Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


müqaviləni  qadağan  edir.  Yəni,  müqavilə  bağlandığı  andan



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə84/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   80   81   82   83   84   85   86   87   ...   130

müqaviləni  qadağan  edir.  Yəni,  müqavilə  bağlandığı  andan 
qeyri-qanuni 
hesab  olunur.  Kartel  Qanunu  isə  kartel 
müqavilələrinin tətbiqini (yerinə yetirilməsini) qeyri-qanuni sayır. 
Bundan başqa, ABŞ-m antitrest qanunvericiliyi həm üfıqi, həm də 
şaquli istiqamətdə rəqabətin məhdudlaşdınl- masını qadağan edir. 
AFR-in  Kartel  Qanununda  isə  qadağa  yalnız  üfıqi  yönümə  aid 
olunur. 
ABŞ-da inhisarçı fəaliyyət üzərində dövlət nəzarəti Ədliyyə 
Nazirliyinin antitrest şö’bəsi tərəfindən həyata keçirilir. Bu şö’bə 
antitrest  qanunvericiliyini  pozanlar  haqqında  iş  qaldınr  və  onu 
məhkəməyə  verir.  Ədliyyə  Nazirliyindən  başqa  antitrest 
qanunvericiliyinə əməl edilməsi üzərində dövlət nəzarətini Federal 
ticarət Komissiyası da həyata keçirir. Həmçinin, qeyd edilməlidir 
ki,  bu  tədbirlər  kompleksinin  həyata  keçirilməsində  əsas  yük 
federal məhkəmələrin, ələlxüsus ABŞ-ın Ali məhkəməsinin üzərinə 
düşür.  Məhkəmələr  bir  qayda  olaraq,  müqavilələrdə  yaxud 
təsərrüfat fəaliyyətinin metodlarında mövcud olan bu və ya digər 
məhdudlaşdırıcı 
şərtlərin 
qeyri-qanuni 
olduğunu 
yaxud 
ümumiyyətlə, qanunililiyini qiymətləndirir. 
AFR-da 
ifrat  inhisarlaşmanın  neqativ  nəticələrinin 
yumşaldılması  istiqamətində  bazar  münasibətlərinin  dövlət 
tənzimlənməsini  kartellərin  işi  üzrə  orqanlar  həyata  keçirir.  Bu 
orqanlara Kartellərin işi üzrə Federal İdarə, iqtisadiyyatın Federal 
Naziri  və torpaqlann  ali orqanları  aiddir.  Sənaye və  professional 
assosiyasiyalannın 
öz 
sahələrində 
rəqabət 
qaydalarını 
formalaşdırmaları  özəl  sektorun  rəqabət  münasibətlərində  öz 
fəaliyyətlərinin  tənzimlənməsi  keyfiyyətində  qəbul  oluna  bilər. 
Kartellərin  işi  üzrə  Orqanlar  müəssisələrə,  kartellərə,  sənaye  və 
professional  assosiyasi-  yalara  qarşı  inzibati,  cərimə  tədbirləri 
həyata keçirə yaxud təhqiqat apara bilərlər. 
İnzibati  üsulla  müdaxilədə  bir  qayda  olaraq,  kartel 
müqavilələrinə  icazə  verilməsi  yaxud  qadağan  olunması, 
müəssisələrin qovuşması haqqında müqavilələrin qeyri- qanuniliyi, 
bazarda hegemon mövqe tutan müəssisənin qeyri- 
249 


qanuni  davranışının  qadağan  olunması  haqqında  məsələlər  həll 
edilir. 
Maraqlı  cəhətləri  ilə  seçilən  antiinhisar  qanunvericiliyi 
İsraildə  tətbiq  edilməkdədir.  Digər  ölkələrdən  fərqli  olaraq, 
j
töYsif'ölünur. Bu baxımdan, İsraildə biznes sferasında fəaliyyətin 
məhdudlaşdınimasma  yönəldilən,  başqa  sözlə  sırf  antiinhisar 
mahiyyəti  daşıyan  qanun  1988-ci  ildə  qəbul  edilmiş  «Sahibkarlıq 
fəaliyyətinih33iiəhdudl'aşdırüıaası»_  Jıaqqında  qanundur.  Qähuh 
konseptual  baxımdan  3  istiqaməti  özündə  ehtiva  edir:  Kartel 
sazişləri, inhisar və şirkətlerin==birləşməsi. 
Kartel‘sa2işiəri’2lKp^tdə nəzərdən keçirilir: 
1)
 
Yazılı şəkildə (müqavilə); 
2)
 
Tərəflərin müəyyən davranış tərzi formasında. 
Eyni  zamanda,  hansısa  şirkət  kartel  fəaliyyətinə  uyğun 
addımlar atırsa, o hətta həmin sazişin iştirakçısı olmasa da, kartelin 
tərəflərindən biri kimi qəbul edilir. Digər tərəfdən, yalnız iki halda 
sözügedən  qanunun  təsir  dairəsindən  uzaqlaşmaq  mümkündür: 
Razılaşmanın  qanuna  müvafiqliyi  gözlənildikdə  və  qız  şirkətlə 
razılaşma olduqda. 
Kartel sazişində iştirak etmək istəyən subyekt mütləq xüsusi 
orqanlann  razılığını  almalıdır.  Sözügedən  qanuna  əməl  edilməsi 
üzərində nəzarət iki əsas orqan tərəfindən həyata pkeçirilir: Sənaye 
və  Ticarət  Nazirliyinin  nəzdində  olan  sahibkarlıq  fəaliyyətinin 
məhdudlaşdıniması  üzrə  Müvəkkil  və  sahibkarlıq  fəaliyyətinin 
məhdudlaşdırılması  üzrə  Məhkəmə!  Kartel  sazişinin  müddəti 
məhkəmə tərəfində cəmi 3 illə məhdudlaşdınlır. 
İsrail  qanununa  görə  şirkətlərin  birləşmə  prosesinin 
məhdudlaşdıniması  aşağıdakı  kriteriyalar  əsasında  həyata 
keçirilir: 
1)
 
Birləşmiş  şirkətin  əmtəə  (xidmət)  bazannda  payı  50%- 
dən yüksək olarsa, yaxud istehsalın 50%-nə nəzarət edərsə; 
2)
 
Birləşmə  istəyində  olan  iki  şirkətin  illik  satış  həcmi  150 
mln. şekeldən çox olarsa; 
3)
 
Əgər  birləşməkdə  olan  iki  şirkətdən  biri  inhisarçıdırsa. 
Maraqlıdır ki, yalnız sözügedən şirkətlərin daxili bazarda satış 
250 


həcmi  əsas  götürülür.  Xarici  iqtisadi  dövriyyə  bu  məcmuluğa  aid 
edpilmir. 
Birləşmə qəranna gəlmiş şirkətlər Müvəkkildən əvvəlcədən 
icazə  almalıdırlar.  Bu  icazə  əgər  30  gündən  çox  müddəti  əhatə 
edərsə və bu vaxt ərzində hər hansı bir qərar çıxarılmazsa, onda bu 
razılıq kimi qəbul olunur. 
İnhisar fəaliyyətinin  məhdudlaşdırılması  isə  yuxarıda  qeyd 
etdiyimiz  50%-lik  limitlə  əsaslandırılır.  İnhisarçı  fəaliyyətin 
məhdudlaşdırılmasında  əsas  məqsəd  ictimai  zərərin  qarşısının 
alınmasıdır. 
Sənayecə  inkişaf  etmiş  ölkələrin  qanunvericilik  təcrübəsi 
göstərir  ki,  haqsız  rəqabət  və  inhisarçı  fəaliyyətin  qarşısının 
alınmasının  hüquqi  tənzimlənməsi  müxtəlif  mənbələrə  istinadən 
formalaşır: Əlahiddə şəkildə qəbul edilmiş antiinhisar qanunları və 
haqsız rəqabətin aradan qaldırılması haqqında qanunlar (Avstriya, 
İspaniya, Kanada, AFR, İsveçrə); Antiinhisar qanunları və haqsız 
rəqabətin  qarşısının  alınması  sferasında  mülki  hüququn  ümumi 
normaları (İtaliya, Fransa); Antiinhisar yaxud antitrest qanunları 
və  haqsız  rəqabətin  qarşısının  alınması  sferasında  məhkəmə 
nəzarəti (ABŞ, İngiltərə). 
İnkişaf ^rniş ölkələrin antiinhisar qanunvericiliyinin tədqiqi 
antirəqabət mahiyyəti daşıyan aşäğıdäkılämi'ffiüig^^əh edilməsinə 
imkan verir: 
‘l)Rəqabətin üfiqi məhdudlaşdırılması; 
2)
 
Rəqabətin şaquli məhdudlaşdırılması; 
3)
 
Bazarda hegemon mövqedən sui-istifadə və s. 
Rəqabətin üfiqi məhdudlaşdırılması eyni səviyyədə 
məhsul  (xidmət)  bölgüsü  yaxud  istehsalla  məşğul  olan  tərəflər 
arasında  müqavilə  bağlanmasını  özündə  ehtiva  edir.  Bu  hal 
ikitərəfli sazişlərdən tutmuş çoxtərəfli sazişlərə qədər, yəni sadədən 
mürəkkəbə doğru müxtəlif variasiyalarda ola bilər. 
Rəqabətin  üfiqi  məhdudlaşdınlmasının  tipik  nümunəsi 
kartel  müqavilələridir.  Mə’lumdur  ki,  bu  müqavilələr  bir  qayda 
olaraq 
qiymətin  reqlamentləşdirilməsi,  satış  bazarlarının 
bölüşdürülməsi  kimi,  eləcə  də  özünəməxsus  ticarət  şəraitinin 
yaradılması yönümlü inhisaryaradan prosesləri özündə əks 
251 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə