Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Göründüyü  kimi,  ictimailəşmənin  əvvəlki  tipi  birmənalı



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə63/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   59   60   61   62   63   64   65   66   ...   130

Göründüyü  kimi,  ictimailəşmənin  əvvəlki  tipi  birmənalı 
düzxətt  səciyyəsi  daşımaqla  inhisarın  meydana  gəlməsi  ilə 
yekunlaşır.  Müasir  şəraitdə  isə  bu  proses  heç  də  həmişə  inhisarçı 
fəaliyyət  doğurmur.  Yə’ni,  kapitalın  «iriləşməsi»  əsasında  gedən 
təmərküzləşmə  yalnız  konkret  iqtisadi  situasiya  çərçivəsində 
əlverişli zəminin mövcudluğu bazasında inliisara çevrilə bilər. 
Digər  tərəfdən,  müasir  keçid  dövrü  şəraitində  effektiv 
rəqabət  mühitinin  yoxluğu  da  maliyyə  kapitalının  formalaşması 
prosesinə əlavə olaraq spesifik özəlliklər gətirir. Hal-hazırda ölkədə 
qərarlaşmış  «baha»  kapital->«ucuz»  bazar  situasiyası  real 
gerçəkliyin  mahiyyətindən  doğan  məntiqi  nəticə  olsa  da  və  eyni 
zamanda,  beynəlxalq  əmək  bölgüsü  sistemində  layiqli  yer  tutmaq 
istəyinin intensivləşdirilməsinə çalışılsa da, nəticə etibarı ilə maliyyə 
kapitalının  formalaşmasında  klassik  baxışın  üstünlüyünə  gətirib 
çıxanr.  Apardığımız  araşdırmaların  da  məntiqi  yekunu  elə  ondan 
ibarətdir  ki,  maliyyə  resurslarının  təsərrüfat  sub’ektləri 
çərçivəsində cəmlənməsi qeyd edilən spesifikliyin təsiri ucbatından 
onların effektiv istifadəsi üçün imkan yaratmır. Eyni zamanda, real 
bazar prosesinə müvafiq olaraq birləşmə və qovuşmalann yoxluğu, 
daha çox sub’ektiv xarakterli struktur dəyişikliklərinə yol verilməsi 
təmərküzləşmənin  doğurduğu  miqyas  effektindən  (maliyyə 
resurslarından  effektiv  istifadə  yönümündə)  səmərəli  surətdə 
yararlanmam bəri başdan mümkünsüz edir. 
İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  maliyyə 
kapitalının 
formalaşdınlmasmda 
xoldinqlər, 
investisiya, 
maliyyə-sənaye qrupları mühüm rol oynayırlar. 
Azərbaycan  şəraitində  isə  sözügedən  təşkilati  formalar 
epizodik  xarakter  daşımaqla,  hələ  də  sosial  proses  səviyyəsinə 
çıxmamışlar.  Göründüyü  kimi,  keçid  dövrü  şəraitində  istehsal  və 
kapitalın  təmərküzləşməsi  daha  çox  sub’ektiv  amillərin  təsirinə 
məruz  qalmaqla  başlıca  olaraq  inhisaryaradan  proses  kimi  çıxış 
edir. Eyni zamanda, bu mənada istehsal və elmi- texniki potensialın 
diversifıkasiyasmın  aparılmaması,  texnoloji  problemlərin  getdikcə 
kəskinləşməsi nə miqyas effektindən, 
185 


nə  də  sinergetik  effektdən  (daimi  xərclərin  azaldılması 
istiqamətində)  yararlanmağa  imkan  vermir.  Və,  istənilən  halda 
sub’ektiv  amillərin  prioritet  xarakteri  tədavül  sferasının  aynca 
götürülmüş  sub’ekt  tərəfindən  təmərküzləşməsinə,  beləliklə  də, 
istehsal->tədavül  qarşılıqlığında  effektiv  bağlılığın  qırılmasına 
gətirib  çıxanr.  Xarici  iqtisadi  fəaliyyətə  münasibətdə  isə  bu  hal 
daha  ağır  nəticələrlə  sonuclanır.  Belə  ki,  iriləşmiş  təsərrüfat 
sub’ekti çərçivəsində diversifikasiyanın aparıl- maması innovasiya 
proseslərinə  mənfi  təsir  göstərməklə  texnoloji  geriliyi  daha  da 
möhkəmləndirir  və  məntiqi  nəticə  olaraq  «qapalı»  dairə  yaradır. 
Yə’ni, formaca «açıq», məzmunca isə «qapalı» sistem formalaşdırır 
ki, bunun da hər cür effektivlikdən uzaq olduğunun heç bir sübuta 
ehtiyacı yoxdur. 
Real bazar münasibətlərinin hələ fonnalaşma mərhələsində 
olması  tədqiq  etdiyimiz  problemin  daha  da  kəskinləşməsinə 
əhəmiyyətli dərəcədə təsir göstərir. Bu hal həm milli səviyyədə, həm 
də xarici rəqabətə qarşı duruş gətirməkdə əlavə çətinliklər doğur. 
Bütün  bunlarla  yanaşı  qeyd  edilməlidir  ki,  firmalararası 
bazar  münasibətlərinin  tənzimlənməsi,  onun  pərakəndəlik 
xassəsindən  yaxa  qurtarmaq  istəyi  eyni  zamanda,  transaksion 
xərclərə  qənaət  etmək  zəruriliyi  ilə  paralel  olaraq  istehsal  və 
kapitalın  təmərküzləşməsi  prosesində  mühüm  rol  oynayırlar. 
Təsərrüfat  sub’ektlərinin  inteqrasiyası  ən  azı  öz  aralarında  olan 
qarşılıqlı  əlaqələrin  məqsədyönlü  istiqamətdə  tənzimlənməsinə, 
təsadüfilik  və  xarici  effektin  təsir  gücünün  ifrat  dərəcədə 
azaldılmasına əhəmiyyətli dərəcədə təsir göstərir. 
Müasir  qloballaşma  bir  proses  olmaq  etibarı  ilə  inhisar- 
laşmanın məzmun və mahiyyətində getdikcə daha qabarıq şəkildə 
nəzərə  çarpan  özəl  xüsusiyyətlərin  meydana  çıxmasına  təkan 
vermişdir. 
Əvvəla.  söhbət  XjC  əsrin  ikinci  yarısından  etibarən 
güclənən və artan sürətlə İqtisadi proseslərə daxil olan elmi- texniki 
nailiyyətlərdən, onlann tətbiqi nəticəsində baş vermiş 
18
() 


köklü  keyfiyyət  dəyişikliklərindən  gedir.  Elmi-texniki  tərəqqinin 
inhisara təsiri üç istiqamətli səciyyə daşıyır: 
 ------- jb)fefchsaİTiriTnggfgftliTüTnüntrfnrateTfair*^gSh^^ 
s.)  əhəmiyyətli  dərəcədə  azaltmaqla  ayn-ayn  sahələrdə  yüksək 
rentabelli  müəssisələrin  miqyasını  aşağı  salmışdır.  İnhisar 
kateqoriyasına yalnız iri deyil, eləcə də kiçik və orta müəssisələrin 
düşməsi yuxarıda qeyd etdiyimiz prosesin məntiqi nəticəsidir. 
2)
 
ETT  yeni  məhsul  problemini  həll  etməklə  rəqabəti 
gücləndirir; 
3)
 
ETT inhisarçı mövqenin stabili iyinə təhlükə yaradır. 
İkincisi, müasir inhisarlaşma beynəlmiləl xarakter 
daşıyır.  (Kapitalın  transmilliləşməsi,  ələlxüsus  sahələrarası 
inteqrasiya  ən’ənəvi  yanaşmalara  tamamilə  yeni  çalarlar  gətirir. 
Söhbət,  hər  şeydən  əvvəl  istehsal  və  kapitalın  coğrafi 
təmərküzləşməsində  subregional  və  qlobal  səviyyələrin  dominant 
mövqelərə  keçməsindən  gedir.  Əsasən  kapitalın  transmilliləşməsi 
çərçivəsində baş verən bu proses inhisar görüntüsünü arxa plana 
keçirir  ki,  nəticədə  də  onunla  səmərəli mübarizənin  təşkili  nəinki 
ayrıca götürülmüş bir ölkə səviyyəsində, eləcə də regional miqyasda 
faktiki olaraq mümlcünsüzləşir. Başlıca olaraq maliyyə-investisiya, 
əmtəə  və  xidmət  axınlarının  intensivləşməsi  ilə  müşayət  olunan 
transmilliləşmə 
mahiyyətcə, 
əcnəbi 
mənşəli 
inhisarizmin 
fomıalaşması  və  ümummilli  mənafelərə  kəskin  müdaxiləsi  üçün 
əlverişli  zəmin  yaradır.  Xarici  iqtisadi  fəaliyyətin  ardıcıl 
liberallaşdırılması,  investisiya  axınları  sferasında  hər  cür 
maneələrin  aradan  qaldırılması  və  hətta,  onun  bütün  mümkün 
vasitələrlə  stimiıllaşdırılması  qeyd  edilən  prosesi  əhəmiyyətli 
dərəcədə sürətləndirir. 
Ayrıca  götürülmüş  bir  ölkənin  real  sektoruna  asanlıqla 
həyata  keçirilən  müdaxilə  tədavül  sferasının  da  elə  həmin 
istiqamətdə  təmərküzləşməsi  və  mərkəzləşməsini  mümkün- 
ləşdirir.  Və,  yekun  olaraq  milli  bazarla  real  sektor  arasında 
qarşılıqlı  əlaqələr  və  asılılıq  qırılır,  ölkədaxili  konyunkturanın 
formalaşması və dəyişməsi istiqamətləri xarici fınnalardan 
187 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə