Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


aktların  qəbulundan  start  götürür:  Ticarət  haqqında  Qanun



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə83/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   79   80   81   82   83   84   85   86   ...   130

aktların  qəbulundan  start  götürür:  Ticarət  haqqında  Qanun 
(1973-cü  il),  Məhdudlaşdırıcı  Ticarət Praktikası  haqqında  Qanun 
(1975), Məhdudlaşdırıcı Praktika üzrə Məhkəmə haqqında Qanun 
(1976-77); Yenidən satış qiymətləri haqqında Qanun (1976) və s. bu 
qəbildən  olanlar  sırasındadır.  İnhisarlaşma  prosesinin  hüquqi 
tənzimlənməsinin  təkmilləş-  dirilməsinə  edilən  cəhd  1980-cı  ildə 
qəbul  olunmuş  rəqabət  haqqında  qanunda  öz  əksini  tapmışdır. 
Bununla 
belə, 
antiinhisar 
istiqamətli 
fəaliyyətin 
intensivləşdirilməsini  nəzərdə  tutan  «Rəqabət  haqqında»  Qanun 
bu yönümdə qismən də olsa, canlanma yarada bilmədi. 
Və,  beləliklə,  İngiltərənin  antiinhisar  qanunvericiliyinin 
inkişaf xüsusiyyətləri inhisarlara dövlət nəzarətinin iki sisteminin 
meydana  çıxmasına  səbəb  olmuşdur.  Qanuni  ticarət  vo  rəqabət 
haqqında qanunlara əsaslanaraq formalaşdırılmış birinci sistemdə 
dövlət  ticarəti  üzrə  İdarə,  İnhisarlar  üzrə  Komissiya,  Sənaye  və 
Ticarət üzrə Dövlət Katibi strukturları həlledici rol oynayırlar. 
Məhdudlaşdırıcı  ticarət  praktikası  üzrə  qanunvericiliyə 
əsaslanan  ikinci  nəzarət  sistemində  əsas  rolu  isə  məhdudlaşdırıcı 
ticarət praktikası üzrə məhkəmə oynayır. 
Dövlət  ticarəti  üzrə  İdarə  hegemon  mövqedən  sui-  istifadə 
hallarına aid müxtəlif məlumatları toplayır, öz qərarları haqqında 
hökuməti  məlumatlandırır  və  zəruri  hallarda  aşağıdakı 
istiqamətlərdə iddia qaldırır: 
1)
 
Hər  hansı  bir  sahədə  inhisarçı  situasiya  haqqında  işi 
inhisarlar üzrə Komissiyaya verir
2)
 
Birləşməsi  gözlənilən  müəssisələr  üzərində  nəzarəti 
həyata keçirir; 
3)
 
Kartel  müqavilələri  haqqında  işi  məhdudlaşdırıcı 
praktika üzrə məhkəməyə verir
4)
 
Yenidən satış üçün qiymətqoyma və onun dəstəklənməsi 
haqqında iddia qaldırır. 
Eyni zamanda, qeyd etmək lazımdır ki, sözügedən İdarənin 
rəqabət  siyasətini  müəyyənləşdirmək  üzrə  fəaliyyəti  məsləhətçi 
səciyyə daşıyır. 
246 


inhisarlar  üzrə  Komissiyanın  əsas  vəzifəsi  inhisarçı 
situasiyanın  mövcudluğu  yaxud  formalaşa  bilmə  ehtimalı  yaxud 
müəssisələrin  qovuşması  üzrə  təhqiqat  aparmaq  və  məruzə 
hazırlamaqdan ibarətdir. Əgər inhisarlar üzrə Komissiya belə bir 
qərar qəbul etsə ki, inhisarçı fəaliyyət ictimai mənafelərə toxunur, 
onda  dövlət  katibi  müxtəlif  cəza  tədbirlərinin  tətbiqinə  əl  ata, 
müqavilənin fəaliyyətinin dayan- dınlması, mal göndərişinə qadağa 
qoyulması, 
qovuşmanın 
qadağan 
edilməsi 
yaxud 
məhdudlaşdınlması, bu və ya digər üsullarla müəssisənin bölgüsü, 
əlaqələndirilmiş sazişlər, ayn- seçkilik və s. üzrə qadağa məzmunlu 
qərar çıxara bilər. 
İngiltərənin  ticarət  və  sənaye  üzrə  dövlət  katibi  inhisarçı 
fəaliyyətin  və  rəqabətin  reqlamentləşdirilməsi  işində  geniş 
səlahiyyətlərə malikdir. Belə ki, əgər inhisarlar üzrə Komissiyanın 
qəran  məsləhətçi  (tövsiyyə)  xarakteri  daşıyırsa,  dövlət  katibi 
inhisar  situasiyası  yaxud  antirəqabət  praktikası  üzrə  son  və  qəti 
qərar qəbul etmək (eləcə də, digər Nazirlər) iqtidanndadır. 
Fransanın  antiinhisar  qanunvericiliyində  əsaslı  dönüşün 
başlanğıcı  19  iyul  1977-ci  il  Qanunu  ilə  reallığa  çevrildi.  Bu 
qanunla  bazardakı  hegemon  mövqedən  sui-istifadə  hallarına  və 
qadağan  edilmiş  kartellərə  qarşı  cəza  tədbirləri  daha  da 
sərtləşdirildi.  Fransada  ilk  dəfə  olaraq  məhz  həmin  dövrdə 
istehsalın təmərküzləşməsi üzərində nəzarət təşkil edildi. 
1986-cı ildə isə əvvəlkindən əhəmiyyətli dərəcədə fərqlənən 
yeni  antiinhisar  qanunvericiliyi  qəbul  edildi.  Bu  qanunvericiliyin 
nəzəri  əsasını  «dirijizm»  konsepsiyası  təşkil  edirdi  və  əsas 
məsələlərdən biri qiymətlərin dövlət tərəfindən tənzimlənməsi idi. 
Eyni  zamanda,  bu  aspektdən  diqqət  çəkən  məqamlar  sırasında 
dövlətin iqtisadi müdaxiləsindən (çoxlu qeyd-şərtlərə baxmayaraq) 
imtina  edilməsidir.  Və,  aydındır  ki,  bununla  da  qiymətlərin 
tənzimlənməsi və qiymətqoyma, inflyasiya ilə mübarizə bütünlüklə 
bazar mexanizminin öhdəsinə buraxılmış oldu. 
Fransada  inhisarçı  fəaliyyət  üzərində  nəzarəti  rəqabət 
məsələləri  üzrə  Şura,  İqtisadiyyat  Naziri  və  məhkəmələr  həyata 
keçirirlər. Rəqabət məsələləri üzrə Şura müstəqil 
247 


inzibati  orqan  hesab  olunur  və  onun  qərarlanna  İqtisadiyyat 
Nazirliyinin «veto» qoymaq hüququ yoxdur. O, müxtəlif idarə və 
təşkilatlann  sifarişi  ilə  məşvərətçi  funksiyanı  yerinə  yetirir, 
müəyyən hallarda isə özü müvafiq sanksiya qoyur. 
Fransada  inhisarçı  praktika  üzərində  nəzarətin  mühüm 
hissəsi  bazarda  iqtisadi  təmərküzləşmənin  yoxlanılması  üzərinə 
düşür.  İqtisadiyyat  Nazirliyinin  təşəbbüsü  ilə  rəqabət  məsələləri 
üzrə  Şura  tərəfindən  istənilən  təmərküzləşmə  haqqında  layihə 
yaxud müəssisələrin təmərküzləşməsi yoxlanıla bilər. Aydındır ki, 
bu  halda  təmərküzləşmənin  rəqabətə  mənfi  təsiri,  ələlxüsus 
bazarda  hegemon  mövqenin  yaradılması  yaxud  gücləndirilməsi 
əsas kriteriya kimi götürülür. 
Əvvəldə  də  qeyd  etdiyimiz  kimi,  AFR-nın  antiinhisar 
qanunvericiliyi hər iki sistem (Amerika və Avropa) arasında orta 
mövqe 
tutur. 
Bu 
ölkədə 
antiinhisar 
qanunvericiliyinə 
stimullaşdıncı  təsiri  II  Dünya  Müharibəsindən  sonra  qərarlaşmış 
azad bazar iqtisadiyyatı həyata keçirmişdir. 1949- cu ildə iki qanun 
layihəsi işlənib hazırlanmışdır: Effektivliyin yüksəldilməsi yolu ilə 
rəqabətin təminatı haqqında və inhisarlar üzrə İdarələr haqqında. 
Bu yönümdə apanlan fəaliyyətin nəticəsində Kartel Qanunu kimi 
tanınan  «Rəqabətin  məhdudlaşdırılmasma  qarşı»  Qanun  (1957) 
qəbul  olunmuşdur.  Son  illərdə  antiinhisar  qanunvericiliyini  daha 
da  təkmilləşdirmək  məqsədi  ilə  Kartel  Qanununa  çoxlu  sayda 
düzəlişlər  edilmişdir.  Hal-hazırda  həmin  qanun  1989-cu  il 
redaktəsi ilə qüvvədədir. 
AFR-nın  Kartel  Qanunu  iki  prinsipə  əsaslanır:  qadağa  və 
inhisarçı fəaliyyətin tənzimlənməsi və nəzarət prinsipləri. 
Eyni  ilə  ABŞ-m  antitrest  qanunvericiliyində  olduğu  kimi, 
Kartel  qanunu  müəyyən  kateqoriyalı  razılaşmalan  qadağan  edir 
(kartel  müqavilələri,  kartel  sərəncamlan).  Amma,  tətbiq  edilən 
qadağan prinsipinə o qədər əlavələr daxil olunur ki, nəticə etibarı 
ilə onu neytrallaşdınr yaxud təsir dərəcəsini əhəmiyyətli dərəcədə 
azaldır.  Bu  fərq  hər  iki  qanunvericiliyin  müqayisəsində  (konkret 
hal  üzrə)  daha  qabarıq  nəzərə  çarpır.  Məsələn,  Şerman  Qanunu 
ticarəti məhdudlaşdıran hər cür 
248 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə