Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə78/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   74   75   76   77   78   79   80   81   ...   130

Beləliklə, 
iqtisadi 
artım 
və 
iqtisadi 
həyatın 
demokratikləşdirilməsi  arasında  əlaqə  heç  də  mexaniki  səciyyə 
daşımır.  Makroiqtisadi  inkişaf  əyrisinin  yüksələn  xəttlə  gedişi 
hələ 
0
  demək  deyildir  ki,  keçid  iqtisadiyyatı  sistemli  şəkildə 
mahiyyət  dəyişikliyinə  uğrayır  və  real  bazar  münasibətləri 
bərqərar  olur.  Real  bazar  və  iqtisadi  demokratiya  vahid 
mənbənin,  vahid  sistemin  ayrılmaz  tərkib  hissələridir.  İqtisadi 
sub’ektlər  arasında  mənafe  tarazlığının  demokratik  prinsiplərə 
söykənməklə  qarşılıqlı  faydalılıq  konsepsiyası  bazasında 
formalaşdırmaq  zəruriliyi  aydın  şəkildə  dərk  edilən  problem 
olmaqla,  iqtisadi  artımla  yalnız  dolayısı  ilə  əlaqədardır.  Sadəcə 
olaraq,  belə  bir  məntiqlə  ki,  iqtisadi  artımın  yoxluğu  şəraitində 
mənafelərin ödənilməsi problemindən danışmaq mə’nasız- lıqdır. 
Lakin, problemin elə qəlizliyi də məhz bu aspektin üzərinə düşür. 
İqtisadi  artımın  təmərküzləşməsi—»makroiqtisadi  inkişaf 
dinamikasının yüksələn xəttlə gedən “əyrisinin” kiçik bir yaxud 
bir  neçə  qrupun  əlində  cəmlənməsi,  elə  həmin  səvi)^ədən  də 
inhisarizmin aydın təzahürü kimi səciyyələnir. 
Başqa  sözlə,  inhisarçı  fəaliyyətin  nəticə  olaraq  meydana 
çıxardığı situasiya ilə iqtisadi demokratiya fenomeni arasında hər 
hansı bir uyğunluğun yaradılması mümkündürmü sualına bizim 
cavabımız  birmə’nalı  şəkildə  mənfi  olacaqdır.  Ona  görə  ki, 
əvvəla,  nəticə  ilə  mübarizə  nəticənin  “gətirdiklərinin”  aradan 
qaldınlması  səciyyəsindən  alayı  bir  məzmun  daşımır.  Və,  bu 
ümumiyyətlə, qeyri-mümkündür. Yə’ni, təmərküzləşmiş iqtisadi 
güc—»iqtisadi  demokratiya  tandemi  məntiqi  antinomi-  yadan 
başqa  bir  şey  deyildir.  İkincisi,  artımın  təmərküzləşməsi 
prosesinə  qarşı  demokratik  prinsiplərdən  istifadə  olunması 
müəyyən mə’nada maddi bazaya söykənməlidir. 
Başqa sözlə, keçid iqtisadiyyatının spesifikası prizmasından 
yanaşıldıqda iqtisadi artımın ya birbaşa iştirakçılarından, ya da 
təkanverici,  ilhamverici  sub’ektlərindən  biri  mütləq  dövlət 
olmalıdır  ki,  təmərküzləşmə  prosesinin  bütünlüklə  biznesin 
qanunauyğunluqlarının “əsarətindən” xilas edə bilsin. 
231 


üçüncüsü,  iqtisadi  artım-mahiyyətcə  kəmiyyət  yüksəlişi 
xarakteri  daşıyan  mezo  və  mikro  iqtisadi  mühitdə  avtomatik 
olaraq  keyfiyyət  dəyişikliklərinə  gətirib  çıxarmır.  Ona  görə  də, 
kəmiyyətcə  təmərküzləşməni  birmə’nalı  olaraq  inhisarçı 
fəaliyyətin  nəticəsi  kimi  qəbul  etsək  də,  ona,  sözün  müstəqim 
mə’nasında inhisarizmin təzahür forması keyfiyyətində yanaşmaq 
düzgün 
olmazdı. 
Kəmiyyət—»keyfiyyət 
çevrilmələrinin 
dialektikası  hər  şeydən  əvvəl,  fasiləsizliyi,  ardıcıllığı,  diskretliyi, 
funksional  bağlılığı  və  s.-ni  əsas  dəyişənlər  çoxluğu  kimi  özündə 
ehtiva edir ki, onu da birdəfəlik yaxud epizodik yaxud fraqmental 
məzmun  daşıyan  hadisələrə  şamil  etmək  yanlışlıqdan  özgə  bir 
mə’na  kəsb  etməyəcəkdir  və  s.  Problemə  yanaşmanın 
fəlsəfi-məntiqi kökləri inhisarla mübarizənin əsas istiqamətlərinə 
baxışda daha dərin, daha mühüm xarakter daşıyan cəhətlərin ön 
plana  çıxarılmasını  tələb  edir.  Söhbət,  hər  şeydən  əvvəl,  iqtisadi 
demokratiya, 
iqtisadi 
fəaliyyət 
azadlığı 
ilə 
onun 
məhdudlaşdırılması dərəcələri arasında, ələlxüsus inhisar dərəcəsi 
ilə münasibətlərin aydınlaşdın 1- masmdan gedir. 
Bu  baxımdan  ən  böyük  problemlərdən  biri,  bazar 
sub’ektinin  effektiv  fəaliyyəti  nöqteyi-nəzərindən,  biznesin 
“sabah”  formalaşacaq  şərtlər  kompleksini  görə  bilmək  yaxud 
onun  doğurduğu  sahibkarlıq  mühitini  riyazi  dəqiqliklə 
■qiymətləndirmək imkanının yoxluğundadır. 
Qeyri-müəyyənlik 
fenomeninin 
anatomik 
açılışının 
mümkünsüzlüyü  bazar  subzektinin  inhisarçı  olub-olmama- 
Sından  asılı  olmayaraq,  alternativ  fəaliyyət  növlərinin  seçimi 
probleminin yalnız və yalnız ehtimallara söykənməklə real həllinin 
mümkünlüyü  variantını  ortalığa  qoyur.  Problemin  riyazi 
yozumundan  fərqli  olaraq,  iqtisadi  proseslərdə  risklə  bağlı 
ehtimallar  həmişə  hipotetik  deyil,  konlo-et  maddi  itkilərlə 
nəticələnir.  Əslində,  inhisarçı  fəaliyyətlə  bağlı  risk  anlayışı  daha 
çox  səhih  informasiyanın  yoxluğu  anlamına  gəlir  ki,  bu  da 
istənilən  şəraitdə  hegemon  mövqeni  hiss  edilən  dərəcədə 
zəiflətmək  iqtidarındadır.  Digər  tərəfdən,  sahibkarlıq  mühitinin 
perspektiv planda kəskin yaxud az əhəmiyyətli dərəcədə dəyişməsi 
ehtimalı ən yaxşı halda “mümkün hadisə” ümumiləşdirməsi kimi 
qiymətləndirilə bilər. 
232 


Göründüyü  kimi,  ümumnəzəri  baxmın  hətta  ən  səthi 
görüntüləri  belə  “inhisar”  fenomeninin  təhlükəsizliyi  haqqında 
uydurulmuş mifi birmə’nalı şəkildə rədd edir. Elə buradaca qeyd 
etməyi zəruri sayırıq ki, ən cü’zi şəkildə belə mövcud olan rəqabət 
mübarizəsi  inhisar  “özbaşınalığının”  qeyri-mümkünlüyünü  qəti 
olaraq təsbit edir. Həm də, söhbət ifrat sonluqdan, yə’ni hansısa 
hegemon  mövqedə  olan  bazar  subzektinin  sıxışdırılıb 
çıxardılmasından deyil, onun fəaliyyətinin məcmu effektivliyinin 
minimal səviyyəyə salınmasından gedir. 
Bütün  bunlar  həm  də,  ona  dəlalət  edir  ki,  inhisarçı 
subyektin öz fəaliyyət sferasında aparmaq istəyində olduğu (əksər 
hallarda,  bu  məcburi  addım  kimi  xarakterizə  olunur) 
diversifıkasiya, 
yaxud 
fəaliyyətin 
coğrafi 
aspektdə 
genişləndirilməsi 
qeyri-müəyyənliyin 
müxtəlif 
təzahür 
formalannın  kompleks  tə’sirinə  mə’ruz  qalmaqla,  bir  çox  yeni 
problemlər meydana çıxarır. 
Söhbət  açdığımız  “yeni”  problemlər  əslində  stereotip 
baxışları bugünkü situasiyaya uyğunlaşdırmaq cəhdindən başqa 
bir şey deyildir. Yə’ni, əvvəlcədən məhdudiyyət şərtləri müəyyən 
etməklə  (problemə  neoklassik  baxış)  yuxarıda  əks  etdirdiyimiz 
“çıxılmazlıqdan”  yaxa  qurtarmaq  mümkünsüzdür.  Eləcə  də, 
“oyunlar” nəzəriyyəsinə istinad edilməsi də toqquşan mənafelərin 
optimal həllinə gətirib çıxara bilməyəcəkdir.  ______  
Q e y r i   -   m ü ə y y ə n l i k  
 
f
 
'
 
r
 
 
f
 
Faktiki fəaliyyətin 
nəticələri
 
 
Biznes mühitinin 
perspektiv dəyişmələri
 
 
Rəqiblərin davranışı
 
 
f
 
 
 
 
 
 
r
 
X
 
 
Y
 
+
 
2
 
Q e y r i   -   m ü ə y y ə n l i k  
Ş3k. 5.6. inhisarçı mövqenin qorunmasında 
qeyri-m iidyyənlik problemi. 
233 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə