Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Eyni zamanda, göstərmək lazımdır ki, antiinhisar siyasəti və



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə73/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   69   70   71   72   73   74   75   76   ...   130

Eyni zamanda, göstərmək lazımdır ki, antiinhisar siyasəti və 
rəqabət  siyasəti  bütövlüklə  ümumsosial-iqtisadi  siyasətlə  sıx 
dialektik bağlılıqdadır (şək. 5.3.). 
 
Şək, 5,3. Antiinhisar və rəqabət siyasətinin ümumsosial-iqtisadi 
inkişafla qarşılıqlı bağlılığının sxematik modeli. 
Göründüyü kimi, əlaqə birbaşadır. Rəqabət siyasəti rəqabət 
imkanlarını  və  meylini  stimullaşdınr.  Antiinhisar  siyasəti  isə 
struktur-^davramş^nəticə  üçlüyünün  jəqabətə  mənfi  təsirini 
aradan qaldınr yaxud məhdudlaşdınr. 
Və, bu təsirlər rəqabət prosesi vasitəsilə, ələlxüsus da onun 
dinamizmi 
və 
innovasiya 
funksiyası 
yolu 
ilə 
iqtisadi>^^ätdä'stnıktur dəyişikliklərinə gətirib çıxanr. Bunlar isə 
öz növbəsində iqtisadi artıma təsir göstərirlər. Problemin 
215 


makrosəviyyəli  qoyuluşu  da  açıq-aydın  şəkildə  göstərir  ki, 
sözügedən əlaqələr sisteminin sağlam əsaslarla formalaşdırılması 
bazar  strukturları  və  iqtisadi  subyektlərin  davranış  tərzi  ilə 
bilavasitə  bağlıdır.  Deməli,  inhisarçı  fəaliyyətin  tənzimi 
probleminin  əsas  məsələsi  rəqabət  mühitinin  normallığını  təmin 
etməkdən ibarətdir. 
Beləliklə,  sözügedən  problemə  rəqabət  mühitinin  sağlam 
əsaslarla  formalaşması  nöqteyi-nəzərindən  yanaşmaq  və  bu 
prosesdə  əsas  amillərin  yeri  və  rolunu  ümumyanaşma 
mövqeyindən müəyyən etmək zəruridir (şək, 5.4.). 
 
Şdk. 5.4. Mal bazarında rəqabət mühitinin 
makrosxem atik m odeli. 
Beləliklə, inhisarçı fəaliyyətin tənzimi problemi çərçivəsində 
rəqabət  prosesinin  optimal  gedişinin  təminatı  amillər 
kompleksinin məcmu halda nəzərə alınmasını tələb edir. 
216 


Eyni  zamanda,  qeyd  etmək  lazımdır  ki,  sırf  marketinq 
mövqeyindən yanaşdıqda araşdırdığımız problemin əhatə dairəsi 
əhəmiyyətli  dərəcədə  daralır.  Məsələn,  rəqabət  mühitinin  yalnız 
icjtisadi,  yalnız  bazar  məzmunu  daşıyaıi  anlam  kimi  yozumu 
aşağıdala cəhətləri müəyyənlə^irməyə imkan verir: 
1)
 
Söhbət,  yalnız  bazarda  fəaliyyət  göstərən  firmaların 
qarşılıqlı təsirindən gedir; 
2)
 
Rəqabət-4məhdud  həcmli  tədiyyə  qabiliyyətli  tələbə 
«sahib» olma uğrunda aparılır; 
3)
 
R^q^bət mübarizəsi yalnız fəaliyyət göstərilən bazar 
seqmentində gedir. 

Bu  cür  baxışın  əsasında  sözsüz  ki,  mikrosəviyyə 
subyektinin  maraqlan  dayanır.  Başqa  sözlə,  son  dərəcə  mühüm 
əhəmiyyət  kəsb  edən  problemə  mikrosəviyyə  subyektinin 
«pəncərəsindən»  baxılır.  Və,  rəqabətlə,  inhisarsız-  laşma  ilə 
əlaqədar  olan  bütün  digər  məsələlər  prosesdən  iradi  yolla 
sərf-nəzər edilir. 
Şübhəsizdir  ki,  rəqabət  mühitinə  qeyd  edilən  tərzli 
yanaşma tamamilə təbii xarakter daşıyır. Yə’ni, başqa cürə ola da 
bilməz.  Bizim  iradımız  sadəcə  olaraq,  keçid  iqtisadiyyatı 
şəraitində  rəqabət  siyasəti  və  bütövlüklə  inhisarlara  qarşı 
mübarizənin  sistemli  və  kompleks  səciyyə  daşımasının  zəruriliyi 
ilə bağlıdır. 
Beləliklə, əksər MDB ölkələrində olduğu kimi, Azərbaycan 
Respublikasında  da  rəqabət  mühiti  müasir  tələblər  səviyyəsində 
deyildir.  Bir  sıra  tədqiqatçılar  bu  problemin  həlli  imkanlannm 
kasadlığını  sırf  funksional  fəaliyyətlə  bağlayırlar.  Söhbət,  hər 
şeydən  əvvəl  özəlləşdirmənin  qeyri-  effektivliyindən,  iri 
müəssisələrin məcburi qaydada yenidən qurulmasında buraxılan 
səhvlə*dən və kiçik biznesə zəruri yardımın olmamasından gedir. 
Dünya  ölkələrinin  təcrübəsi  göstərir  ki,  həqiqətən  də  effektiv 
rəqabət mühitinin formalaşmasında dinamik inkişaf potensialına 
malik olan kiçik və orta biznes mühüm əhəmiyyət kəsb edir. Eyni 
zamanda, o da şübhəsizdir və empirik səviyyədə öz təsdiqini tapıb 
ki,  təsərrüfat  subyektləri  arasında  kiçik  və  orta  sahibkarların 
xüsusi çəkisinin yüksəkliyi həm işsizlik probleminin həllində, həm 
də rəqabətin yüksək səviyyədə saxlanılmasında həlledici 
217 


rol  oynayır.  Əlbəttə,  bütün  bunlar  ölkədə,  eləcə  də  bütövlükdə 
MDB 
məkanında 
rəqabət 
mühitinin  formalaşması 
və 
dayanıqlığına  güclü  təsir  göstərmək  iqtidanndadırlar.  Lakin, 
zənnimizcə,  rəqabət  mühiti  ilə  bağlı  bu  gün  mövcud  olan 
problemlər  kompleksinin  həllini  sırf  fonksional  fəaliyyətlə 
bağlamaq müasir gerçəkliyi adekvat şəkildə əks etdirmir və əsasən 
obyektiv səciyyə daşıyan amilləri nəzər-diqqətdən kənarda qoyur. 
Mə’lumdur ki, əksər keçid iqtisadiyyatlı ölkələr eyni vaxt 
intervalmda iki əsas iqtisadi problemi həll etməyə çalışırlar: 
1.
 
Milli  iqtisadiyyatın  formalaşması  və  onun  rəqabət- 
qabiliyyətinin 
5
diksəldilməsi  fonunda  dayanıqlı  inkişafının 
təmini; 
2.
 
Real bazar münasibətlərinin təşəkkülü. 
Müasir  qloballaşma  meyllərinin  güclü  təsiri  altında 
sözügedən problemlərin səmərəli həlli ifrat dərəcədə çətindir. Ona 
görə  ki,  əvvəla,  söhbət  yalnız  iqtisadi  məzmun  daşıyan 
məsələlərdən deyil, bütövlükdə sistem dəyişikliyindən gedir ki, bu 
da  öz-özlüyündə  müasir  situasiyaya  müvafiq  gələn  siyasi,  sosial, 
mədəni  sistemlərin  iqtisadi  sistem  quruculuğuna  paralel  surətdə 
formalaşdırılmasını  tələb  edir.  Tək  bircə  məsələni  qeyd  etmək 
kifayətdir ki, real rəqabət mühitinin əsas daşıyıcılanndan biri olan 
iqtisadi  demokratiya  siyasi  idarəetmənin  prinsiplərindən  və 
sosiumun  ictimai  birgə  yaşayış  qaydalarından  birbaşa 
asılılıqdadır. Demokratik prinsiplər əsasında formalaşan vətəndaş 
cəmiyyəti—»iqtisadi  demokratiya—»real  məzmun  daşıyan 
rəqabət  mühiti—»inkişaf  etmiş  vətəndaş  cəmiyyəti  sillogizmi 
müasir  gerçəkliyin  sosial-  iqtisadi  və  siyasi  təbiətinin  məntiqi 
törəməsidir.  Yə’ni,  rəqabət-keçid  iqtisadiyyatı  şəraitində 
substasional mahiyyət  daşıyır.  Rəqabət  təkcə iqtisadi  kateqoriya 
deyildir.  O,  ölkədə  demokratiyanın  qərarlaşniası  baxımından 
mühüm  əhəmiyyət  kəsb  edən  maddi  bazanın  yaradıcısıdır.  Bu 
baxımdan,  Azərbaycan  da  daxil  "öTmä^,  əksər  postsosialist 
ölkələrində rəqabət mühitinin təşəkkülünü kiçik və orta biznesin 
inkişaf dinamikasından asılı vəzi)^ətə salmaq metodoloji nöqteyi- 
nəzərdən düzgün hesab oluna bilməz. 
218 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə