Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


səciyyələndiririk. Və, bu cür yanaşma həm də ona dəlalət edir ki



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə70/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   66   67   68   69   70   71   72   73   ...   130

səciyyələndiririk. Və, bu cür yanaşma həm də ona dəlalət edir ki, 
rəqabət  mühitinin  formalaşdıniması  və  effektiv  rəqabət 
siyasətinin tətbiqi öz-özlüyündə məqsəd deyil, o, ancaq dayanıqlı 
iqtisadi  inkişafa  nail  olma  prosesinin  əsas  hərəkətverici 
qüvvəsidir yaxud bu qüvvələrdən biridir. Bütün bımlar belə bir 
qənaəti  ortalığa  çıxarır  ki,  effektiv  rəqabət  siyasətinin 
formalaşdıniması və tətbiqi həm inhisaryaradan prosesə məqsədli 
müdaxilənin həyata keçirilməsində, həm də inhisarçı fəalİ
5
^ətin 
tənzimlənməsində aktual əhəmiyyətli bir vasitədir. Daha konkret 
anlamda  bu  o  deməkdir  ki,  rəqabət  siyasəti  inhisarçı  fəaliyyəti 
həm  proses,  həm  də  vəziyyət  kimi  tənzimləmək  yönümlüdür. 
Deyilənlər,  birmənalı  olaraq  ölkədə  inhisarçı  fəaliyyətin 
tənzimlənməsi 
istiqamətlərinin 
müəyyən- 
ləşdirilməsində 
sistemliliyi  təmin  etmək  məqsədilə  rəqabət  siyasəti,  onun 
xüsusiyyətləri  və  müasir  dövrün  spesifikasına  uyğunlaşma 
dərəcəsindən çıxış etməyi tələb edir. 
§2, RƏQABƏTƏ NƏZƏRİ BAXIŞLARIN 
MÜQA YİSƏLİ TƏHLİLİ 
Bəri  başdan,  onu  qeyd  ettnəyi  lazım  bilirik  ki,  rəqabət 
siyasətinin  formalaşdırılınası  və  effektiy  tətbiqi  iki  istiqamətdə 
mövcud olan maneələrin birbaşa təsir dairəsindədir: 
l)
 
Rəqabət  siyasətinin  nəzəri  bazasının'  birmənalı 
qiymətləndirilməsinin  mümkünsüzlüyü;  Hal-hazırda  rəqabət 
nəzəriyyəsi empirik şəkildə yoxlanılması mümkün olan hipotez və 
doktrinalar  məcmusundan  təşkil  olunmuş  bir  nəzəriyyə  kimi, 
hələ tam deyil. Bu hal öz-özlüyündə müəyyən problemlər yaradır. 
Belə  ki,  rəqabət  siyasətinin  qarşısında  duran  problemlərin 
(rəqabətin  ön  şərtlərinin  təmini,  onun  stimullaşdıniması  və 
məhdudlaşdıncı  praktikanın  aradan  qaldınlması)  effektiv  həlli 
üçün  məqsəd,  vasitə,  metod  və  prinsipləri  baxımından  ardıcıl, 
rasional səciyyəyə malik, müasir gerçəkliyə tam şəkildə adekvat 
olan siyasət konsepsiyası lazımdır. Öz-özlüyündə aydındır ki, bu 
konsepsiyanın  çıxış  nöqtəsi  rəqabət  nəzəriyyəsi  olmalıdır.  Elə 
problemin qəlizliyi də buradadır ki, müasir rəqabət 
206 


nəzəriyyəsi  müxtəlif  baxışlann  simbiozundan  ibarət  olan  bir 
məcmuluq  kimi  mövcuddur.  Qaldırdığımız  məsələnin  aktuallıq 
dərəcəsini  daha  aydın  dərk  etmək  üçün  həmin  baxışlann  qısa 
xülasəsini verməyi məqsədəuyğun hesab edirik. Beləliklə, rəqabət 
haqqında  ilk  nəzəri  mülahizələr  klassik  məktəb  tərəfindən  irəli 
sürülmüşdür. Klassiklər rəqabəti individual azadlığa istinad edən 
sərbəst  rəqabət  anlamında  başa  düşürdülər.  Aydındır  ki, 
«Prays-teyken>  situasiyası  klassizmin  nəzəri  ümumiləşdirməsi 
olmaq  etibarı  ilə  özünə  «oxşan>  rəqabət  konsepsiyasını  da 
formalaşdırmışdır.  Əvvəlki  paraq-  raflarda  da  göstərdiyimiz 
kimi bu aspektdə mövcud olan klassik yanaşmalar müasir dövr 
üçün yalnız tarixi əhəmiyyət daşıyır. 
Neoklassizm  isə  klassiklərin  sərbəst  rəqabətini  xalis 
rəqabət  kimi  qismən  modifıkasiya  etmişdir.  Elə  neoklassik 
qiymət  nəzəriyyəsi  də  xalis  rəqabət  modelinə  əsaslanır.  Xalis 
rəqabətin  mərkəzi  prinsipi  normal  mənfəət  (yüksək  inhisarçı 
yaxud həddsiz mənfəətin yoxluğu vacib sayılır) əldə etmə istəyi ilə 
şərtlənir.  Və,  bu  halda  sistem  tarazlığa  gəlir.  Statik  tarazlığı 
müəyyən  edən  xalis  rəqabət  ideal  vəziyyət  hesab  olunur. 
Maraqlıdır  ki,  hələ  vaxtilə  F.Xayek  qeyd  etmişdir  ki, 
mikroiqtisadiyyatın  məntiqi  «ana  xətti»  hesab  edilən  xalis 
rəqabət, elə mülahizələrə söykənir ki, sanki rəqabət ümumiyyətlə, 
mövcud deyildir. «...Məhz bütün bunlar qəribə bir tərzdə iqtisadi 
nəzəriyyə  tərəfindən  «xalis  rəqabət»  adlanıD>^'’.  Düzdür, 
nəzəriyyənin  sonrakı  inkişafı  prosesində  bir  sıra  tədqiqatçılar 
tərəfindən  xalis  rəqabət  modelinə  modifıkasiya  xarakterli 
dəyişikliklər  edilmişdir.  Məsələn,  Paretonun  optimumu, 
Çembcrlin  və  Robinsonun  və  digərlərinin  qeyri-təkmil  rəqabət 
konsepsiyalan  və  s.  bu  qəbildən  olanlar  sırasındadır.  Bütün 
bunlara  baxmayaraq,  xalis  (çox  zaman  «kamil»  sözü  işlədilir) 
rəqabət konsepsiyası rəqabət siy^^nin, ,fbımalaşdi£Üması.. 
■~*deyildfr.'öna görə ki: 
Ç. V 
94 
Ф.фон Хайек. Конкуренция как процедура открытия//МЭ и МО, 
№12, 1989,стр.6. 
207 


1)
 
Bu  halda  rəqabətin  «yaratdığı»  tarazlığın  qrafiki  və 
kəmiyyətcə 
müəyyənləşdirilməsi 
deduktiv 
metoddan 
yararlanmaqla  mücərrəd  ehtimallar  əsasında  həyata  keçirilir. 
Metodoloji  anlamda  bu  o  deməkdir  ki,  neoklassiklər  rəqabətin 
mövcudlu^ndan  doğan  situasiyanın  tədqiqində  verifıkasiya 
prinsipindən yox, a posteriori dərk etmədən çıxış edirlər. Müasir 
tələblər səviyyəsində bu cür yanaşmanı ən yaxşı halda metodoloji 
yalnışlıq saymaq olar. 
2)
 
Neoklassiklər  rəqabəti  proses  kimi  deyil,  vəziyyət 
statusunda nəzərdən keçirir və yalnız rəqabətin «yaratdıqlarını», 
yəni onun nəticələrini araşdınrlar. Başqa sözlə, neoklassiklər üçün 
əsas  olan  dinamik  bazar  prosesi  deyil,  onun  doğurduğu  statik 
vəziyyətdir.  1930-cu  illərin  sonundan  etibarən  iqtisadi  fikirdə 
inhisarçı  fəaliyyətin  diqqət  mərkəzinə  keçməsi  ilə  əlaqədar 
neoklassik  qiymət  nəzəriyyəsindən  rəqabət  nəzəriyyəsinə  keçid 
başlandı.  Bu  baxımdan  Avstriya  məktəbi,  ələlxüsus  M.Clark 
mühüm  rol  oynamışdır.  O  dövr  üçün  yeni  olan  yanaşmanın 
əsasında belə bir nöqteyi-nəzər dayanırdı ki, xalis rəqabət yoxdur, 
olmayıb və gələcəkdə də yaranması ehtimalı mövcud deyil yaxud 
sıfıra yaxındır. Sadəcə olaraq xalis rəqabətə yaxın olan situasiya 
real  məzmunludur  və  o,  ideal  bir  sistemdir.  Başqa  sözlə,  xalis 
rəqabəL-gbjr^inci» 
ən 
yaxşı 
variant 
hesab 
olunur. 
Ancaq,'tamamılənıümkündür ki, rəqabət siyasəti «ideal» vəziyyət 
yarada  hilməsin  (məhdudiyyətlərin  çoxluğu  baxımından).  Onda, 
ikinci  ən  yaxşı  variant  həyata  keçirilir.  Bazardakı  zəruri,  labüd 
məhdudiyyətlərlə birlikdə yaranan bu rəqabət funksional nöqteyi- 
nəzərdən  işləyə  bilən  rəqabət  yaxud  funksional  rəqabət 
adlandınlır. 
Nəzəriyyənin  sonrakı  təkamülü  prosesində  Avstriya 
məktəbinin  tədqiqatlarına  əsaslanmaqla  funksional  rəqabət 
effektiv rəqabətlə əvəz olunmuşdur (Y.Şumpeter, M.Klark və s.). 
Söhbət,  innovasiya  probleminin  bütün  çılpaqlığı  ilə  ortalığa 
qoyulmasından  gedir:  Rəqabət  dinamik  bir  prosesdir;  Onun 
hərəkətverici  qüvvəsi  sahibkarlardır;  Bu  halda  rəqabət  fəal 
sahibkarların  təşəbbüsləri  (yenilikçilik  mövqeyindən)  və  onları 
təqib edən rəqiblərin mübarizəsini əks etdirir. 
208 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə