Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


müəyyənlik—>Rəqabət^Qcyri-müəyyənlik



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə61/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   57   58   59   60   61   62   63   64   ...   130

müəyyənlik—>Rəqabət^Qcyri-müəyyənlik 
triadasmm 
formalaşdırdığı anlaşılmazlığa qərq olur. 
Problemin qəlizliyi ondadır ki, qeyri-müəyyənlikdən doğan 
rəqabətin  (nəticəsi  məlum  olan  şey  rəqabət  doğurmaz)  özü  də 
qeyri-müəyyənlik doğurur. 
Göründüyü kimi, inhisar prosesinə metodoloji yanaşmanın 
qısa  xülasəsi  də  sübuta  yetirir  ki,  inhisarlaşma  hər  şeydən  əwəl 
qeyri-müəyyənlikdən  qaçma  cəhdi  kimi  təzahür  edir.  Kəmiyyət 
ölçüsü  olan  madiyyatın  rasional  karkulyasiyasmm  aparılması 
mümkünsüz  olan  proscsdaxili  «intriqalarda»  onun  itirilmə 
təhlükəsi  əlahiddə  mövqe  qazanma  istəyini  tamamilə  təbii  bir 
istək keyfiyyətində ortalığa çıxarır. 
Beləliklə, hər hansı bir bazar subyektinin inhisarçı^ mövqe 
uğrunda çarpışmasında «qəbahətli» heç də yoxdur. Ona' görə ki, 
inhisarçTmovqe ən azı aşağıdakılara nail olmaq imkanı yaradır:
 

•  ' 
1)
 
Konkret  mal  bazannda  rəqabətin  məhdudlaşdırılması, 
onun müəyyən mənada «əhliləşdirməsi»; 
2)
 
Qeyri-müəyyənliyin 
əhatə 
dairəsini 
əhəmiyyətli 
dərəcədə  daratmaqla  bir  sıra  problemlər  və  risklərdən 
uzaqlaşmaq imkanı; 
3)
 
Bazarda  hökmran  mövqeyə  nail  olma  və  iqtisadi  gücü 
öz əlində cəmləşdirmək; 
4)
 
Bazardakı «oyun qaydalanm» diqtə etmə imkanı; 
5)
 
Bazar  subyeldlərinə,  hətta  ümummilli  mənafelərə  öz 
maraqları prizmasından təsir göstərmək imkanı; 
6)
 
Qiymətqoymada liderlik; 
7)
 
Yüksək inhisar mənfəəti əldə etmə imkanı və s. 
Həmçinin, inhisarlaşmanın bazar iqtisadiyyatı üçün 
yabançı  bir  proses  olduğunu  iddia  edənlərin  də  müəyyən 
arqumentləri  olmamış  deyildir.  Burada,  sadəcə  olaraq  eyni 
anlayışa  fərqli  baxışlar  ön  plana  çıxarılır.  Belə  ki,  müasir  elmi 
fikirdə iqtisadi liberalizm əksər hallarda ideoloji liberalizmlə eyni 
mahiyyət daşıyan anlayışlar kimi səsləndirilir. Aydındır ki, məhz 
«liberal» prizmadan iqtisadi münasibətlərin və bazarın sərbəstliyi 
mütləq anlamda dərk edilməməlidir və 
179 


 
edilmir də! Axı, bazarın, əgər belə demək caizdirso, mütləq 
hökmranlığı demokratiya ilə qətiyyən bir araya sığmır və 
nəticə etibarı ilə «hakimiyyətin» iri kapitalın «əsarətinə» 
keçməsinə gətirib çıxanr. Həmin məntiqi zəncirin hərəkətə 
gətirdiyi proses, yəni «azad» və məhdudiyyətsiz rəqabətin 
inhisarlaşma ilə yekunlaşması labüdleşir. Problemin məhz bu 
miqyasda qoyuluşu bir sıra amillər baxımından qaçılmazdır. 
Belə ki, əvvəla, inhisar yaxud inhisarlaşma prosesi nəinki 
bazar demokratiyasına yaxud bazar münasibətlərinin demokra- 
tikliyinə öldürücü zərbə endirir, həmçinin şəxsiyyət azadlığını 
məhdudlaşdırır. İkincisi, qeyd edilən yönümdə proseslərin 
inkişafı cəmiyyət üzərində azsaylı «sahibkar» inhisarının 
formalaşmasına gətirib çıxaracaqdır. 
Ümumiyyətlə, bazar sərbəstliyi yaxud azadlığı 
keyfiyyətinə can atmaq ən azı məntiqi antinomiya doğunır. Öz 
mahiyyəti etibarı ilə bazar demokratik dəyərlər sisteminə aid 
deyil (sözün mütləq mənasında). Tam «azad» bazar 
demokratiyanı məhv edü*. 
^Bazara yanaşmada, tənzimləmə nöqteyi-nəzərindən, 
-kritik nöqtə istehsalçı OıkTaTının yaxud’""sSıibkar ağalığın 
yaranması prosesinin start xəttidir. Məhz bu xəttdən sonra 
anarxiya gəlir. Məhz bu proses bazarın fiaskosu ilə yaxud özü- 
özünü məhv etməsi ilə nəticələnir. 
^ Beləliklə, əgar h^ç hir 
—faAÜyycıt- 
göstərən bazar əks-demokratik mahiyyət daşıyırsa, onda 
sosial-siyasi və iqtisadi münasibətlər kompleksinin normal 
mütənasibliyi məzmunca elə bazar kortəbiiliyinin aradan qal- 
dırdmasına söykənməlidir. Belə ki, qeyd etdiyimiz 
qərarlaşmanın baza müstəvisi bazar münasibətləri ilə 
şəxsiyyət azadlığının dialektik vəhdətindən qaynaqlanır. 
v.^^Öigər tərəfdən, araşdırdığımız problemə fərqli nəzəri 
bazaə§asfflÖ§r^3aşmaqKf^ 
fərqli nəticələr eldə edə 
bilərik. Belə ki, inhisar fenomeninə sinergetik yanaşma 
mahiyyətcə, həm prosesin start anını, həm də nəticədə 
meydana çıxan «yaranışı» fərqli müstəvidə şərh edir. Bu 
konsepsiyanın məntiqindən çıxış etsək, onda belə alınır ki, XX 
əsrin 30-cu illərinə qədər formalaşmış inhisarlar bazarda 
180 


meydana 
gələn 
fluktasiya 
proseslərini 
öz 
gücü 
ilə 
neytrallaşdıraraq 
milli  iqtisadiyyatların  sabit,  dayanıqlı 
inkişafında mühüm rol oynamışlar. * 
Amma, digər tərəfdən, şübhəsiz ki, inhisarlar labüd surətdə 
tələb və təklif arasında kəskin natarazlığın aramsız olaraq təkrar 
istehsalına, başqa sözlə, defisitin təkrarlana- təkrarlana artımına 
səbəb olurlar ki, nəticədə də iqtisadi sistem illər keçdikcə özünün 
hipotetik tarazlıq vəziyyətindən daha çox uzaqlaşır. Və, beləliklə, 
inhisarın özü fluktasiya prosesinin məntiqi nəticəsi keyfiyyətində 
meydana çıxır. Həmin məntiqlə davam etsək, deməli natarazlığın 
daha  da  güclənməsi  Özünün  böhran  həddinə  çatanda 
(bifurkasiya  nöqtəsi)  xaos  başlanır  və  bundan  sonra  iqtisadi 
sistemin  özünü  təşkili  prosesi  start  götürür.  Yeni  tipli  qaydalar 
meydana  çıxır  və  iqtisadiyyat  ya  qapalı,  ya  da  açıq  (mümkün 
variantlar  çoxluğundan  hansı  alternativin  prioritet  mövqeyə 
çıxmasından  asılı  olaraq)  tipli  səciyyə  daşımağa  başlayır. 
Beləliklə,  sinergetik  konsepsiya  birmənalı  şəkildə  bəyan  edir  ki, 
inhisar öz məzmunu etibarı ilə tamamilə fərqli və müxtəlif iqtisadi 
sistemlər formalaşdıra bilər. Göründüyü kimi, bu problemə bizim 
yanaşma tərzimiz yekun olaraq sinergetik baxışla üst-üstə düşür. 
Maraqlı  cəhət  bundadır  ki,  inhisar  fenomeninin  həm 
klassik,  həm  də  müasir  yozumları  ilə  Azərbaycan  gerçəkliyi 
arasında əhəmiyyətli dərəcədə böyük fərqlər mövcuddur. 
§ 3, AZƏRBA YCAN «İNHİSARININ» SPESİFİK 
XÜSUSİYYƏTLƏRİ VƏ QLOBAL MEYLLƏR 
'-f 
 
Azərbaycanda, 
eləcə 
də 
əksər 
sabiq 
mütəffıq 
respublikalarda inhisarizmin tamamilə fərqli özəl xüsusiyyətləri 
mövcuddur.  Və,  bu  xüsusiyyətlər  əsasən  sabiq  SSRİ-iqtisa- 
diyyatınm  idarəedilməsi  prinsiplərindən  qaynaqlanır.  İnzibati- 
amirlik  sistemi  öz  daxili  təbiəti  etibarı  ilə  iqtisadiyyatın  bütün 
sahələrində  hər  hansı  bir  formada  olursa-olsun,  rəqabəti  sərf- 
nəzər edirdi. Bu iqtisadiyyat bütün sferaları əhatə edən mərkəzi 
planlaşmaya, 
qiymətqoymanın 
dövlət 
tənzimlənməsinə, 
maddi-material resurslarının mərkəzləşdirilmiş bölgüsü- 
181 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə