Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Digər tərəfdən, keçid iqtisadiyyatlı ölkələrin yuxanda qeyd



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə74/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   70   71   72   73   74   75   76   77   ...   130

Digər tərəfdən, keçid iqtisadiyyatlı ölkələrin yuxanda qeyd 
etdiyimiz  əsas  iqtisadi  problemlərinin  həllində  xarici  amilin 
dominant  rolu  da  rəqabət  mühitinin  təşəkkülü  aspektində 
əks-effekt  verir.  Birmə’nalı  olaraq  başa  düşmək  lazımdır  ki, 
xarici sahibkarları yaxud investorları maraqlandıran əsas məsələ 
yüksək gəlir əldə etmək imkanıdır. Real məzmun daşıyan rəqabət 
mühiti ən yaxşı halda normal gəlirə zəmanət verir, əgər sözügedən 
sahibkarlar öz fəaliyyətlərini səmərəli təşkil edə bilərlərsə! Başqa 
sözlə, Azərbaycanda həmçinin əksər keçid iqtisadiyyatlı ölkələrdə 
normal  rəqabət  mühiti  əcnəbi  investorlara  həddən  yüksək 
rentabelliklə  işləmək  imkanı  yaratmır.  Buna  görə  də,  həmin 
sahibkarların  qeyd  edilən  aspektdə  maraqlı  olduqlarını  iddia 
etmək  mənasızlıqdır.  Yə’ni,  ölkə  hökumətinin  xarici  iş 
adamlarının  cəlbedilməsində  ifrata  varması,  onların  bazar 
fəaliyyətlərinin  məhz  rəqabət  mühitinin  formalaşdırılması 
baxımından  tənzimləməməsi  arzu  edilməyən  proseslərin  start 
götürməsinə təkan verə bilər. 
Eyni zamanda, qeyd etməyi zəruri sayınq ki, araşdırdığımız 
məsələ-inhisar fəaliyyətinin tənzimi problemi ilkin olaraq mövcud 
iqtisadi  sistemin  sosial-iqtisadi  təbiətinə  və  dünya  bazarının 
inkişaf  təmayüllərinə  uyğun  gələn  rəqabət  siyasətinin 
formalaşdınlmasını tələb edir. 
Belə  ki,  inhisarizmin  təzahür  formaları  ifrat  dərəcədə 
genişdir.  İqtisadi  nəzəriyyə  isə  inhisarçı  fəaliyyəti  bir  qayda 
olaraq  sırf  iqtisadi  fenomen  kimi  qəbul  edir.  Onun  qlobal, 
geosiyasi  və  geoiqtisadi  aspektləri,  eləcə  də  ölkələrarası  yaxud 
milli  iqtisadi  sistemlərarası  təsiri  sərf-nəzər  edilir.  Əslində, 
inhisarçı  fəaliyyətin  tənziminə  ilkin  olaraq  qlobal  səviyyədən 
baxılmalıdır.  Qeyd  edilən  zərurət  inkişaf  etmiş  ölkələrin  dünya 
bazarındakı  davranış  tərzinin  inhisarçılıqla  üst-üstə  düşməsinə 
əsaslanır. 
Bu  gün  «Böyük  Yeddilər»  dünya  kompyuter  texnikasının 
3/4-nə, yüksək texnoloji istehsalın 4/5-nə sahibdirlər. Təkcə ABŞ 
və  Kanadanın  tədqiqat  işlərinə  sərf  etdikləri  vəsait  həmin 
istiqamətdə  bütün  dünya  üzrə  məcmu  xərclərin  42,8%-ni  təşkil 
edir.  Müqayisə  üçün  deyək  ki,  bu  aspektdə  Latın  Amerikası  və 
Afrikanın  (lOO-o  yaxın  ölkə)  birlikdə  xüsusi  çəkisi  1% 
civarındadır. 
219 


Qərb  ölkələri  dünya  üzrə  patentlərin  87%-nə  sahibdirlər. 
Patentlərin  eimtutumlu  texnologiyaların  inkişafına  tətbiqi 
sferasında isə Qərb ölkələri ilə keçid iqtisadiyyatlı ölkələr arasında 
mütənasiblik  l:40-a  nisbətindədir.  Digər  tərəfdən,  inkişaf  etmiş 
ölkələrin  qlobal  tədavül  sferasında  davranış  tərzi,  ən  azı 
inteqrasiya meyli qanalılıq kimi xarakterizə oluna bilər. Məsələn, 
ABŞ-ın məcmu ixracatı Ümum Milli Məhsulun 5%- ni təşkil edir. 
Avropa İttifaqı (blokdan kənar) və Yaponiyada da analoji vəziyyət 
müşahidə  olunur.  Avropa  İttifaqında  məcmu  ticarət  axınlarının 
74%-i blokdaxili məkana yönəldilir və s. İqtisadi fəaliyyətin əksər 
sferalarında inkişaf etmiş ölkələrin inhisarçı yüksəkliyi adi gözlə 
görünür.  Və,  belə  bir  şəraitdə  inkişaf  etməkdə  olan,  ələlxüsus 
keçid  iqtisadiyyatlı  ölkələrin  müstəqil  surətdə  dayanıqlı  inkişafı 
əlbəttə  ki,  böyük  şübhə  altına  düşür.  Bu  hal  əvvəla,  inkişafın 
ekstensiv  xarakteri  və  Qərbdən  texnoloji  asılılıqla,  ikincisi, 
inkişafın 
təminatında 
xarici 
amillərin-başlıca 
olaraq 
investisiyanın ölçüyə gəlməz dərəcədə böyük rolu ilə və üçüncüsü, 
inkişaf etmiş ölkələrdən ixrac asılılığı ilə səciyyələnir. A.Heklessa 
haqlı olaraq qeyd edir ki, «...Yeni şəraitdə  Qərb 
ölkələri
 
özlərini 
hiperkorporasiyalar  kimi  apanr  və  ...tamamilə  yeni  məzmunlu 
proteksionizmə keçirlər... 
Beləliklə,  demokratik  prinsiplərə  söykənən  cəmiyyət 
quruculuğu  tam  məntiqi  şəkildə  inhisarçı  fəaliyyətin  tənzimi 
problemlərinə  «Milli  TAM»ın tərkib  hissələri  arasında  qarşılıqlı 
əlaqə və asılılığı da daxil edir. Bu problemə daha geniş müstəvidə 
yanaşma  zəruriliyi,  yuxarıda  qeyd  etdiyimiz  keçid  fenomeni  ilə 
şərtlənir.  M.Xansen  yazır  ki,  «...Bu  gün  dünya...dövlət,  bazar  və 
vətəndaş  cəmiyyəti  arasında  yeni  balans,  yeni  qüvvələr  nisbətini 
fəhmlə tapmağa çalışır»'^^^. 
Bütün bunların sistemli şəkildə nəzərə alınmaması təqdirdə 
inhisarçı  strukturlarla  mübarizə  «yel  dəyimıanı»  ilə  döyüşü 
xatırladacaqdır. 
А.Неклесса. Этот новый древний мир//Мировая экономика и 
международные отношения, 2000, №2, с.4. 
«Ценности,  которые  мы  защищаем,  перемены,  к  которым  мы 
стремимся.  Социальная  справедливость  в  условиях  глобализации 
экономики».  Доклад  Генерального  директора  МОТ.  81  сессия.  Женева, 
1994, С.78.
 
220 


§3. BAZARIN İNHİSARLAŞMA DƏRƏCƏSİNİN 
DÜZGÜN QİYMƏTLƏNDİRİLMƏSİ PROBLEMLƏRİ VƏ 
TƏNZİMLƏMƏNİN ƏSAS İSTİQAMƏTLƏRİ 
İnhisarçı 
Tıəlli 
strukturların fəaliyyətinin tənzimi problem- 
lərinin  həlli  istiqamətləri  baxımından  mühüm  məsələlərdən  biri 
bazarın  inhisarlaşma  dərəcəsinin  dəqiq  qiymətləndirilməsi  ilə 
bağlıdır.  Bu  baxımdan  istifadə  olan  üsulları  aşağıdakı  kimi 
qruplaşdırmaq, fıkrimizcə, məqsədəuyğun olardı: 
1)
 
Struktur problemi; Bu problern Tki^ nəzərdən keçirilə 
bilər: Bazarın strukturu; İstehsalın strukturu; 
2)
 
Davranış tərzi. 
Bazar tiplərinin müqayisəli xarakteristikasını aşağıdakı 
Bazarın
 
tipləri
 
Parametrlər
 
Firmaların
 
sayı
 
Məhsul
 
difcren-
 
siyası
 
Qiymət
 
üzərində
 
nəzarət
 
Bazara 
daxil 
olma və 
çıxma
 
İnforma
 
siya
 
tə'minatı
 
1. Kamil 
rəqabət
 
Çoxdur,
 
«Prays-
 
teykcr»
 
situasi
 
yası.
 
Yoxdur!
 
Məhsullar
 
eyni
 
keyfiyyətdə 
və eyni 
xassədədir.
 
Yoxdur
 
Tam
 
sərbəst
 
Tam
 
simmetri
k
 
2. İnhisarçı 
rəqabət
 
Oxşar 
məhsul 
istehsal 
edən çoxlu 
sayda 
Hmıalar
 
Seqmentlər
 
üzrə
 
differen-
 
siyasiya
 
mövcuddur
 
Məhduddu
r
 
Əvəzetmə
 
imkanının
 
təsirinə
 
görə
 
Nisbətən
 
yüngüldür
 
Qismən
 
simmetri
k
 
3.0Iiqopo
 
liya
 
Azsaylı
 
firmalar
 
Ayrı-ayrı 
məhsullar 
üzrə diffe- 
rensıyasiya 
əhəmiyyətli 
dərəcədədir,
 
standrat 
məhsul üzrə 
azdır.
 
Qiymət 
liderinin 
təsiri var
 
Çətindir. 
İrihəcmli 
investisiya 
tələb edir.
 
Qismən
 
asim-
 
metrik
 
4.Tam 
Birfinnav'ə 
inhisar bir məhsul
 
Yoxdur!
 
Tan nazaıət 
ıiüvaıddur.
 
Çox
 
çətindir.
 
Tam
 
asimmetr
ik
 
Şək.
 
5
.
5

Bazar tiplərinin neoklassik aspektdə müqayisəli 
xarakteristikası. 
221 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə