Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


bazannda mal təklifinin formalaşmasında müəssisənin xüsusi çəkisi



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə87/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   83   84   85   86   87   88   89   90   ...   130

bazannda mal təklifinin formalaşmasında müəssisənin xüsusi çəkisi 
65%-dən az deyilsə, onda həmin müəssisə hegemon hesab edilir. Bu 
qaydadan iki istisna da nəzərdə tutulmuşdur: 
1)
 
65%-lik paya malik olmasına baxmayaraq, əgər müəssisə 
sübut edə bilsə ki, onun bazardakı mövqeyi hegemon mövqe deyil, 
onda 
həmin 
müəssisə 
antiinhisar 
tədbirlərinə 
məruz 
qalmayacaqdır; 
2)
 
Antiinhisar  orqanı  65%-lik  paydan  aşağı  xüsusi  çəkiyə 
malik  olan  müəssisəni  də  hegemon  saya  bilər.  Həmin  orqan 
müəssisənin  bazar  payının  sabitliyini,  onun  rəqiblərinin  bazar 
payının  nisbi  səviyyəsini,  eləcə  də  bazara  yeni  rəqiblərin  daxil 
olmasında yaranan çətinlikləri müəyyənləşdirməklə belə bir qərar 
qəbul  etmək  iqtidarındadır.  Sözsüz  ki,  qeyd  edilən  yanaşma 
çərçivəsində  korporasiyalarla  qarşılıqlı  münasibətlərin  səmərəli 
tənzimlənməsi birtərəfli xarakter daşıyır və bu prosesin bütün sfera 
və  istiqamətlərini  əhatə  etmir.  Eyni  zamanda,  bölünməz  yaxud 
aynima yolu ilə kommersiya subyektinin yaradılması istiqamətində 
razılaşma ilə bağlı suala cavab verilmir. 
Sözügedən qanunun məntiqinə görə hər cür ayrılma yaxud 
bölünmə yalnız yenidən yaranma kimi nəzərdən keçilir. Rusiyada 
dövlət  Reestri  bazarlardakı  təmərküzləşmənin  real  mənzərəsini 
adekvat şəkildə əks etdirmir. 
Əlbəttə  ki,  qeyd  edilən  istiqamətdə  əsas  səbəblərdən  biri 
Dövlət  Reestrinin  statikliyidir.  Digər  səbəb  problemə  yanaşmada 
yol  verilən  metodoloji  yalnışlıqlarla  izah  olunur.  Məsələ 
burasındadır  ki,  Dövlət  Reestri  yalnız  və  başlıca  olaraq 
istehsalçı-müəssisələri, o cümlədən təbii inhisarları əhatə etməklə, 
tədavül  sferasında  baş  verən  təmərküzləşmə  proseslərini 
nəzər-diqqətdən 
kənarda 
qoyur. 
Digər 
tərəfdən, 
mal 
nomenklaturası ilə əlaqədar formalaşan situasiya da az əhəmiyyətli 
deyildir.  Belə  ki,  mallann  yüksək  kompli-  mentarlığı  müxtəlif 
manevrlər  etmə  imkanını  əhəmiyyətli  dərəcədə  yüksəldir  ki, 
nəticədə də tam istehsal tsiklinin inteqrasiya olunmuş sub’ektlərin 
təsir  dairəsində  olmasını  sübut  etmək  müşkül  işə  çevrilir.  Eyni 
zamanda, xarici investorlann məhz inteqrasiya prosesləri yönümdə 
fəaliyyət 
258 


lərinin tənzimlənməsi sonuc olaraq milli iqtisadi maraqlara mənfi 
təsir  göstərir.  Yə’ni,  əslində  yerli  və  xarici  təsərrüfat  subyekti 
arasında  «reqressiv»  inteqrasiya  gedir  ki,  bu  da  milli  iqtisadi 
vahidin  əcnəbi  mənşəli  firmadan  «satış-təchizat»  asılılığına 
düşməsi ilə nəticələnir. 
Və, məntiqi yekun kimi, proses bütünlüklə xarici firmanın 
nəzarəti altına keçir. 
Antiinhisar qanunvericiliyinin sistemli tədqiqatı göstərir ki, 
Rusiyanın  antiinhisar  orqanlarının  yuxarıda  əks  etdirdiyimiz 
prosesi tənzimləmək yönümündə hüquqi alət və vasitələri yoxdur... 
Eləcə  də,  bu  hallarda  bir  qayda  olaraq  təchizat,  reali-  zasiya  və 
qiymət  siyasəti  haqqında  informasiyanın  əvvəlcədən  təqdim 
edilməsi tələbi də effektiv antiinhisar nəzarətini təmin edə bilmir. 
Rusiyanın  sözügedən  qanununda  proses  yaxud  hadisənin 
(rəqabəti məhdudlaşdırsa da) sosial-iqtisadi effektlə nəticələnməsi 
yəqinləşərkən, ona heç bir məhdudiyyət şərti yaxud qadağa tətbiq 
edilmir.  Aydındır  ki,  nəinki  Rusiya,  Azərbaycan,  eləcə  də  əksər 
keçid  iqtisadiyyatlı  ölkələrdə  real  sektora  cəlb  edilən 
investisiyalara bir mə’nalı olaraq müsbət münasibət bəslənilir. 
Ukrainanın_ 
antiinhisar 
siyasəti 
«İnhisarizmin 
məhdudlaşdırılması  r  və  '^  sahibkarlıq  fəaliyyətində  ;  haqsız 
rəqabətin  yolverilməzliyi»  haqqında  qanunla  tənzimlənir.  Bu 
qanun  inhisarçı  fəaliyyətin  məhdudlaşdırılması,  haqsız  rəqabətin 
yolverilməzliyi  və  antiinhisar  qanunvericiliyinin  normalarına 
riayət  etmə  üzərində  dövlət  nəzarətinin  həyata  keçirilməsinin 
hüquqi əsaslarını özündə ehtiva edir. 
Bu  qanuna  görə,  konkret  mal  bazarında  mal  təklifinin 
formalaşdırılmasında  35%-dən  yüksək  xüsusi  çəkiyə  malik  olan 
subyekt  inhisarçı  hesab  olunur.  Eyni  zamanda,  Antiinhisar 
Komitəsinin  qərarı  ilə  35%-dən  aşağı  paya  malik  olan  bazar 
subyekti də inhisarçı hesab oluna bilər. Eyni zamanda, antiinhisar 
səciyyəli  fəaliyyətin  əsas  ağırlıq  mərkəzi  3  istiqaməti  özündə 
birləşdirir: 
1 )İnhisarçı mövqedən sui-istifadə
259 


2)
 
Sahibkarlara 
münasibətdə 
(hakimiyyət 
orqanlan 
tərəfdən) ayn-seçkiliyin qarşısının alınması; 
3)
 
Haqsız rəqabət. 
Antiinhisar  qanunvericiliyinə  riayət  edilməsi,  inhisarçı 
mövqedən  sui-istifadə  ilə  bağlı  sahibkarların  mənafelərinin 
mühafizəsi və haqsız rəqabət üzərində dövlət nəzarəti Antiinhisar 
Komitəsi tərəfindən həyata keçirilir. O, öz fəaliyyətində yalnız Ali 
Sovet qarşısında hesabat verir və onun tabeçiliyindədir. 
İnhisarçı  mövqedə  olan  səhmdar  cəmiyyətinin  nəzarət 
paketini  əldə  etmək  istəyində  olan  sahibkar  bu  haqqa  bir  ay 
ərzində  Antiinhisar  Komitəsinə  məlumat  verməlidir.  Digər 
tərəfdən,  bu  Komitə  inhisarçı  fəaliyyətlə  məşğul  olan  subyektin 
məcburi qaydada bölünməsi haqqında qərar çıxara bilər. 
Bölünmə yalnız iki halda tətbiq edilmir: 
1)
 
Müəssisənin,  struktur  bölmənin  yaxud  struktur  vahidin 
təşkilati yaxud ərazicə ayrılmasının mümkünsüzlüyü şəraitində
2)
 
Müəssisə, struktur bölmə yaxud struktur vahid arasında 
sıx  texnoloji  əlaqə  mövcuddursa  (Əgər  onlann  daxili  dövriyyədə 
payı müəssisənin məcmu məhsulunun həcmində 30%-dən az xüsusi 
çəkiyə malikdirsə). 
Antiinhisar 
komitəsi 
tərəfindən 
sahibkarların 
cərimələnməsi aşağıdakı hallarda həyata keçirilir: 
1)
 
Antiinhisar 
qanunvericiliyinin 
pozulmasının 
dayandırılması,  razılaşmada  edilən  düzəlişlərin  ləğvi  və  onun 
əvvəlki  halına  qaytaniması  (qanuna  zidd  olan  düzəlişlərin) 
haqqında Antiinhisar Komitəsinin qəran yerinə yetirilmədikdə
2)
 
Antiinhisar  Komitəsinə  düzgün  məlumat  verməmək 
yaxud informasiyanı gizlətməyə cəhd etdikdə. 
Maraqlıdır  ki,  əksər  xarici  mütəxəssislər  tərəfindən 
Ukrainanın  antiinhisar  qanunvericiliyi  dünya  standartlarına 
uyğun hesab edilir. Bununla belə, qanunun qəbul edildiyi dövrdən 
bu yana, onun normal işləməsi üçün hüquqi baza 
260 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə