da 'iki növünü fərqləndirmək
olar: Hakimiyyətə olan hüququn məhdudlaşdırılması; Yalnız
müəyyən qrupun hakimiyyətə gəlmək imkanının qəbul olunması.
173
Bundan başqa, Roma imperiyasının bütün tarixi orzində
taxıl ticarəti dövlətin inhisarında olmuşdur və s. İnhisarın bazara
qədərki təzahür formalanna aid çoxlu sayda misallar gətirmək
mümkündür. Lakin, bu sadalananlar kifayətdir ki, hər iki dövr
arasında başlıca fərqin nədən ibarət olduğunu müəyyən etmək
mümkün olsun. Göründüyü kimi, bazaraqədərki dövrdə
inhisarçı meyllərin meydana çıxmasında iqtisadi proseslərin elə
bir əhəmiyyətli təsiri olmamışdır. Problem bütün mahiyyəti ilə
siyasi iradəyə bağlı olmuşdur.
İnkişafın bazar dövründə isə inhisann meydana çıxmasında
iqtisadi proses, onun məzmun və mahiyyəti həlledici rola malik
olmaqla, qeyri-iqtisadi amillərin təsir gücünü heç də azaltmamış,
əksinə daha da gücləndirmişdir.
Araşdırmalarımız göstərir ki, klassik inhisar bazar
münasibətlərinin
atributu kimi,
bir qayda
olaraq
təmərküzləşmənin məntiqi nəticəsi keyfiyyətində tədqiq olunmuş
və alınan yekuna müvafiq olaraq müxtəlif məzmunlu elmi
baxışlar formalaşdınimışdır.
Təhlil materialları birmənalı şəkildə belə bir qənaətə
gəlməyə imkan verir ki, həqiqətən də inhisarla iqtisadiyyatın
«qapalılığı» və totalitarizm arasında ifi*at dərəcədə sıx qarşılıqlı
bağlılıq mövcuddur. Amma, bu heç də o demək deyildir ki, hər iki
fenomen arasında mexaniki surətdə bərabərlik işarəsi
qoyulmalıdır. Başqa sözlə, inhisarizm adlandırdığımız sistemli
yaranışın sırf siyasi xarakter kəsb edən istiqaməti bir sıra
hallarda (konkret situasiyalardan asılı olaraq) avtonom formada
da təzahür edə bilər. Yə’ni, inhisar istənilən şəraitdə totalitar
idarəetmə təmayüllərini doğumr demək, əlbəttə ki, yanlışlıq
olardı. Qısaca olaraq, belə bir qeyd etməyi zəruri sayınq ki,
inhisar fenomeninin təzahürü və formalaşdırdığı situasiyalar açıq
və qapalı iqtisadi sistemlərdə bir-birindən əhəmiyyətli dərəcədə
fərqlənir (şək. 4.2.).
Beləliklə, əvvəllərdə qeyd etdiyimiz kimi, istehsal Və
kapitalın təmərküzləşmə (mərkəzləşmə) dərəcəsinin artım
tempinin getdikcə yüksəlməsi nəticə etiban ilə vahid dövlət yaxud
beynəlxalq inhisara səbəb olacaqdır tipli yanaşma (Marksistlər,
Oyken və s.) XX əsrin 30-cu illərindən sonra baş verən köklü
dəyişikliklər üzündən qəbul edilməzdir.
174
«Qapalı» iqtisadiyyat
«Açıq» iqtisadiyyat
1 .İnhisann ölçüləri daha
böyükdür.
2.
İnhisar iqtisadi münasibətlərin
müstəqil subyekti deyil.
3.
İstehsalın inhisarlaşma dərəcəsi
daha yüksəkdir.
4.
Bazarda həmişə inliisarçı
situasiya olur;
5.
Hətta potensial rəqabət
imkanları belə yoxdur.
1 .inhisann ölçüləri o qədər böyük deyil.
2.
İnhisar iqtisadi münasibətlərin müstəqil
subyektidir.
3.
İstehsalın inhisarlaşma dərəcəsi nisbətən
aşağıdır.
4.
Bazarda həmişə inhisarçı situasiya
olmur;
5.
İnhisarlar arasında kəskin rəqabət
mövcuddur.
Şək, 4.2. Inhisarçılığm «qapalı» va «açıq» iqtisadiyyat
şəraitind» fərqli xüsusiyyətləri.
İBütün bunlarla yanaşı, hər iki hal üçün oxşar cəhətlər də
olmamış deyildir:
1)
Hər
iki halda istehlakçı seçimi məhdudlaşdırılır;
'/
2)
İstehsal xərclərinin azaldılması yönümlü stimullanh
yoxluğu və mənfəətin gizli yaxud açıq şəkildə qiymətlərin
yüksəldilməsi hesabına əldə olunması;
3)
İnnovasiya prosesi stimullaşdınimır.
Bazar münasibətlərinin xüsusi atributu kimi inhisarın
təsnifləşdirilməsində mövcud olan yanaşma müxtəlifliyi də məhz
əvvəllər qeyd etdiyimiz amillər çoxluğuna baxışda fərqli seçim
tərzlərinin ortalığa qoyulmasından irəli gəlir. Məsələn, klassik
yanaşmaya görə inhisar 3 istiqamətdə təzahür edə bilər:
1)
İstehsal vasitələri üzərində inhisar;
2)
İstehsal şəraiti üzərində inhisar;
3)
«Özündə şey» tipli inhisar: Yə’ni, istehsalın və kapitalın
təmərküzləşməsi nəticəsində meydana çıxan inhisar.
Müasir yanaşma isə inhisarın əsasən 4 formasını
fərqləndirir:
1)
Təbii inhisar: Bazarda mal təklifinin bir firma
tərəfindən formalaşdınidığı təqdirdə sahənin uzunmüddətli orta
xərcləri minimum səviyyəyə enir.
2)
Təşkilati inhisar: Eyni profilli müəssisələrin idarəetmə
obyektlərinin sayım azaltmaq məqsədilə birləşməsi, məsələn,
idarə inhisarçılığı, Nazirlik və s.
3)
Texnoloji inhisar: Belə bir nöqtədən çıxış edir ki,
mövcud texnologiya bazasında müəyyən məhsula olan tələbi bir
yaxud bir neçə müəssisə ödəmək iqtidarındadır. Onların
175
Dostları ilə paylaş: |