Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə80/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   76   77   78   79   80   81   82   83   ...   130

 
Şək.
 
5
.
7

inkişaf prosesinin suhyekthri arasında qarşılıqlı 
əlaqələrin Mok sxemi 
2)
 
İqtisadi demokratiyanın təməl prinsiplərinin yoxluğu, 
yaxud  onlann  fəaliyyət  dairəsinin  məhdudlaşdıniması,  siyasi 
qurumların birmə’nalı şəkildə hegemonluğu, iqtisadi gücün ifrat 
təmərküzləşməsi və ...inhisarizmin yaranması; 
Və,  nəticədə  dayanıqlı  inkişafın  maddi-sosial  bazası 
parçalanır,  tamamilə  təbii  məzmun  daşıyan  ziddiyyətlərin 
xarakteri  dəyişir,  açıq  şəkildə  qarşıdurmalar  meydana  çıxır, 
müxtəlifliklərin  “ölüm-dirim”  mübarizəsi  noamo  götürür.  Eyni' 
zamanda,  mənafelərin  tarazlığı  müntəvisində  inhisarizmin 
“dağıdıcı”  tə’siri  daha  da  güclənir,  inhisarizmin  təzahürü 
(ölkədaxili müstəvidə) təkcə iqtisadi itkilərlə yekunlaşmır. Belə ki, 
ümummilli  tələbatın  həcmi  və  iqtisadi  siyasətin  prioritetləri 
haqqında  ictimai  mə’lumatsızlıq  inhisarizmin  daha  da  güclü 
fəaliyyət göstərməsinə təkan verir: 
l)
 
İctimai 
nəzarətin 
yoxluğu 
korrupsiyanın 
genişlənməsinə  şərait  yaradır  ki,  bu  da  əksər  hallarda  iri  biznes 
subyektləri 
(hegemon 
mövqedə 
olanlar) 
ilə 
hökumət 
nümayəndələrinin birgə fəaliyyətinin nəticəsi kimi meydana çıxır; 
237 


2)
 
Kütləvi informasiya vasitələrinin bir sıra informasi- 
yalan  (məsələn,  sağlamlıq  və  insanlann  təhlükəsizliyi  aspektində) 
verməsi  üçün  iri  biznes  subyektləri  müəyyən  “məbləğ”  ödəyə 
bilərlər və s. 
Buna görə də, ümummilli səviyyədə nəinki informasiya əldə 
edilməsinə  zəmanət  verən  qanunlar  qəbul  olunmalı,  hətta 
bütövlükdə ictimai həyatın açıqlığını, şəffaflığını tə’min edə biləcək 
strategiya işlənib hazırlanmalıdır. Maraqlı cəhət bundan ibarətdir 
ki,  «İqtisadi  demokratiya—»inhisarizm»  cütlüyünün  qarşılıqlı 
uyğunsuzluğunun  doğurduğu  ağır  sosial-  iqtisadi  nəticələr  qlobal 
səviyyədə daha böyük ziddİ
3
^ətlər meydana çıxanr. 
Beynəlxalq iqtisadi təşkilatlar qeyd edirlər ki, yoxsulluğun 
aradan  qaldınimasında  başlıca maneələrdən  biri  hökumətlərarası 
dakxumaların  əsas  istinad  nöqtəsinin  kollektiv  surətdə  qlobal 
mənafelərin  deyil,  ümummilli  mənafelərin  üzərinə  düşməsidir. 
Həqiqətən  də,  bu  amilin  ələlxüsus  inkişaf  etmiş  ölkələrin  rolu 
baxımından  mühüm  əhəmiyyəti  vardır.  Belə  ki,  Uruqvay 
raundundan  sonrakı  dövrün  qiymətləndirilməsinə  görə,  ticarət 
sferasındakı yeni razılaşmalar ümumdünya gəlirini 212-510 mlrd, 
dollar  artıracaqdır.  Lakin,  eyni  zamanda,  iqtisadi  cəhətdən  geri 
qalmış  ölkələrdə  xalis  itkilərin  həcmi  ildə  600  mln.  dollar, 
Saxaradan  cənubda  yerləşən  ölkələrdə  isə  1,2  mlrd,  dollar  təşkil 
edəcəkdir' YUNKTAD-n hesablamalarına görə əgər inkişaf etmiş 
ölkələr  inkişaf  etməkdə  olan  ölkələrin  əsas  ixrac  mallarının 
beynəlxalq  tədavülü  sferasında  böyük  “ustalıqla”  tətbiq  etdikləri 
maneələri  aradan  qaldırsalar,  onda  həmin  ölkələrin  ixrac 
potensialı 700 mlrd, dollar artar ki (2005-ci ilə qədər), bu da 90-cı 
illərdəki  kapital  axıkının  orta  illik  həcmindən  dörd  dəfə  çox 
olacaqdır. 
Qlobal 
səviyyədə 
gedən 
proses, 
bazarlann 
inteqrasiyasından  əldə  edilən  fayda  bütünlüklə  inkişaf  etmiş 
ölkələrin  inhisanndadır.  Məsələn,  1970-ci  illə  müqayisədə  1997-ci 
ildə inkişaf etmiş ölkələrin ümumdünya ixracatında 
Доклад о развитии человека за 2000 год. ООН, ПРООН, Нью-Йорк. 
Оксфорд Юниверсити пресс, 2000, стр.З 
238 


payı 1 mlrd, dollardan 5 mlrd, dollara qədər artmış, ümumiyyətlə 
isə, dünya ixrac əməliyyatlarının orta hesabla 71%-i bu ölkələrin 
payına  düşmüşdür.  İqtisadi  cəhətdən  geri  qalmış  ölkələrdə  isə 
analoji  göstəricinin  müqayisəli  dinamikası  aşağıdakı  kimi 
olmuşdur (Cədvəl 5.I.). 
Cədvəl 5.1. 
İxrac  əməliyyatlarının  regional  bölgüdə  (iqtisadi  cəhətdən 
geri qalmış ölkələr üzrə) müqayisəli dinamikası (%) 
Regional bölgü
 
1970
 
2000
 
2000-ci il 1970-ci 
ilə nisbətən (+, -)
 
l.Saxaradan 
cənubda 
yerləşən 
ölkələr
 
3,1
 
1,4
 
-1,7
 
2.Latın  Amerikası  və  Karib  hövzəsi 
ölkələri
 
3,8
 
4,3
 
+1,5
 
3.Cənubi Asiya ölkələri
 
0,7
 
0,9
 
+0,2
 
4.Şərqi Asiya və Sakit okean regionu
 
2,4
 
9,1
 
+6,7
 
Mənbə: 
World Bank. 2000. 
Problemin həlli mürəkkəbliyinin əsas istiqamətlərindən biri 
bundadır ki, “kiçik” ölkələr, əsasən də aşağı gəlirə malik olanlar, 
qloballaşmanın müsbət nəticələrindən istifadə edə bilmir və əksər 
hallarda  da  dünya  bazarında  gedən  kəskin  rəqabət  mübarizəsi 
nəticəsində həmin sferadan sıxışdırılıb çıxarılırlar. 
Digər  tərəfdən,  beynəlxalq  təşkilatların  fəaliyyəti  “qapalı” 
inhisarların yaranmasında müstəsna rol oynayır. Hələ 1994-cü ildə 
TRİPS  (intellektual  mülkiyyətə  olan  hüququn  ticarət  aspektləri 
üzrə  imzalanmış  Razılaşma)  patent  və  müəllif  hüququnun 
mühafizəsinin  daha  da  ciddiləşdirilməsi  haqqında  qərar  qəbul 
etmişdir.  Və,  bu  “ciddiləşmə”  texnologiya  mübadiləsinin 
bütövlükdə  bəşəriyyətin  mənafeləri  prizmasından  deyil,  onları 
işləyib  hazırlayan  və  realizə  edənlərin  maraqları  çərçivəsində 
həyata keçirilir. 
Bütün bunlar belə bir qənaətə gəlməyə imkan verir ki, əgər 
ölkədaxili yaxud regional çərçivədə inhisarlaşmaya qarşı mübarizə 
prioritet  xarakter  kəsb  edirsə,  onda  eyni  məzmunlu  yanaşma 
qlobal səviyyədə də tətbiq edilməlidir. Əks-təqdirdə, 
239 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə