Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


aspektində qanunda oks etdirilən üsullar əsasən təbii inhisarların



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə90/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   86   87   88   89   90   91   92   93   ...   130

aspektində qanunda oks etdirilən üsullar əsasən təbii inhisarların 
tənzimlənməsi  üçün  istifadə  oluna  bilərlər.  Başqa  sözlə, 
«Antiinhisar  fəaliyyəti  haqqında»  qanunda  tədavül  sferasında 
yaranan  və  fəaliyyət  göstərən  inhisarların  davranış  tərzi 
nəzər-diqqətdən kənarda qalmışdır. 
İnhisarçı  fəaliyyətin  məhdudlaşdırılması  və  aradan 
qaldırılması  müxtəlif  səviyyəli  cərimələr  və  nəhayət,  subyektin 
bölünməsi (əgər təşkilati, texnoloji və ərazi şəraiti imkan verirsə) 
haqqında qərar çıxarıla bilər. Və, maraqlı cəhət burasındadır ki, 
sözügedən  qərar  məhkəmələrdə  deyil,  müvafiq  icra  hakimiyyəti 
orqanı tərəfindən verilir. 
Ölkədə antiinhisar siyasətinin tətbiqi birmənalı olaraq təbii 
inhisar subyektlərinin fəaliyyəti sferasını əhatə edir. Daha doğrusu, 
real  vəziyyət  və  apanlan  işlərin  məzmunu  açıq-aydın  şəkildə 
göstərir  ki,  qeyd  edilən  sferada  hələ  də,  əsaslı  dönüşə  nail 
olunmamışdır.  Təbii  inhisarlarda  struktur  dəyişikliklərinin 
aparılması və onların fəaliyyəti üzərində dövlət nəzarətinin təşkili 
qaydalarının  hazırlanıb  həyata  keçirilməsini  Ümumdünya  Bankı 
təqdim  etdiyi  (1997-ci  il)  şərtlər  sırasına  (kredit  verilməsi  üçün) 
daxil  etmişdir.  Bəri  başdan  qeyd  etməyi  zəruri  sayırıq  ki, 
sözügedən  sferada  antiinhisar  nəzarətinin  təşkilinin  hüquqi 
əsasları  «Antiinhisar  fəaliyyəti  haqqında»  qanuna  (1993)  və 
Nazirlər  Kabinetinin  «Təbii  inhisar  subyektinin  fəaliyyətinin 
tənzimlənməsi 
haqqında» 
əsasnaməsinə 
(1996) 
istinadən 
formalaşdırılmışdır.  «Təbii  inhisarlar  haqqında»  qanun  isə  12 
mart 1999-cu ildə qəbul olunmuşdur. Bu dövrə qədər təbii inhisar 
subyektlərinin  fəaliyyəti  üzərində  əslində  antiinhisar  nəzarəti 
həyata  keçirilmirdi.  Apardığımız  araşdırmalar  göstərir  ki,  təbii 
inhisarlar  üzərində  dövlət  nəzarətinin  yalnız  zahiri  «görüntülü» 
tətbiqi ölkənin iri iqtisadi subyektlərinin səmərəli fəaliyyət göstərə 
bilməməsində əsas rol oynayan amillərdən biri olmuşdur. Məsələn, 
«Azərkimya»  Dövlət  Şirkətinin  dövlət  büdcəsinin  mədaxil 
hissəsində (məcmu gəlirlərdə) xüsusi çəkisi cəmisi 1% (1997-ci il) 
olmuşdur.  Baxmayaraq  ki,  kimya  sənayesinin  məhsulları  (həmin 
ildə)  ölkə  üzrə  ümumsənaye  istehsalının  15-20%-ni  təşkil  edirdi. 
Sözsüz ki. 
267 


 
istinad  etdiyimiz  fakta  əsaslanmaqla  bütün  günahlann  elə  təbii 
inhisarlarda  olduğunu  qabartmaq  fikrindən  uzağıq.  Təbii 
inhisarlann  antiinhisar  yönümlü  tənzimlənməsi  son  dərəcə 
mürəkkəb  xarakterə  malik  münasibətlər  sisteminin  bütövlükdə 
sağlamlaşdırılmasını  tələb  edir.  Belə  ki,  əwəla,  təbii  inhisarlar 
dövlətin  istehsal  infrastrukturu  kompleksini  formalaşdıran  əsas 
bazadır. İkincisi, milli sənayenin, eləcə də bütövlükdə real sektorun 
inkişafı  təbii  inhisar  subyektlərinin  fəaliyyət  xüsusiyyətlərindən 
birbaşa 
asılılıqdadır. 
Üçüncüsü, 
iqtisadiyyatın 
inhisarsızlaşdırıİması prosesi real bazar münasibətlərinin intişannı 
əngəlləməməlidir.  Bu  o  deməkdir  ki,  problemin  sistemli  şəkildə 
qoyuluşu  birtərəfli  xarakter  daşıya  bilməz.  Yəni,  iqtisadi 
subyektlərin  maraqlannm  mühafizəsi  təbii  inhisar  subyektlərinin 
«əzilməsi» hesabına həyata keçirilə bilməz. Yuxarıda gətirdiyimiz 
arqumentlər  heç  bir  şübhə  yeri  qoymur  ki,  həqiqətən  də, 
antiinhisar  prosesi  üçüncü  tərəfın-  yəni  təbii  inhisarlann 
maraqlarını nəzərə almağa, başqa sözlə, onlara mühüm əhəmiyyət 
kəsb  edən  milli  iqtisadi  subyektlər  kimi  yanaşmağa  məcburdur. 
Məsələn, elə  həmin  1997-ci  ildə  «Azəriqaz»  SC-i təbii  qazın  1000 
m^-ni  ARDNŞ-dən  57  min  manata  satın  alır  və  digər  məsrəflərə 
birlikdə həmin həcmdə qazın maya dəyəri səhmdar cəmiyyətə 100 
min man. başa gəlirdi. Amma «Azəriqaz» 1000 m^ təbii qazı son 
istehlakçılara 25 min manata satırdı. Fərq isə müəssisənin hesabına 
tutulurdu (Elə indi də həmin nisbətlərdə dəyişiklik baş verməyib). 
Göründüyü kimi, sosial güzəştlər birbaşa iqtisadi subyektin 
üzərinə  qoyulurdu.  Bu  da  (təbii  inhisann  dövlət  mülkiyyətində 
olub-olmamasından  asılı  olmayaraq)  mahiyyətcə,  inzibati-amirlik 
səciyyəli münasibətlər sistemi doğurur ki, onun da real bazarla heç 
bir bağlılığı yoxdur. 
Ümumiyyətlə, təbn inhisarlarla bağlı .döyJətJənzimlənT.. 
məsinin əsas. Jştiqamətlən yaxud mövcud _pıpbl^^ aşağıdakı kimi 
qruplaşdırmaq məqsədəuyğun olardı: 
l)
 
Təbii 
inhisar 
subyektlərinin 
struktur 
təkmilləşdirilməsi prosesinin başa çatdırılması zəruriliyi; 
268 


Bu  aspektdən  əngəl  törədən  və  ümumiyyətlə,  səmərəli 
antiinhisar  nəzarətinin  həyata  keçirilməsinə  mane  olan  əsas  amil 
iki  funksiyanın  eyni  zaman  intervalında  sıx  çulğalaşmış  formada 
tətbiqidir. Belə ki, məsələn, Rabitə Nazirliyi həm bu sferada dövlət 
tənzimlənməsini həyata keçirir, həm ayn-ayn strukturlara fəaliyyət 
göstərmək üçün lisenziya verir, həm də birgə müəssisələrin təsisçisi 
kimi birbaşa sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Aydın məsələdir 
ki, prosesə nəzarətin göstərilən aspektli «kompleks» şəkildə həyata 
keçirilməsi  heç  bir  real  effekt  verə  bilməz.  Başqa  sözlə, 
tabeçiliyindən  asılı  olmayaraq  (istər  dövlət,  istərsə  də  özəl  sektor 
olsun)  iqtisadi  subyektin  yaxud  onun  idarəetmə  orqanının  öz 
«əleyhinə»  gedəcəyini  gözləmək  mənasızlıqdır.  Buna  görə  də,  sırf 
təbii inhisar  hesab edilən  situsiyada  elə  həmin sahənin idarəetmə 
orqanının  dövlət  tənzimləyicisi  keyfiyyətində  çıxış  etməsi  hüquqi 
nonsensdir.  Ümumiyyətlə,  Azərbaycanda  iqtisadiyyatın  ayn-ayn 
sahələri üzrə qəbul edilməsi zəruri olan qanunlan həmin sahələrin 
idarəetmə  strukturları  hazırlayırlar  ki,  bu  da  qətiyyən  düzgün 
hesab  edilə  bilməz.  Bu  praktikadan  birmənalı  şəkildə  əl 
çəkilməlidir. 
2)
 
Təbii  inhisar  probleminə  yanaşmada  antiinhisar 
nəzarətinin  tətbiqini  çətinləşdirən  və  gerçək  vəziyyətin  üzə 
çıxanimasma  mane  olan  başlıca  problemlər  sırasına  inhisarçılıq 
nöqteyi-nəzərindən  «təbiilik»  keyfiyyəti  daşıyan  qurumlann 
(struktur  yaxud  təşkilatların)  düzgün  qiymətləndirilməsi  yaxud 
fərqləndirilməsi, seçilməsi məsələsi də daxildir. Əslində bu problem 
də  elə  struktur  dəyişiklikləri  aspektindən  qiymətləndirilməlidir. 
Yə’ni,  söhbət  ondan  gedir  ki,  «təbii»  inhisarizmin  mahiyyətinə, 
«profilinə»  uyğun  gəlməyən  iqtisadi  subyektlər  «Təbii  inhisarlar 
haqqında» 
qanunun 
əhatə 
dairəsinə 
(süni 
surətdə) 
salınmamalıdırlar.  Məsələn,  «Azərenergini»  SC-nin  «Azəreneıji 
tikinti»  təşkilatının,  eləcə  də  «Azal»ın  təyyarə  limanı  xidmətləri 
istisna  olmaqla  bütün  yerdə  qalan  fəaliyyətinin  və  s.  təbii  in- 
hisarçılıqla heç bir bağlılığı yoxdur. 
3)
 
Ozəl  fəaliyyət  xüsusiyyətləri  nöqteyi-nəzərindən  təbii 
inhisarçılığa aidiyyəti olmayan, lakin onun fəaliyyət sferasına 
269 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə