Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Beləliklə, problemin struktur aspektinin təhlili və



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə75/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   71   72   73   74   75   76   77   78   ...   130

Beləliklə, problemin struktur aspektinin təhlili və 
ümumiyyətlə, inhisarçı fəaliyyətin tənzimi problemlərinə 
nəzəri yanaşmalar içərisində ən bəsiti neoklassik baxışdır. 
Müəyyən parametrlər əsasında məhdudiyyət şərtləri 
qoymaqla, bazarın tipologiyası 4 istiqamətdə nəzərdən 
keçirilir. 
1)
 
Kamil rəqabət; 
2)
 
İnhisarçı rəqabət; 
3)
 
01iqopoliya; 
4)
 
Tam inhisar. 
Artıq qeyd etdiyimiz kimi, rəqabət öz-özlüyündə məqsəd 
deyil, milli iqtisadiyyatın dinamik inkişafına şərait yaradan və 
onun səmərəliliyini təmin edən vasitədir. Buna görə də, 
ölkədə inhisarçı fəaliyyətin tənzimi problemlərinə yanaşmada 
başlıca konseptual istiqamət rəqabət mühiti-^milli iqtisadiy- 
yatın effektivliyi tandeminin dialektik vəhdətinə əsaslan- 
malıdır. Sözsüz ki, bazarın neoklassik tipləşdirilməsi ilə qeyd 
etdiyimiz konseptual yanaşma arasında əlaqə sıxlığı kifayət 
dərəcədədir. Məsələn, iqtisadi sistemin reaktivliyi xassəsi, 
yəni tələbin dəyişməsinə sistemin verdiyi reaksiya yaxud 
sistemi təşkil edən təsərrüfat subyektlərinin dəyişən şəraitə 
adaptasiya olunma qabiliyyəti bu baxımdan əyani nümunə 
kimi götürülə bilər. 
Aydındır ki, tam inhisar şəraitində sözügedən 
uyğunlaşma qeyri-mümkündür. «Kamil» rəqabətdə isə yüksək 
səviyyədədir. Elə neoklassik tipləşdirmənin də zəifliyi 
yuxarıda göstərilən bağlılıqdan doğur. Belə ki, əvvəla, bazar 
iqtisadiyyatı şəraitində tədavül sferasının tam şəkildə 
inhisarlaşmasından danışmaq mümkünsüzdür; İkincisi, 
«kamil» rəqabət mahij^ət etibarı ilə sırf nəzəri təxəyyülün 
məhsuludur və hətta mövcudluğu qəbul edilsə belə (hansısa 
bazann kiçik bir seqmentində), onun bütövlükdə iqtisadi 
sistemin reaktivliyinə təsiri ehtimalı sıfıra yaxındır və s. Bütün 
bunlann praqmatik yanaşma çərçivəsində əhəmiyyətlilik 
dərəcəsinin ifrat səviyyədə aşağı olması ölkədə effektiv 
rəqabət mühitinin formalaşdınimasmı zəruri edir. 
Maraqlı cəhət burasındadır ki, bazaiım rəqabətlə bağlı 
neoklassik tipləşdirilməsi ilə yanaşı, eyni qaydada (demək olar 
ki)lqtfsad^^^fın mkışäTteflc də fərqləndirirlər. Məsələn, 
222 
 



E.Eroxina^’  H.Kondratyevin  iqtisadi  tsikllərini  inkişaf  trayekto- 
riyasına tətbiq etməklə inkişaf etmiş ölkələrin son 200 illik təkamül 
tarixini 4 mərhələyə (tsiklə) bölür: 
1.
 
Azad  rəqabət  tsikli  (əmtəə  təsərrüfatının  yarandığı 
dövrdən XIX əsrin sonlanna qədər); 
2.
 
Xalis inhisar tsikli (1890-1929); 
3.
 
İnhisarçı rəqabət tsikli (1929-1970); 
4.
 
Kooperativ rəqabət tsikli (1974-2015). 
Tsikllərin  məzmun  tutumu  mahiyyət  etiban  ilə  bazann 
neoklassik  tipləşdirilməsinin  genişləndirilmiş  təkrandır.  Yalnız 
bircə  fərqlə  ki,  Eroxinanın  problemə  yanaşması  ümumiqtisadi 
miqyasın  bəzi  elementlərini  də  özündə  əks  etdirir.  İqtisadiyyatın 
inkişaf  tarixinin  yuxarıda  qeyd  edilən  yönümlü  mərhələlərə 
bölgüsünün fıkrimizcə, elə bir elmi əhəmiyyəti yoxdur və müəyyən 
mə’nada  məntiqi  antinomiya  təsiri  bağışlayır.  Digər  tərəfdən, 
müasir  bazarlar  sistemində,  əhatə  dairəsinin  az  və  ya  çox 
olmasından asılı olmayaraq, rəqabətin bütün tiplərinə rast gəlmək 
mümkündür. Bu mə’nada, Eroxina sübuta yetirə bilməz ki, inhisar 
mərhələsində  azad  rəqabət,  inhisarçı  rəqabət  mərhələsində 
inhisarçı fəaliyyət olmayıbdır. Yə’ni, hər yeni tsikldə əvvəlki yalnız 
tarixi əhəmiyyət daşıyıb və reallıqla heç bir bağlılığı olmayıb. 
Eyni  zamanda,  sırf  formal  məntiqə  söykənməklə  aparılan 
bölgünün empirik əsasları yoxdur və s. 
Əvvəlki  çıxış  nöqtəsinə  qayıdaraq,  qeyd  edək  ki,  müasir 
gerçəkliyin tam təfərrüatı ilə əks etdirilməsinin mümkünsüzlüyünü 
və  sırf  praqmatizmə  əsaslanmaqla  neoklassik  metodo-  logiyaya 
istinad 
etməklə 
bütü^ 
mal 
bazaHanmn^^ç' 
fipan^ 
l^^tendEməIT^ar: " 

.
 
1)
 
İnkişaf etmiş rəqabət mühitli bazar; 
2)
 
01iqopolik rəqabətli bazar; 
3)
 
Tam inhisarlaşmış bazar. 
Əmtəə  bazarlannm  strukturu,  xarakteri  və  iqtisadiyyatın 
inhisarlaşma  dərəcəsi  hal-hazırda  həyata  keçirilən  sistemli 
islahatlann (özəlləşdirmə, liberallaşdırma, daxili bazarın 
97 
E.A.Ерохина. Циклы развития национальной экономики. Http//I 
pur.tsu.ru/Public/art99/aO 10599 html. 
223 


beynəlxalq  rəqabət  üçün  «açılması»),  eləcə  də  müflisləşmə  və 
zərərlə  işləyən  müəssisələrin  sanasiyası,  təbii  inhisarların 
tənzimlənməsi  və  s.-in  təsiri  nəticəsində  mütəmadi  olaraq 
dəyişməyə  mə’ruz  qalır.  Eyni  zamanda,  iqtisadiyyatın 
qanunauyğunluqları  inhisar  fəaliyyətinin  tənzimi  problemləri 
çərçivəsində  birmənalı  qiymətləndirməni tələb  edir.  Mə  Mumdur 
ki, istehsal strukturu iki aspektdə təzahür edir; 
1 )Sahəvi struktur; 
2)Ölçü (texnoloji baxımdan) strukturu. 
Birinci  halda  baş  verən  hadisə  və  proseslər  az  və  ya  çox 
dərəcədə antiinhisar nəzarətinin əsas obyektlərindən biri kimi çıxış 
edir.  Ölçü  strukturu  isə  birbaşa  makroiqtisadi  siyasətin 
məqsədlərindən və dövlət tənzimləməsinin prinsip və qay- dalannm 
tətbiqi xüsusiyyətlərindən asılıdır. Eyni zamanda, istehsalın sahəvi 
strukturuna  antiinhisar  mövqeyindən  yanaşmada  da  bə’zi 
istisnalar mütləq nəzərə alınmalıdır. Belə ki, kiçik miqyaslı və geniş 
surətdə  differensiyasiya  olunmuş  sahələrdə  iri  şirkətlərin 
mövcudluğuna heç bir ehtiyac yoxdur və adətən bu sferada güclü 
təmərküzləşmə  prosesi  də  müşahidə  olunmur.  Bu  proses  cüzi 
şəkildə differensiyasiyah məhsul istehsal edən iri miqyaslı sahələrə 
xasdır. 
Sahəvi  istehsalın  iri  firmaların  əlində  təmərküzləşməsi 
dərəcəsinin  müəyyənləşdirilməsi  və  ümumiyyətlə  bazarın 
inhisarlaşması səviyyəsinin qiymətləndirilməsi (empirik səviyyədə) 
şübhəsiz,  inhisara  qarşı  mübarizənin,  onun  dövlət  tərəfindən 
tənzimlənməsi 
problemlərinin 
həlli 
istiqamətlərinin 
aydmlaşdmlmasında  mühüm  rol  oynayır.  Bu  problemin  vaxtilə 
klassik inhisar nəzəriyyəsi çərçivəsində həllinə cəhd göstərilmişdir. 
E.Meyson^^  bu  anlamda  3  tədqiqatçmın-  Uilkoks,  Stiqler  və 
Natterin adını çəkir. Uilkoks inhisarlaşma dərəcəsinin az və ya çox 
dərəcədə  dəqiqliklə  müəyyənləşdinIməsini  mümkünsüz  hesab 
edirdi.  O,  təklif  edirdi  ki,  sahəvi  istehsalın  50%  və  daha  çox 
hissəsinin  4  firmanın  əlində  təmərküzləşdiyi  sahə  şərti  olaraq 
inhisarçı  adlandınlsın.  Yə’ni,  inhisarlaşma  dərəcəsi  nisbi  olaraq 
faiz 
E.S.Mason. Economic Concentration and the Monopoly Problem. 
Harvard Un. Press, 1957, p.35-36. 
224 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə