Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Beləliklə,  yeni  klassik  rəqabət  nəzəriyyəsinin  dərketmə



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə72/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   68   69   70   71   72   73   74   75   ...   130

Beləliklə,  yeni  klassik  rəqabət  nəzəriyyəsinin  dərketmə 
diskomfortu  yaradan  əsas  çatışmazlıqları  yanaşma  üsulunun 
məzmunundan  açıq-aydın  şəkildə  görünür.  Bunlara  aiddir: 
Funksional  yanaşmanın  irəli  sürdüyü  dilemmanın  yoxluğunun 
iddia  edilməsi,  əsas  dəyişən  kimi  götürülən  azadlığın  ölçü 
vahidinin  yoxluğu;  Deməli,  bu  amil  istər-istəməz  operativlikdən 
uzaq  olacaqdır  və  nəticə  etiban  ilə  antirəqabət  praktikasının 
qarşısının  alınmasında  heç  bir  iştirakı  mümkün  deyil;  Rəqabət 
azadlığı  ilə  onun  yekunu  kimi  götürülən  iqtisadi  fayda  arasında 
uyğunluğun  mütləq  xarakteri  böyük  elmi  şübhə  doğurur  və 
əslində bu mövqenin heç bir empirik təsdiqi olmayıb və yoxdur; 
iqtisadi  sistemin  özünü  tənzimləməsi  ifrat  şəkildə  qabardılır 
(klassik  «xəstəlikdir»)  və  yalnız  çərçivə  xarakteri  daşıyan 
ümumqanunvericiliklə  kifayətlənmə  töv-  siyyə  olunur.  Müasir 
gerçəklik  isə  tamamilə  əks  nisbətin  formalaşmasını  tələb  edir. 
Əgər  belə  olmazsa,  onda  nəinki  rəqabət  prosesinin  effektivliyini 
təmin  etmək,  hətta  rəqabətin  özünü  «qoruyub»  saxlamaq 
mümkünsüz olardı və s. 
Rəqabət  nəzəriyyəsinə  digər  bir  yanaşma  əgər  belə  demək 
caizsə,  neoklassik  rəqabət  azadlığı  tezisini  güc  azadlığı  tezisi  ilə 
əvəz edir. Rəqabətə yanaşmada zidd qüvvələr nəzəriyyəsi belə bir 
mövqedən  çıxış  edir  ki,  bazarda  hegemon  mövqeyə  keçmək 
istəyində olan iqtisadi gücün qarşısını almaq yox, onu zidd, əks bir 
qüvvə  ilə  tarazlığa  gətirmək  lazımdır.  Aydındır  ki,  bu  nəzəriyyə 
mikrosəviyyə  subyektlərinin  inteqrasiyasını  əsas  götürməklə, 
struktur  problemini  başlıca  məsələ  hesab  edir.  Zidd  qüvvələr 
nəzəriyyəsi ümumiyyətlə, sırf praktiki baxımdan mənfi istiqamətli 
effektlər  məcmusu  ilə  nəticələnə  bilər.  Belə  ki,  əks  gücün 
yaradılması (sözsüz ki, dövlət tərəfindən) əksər hallarda ikitərəfli 
inhisarla  sonuclanır  yaxud  ən  yaxşı  halda  duapoliya  meydana 
çıxır;  Zidd  güclərinin  qütbləşmə,  ayrı-ayrı  sahələrin  ifrat 
təmərküzləşməsi anlamında sinergetik effekti qaçılmazdır və s. 
Göründüyü  kimi,  araşdırdığımız  nəzəriyyədən  yalnız 
konkret situasiyalarda, həm do fraqmental şəkildə istifadə etmək 
mümkündür. 
212 


Bazarın  strukturu,  davranış  tərzi  və  nəticələrin  mürəkkəb 
kompleksinin 
tədqiqi 
zəruriliyi 
rəqabət 
nəzəriyyəsində 
«Sənayenin təşkili» konsepsiyasının və onun davamı kimi «firma» 
konsepsiyasının meydana çıxmasını şərtləndirmişdir. Bu baxışlar 
daha  çox  ABŞ-da  geniş  yayılmış  və  rəqabət  siyasətinin 
fonnalaşdırıimasında  əsas  nəzəri  baza  rolunu  oynamışlar.  Qeyd 
edilən yanaşmaların əsas fərqli cəhəti onların daha çox praqmatik 
mahiyyət kəsb etməsindədir. 
Rəqabətin  nəzəri  yozumları  içərisində  əlahiddə  yer  tutan 
yanaşma iqtisadi resurslar nəzəriyyəsidir. Bu nəzəriyyə rƏqttbəl 
piusesiliƏ  yanaşmada  ən’ənəvi  baxışların  təkcə  bazarla 
kifayətlənmələrini düzgün hesab etmir. Çünki, iqtisadi subyektin 
sahib 
olduğu 
resursların 
müxtəlif 
bazarlar 
arasında 
bölüşdürülməsi tamamilə mümkün olan bir haldır. Və, belə olan 
təqdirdə  hər  hansı  bir  bazarda  itirilən  vəsait  (zərər)  digərləri 
hesabına  kompensasiya oluna  bilər.  Əgər,  sahibkar  öz  kapitalını 
müxtəlif bazarlara istədiyi kimi yönəldə bilirsə, onda antirəqabət 
praktikasını  həyata  keçirmək  üçün  zəruri  səviyyədə  iqtisadi  güc 
əldə edir və s. 
Beləliklə, rəqabət nəzəriyyələrinin qısa xülasəsi açıq- aydın 
şəkildə  göstərir  ki,  sözügedən  prosesi  adekvat  şəkildə  əhatə  edə 
biləcək  vahid  sinkretik  nəzəriyyə  yoxdur.  Bununla  belə,  keçid 
iqtisadiyyatı şəraitinə uyğun rəqabət siyasətinin formalaşdıniması 
və  tətbiqi  baxımından  yuxanda  sadalanan  konseptual  baxışların 
müəyyən elementlərindən yararlanmaq mümkündür. 
Hər  şeydən  əvvəl,  çıxış  nöqtəsinə  qayıdaraq  qeyd  edək  ki, 
inhisarçı  fəaliyyətin  məhdudlaşdırılması  və  ümumiyyətlə, 
antiinhisar  siyasəti  «inhisar-^  rəqabət»  tənasüblüyündə  optimal 
uyğunluğa  ^naik'  olmaq  üçün  əlverişli  mühit  formalaşdırır. 
Rəqabət mühitinin yaradılması və mühafizəsi isə rəqabət siyasəti 
vasitəsi  ilə  həyata  keçirilir  ki,  bu  planda  da  antiinhisar 
qanunvericiliyinin xüsusi əhəmiyyəti vardır. 
Beləliklə, 
rəqabət 
bazar 
iqtisadiyyatının 
spesifik 
qanunlarından  biri  olmaqla,  cəmiyyətin  əsas  sosial-iqtisadi 
məqsədlərinin 
yerinə 
yetirilməsində, 
milli 
mənafelərin 
l(ücal-;»regij
3
nal—»q^lobal  miqyaslı  tarazlığında  mühüm  rol 
oynayır (şək. 5.2.). 
213 


 
Şək. 5.2. Milli mənafelərin lokal tarazlığına nail olmada 
rəqabətin rolu və yeri. 
Şəkildən göründüyü kimi, rəqabətin səmərəliliyini müəyyən 
edən cəhətlər onun funksiyalarında əks olunur. Məhz bu sxemdə 
rəqabətə  yanaşma  fərqliliyilə  seçilən  funksional  rəqabət  və 
neoklassik rəqabət nəzəriyyələrinin əsas istinad nöqtələri birlikdə 
əks olunmuşdur. 
İnhisarçı  fəaliyyətin  tənzimi  ilkin  və  başlıca  olaraq 
rəqabətin səmərəliliyinə xidmət etməlidir. Bunun üçün isə iqtisadi 
fəaliyyət  sərbəstliyi,  innovasiya,  eləcə  də  bazar  subyektlərinin 
dəyişən şəraitə uyğunlaşması və gəlirlərin ədalətli bölgüsü təmin 
olunmalıdır. 
214 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə