Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


etdirir.  Hətta,  bu müqavilələrdə onun  tələblərini  yaxud  müqavilə



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə85/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   81   82   83   84   85   86   87   88   ...   130

etdirir.  Hətta,  bu müqavilələrdə onun  tələblərini  yaxud  müqavilə 
öhdəliklərini  pozan  tərəfin  inzibati  sanksiyaya  məruz  qalması  da 
qeyd edilir. 
Sırf  mahiyyət  prizmasından  yanaşma  açıq-aydın  şəkildə 
göstərir  ki.  rəqabətin  üfiqi  məhdudlaşdırılması  antiinhisar 
qanunvericiliyinin ən ciddi şəkildə pozulmasıdır. 
Rəqabətin  şaquli  məhdudlaşdırılmasmda  isə  adətən 
məhdudlaşdırıcı  şərtlər  birtərəfli  qaydada  qəbul  edilir.  Yə’ni,  bu 
halda  tərəflərarası  güc  bərabərsizliyi  öndə  olur.  Belə  ki,  bazarda 
hegemon  mövqe  tutan  sahibkar  daha  zəif  olan  kontragentə  öz 
şərtlərini qəbul etdirir. 
Rəqabətin  şaquli  məhdudlaşdırılması  kateqoriyasına  hər 
şeydən əvvəl, müstəsna ticarət əməliyyatları haqqında müqavilələr 
(yalnız  müəyyən  alıcıya  mal  satışı  yaxud  yalnız  müəyyən  mal 
göndərəndən  mal  alışı  haqqında  müqavilələr),  əlaqələndirilmiş 
müqavilələr  (əsas  malın  satışı  ikinci  dərəcəli  malla  birlikdə  təklif 
edilir), yenidən satış üzrə qiymətqoyma yaxud onun dəstəklənməsi, 
sənaye  obyektləri  üzərində  hüququn  ötürülməsi  haqqında 
müqavilələrdə  məhdudlaşdırıcı  şərtlərin  olması  və  s.  aid  edilir. 
Bütün  bunlarla  yanaşı,  qeyd  edilməlidir  ki,  rəqabətin  üfiqi  və 
şaquli istiqamətli məhdudlaşdınimasını heç də həmişə bir-birindən 
ayırmaq,  fərqləndirmək  mümkün  olmur.  Məsələn,  sənaye 
mülkiyyəti  üzərində  hüquqa  münasibətdə  tətbiq  edilən  çarpaz 
lisenziyalaşdırma  yaxud  rəqib  firmaların  bir-birini  öz  mallarının 
müstəsna  distribiyutoru  təyin  etməsi  bu  qəbildən  olanlar 
sırasındadır. 
İnkişaf etmiş ölkələrdə bazarlann inhisarlaşması əsasən iki 
yolla həyata keçirilir: Üfiqi inteqrasiya, yəni rəqib müəssisənin əldə 
edilməsi  və  şaquli  inteqrasiya,  yəni  özünün  təchizat  və  satış 
sisteminin yaradılması! 
Rəqabət aparan kompaniyanın əldə edilməsi də antirəqabət 
səciyyəsi  daşıyır.  Ticarətlə  məşğul  olan  korporasiyanın  başqa  bir 
korporasiyanın əmlakının yaxud səhmdar kapitalının bir hissəsini 
yaxud  hamısını  (birbaşa  yaxud  dolayısı  ilə)  əldə  etmək  hüququ 
yoxdur. 
252 


ümumiyyətlə,  Qərb  ölkələrində  antiinhisar  qanunvericiliyi 
və  antiinhisar  siyasəti  geniş  şəkildə  inkişaf  etmiş  və  artıq  uzun 
onilliklər  ərzində  inhisar  və  onun  neqativ  nəticələri  üzərində 
nəzarət  mexanizmi  müvəffəqiyyətlə  həyata  keçirilir.  Sözsüz  ki, 
antiinhisar  qanunvericiliyi  və  antiinhisar  siyasəti  (inkişaf  etmiş 
ölkələrdə) heç də qüsursuz deyildir. Yəni, bu baxımdan inhisarın 
ümumi şəkildə qadağan olunması bu qadağandan istisnalarla xeyli 
«yumşaldılır».  Və,  bu  istisnalar  həm  ayrıca  götürülmüş 
kompaniyaya,  həm  də  bütövlükdə  bir  sahəyə  aid  edilir.  Bununla 
yanaşı,  prinsipcə  ABŞ  və  Qərbi  Avropa  ölkələrinin  antiinhisar 
siyasəti  (baxmayaraq  ki,  bir-  birindən  əksər  istiqamətlər  üzrə 
əhəmiyyətli  dərəcədə  fərqlənirlər)  ciddi  şəkildə  düşünülmüş, 
iqtisadi cəhətdən əsaslandırılmış formada həyata keçirilir. 
Antiinhisar  siyasətinin  dünya  .təcrübəsində..araşdırdığı-^ 
mız'pfobT^rə"Bağlı  xüsusi  elmi  maraq  doğuran  nədcə  iqtisadi 
regiöhattznrm TeM^məzmuhTC 
çərçivəsində mövcud 
olan  yariäşinä  'vö  “tfsüllarla,  onlardan  istifadə  spesifikliyi  ilə 
əlaqədardır.  Bu  mənada  dünyanın  ən  dinamik  inkişafda  olan 
inteqrasiya  blokunun-Avropa  İttifaqının  təcrübəsi  əlahiddə 
əhəmiyyət  kəsb  edir.  Araşdırmalanmız  göstərir  ki,  antiinhisar 
siyasəti 1990-cı illərdən başlayaraq sözügedən qruplaşmada geniş 
yayılmağa  başlamışdır.  Yəni,  əlverişli  sahibkarlıq  mühitinin 
formalaşdırılması zəruriliyi (regional səviyyədə) yalnız inteqrasiya 
prosesinin  yekun  mərhələlərində  aktuallaşmış  və  bu  istiqamətdə 
əməli  tədbirlər  sistemi  həyata  keçirilməyə  başlanmışdır.  Rəsmi 
mbvqe,  niyə  məhz  vahid  Avropa  məkanı  haqqında  akt  qəbul 
edildikdən 
(1987) 
sonra 
antiinhisar 
praktikasının 
intensivləşdirilməsini  istehsalın  və  kapitalın  transmilliləşməsinin 
sür’ətlənmosi  ilə  izah  edir.  Həqiqətən  də,  həm  regional,  həm  də 
qlobal ümumiliyin sistemli yaranışında üfıqi əlaqələr kompleksini 
tam  şəkildə  ehtiva  edən  transmilliləşmə  ayrıca  götürülmüş  ölkə 
hökumətinin  proseslərə  təsir  imkanlarını  minimuma  endirməklə 
yaxud  maksimum  məhdudlaşdırmaqla  fovqəl-hökumət  səviyyəli 
tənzimləməni  obyektiv  zərurət  kimi  meydana  çıxarır.  Yə’ni,  həm 
istehsal, həm də 
tədavül sferasında 
gedən 
253 


təmərküzləşmə, təbii mahiyyət daşımaqla 
sistemdaxili 
çulğalaşmanın  ayrı-ayrı  bazar  subyektlərinin  təsiri  altına 
keçməsini,  nəinki  inhisarçı  fəaliyyətin,  eləcə  də  bütövlükdə 
inhisarizmin meydana çıxması təhlükəsini reallaşdırır. İqtisadi və 
valyuta ittifaqının gerçəkləşdirilməsi yolundakı hüquqi əngəllərin 
aradan  qaldırılması  blok  üzvü  olan  ölkələrin mənafe  tarazlığına 
hər iki istiqamətdə-həm ümummilli maraqların ödənilməsi, həm 
də  təsərrüfat  subyektlərinin  korporativ  maraqlarının  təminatı 
baxımından neqativ təsir göstərir. Buna görə də, bizim problemə 
konseptual  baxışımız  yuxanda  qeyd  edilən  ən’ənəvi  rəsmi 
mövqedən ən azı iki istiqamətdə fərqlənir: 
1)
 
İstehsal və kapitalın transmilliləşməsi prosesləri XX ) 
əsrm"70-ci iIlöfdən başlamış və artan sür’ətlə inkişafdadır. 
Əgər nəzərə alsaq ki, sözügedən inteqrasiya qruplaşmasında artıq 
1969-cu  ildən  ümumbazar  formalaşdırılmış  və  bunun  da 
nəticəsində hazır məhsul, istehsal amilləri, o cümlədən işçi qüvvəsi 
və  kapitalın  ölkələrarası  (blokdaxili)  sərbəst  hərəkəti  təmin 
edilmişdir,  onda  antiinhisar  siyasətinin  zəruriliyini  yalnız  bu 
amillə  bağlamaq  o  qədər  də  inandıncı  görünmür.  Zənnimizcə, 
inhisarizmə  qarşı  mübarizənin  zəruriliyi  həmin  proseslərin 
intensivləşməsi fonunda regional vahidləşmənin sür’ətlənməsi və 
sonuc  olaraq  blokdaxili  iqtisadi  gücün  qütbləşməsi  təhlükəsinin 
reallığı ilə əlaqədardır. Başqa sözlə, Avropa İttifaqı çərçivəsində 
antiinhisar  siyasətinin  konseptual  yönümü  daha  çox  və  başlıca 
olaraq  makroiqtisadi  problemlərlə,  daha  konkret  ifadə  etsək, 
ümummilli mənafelərin ölkə—>ölkə və ölkə—»region bölümündə 
optimal tarazlaş- dırılmasma yönəldilmişdir. 
2)
 
Real bazar münasibətlərinin «dərininə» inkişafından 
doğan  pərakəndəlik  inkişaf  etmiş  iqtisadiyyat  şəraitində 
makroiqtisadi  hadisələrin  meydana  çıxmasına  birbaşa  təsir 
göstərir. Belə olan bir halda və nəzərə alsaq ki, iqtisadi prosesin 
başlıca  hərəkətverici  qüvvələri  mikroiqtisadi  səviyyənin 
sub’ektləridir, onda 
milli—»korporativ 
və 
regional—»korporativ  maraqların  tarazlaşdınlması  problemi 
aktuallaşır. 
254 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə