Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Belə  ki,  inhisarçı  fəaliyyətlə  bağlı  makro^mezo—>mikro



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə79/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   75   76   77   78   79   80   81   82   ...   130

Belə  ki,  inhisarçı  fəaliyyətlə  bağlı  makro^mezo—>mikro 
mühitlərin  dəyişənlər  çoxluğundan  iradi  üsulla  abstraksiya 
olunmaq,  mahiyyətcə  problemə  yanaşmanın  ifrat  bəsitləş- 
dirilməsi  anlamından  o  yana  keçmir.  Eyni  zamanda,  sözügedən 
dəyişənlər  çoxluğunun  elementar  hissəciklərə  parçalanması, 
onlardan 
hansının 
önəmli, 
aparıcı 
rol 
oynamasının 
qiymətləndirilməsinə  edilən  cəhdlər  də  analoji  məzmun 
çərçivəsindən kənara çıxmayacaqdır. 
Dünya  iqtisadiyyatının  son  50  illik  inkişaf  dinamikası  və 
onun  determinantlannm  sistemli  təhlili  müasir  dövr,  ələlxüsus 
keçid iqtisadiyyatlı ölkələr üçün mühüm əhəmiyyət daşıyan bə’zi 
yekunların əldə edilməsinə imkan vermişdir: 
1)
 
İqtisadi  artım—»makroiqtisadi  sabitlik  cütlüyünün 
zəruriliyi artıq aksiomatik mahiyyət kəsb edir
2)
 
İqtisadi  artım+sosial  tələbatların  ödənilməsi=İnkişaf 
formulu  hər  cür  elmi  şübhədən  kənardır.  İqtisadi  və  sosial 
həyatın mahİ
3
^ətcə dialektik bütövlüyünə söykənməyən “inkişaf’ 
ən yaxşı halda zahiri əlamətləri ilə qabardılan yalançı tərəqqidən 
başqa bir şey deyildir
3)
 
İnkişaf prosesi ictimai həyatın bütün spektirini özündə 
ehtiva etməklə, həmişə sistemli, həmişə kompleks səciyyə daşıyır; 
4)
 
Sosial  differensiyasiya,  sosial  institutların  effektiv 
fəaliyyəti yalnız o halda reallığa çevrilə bilər ki, sosiumun böyük 
bir  hissəsini  əhatə  etsin.  Buradan  da  belə  bir  qənaətə  gəlmək 
mümkündür  ki,  sosial  institutlaşmanm  genetik  plandan  tam 
kənarlaşması  neoklassik  irrasionalizmin  təntənəsindən  özgə  bir 
məzmun kəsb etməyəcəkdir. 
Neoklassik paradiqma birmə’nalı olaraq belə bir mövqedə 
dayanır  ki,  investisiya  qoyuluşu  iqtisadi  artıma  şərait 
yaratmalıdır. Bu qənaət dəfələrlə apanlan empirik tədqiqatlarda 
da  öz  təsbitini  tapmışdır.  Lakin,  dünya  ölkələrinin  yeritdiyi 
sənaye siyasəti bir çox hallarda alayı məzmun daşıyan nəticələrlə 
də  yekunlaşır.  Məsələn,  ixrac  potensialının  hər  vəchlə 
artınimasına  yönəldilən  siyasət  (iqtisadi  artımın  əsas 
atributlanndan  biri)  heç  də  nadir  olmayan  situasiyalarda 
sözügedən fəaliyyət sferasında bazar subyektlərinin hegemon 
234 


mövqelərə, bə’zi hallarda inhisar zirvəsinə gətirib çıxarır, iqtisadi 
dinamikaya  isə  ləngidici  tə’sir  göstərir.  Əslində,  qeyd  edilən 
yönümdə həyata keçirilən fəaliyyət məzmunca daha çox iri biznes 
sub’ektinin  sosial  mühafizəsinin  təşkili  təsəvvürünü  yaradır, 
nəinki iqtisadi artıma təkanverici tə’sir göstərir. Eyni zamanda, 
Çin  Xalq  Respublikasının  təcrübəsi  isə  tamamilə  əks  nəticələrə 
gətirib  çıxanr.  Belə  ki,  məhz  bu  istiqamətğə  siyasətin  ardıcıl 
olaraq  həyata  keçirilməsi  Çində  iqtisadi  yüksəlişin  əsas 
mənbələrindən biri kimi çıxış edir. 
Göründüyü kimi, mahiyyətcə eyni cinsli olan proses yaxud 
siyasət  təzahürcə  tamamilə  fərqli  nüansları  ortalığa  qoyur.  Və, 
buradan da fıkrimizcə, ən azı iki nəticəyə gəlmək mümkündür: 
1 )İqtisadi inkişaf hər bir ölkənin spesifik xüsusiyyətləri ilə 
sıx determinaloji bağlılıqdadır. Buna görə də, hamı üçün yararlı, 
universal inkişaf düsturunun mövcudluğundan danışmaq yaxud 
onu  formalaşdırmağa  çalışmaq  mə’nasızlıqdır  və  heç  bir 
elmi-praktiki əhəmiyyət daşımır; 
2)
 
Bazar 
mexanizmi—»dövlət 
tandemi  ətrafında 
aparılan  tədqiqatlar,  nəyin  birinci  yaxud  üstün  olduğunu 
aydınlaşdırmağa  edilən  cəhdlərə  son  qoyulmalıdır.  Yə’ni, 
ümummilli 
səviyyədə 
problemin 
elmi-metodoloji 
nöqteyi-nəzərdən düzgün qoyuluşuna nail olunmalıdır: 
-İnkişafın sistemli və kompleksli xarakterinin tə’minatı; 
-iqtisadi gücün qütblənməsi, təmərküzləşməsi hallarına yol 
verməmək, 
iqtisadi 
demokratiyanın 
qərarlaşması 
və 
mühafizəsinin həyata keçilməsi zərurətinin dərk edilməsi. 
Qeyd edilənlərin konseptual ümumiləşdirilməsini aşağıdakı 
formada ifadə etməyi məqsədəmüvafıq sayınq: 
1)
 
Hökumət—»iqtisadiyyat  qarşılıqlı  əlaqələrində  sıxlıq 
dərəcəsi bütünlüklə hökumətin potensialından və bu potensialdan 
maksimum səmərəliliklə istifadə etmək qabiliyyətindən asılıdır; 
2)
 
Əlverişli  makro-mezo  və  mikro  iqtisadi  mühit  siyasi 
rejimin  və  institutsional  mühitin  təbiəti  ilə  düzmütənasib 
asılılıqda formalaşa bilər; 
235 


3)
 
İnkişaf prosesi vətəndaş cəmiyyətinin bütün struktur 
bölmə və qurumlannm qarşılıqlı əməkdaşlığına söykənməlidir. 
Əks-təqdirdə,  lokal  səviyyəli  mənafe  natarazlığı  meydana 
çıxacaqdır  ki,  bu  da  elə  inhisarizmin  “yem”  bazası  deməkdir. 
Yə’ni,  inhisarizmin  “qidalanmaması”  üçün  sosial  bütövlə  fərd, 
fərdlə-kollektiv,  fərd-millət  qarşılıqlı  əlaqələrində  mənafe 
tarazlığından kənar sarpmalara yol verilməməlidir. 
Beləliklə, inhisarizmə qarşı, onu doğuran şəraitlə mübarizə 
sırf praqmatizm mövqeyindən inkişaf prosesinin sahə və struktur 
aspektlərikj  daima  diqqət  mərkəzində  saxlamağı,  tənzimləmə 
sistemi  ilə  iqtisadi  demokratiyanın  prinsipləri  arasında  təzadlı 
mütənasibliyin  formalaşmasına  yol  verilməyşsini  özündə  əks 
etdirir yaxud etdirməlidir. 
İnhisarizmin  meydana  çıxması  eyni  zamanda,  inkişaf 
prosesinin subyektlərarası əlaqələrdə nizamlı gedişinin pozulması 
ilə də şərtlənə bilər. Belə ki, ələlxüsus keçid iqtisadiyyatlı ölkələrdə 
inkişaf  prosesi  hökumət—>özəl  sektor—»vətəndaş  cəmiyyəti 
triadası  ilə  zəncirvari  “reaksiyanı” tam  şəkildə əhatə edə  bilmir. 
Keçid iqtisadiyyatı şəraitində xarici maliyyə mənbələrinin yeri və 
rolu  sözügedən  proses  çərçivəsində  xüsusi  aktuallıq  kəsb  edir. 
Yuxanda  əks  etdirdiyimiz  sub’ektlərarası  qarşılıqlı  əlaqələrin 
məntiqi  bağlılığını  aşağıdakı  sxem  formasında  ifadə  etmək 
mümkündür (şək. 5.7.). 
Ən  ümumi  məntiqi  formada  ifadə  edilmiş  funksional 
bağlılığın  inhisarizmin  meydana  çıxması  baxımından  iki  zəif 
nöqtəsi açıq-aydın şəkildə müşahidə edilir: 
l)
 
Qarşılıqlı  faydalılığın  “pozulması”;  subyektlərdən 
biri  tərəfindən  uduşun  maksimumlaşdırılması;  Nəticədə 
zəncirvari  reaksiya  meydana  çıxır:  hökumət  nümayəndələrinin 
yaxud  ayrıca  götürülmüş  mənafe  qruplarının  “ələ  alınması”, 
iqtisadi gücün qütblənməsi, ifrat təmərküzləşmə, lobbizm və s. və 
i.a. nəticəsində inhisarizmin formalaşması; 
236 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə