Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


qiymətləndirilməsi ilə müəyyən olunur. Məhz buna istinad edərək



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə76/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   72   73   74   75   76   77   78   79   ...   130

qiymətləndirilməsi ilə müəyyən olunur. Məhz buna istinad edərək,
 
Natter «rəqabətli» və 
«inhisarçı» sahələri 
fərqləndirmək  üçün  təklif  edirdi  ki,  1937-39-cu  illər  üzrə 
«effektiv-inhisarçı»  sahələr  milli  gəlirin  müvafiq  olaraq  20%  və 
21%-ni,  «işləyən»  rəqabətli  55-56%-ni,  dövlət  və  tənzimlənən 
sektor 19-20%-ni, ev təsərrüfatları və «ictimai» müəssisələri 4%-ni 
verir.  Stiqler  də  eyni  ilə  inhisarçı  «zonanı»  müəyyənləşdirmişdir 
(inhisarçı  sahə  milli  gəlirin  24,4%-ni,  rəqabət  «zonası»  55,2%-ni 
verir).  Yerdə  qalan  hissə  bölünməyən  (inhisarçı-rəqabətli) 
sahələrin  payına  düşür.  Sözsüz  ki,  yuxarıda  qısa  xülasə  şəklində 
əks  etdirdiyimiz  mövqe  inhisarlaşma  dərəcəsinin  dəqiq 
müəyyənləşdirilməsi baxımından yetərli deyildir. Və, ümumiyyətlə, 
problemə  yanaşma  üsulu  çılpaq  abstraksionizm  təsiri  bağışlayır. 
Sözügedən  tədqiqatçılann  həm  istinad,  həm  də  ölçü  nöqtələri 
(istehsalın 
həcmi—>milli 
gəlir) real gerçəkliyin 
aydınlaşdırılması üçün qətiyyən kifayət deyildir. 
Qeyd  etmək  lazımdır  ki,  araşdırılan  yanaşmaya  tənqidi 
yanaşan  tədqiqatçılardan  bəziləri,  nə  qədər  qəribə  olsa  da,  bunu 
oliqopoliya  ilə  müqayisə  etmiş,  problemin  mahiyyətinə  varmağa 
cəhd göstərməmişdirlər. Məsələn, J.Beyn^^ hesab edir ki, bu cür 
baxış  əsasən  oliqopolik  situasiya  üçün  xarakterikdir.  Guya, 
oliqopolik situasiya bazarın yox, istehsal sferasının törəməsidir və 
s. 

İnhisarlaşma 
dərəcəsinin 
müəyyənləşdirilməsində 
yuxSıHa-^yd  olunanİarİa  müqayisədə  amefikaİı  '  iqtisadçı 
■AJLemerin  yanaşması  qismən  problemlə  mahiyyət  uyğunluğu 
daşıyır. O, bunun üçün aşağıdakı formulu təklif edir: 
P - M C  
i -  
p
 
Burada: L-inhisar dərəcəsinin Lemer əmsalı; 
P-satış qiyməti; 
MC-marjinal xərclər. 
Əgər MC=P  bərabərliyi olarsa,  onda  L=0  olacaqdır  ki.  bu 
da inhisarın yoxluğu deməkdir. 
99 
J.Bain. Industrial Organisation. N.Y., 1968, pp. 137-145. 
225 


Lemer əmsalına münasibət bildirən H.Maxlup isə yazır ki, 
qiymətin istehsal xərclərindən kənarlaşması hələ o demək deyildir 
ki,  real  istehsalın  həcmi  (inhisarçı  xarakterlə  əlaqədar)  «...ideal 
rəqabət situasiyasında» ola biləcək həcmdən nə qədər az olmuşdur. 
Bu  formul  inhisar  hakimiyyəti  haqqında  yalnız  dolayısı  ilə 
mühakimə yürütməyə imkan verir. 
İnhisarlaşma  dərəcəsi  və  onun  müəyyənləşdirilməsi  ilə 
əlaqədar  olan  problemlərə  münasibətdə  H.Maxlup  perspektiv 
gözləmələri  ön  plana  çəkir.  «...Patentlərin  iri  korporasiyaların 
əlində təmərküzləşməsi  onlara  demək  olar  ki,  hüdudsuz  inhisarçı 
hakimiyyət  verir»’®'.  Aydındır  ki,  bu  halda  (innovasiya 
sahibkarlığı  sferasında)  inhisarlaşma  dərəcəsi  «görünən» 
münasibətlərdən kəskin şəkildə yüksək olacaqdır. Nou-xau, patent, 
ümumiyyətlə,  elmi-texniki  biliklərin  və  idarəetmə  təcrübəsinin 
getdikcə daha böyük önəm daşıdığını P.Draker də təsdiqləyir: «... 
Menecment  amili  müasir  kütləvi  istehsalda  daha  mühüm  amilə 
çevrilir və o, yeganə amildir ki, onun substitutu yoxdur»'®^. 
İnhisarlaşma  dərəcəsinin  empirik  qiymətləndirilməsi 
baxımından  hal-hazırda  istifadə  olunan  əsas  üsullar  sırasına 
təmərküzləşmə 
əmsalı 
və 
Herfındal 
indeksi 
daxildir. 
Təmərküzləşmə əmsalı bazarda bir yaxud bir neçə böyük firmanın 
üstünlük  dərəcəsini  müəyyənləşdirməyə  imkan  verir.  Bir  sıra 
tədqiqatçılar  göstərirlər  ki,  bu  əmsal  «...sahələrarası  fərqi  nəzərə 
almadığına»görə tam yaralı hesab oluna bilməz. Bununla müqayisə 
Herfındal indeksi daha yararlı hesab olunur: 
H=P^+P^+....+P^; 
Burada: 
H-Herfındal indeksi; 
'®® H.Machlup. The Political Economy of Monopoly. Baltimore, 1967, 
pp.510-511. 
'®' Yenə orada, p.284. 
'®^ P.Drucker. The Concept of the Corparation. N.Y., 1946, p.l38. 
'®^ Э.Дж.Долан, Д.Е.Линдсей. Рынок: Микроэкономическая модель. 
Санкт-Петербург, 1992 г., стр.217. 
226 


Pı»  Pa>  Pn-aynca  götürülmüş  fırmalann  bazar  payıdır 
(faizlə ifadə olunur). 
Əgər  H=10000-sə,  bu  maksimum  kəmiyyət  hesab  olunur. 
Və, o deməkdir ki, bazar tam inhisarlaşıb və s. 
Sübut  etməyə  ehtiyac  yoxdur  ki,  sırf  kəmiyyət 
qiymətləndirilməsinə  söykənən  mühakimələr  nəinki  inhisar 
dərəcəsinin, 
həmçinin 
bütövlükdə 
iqtisadiyyatın 
ümumi 
xarakterinin müəyyənləşdirilməsində səhv nəticələrə gətirib çıxara 
bilər.  Başqa  sözlə,  yalnız  kəmiyyət  göstəriciləri  əsasında  iri 
firmaları  inhisarçılıqda  günahlandırmaq  cəhdi  (baxmayaraq  ki, 
ümumi iqtisadi situasiya haqqında zəruri məlumatlan əldə etməyə 
imkan verir) yanlışlıqdır. 
Buna  görə  də,  subyektlərin  davranış  qaydaları  sözügedən 
hadisənin  mahiyyətinə  yanaşmada  mütləq  nəzərə  alınmalıdır. 
Bunsuz  hətta  inhisar  yaradan  prosesi  (birləşmə  və  qovuşmalar) 
düzgün qiymətləndirmək mümkün deyildir. 
Bazar  subyektlərinin  davranış  tərzinin  inhisar  meylilini 
müəyyənləşdirmək  məqsədilə  bir  sıra  istiqamətlərdə  araşdırma 
aparmaq zəruridir: 
1)
 
Bazara girişdikdə maneələrin mövcudluğu; 
2)
 
Qiymət üzrə kartel razılaşmalannm olması; 
3)
 
Bazarın açıqlıq dərəcəsi, xarici rəqabətin olması; 
4)
 
Rəqabətin  daxili  təbiətinin  müəyyənləşdirilməsi  (Haqsız 
rəqabət;  qeyri-qiymət  amilləri  üzrə  rəqabətin  mövcudluğu; 
elmi-texniki biliklər üzrə rəqabət mübarizəsinin^ varlığı) və s. 
Eyni  zamanda,  göstərmək  lazımdır  ki,  yuxarıda  əks 
etdirdiyimiz  proseslərin  keçid  iqtisadiyyatı  şəraitində,  sözün  tam 
mənası ilə tətbiqi olduqca müşkül işdir. Ümumiyyətlə, fıkrimizcə, 
inhisarizmə  qarşı  mübarizənin  sosial  proses  formasında 
kütləviləşdirilməsini  də  qəbul  etmək  düzgün  olmazdı.  Ən  azı  ona 
görə ki, inhisarın təzahür müxtəlifliyi, fərqli formalarda meydana 
çıxması  sözügedən  istiqamətdə  həyata  keçirilməsi  zəruri  olan 
tədbirlərin adekvat differen- siyasiyasını tələb edir. Yə’ni, inhisann 
açıq,  qapalı  və  təbii  formalanna  yanaşmada  monolitliyin 
təminatına çalışmaq həm 
227 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə