Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


daxil olan funksional fəaliyyəti tamamilə dövlət tənzimlənməsinin



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə91/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   87   88   89   90   91   92   93   94   ...   130

daxil olan funksional fəaliyyəti tamamilə dövlət tənzimlənməsinin 
təsir  dairəsindən  kənarda  qoymaq  da  düzgün  mövqe 
sayılmamalıdır. Belə ki, konqlomerat tipli inhisarçı yaranış məhz 
elə  bu  qəbildən  olan  laqeyidlikdən  bəhrələnir.  Sözsüz  ki,  qeyd 
etdiyimiz sfera «Antiinhisar fəaliyyəti haqqında» qanunun tələbləri 
çərçivəsində  tənzimlənməli  və  onun  üzərində  antiinhisar  nəzarəti 
təşkil olunmalıdır. 
4)
 
Fikrimizcə,  məhz  keçid  dövrünün  spesifikliyini  nəzərə 
almaqla,  eləcə  də  indiki  situasiyada  təbii  inhisar  subyektlərinin 
özəlləşdirilməsi  imkanlarının  məhdudluğunun  real  məzmun  kəsb 
etdiyini  qəbul  edərək  xərclər—»tarif—>gəlirin  istifadəsi  triadası 
üzrə ciddi antiinhisar nəzarətinin tətbiqinə böyük ehtiyac vardır. 
Əlbəttə,  biz  aydın  şəkildə  dərk  edirik  ki,  problemin  həlli 
istiqamətinin göstərilən tərzdə qoyuluşu ən’ənəvi bazar yanaşması 
çərçivəsinə  sığmır  (iqtisadi  subyektin  «daxili  işlərinə»  qarışmaq, 
formalaşmaqda olan real bazar münasibətlərinin deformasiyası və 
s.).  Bununla  belə,  zənnimizcə,  əvvəla,  sözügedən  subyektlərin 
əksəriyyəti  dövlət  tabeçiliyindədir  və  deməli,  sonuc  etiban  ilə 
dövlətin  inhisarçılığmı  ortalığa  qoyur.  İkincisi,  özəl  sektorun 
normal  və  dayanıqlı  inkişafı  dövlətin  seçdiyi  əsas  strateji 
istiqamətlərdən 
biridir. 
Deməli, 
nəticə 
etibarı 
ilə 
ümumsosial-iqtisadi  tərəqqinin  təminatı  yollanndan  biri  təbii 
inhisarlann  davranış  tərzindən  keçir  ki,  bu  da  yalnız  dövlətin 
birbaşa  müdaxiləsini  labüdləşdirir.  Eyni  zamanda,  problemin 
həllinə  yanaşmada  «ən’ənəviçiliyin»  prioritetliyinin  təminatı  qısa 
və  orta  müddətli  zaman  intervalında  effekt  verə  bilər. 
Uzunmüddətli  dövr  ərzində,  yəni,  perspektiv  planda  dayanıqlı 
inkişafa nail olmaqla sözügedən birbaşa müdaxilədən uzaqlaşmaq 
və  hətta,  həmin  təbii  inhisarçılann  özəlləşdirilməsinə  (bəzi 
istisnalarla) getmək olar. 
5)
 
Ən  mühüm  problemlərdən  biri,  zənnimizcə,  mümkün 
olan istiqamətlərdə rəqabətin yaradılması və intensivləş- dirilməsi 
yönümlüdür.  Məsələn,  əvvəlki  paraqraflarda  da  göstərdiyimiz 
kimi,  mobil  telefon  xidmətidən  bazarında,  yumşaq  ifadə  etsək, 
kartel  razılaşması  mövcuddur.  Amma,  bütövlükdə  rabitə 
xidmətləri bazannı götürsək, onda birmənalı 
270 


olaraq  duapoliyanın  qərarlaşdığını  görməmək  mümkün  deyildir. 
Problemin  təfərrüatına  varmadan  da,  başa  düşülür  ki,  tariflərin 
yüksəkliyinə  baxmayaraq  (regional  müqayisədə)  digər  şirkətlərin 
ölkəyə axınının yoxluğu giriş maneələrinin aşılmazlığı ilə şərtlənir 
ki, bu da sırf dövlət tənzimlənməsinin yoxluğu yaxud effektivsizliyi 
anlamına  gəlir.  Buna  görə  də,  inhisarçı  təmayüllərin  aradan 
qaldıniması 
üçün 
xidmətin 
diversifıkasiyası—»keyfiyyətin 
yüksəldilməsi—»davranış 
tərzi—»istehlakçı 
hüquqlannm 
mühafizəsi  zənciri  üzrə  ciddi  antiinhisar  siyasətinin  yeridilməsi 
zəruridir.  Həmçinin,  qeyd  etməyi  zəruri  sayınq  ki,  Azərbaycanın 
təbii inhisarlannm (eləcə də əksər MDB ölkələri üçün bu xas olan 
keyfiyyətdir) özəlliyi elə bundan ibarətdir ki, bu müəssisələr üçün 
heç  vaxt  nə  marjinal  xərclər,  nə  də  marjinal  gəlirlər 
hesablanmayıbdır. Başqa  sözlə, iqtisadiyyatın  digər  subyektlərinə 
münasibətdə olduğu kimi, təbii inhisarlann da struktur və etxnoloji 
inhisarçı  lığı  sosialist  təsərrüfat  tipinin  daxili  məntiqindən 
doğulmuşdur. 
Ümumiyyətlə,  müasir  situasiyanın  sistemli  tədqiqi  göstərir 
ki, nə haqsız rəqabətlə, nə də bütövlükdə, inhisarla mübarizədə elə 
bir real iş görülməmişdir. Bu sahəyə aid hər hansı bir konkret fakt 
göstərmək qeyri-mümkündür. 
Dünya  ölkələrinin  antiinhisar  siyasəti  sferasındakı 
təcrübələrinin  ümumiləşdirilmiş  yekunları  göstərir  ki,  antiinhisar 
qanunvericiliyi  və  antiinhisar  siyasətinin  formalaşdırılması,  eləcə 
də  tətbiqi  ilə  bağlı  problemlərin  qoyuluşu,  birmə’nalı  olaraq 
bütövlükdə  iqtisadi  siyasətin  tərkib  elementi  kimi  tövsif 
olunmalıdır. Bu cür yanaşmanın alternativi yoxdur. Öz-özlüyündə 
aydındır  ki,  antiinhisar siyasəti  bazar münasibətlərinin  təşəkkülü 
və  inkişafı  problemləri  ilə  sıx  dialektik  vəhdətdir.  Məsələn, 
antiinhisar siyasətinin tətbiqi əks-effekt verə, ölkə iqtisadiyyatının 
normal inkişafında əngələ də çevirilə bilər. Məsələn, firma yaxud 
şirkətlərin  birləşməsi  və  nəticədə  iri  təsərrüfat  subyektlərinin 
meydana  çıxması  prosesinə  əsassız  qadağalar  qoymaq  və  s.  bu 
qəbildən  olan  maneələr  sırasındadır.  Yə’ni,  əvvəllərdə  qeyd 
etdiyimiz kimi, bu məsələ hər cür elmi şübhədən uzaqdır. Amma, 
ümumi 
271 


mahiyyət  daşıyan  problemə  hissəvi  yanaşma  yaxud  nəyin  birinci 
olduğunu  qabartmağa  çalışmaq  metodoloji  baxımdan  düzgün 
hesab  edilə  bilməz.  Belə  ki,  bir  sıra  hallarda  araşdırdığımız 
problemlə  bağlı  sübut  etməyə  çalışırlar  ki,  iqtisadİ
3
^atın  əsas 
sferalannı  inhisarsızlaşdırmadan  qiymətlərin  liberallaşdınlmasına 
və  maliyyə-pul  islahatlannın  həyata  keçirilməsinə  başlamaq  səhv 
addım  olmuşdur. Buna  görə  də,  əksər  keçid iqtisadiyyatlı  ölkələr 
kəskin  tənəzzülə  məruz  qalmış,  ictimai  həyatın  bütün  sferalannı 
əhatə edən dərin sosial-iqtisadi böhranla üzləşmişlər. 
Başqa sözlə, qeyd edilən nəticələrin əldə olunmasında bütün 
«günah» inhisar birliklərinin üzərinə qoyulur. 
Həqiqətən  də,  əvvəlki  paraqraflarda  müqayisəli  təhlilini 
verdiyimiz  «sosialist»  və  bazar  iqtisadiyyatı  şəraitində  fəaliyyət 
göstərən  inhisarçı  strukturlara  yanaşmada  eyni  müstəvidən  çıxış 
etmək  mümkünsüzdür.  Belə  ki,  inhisarçı  fəaliyyətə  münasibət 
baxımından  haradasa  məqsəd  eyniliyinin  olmasına  baxmayaraq, 
həm tənzimlənmənin təşkili, həm də istifadə olunan üsullann təsir 
gücü hər iki inhisar arasında mahiyyət fərqliliyi ucbatında üst-üstə 
düşmür. Belə ki, bazar iqtisadiyyatı şəraitində inhisarlaşma prosesi 
bazar 
mexanizminin 
fəaliyyət  xüsusiyyətləri  və  rəqabət 
mübarizəsinin  daxili  təbiəti  və  məntiqi  ilə  şərtlənərək,  məzmun 
etiban ilə təbii xarakter daşıyır. İstehsalın, kapitalın və bütövlükdə 
bazarın təmərküzləşməsi və mərkəzləşməsi prosesini dayandırmaq, 
rəqabətin «boğulmasına» imkan verməmək məqsədilə inkişaf etmiş 
ölkələrin  hökuməti  antiinhisar  siyasəti  adı  altında  müvafiq 
tədbirlər  kompleksini  həyata  keçirirlər.  Lakin,  Azərbaycan 
Respublikasında, eləcə də əksər postsosialist ölkələrində antiinhisar 
siyasəti «direktiv» göstərişlə yaradılmış güclü inhisar subyektlərinə 
qarşı yönəldilir. 
Real bazar münasibətlərinin hələ formalaşma mərhələsində 
olması və belə bir şəraitdə antiinhisar siyasətinin tətbiqi hər şeydən 
əvvəl  o  deməkdir  ki,  inhisaryaradan  prosesinin  təbiiliyi  bu  halda 
heç bir rol oynamır. Daha konkret ifadə etsək, keçid iqtisadiyyatlı 
ölkələrdə  antiinhisar  mübarizəsi  dövlətin  öz-özü  ilə  mübarizəsi 
anlamına gəlir. Məhz buna görə 
272 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə