Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Beləliklə, Avropa İttifaqı çərçivəsində antiinhisar siyasətinin



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə86/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   82   83   84   85   86   87   88   89   ...   130

Beləliklə, Avropa İttifaqı çərçivəsində antiinhisar siyasətinin 
konseptual  bazası  bütünlüklə  neoklassizmə  əsaslanmaqla 
blokdaxili  sosio-mədəni  və  digər  aspektlərdə  ortalığa  çıxan 
determinliyi  birtərəfli  qaydada  prosesdən  sərf-  nəzər  edir.  Və, 
əslində, Avropa İttifaqı inhisarlarla deyil, mənafe tarazlığına mənfi 
təsir  göstərən  proseslərlə  mübarizə  aparır.  Yuxarıda  gəldiyimiz 
qənaətin  gerçəkliyi  sözügedən  inteqrasiya  bloku  daxilində  tətbiq 
edilən  antiinhisar  siyasətinin  rəsmi  konsepsiyasının  məzmunu  ilə 
tam şəkildə sübuta yetirilir. 
Hal-hazırda,  Avropa  İttifaqının  antiinhisar siyasətinin  əsas 
çıxış  nöqtəsi  təsərrüfat subyektinin  hegemon  mövqeyindən  doğan 
nəticələrə söykənir. Əgər, bu halda tələbə uyğun olaraq mal çeşidi 
vaxtlı-vaxtmda 
yeniləşirsə, 
bazara 
daxil 
olan 
malların 
rəqabətətablılığı, 
keyfiyyət  səviyyəsi  yüksəlirsə,  qiymətdən 
elastiklik  mövcuddursa,  onda  antiinhisar  tədbirlərinə  əl  atılmır. 
Başqa  sözlə,  inhisarçı  strukturlar  əks-inhisarlaşma  prosesinə 
mə’ruz qalmırlar. 
Problemin qoyuluşu, eləcə də ona konseptual baxışın daxili 
təbiəti  açıq-aydın  şəkildə  göstərir  ki,  Avropa  İttifaqı  antiinhisar 
siyasətinə,  ümumiyyətlə,  rəqabət  mühitinin  formalaşmasına 
yanaşmada  neoklassizm  çərçivəsindən  çıxmaq  fikrində  deyildir. 
Gəldiyimiz  qənaətin  doğruluğu  sözügedən  inteqrasiya  blokunun 
antiinhisar  praktikasının  spesifik  xüsusiyyətləri  ilə  əyani  şəkildə 
sübuta yetirilir. 
Araşdırmalarımız 
göstərir 
ki, 
Avropa 
İttifaqında 
inhisaryaradan proseslərlə mübarizə əsasən və başlıca olaraq bazar 
subyektlərinin birləşməsi (qovuşması) yönlüdür və eyni zamanda, 
bu  aspektdə  antiinhisar  tədbirlərinə  əl  atmanın  özü  də  müəyyən 
çərçivə ilə məhdudlaşır. Bu halda ilkin olaraq birləşmənin miqyası 
müəyyənləşdirilir.  Əgər  bu  birləşmə  Blok  miqyaslıdırsa,  onda 
Avropa İttifaqının №4064/89 saylı Təlimatı tətbiq edilir. Birləşmə 3 
kriteriya əsasında qiymətləndirilir: Dünya üzrə dövriyyə; Avropa 
İttifaqı çərçivəsində dövriyyə və onun coğrafi bölgüsü. 
Əgər birləşən (qovuşan) firmaların məcmu dünya dövriyyəsi 
5 mlrd. ƏKYH; Blok çərçivəsində isə 250 mln. 
255 


ƏKyH-dan  çoxdursa,  onda  birləşmə  (qovuşma)  Avropa  İttifaqı 
miqyaslı  hesab  edilir.  Eyni  zamanda,  göstərmək  lazımdır  ki,  hər 
hansı  bir  üzv-ölkənin  daxilində  və  ona  məxsus  olan  fırmalann 
birləşməsi  sırf  milli  məzmun  daşımaqla  istisna  təşkil  edir  və  bu 
prosesə  sözügedən  Təlimat  tətbiq  edilmir.  Yə’ni,  bu  halda  da 
həmin  birləşmə  (qovuşma)  milli  qanunvericiliyin  təsir  dairəsinə 
düşür. 
Avropa  İttifaqının  qanunvericiliyində  birləşmə  (qovuşma) 
prosesləfilSənhdə 
nəzarətini IH ofqän həyata 
keçirir:  Komissiya  və  Avropa  rnəhkəməsi.  Eyni  zamanda,  üzv- 
ölkələrin'büpfosesəqarışması  imkanlan  da  mövcuddur.  Belə  ki, 
bunun üçün iki istisna nəzərdə tutulur: 
1)
 
Əgər  üzv-ölkə  Komissiyaya  sübut  edə  bilsə  ki,  birləşmə 
(qovuşma)  onun  daxili  bazarının  hər  hansı  bir  seqmentində 
rəqabətin normal gedişinə maneə yarada bilər; 
2)
 
Rəqabətə  aidiyyəti  olmayan  məsələlərdə  Komissiya  ilə 
paralel  surətdə  hərəkət  edə  bilər.  Məsələn,  ictimai  təhlükəsizlik 
(müdafiə kompleksi sferasında); İnformasiya üzərində mülkiyyətin 
ifrat təmərküzləşməsi və s. 
Firmaların 
birləşməsinin 
(qovuşmasının) 
qiymətləndirilməsində Komissiya iki kriteriyadan çıxış edir. 
1 )Birləşmənin (qovuşma) bazannın strukturuna təsiri; 
2)
 
Birləşmənin (qovuşma) blokdaxili rəqabətə təsiri. 
Əgər birləşmə Avropa İttifaqı iqtisadi məkanında rəqabətin 
normal gedişinə əhəmiyyətli dərəcədə təsir göstərərsə, onda həmin 
müqavilə  qadağan  edilir.  Bununla  yanaşı,  firmanın  hegemon 
mövqedə  olmasını  qiymətləndirmək  üçün  Komissiya  həmin 
subyektin  fəaliyyət  göstərdiyi  mal  bazannı  müəyyənləşdirir  və 
onun coğrafi xarakteristikasını nəzərə almaqla hegemon mövqenin 
mövcud olub-olmamasını dəqiqləşdirir. Birləşmə (qovuşma) üçün 
qoyulan limit bazar payının 25%- dən çox olmasıdır. 
Antiinhisar  prosedurasının  pozulmasında  əsasən  aşağıdakı 
tədbirlərdən istifadə olunur: 
1)
 
Qadağa; 
2)
 
Cərimə; 
256 


3)
 
Zəmanət 
(birləşən 
firmaların 
Komissiyaya 
verdikləri zəmanət). Buna əsasən aşağıdakılar aid edilir: Qiymətli 
kağızların  bir  hissəsini  rəqib firmalara  satmaq; Müstəsna  hüquq 
verməklə satışın təşkili üzrə münasibətləri yenidən qurmaq. 
Qeyd  etmək  lazımdır  ki,  əksər  keçid  iqtisadiyyatlı  ölkələr 
antiinhisar  qanunvericiliyinin  formalaşdıniması  və  antiinhisar 
siyasətinin  tətbiqində  prinsip  etiban  ilə  Avropa  sisteminə 
maksimum uyğunlaşma istiqaməti götürmüşlər. 
Rusiya I^ederasiyasmda^^ 
qanunvericiliyi çoxlu 
sayda qanun, sərəncam və normativ aktlara əsaslanır ki, bunların 
içərisində də 9 qanun və normativ akt, o cümlədən 22 mart 1991-ci 
il 
tarixli 
«Əmtəə 
bazarlarında 
inhisarçı 
fəaliyyətin 
məhdudlaşdıniması  və  rəqabət  haqqında»,  30  noyabr  1995-ci  il 
tarixli  «Maliyyə-sənaye  qruplan  haqqında»,  17  avqust  1995-ci  il 
tarixli  «Təbii  inhisarlar  haqqında»,  14  aprel  1998-ci  il  tarixli 
«Xarici  ticarətdə  Rusiya  Federasiyasının  iqtisadi  maraqlarının 
mühafizəsi  üzrə  tədbirlər  haqqında»  və  s.  qanunlar  əlahiddə 
əhəmiyyət  kəsb  edir.  Rusiyada  antiinhisar  siyasətini  həyata 
keçirmək,  bazar  strukturlannı  dəstəkləmək,  əmtəə  bazarlannda 
inhisarçı  təmayülləri  aradan  qaldırmaq  məqsədi  ilə  ilkin  olaraq 
Antiinhisar  siyasəti  üzrə  Dövlət  Komitəsi  və  ərazi  orqanları 
yaradılmışdır. Lakin, bu struktur öz fəaliyyətində gözlənilən effekti 
əldə  edə  bilmədi  və  1999-cu  ildə  həmin  orqanın  bazasında 
Sahibkarlığa  kömək  və  antiinhisar  siyasəti  üzrə  Nazirlik  təsis 
edildi. Eyni zamanda, bu vaxta qədər müstəqil fəaliyyyət göstərən 
bir  sıra  profil  strukturları-nəqliyyatda  təbii  inhisarlan 
tənzimləmək üzrə Rusiya Federal xidməti; Rabitə sferasında təbii 
inhisarlan  tənzimləmək  üzrə  Rusiya  Federal  xidməti;  Kiçik 
sahibkarlığın dəstəklənməsi və inkişafı üzrə Dövlət Komitəsi yeni 
yaradılan Nazirliyin tərkibinə daxil edildilər. 
Rusiya  Federasiyasının  antiinhisar  qanunvericiliyinə  görə 
müəssisə o halda inhisarçı hesab olunur ki, əvəzedicisi (substitut) 
olmayan,  yaxud  komplementär  (tamamlayıcı)  əmtəə  bazannda 
hegemon mövqe tutsun. Əgər hər hansı bir əmtəə 
257 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə