Şək. 4.6. Kartelhşmə prosesinin çıxış nöqtələri ilə məqsəd
arasındakı əlaqənin məntiqi sxemL
Beləliklə, məlumdur ki, keçid iqtisadiyyatı şəraitində əsas
problemlərdən biri rəqabət mühitinin formalaşdın İmasıdır. Və,
belə olan halda, kartelləşmənin əks-effckt verəcəyini artıq sübuta
yetirməyə heç bir ehtiyac qalmır. Ümumiyyətlə, inhisarçı
fəaliyyətin sosial-iqtisadi nəticələrinə yanaşmada yekdillik yoxdur.
Böyük əksəriyyət təşkil edən tədqiqatçılar inliisarın yalnız mənfi
xarakterli nəticələrə gətirib çıxardığını qeyd edirlər.
Qərb iqtisadçılarının tədqiqatları göstərir ki, «qiy-
mət->buraxılış» balansının inhisarlar tərəfindən pozulması
ÜDM-un 1-12% həcmində ictimai itkilərlə yelomlaşır. Bəzi
tədqiqatçılar zərərin 6%, digərləri 3% civarında olduğunu
göstərirlər. Yığcam şəkildə götürsək, inhisarın sosial-iqtisadi
inkişaf baxımından təhlukəliliyi äşäğİdäkilarla şərfTənirr““'
" ----- l^ftegufsTänrTqe^-səmərəli bölgüsü;
2)
Tərəqqiyə meylli olmaması;
3)
Gəlirlərin qeyri-bərabərliyi;
4)
Siyasi
təhlükə (milli mənafelərin
korporativ mənafelərlə əvəz edilə bilməsi imkanı) və s.
191
Bizim fıkrimizcə, inhisarçı strukturların bazar fəaliyyətinin
tədqiqi ilkin olaraq ümumnəzəri mövqedən araşdıniması zəruri
olan problemlərin ümumidən konkretə doğru məntiqi ardıcıllığının
müəyyənləşdirilməsindən başlamalıdır. Başqa sözlə, inhisarçı
təmayüllərin
təzahür
sferalannın
sərhədlərini
dəqiq
qiymətləndirmək bu prosesdə mühüm məsələlərdən biridir,
inhisarçı lığın qiymətləndirilməsini aşağıdakı ardıcıllıqla həyata
keçirməyi məqsədəuyğun hesab edirik:
1)
Bütövlükdə istehsal sahəsi miqyasında inhisarçılıq;
2)
Sahədaxili inhisarçılıq;
3)
Milli bazar səviyyəsində inhisarçılıq;
4)
Ayrı-ayrı bazar seqmentləri səviyyəsində inhisarçılıq.
Bəri başdan, onu da qeyd etməyi zəruri sayırıq ki,
ümumidən konkretə yönəlik tipli ardıcıllığın mühümlüyü ayrı- ayrı
səviyyələrin inhisarçı təzahürlərinin gətirdiyi mənfi effektin miqyas
fərqliliyi ilə şərtlənir. Aydındır ki, bütövlükdə istehsal sahəsinin
inhisarlaşmasından doğan sosial-iqtisadi nəticələr ayrı-ayrı
seqmentlərin inhisarlaşmasının müvafiq yekunu ilə bir ola bilməz.
Sözsüz ki, sistemlilik nöqteyi-nəzərindən bu cür yanaşma
ziddiyyətli görünür. Əslində, sözügedən görüntü yalnız zahiri xassə
daşıyır. Yəni, qeyd edilən ardıcıllığın müxtəlif səviyyəli nəticələrlə
yekunlaşmasında sistemsizlik yoxdur və söhbət, bütövlükdə
problemə metodoloji yanaşmanın mahiyyət dəyişikliyindən getmir.
Araşdırma tərzinin qismən fərqli müstəviyə keçirilməsi müasir
keçid iqtisadiyyatının daxili təbiəti ilə dialektik qarşılıqlı
bağlılıqdadır və əsas məqsədimiz də elə real gerçəkliyin təhlili
bazasında yaşadığımız dövrün inhisarçı təmayüllərinə və onların
tədqiqi xüsusiyyətlərinə konseptual baxışın fonnalaşdırılmasıdır.
Beləliklə, sırf nəzəri-metodoloji mövqedən birinci səviyyənin
birmənalı qiymətləndirilməsinə nail olmaq olduqca müşkül
məsələdir. Burada son dərəcə populyar olan neoklassik
tipləşdirmədən istifadə də qeyri-mümkündür. Sadəcə olaraq, ona
görə ki, «sahə» anlayışının dəqiq sərhədləri yoxdur. İnhisarçı
fəaliyyətin qiymətləndirilməsində istifadə edilən əsas üsullardan
biri-müqayisə metodu bu halda
192
«işləmİD>. Ona görə ki, tələbatın ödənilməsi üzrə identiklik
xassəsinə malik, yə’ni tam şəkildə oxşar olan iki sahə tapmaq
mümkünsüzdür.
Hətta, müqayisəyə gətirmək baxımından sahədaxili iri
strukturlann (məsələn, klasterlərin) seçilməsi də mə’nasızdır, 0
nöqteyi-nəzərdən ki, istənilən halda qiymətləndirmə təxmini
xarakterli olacaqdır və tələbatın ödənilməsi keyfiyyəti deyilən
fenomendə fərqliliyi müəyyənləşdirmək lazım gələcəkdir. Qeyd
etdiyimiz fenomen inhisarçı təmayüllərin meydana çıxmasında
yaxud rəqiblərin sıxışdırılması və yekun olaraq məhdudlaşdırıcı
işgüzar praktikanın tətbiqində əsas rollardan birini oynayır. Belə
ki, sözügedən fenomen özündə böyük təsir gücünə malik olan
funksional hərəkətlərin əhəmiyyətli bir hissəsini ehtiva edir: Mal
(xidmət) çeşidinin genişliyi, dərinliyi, harmonikliyi; tələbatlann
ödənilməsində çeviklik; xidmət göstərilən seqmentlərdə qiymətlə
alıcılann gəlir səviyyəsi arasında uyğunluq; satışdan əvvəl və
satışdan sonrakı xidmətin yüksək səviyyəsi və s. Göründüyü kimi,
bütün bunların hər hansı bir kəmiyyət göstəricisi ilə əhatə edilməsi
və qiymətləndirilməsi qeyri-mümkündür. Əlbəttə, bütövlükdə sahə
miqyasında inhisarlaşmanın gətirdiyi sosial- iqtisadi nəticələri
«zərərin» multiplikatoru əsasında hesablamaq olar. Lakin,
istənilən halda əldə edilən yekun sırf hipotetik məzmun daşıyacaq
və heç bir praktiki əhəmiyyət kəsb etməyəcəkdir. Transmilli
korporasiyaların fəaliyyətinin dünya təcrübəsi göstərir ki, filial
çoxluğu heç də pərakəndəlik keyfiyyəti yaratmır. Əksinə, firma
daxili təmərküzləşmə nəinki obyektiv xassəlidir, hətta bir sahə
çərçivəsindən çıxaraq qarışıq sahələr kompleksi formalaşdırmaq
iqtidanndadır.^ Qarışıq sahə strukturlarının yaranmasını
şövqləndirən başlıca səbəb hər hansı bir sahədə əldə edilən
inhisarçı üstünlük və onun əlaqədar strukturlara diffuziyası
prosesidir. Yə’ni, bu halda inhisarçı təmayüllər malgöndərən,
istehlakçı və rəqiblərə də təsir göstərərək təmərküzləşmə
meyllərini əhəmiyyətli dərəcədə intensivləşdirir.
Sahə daxili və milli bazar səviyyəsində inhisarçılığı isə yalnız
nisbi anlamda müəyyənləşdirmək mümkündür. Məsələn, «Bakı
koka-kola Botlers» şirkəti sərinləşdirici
193
Dostları ilə paylaş: |