Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə77/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   73   74   75   76   77   78   79   80   ...   130

 
 



 
nəzəri,  həm  də  praktiki  anlamda  səhv  addımdır.  Məsələn,  keçid 
iqtisadiyyatı  şəraitində  təbii  inhisarlann  özəlləşdirilməsinin 
qeyri-mümkünlüyü  kimi!  Həm  də,  qeyd  edilməlidir  ki,  burda 
söhbət  təkcə  keçid  iqtisadiyyatının  doğurduğu  problemlərdən 
getmir. 
Ümumiyyətlə, 
araşdiEdığH 
mız--4Stiqamdxtə—
möveud—elan  dünya  təcrübəsi  açıq-aydın 
şəkildə göstərir ki, ölkənin iqtisadi sisteminin özəlliklərindən, eləcə 
də  iqtisadi  potensialından  asılı  olmayaraq  ən  azı 3  sferada  iəhii . 
Ät^hisariann (bir qayda olaraq dövlətin taBeçiliyində) möv^dfiığu 
ictimai rifahın təmini baxımından qaçılmazdır: 
’ 
1)
 
Ölkənin  hərbi  təhlükəsizliyinin  təminatına  xidmət  edən 
müdafiə sənayesi; 
2)
 
İqtisadi  səmərəliliyi  aşağı  səviyyədə  olan  (yaxud  heç 
olmayan) sahələr (Rabitə, nort və s.); 
3)
 
Elmtutumlu, 
kapital 
tutumlu 
və 
ümumiyyətlə 
fundamental elm sahələri. 
Təhlil materialları göstərir ki, bütün bunlara baxmayaraq, 
bir  sıra  keçid  iqtisadiyyatlı  ölkələrdə  təbii  inhisarların 
«özəlləşdirilməsi»  istiqamətində  də  intensiv  fəaliyyət  göstərilir. 
Məsələn,  hal-hazırda  Rusiya  Federasiyası  «Qaz-  prom», 
«Svyazinvest» və s. kimi ölkənin iqtisadi infrastrukturunun əsasını 
təşkil  edən  inhisarların  «axırına»  çıxmağa  çalışır.  Bu  baxımdan 
Azərbaycan  Respublikasında  yalnız  tədavül  sferası  qismən 
təsirlərə mə’ruz qalır. 
Təhlil  materialları  göstərir  ki,  təbii  inhisarlarla  «ölüm- 
dirim» mübarizəsini şərtləndirən amillər həm daxili, həm də xarici 
mənbələrdən  qaynaqlanır.  Əvvəla,  bu  istiqamətdə  xarici 
sahibkarlar daha intensiv fəaliyyət göstərirlər, ona görə ki, nəinki 
qlobal, həm də regional səviyyədə potensial rəqibi aradan qaldmr 
və  nəticə  etibarı  ilə  transregion  miqyasında  inhisarçı  fəaliyyətini 
təmin  edə  bilirlər;  İkincisi,  sırf  taktiki  problemlərin  (məsələn 
büdcə kəsirinin örtülməsi) həllinə nail olmağa çalışılır; Üçüncüsü, 
lobbist-korru|sioner mahiyyət daşıyan istiqamətin təbii inhisarlara 
yanaşmada 
öncül 
mövqeyə 
keçməsi; 
Yə’ni, 
hökumət 
nümayəndələrinin «hamilik» etdiyi özəl sektor subyektlərinə «pay» 
verilməsi və s. 
228 


Başqa sözlə, istənilən halda sistem dəyişiklikliyinin spesifik 
xüsusiyyətləri, eləcə də həm qlobal, həm də geosiyasi və geoiqtisadi 
situasiya mütləq nəzərə alınmalıdır. 
' Ölkədə inhisarçı fəaliyyətin tənzimi proMemLərinin həlli « 
istiqamətləri^ 
pjaraq istına(i.-.edilmasi mümkün.^oİan 
I
  bazanın  ~yaxud  platformanın  tərkib  ünsürləri  ilə  birlikdə 
müəyyənləşdirilməsini  tələb  edir.  Başqa  sözlə,  araşdırdığımız 
problemə münasibətdə dövlət tənzimi sisteminin elementləri dəqiq 
şəkildə  ifadə  olunmalıdır.  Ən  ümumnəzəri  mövqedən  yanaşsaq, 
sözügedən  sistemin  antiinhisar  profilli  mahiyyət  kəsb  edən 
ünsürlərini aşağıdakı kimi sıralamaq məqsədəuyğun olardı; 
1)
 
Hüquqi bazanın adekvatlığı; 
2)
 
Tənzimlənmənin aydın şəkildə ifadə edilmiş məqsədləri; 
3)
 
Dövlətin  iqtisadiyyata  (bütövlükdə)  müdaxiləsinin 
sərhədləri yaxud tənzimləmə ilə əhatə edilən iqtisadi sektorun 
‘ sərhədləri; 
4)
 
Özəl sektorun «tənzimlənən» sferalara çıxışı şərtləri; 
5)
 
Əsasən  təbii  inhisarlarla  bağlı  qiymət  qoyma 
mexanizmi; 
6)
 
Tənzimləməni  həyata  keçirən  dövlət  orqanının 
səlahiyyət çərçivəsi; 
7)
 
İqtisadiyyatm  tənzimlənməsi  zəruri  olan  sahələrinin 
müəyyənləşdirilməsi; 
8)
 
İqtisadiyyatın  institutsional  strukturunun  inkişafında 
dövlətin praktiki fəaliyyətinin sərhədləri və s. 
Apardığımız araşdırmalar göstərir ki, əvvəlki 
paraqraflarda qeyd etdiyimiz konseptual istiqamət çərçivəsində 
iqtisadiyyatın inhisarsızlaşdırılması və rəqabətin inkişafı üçün 
aşağıdakı tədbirlərin həyata keçirilməsi ; məqsədəuyğun olardı: 

1 .İnvestisiya müsabiqələri, torq və hərracların 
I
 keçirilməsi, eləcə do dövlət sifarişlərinin yerləşdirilməsi I üzərində 
antiinhisar nəzarətinin təşkilinin səmərələşdirilməsi; 
r,/£, 
229 


2.
 
Ölkə 
ərazisində 
istehsal 
amillərinin 
sərbəst 
mjqtasiyasına  mane  olan  dövlət  və  özəl  strukturlara  qarşı  ciddi 
tədbirlərin görülməsi; 
3.
 
İstehsalın  təmərküzləşməsinin  və  dövlət  orqanlannm 
inhisarçılığının aşağı salınması və rəqabət mühitinin təşəkkülünə 
yönəldilmiş  dövlət  vəsaitlərinin  daha  geniş  istifadəsi  və  bu 
prosesdə mövcud olan hüquqi tənzimlənmənin təkmilləşdirilməsi; 
4.
 
MDB ölkələrinin antiinhisar qanunvericiliyinin məzmun 
uyğunluğuna nail olmaq və onların rəqabət 
^siyasətinin  beynəlxalq  prinsip  və  qaydalara  müvafıqliyinin 
'tə’min edilməsi. 
§4. İNHİSARİZM VƏ İQTİSADİ DEMOKRATİYA: 
QARŞILIQLI UYĞUNSUZLUĞUN ANA TOMİYASI 
Ölkədə  real  bazar  münasibətlərinin  qərarlaşması  prosesi 
davam  etməkdədir.  Son  dövrlərdə  əldə  edilmiş  nailiyyətlər, 
iqtisadi artımın yüksələn xəttlə gedişi, xarici əlaqələrin intensivlik 
dərəcəsinin  artımı  strateji  planda  qarşıya  qoyulan  məqsədlərə 
çatma 
imkanlarını optimist mövqedən 
qiymətləndirməyə əsas verir. 
Lakin,  eyni  zamanda,  sosial-iqtisadi  inkişafla  bağlı  olan 
metaproblemin yekcins deyil, ikili mahiyyət daşıması və bununla 
əlaqədar  olaraq  meydana  çıxan  təhlükəli  meyl  və  təmayüllərin 
vaxtında  qarşısının  alınması  son  dərəcə  aktual  əhəmiyyət  kəsb 
edir. 
Mə’lum  olduğu  kimi,  söhbət  mənafelərin  tarazlığı 
qanununun  realizasiyası  baxımxkdan  həlledici  rola  malik  olan 
inhisarizm—»iqtisadi  demokratiya 
cütlüyünün qarşılıqlı 
“davranış” 
xüsusiyyətlərindən, 
birləşdirilməsi 
mümkün 
olmayanların  heç  olmasa,  nəzəri  konsensusuna  nail  olmaqdan 
gedir. Əvvəlki tədqiqatlarımızda da sözügedən problemin bir sıra 
aspektlərinə aydınlıq gətirməyə çalışmışıq. 
İndi  isə  həmin  prizmadan  qarşılıqlı  uyğunsuzluğun  daxili 
təbiətinə nüfuz etməyə cəhd göstərəcəyik. 
230 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə