Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə89/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   85   86   87   88   89   90   91   92   ...   130

2)
 
Avstriya  məktəbi  səmərəliliyin  ən’ənəvi  neoklassik 
yozumda  dərk  edilməsinin  əleyhinədir.  Belə  ki,  onlar  bazar 
subyektlərinin  qarşılıqlı  təsirini  və  rəqabəti  kooperasiyaya  əks 
olan  cəhətlər  kimi  deyil,  sahibkarlıq  prosesinin  müxtəlif 
elementləri formasında qəbul edirlər. 
Antiinhisar  siyasəti  sferasında  müasir  dünya  təcrübəsinin 
ümumiləşdirilmiş  yekunları  açıq-aydın  şəkildə  göstərir  ki, 
sözügedən  istiqamətdə  həyata  keçirilən  praktika  hər  bir  ölkənin 
spesifikası  və  iqtisadi  inkişaf  strategiyasının  mahiyyətinə  uyğun 
olaraq  müxtəlif  məzmunlu  üsul  və  metodlann  toplusu  kimi 
meydana  çıxır.  Araşdırdığımız  problemin  əhatə  dairəsini 
genişləndirsək, yə’ni, ümumiyyətlə haqsız rəqabətlə mübarizəni ön 
plana  çıxarsaq,  onda  çox  asanlıqla  müşahidə  etmək  olar  ki,  bu 
aspektdən sahibkarlıq mühitinin tənzimlənməsi qaydaları (ölkələr 
üzrə) istiqamətində kəskin fərqlər mövcuddur. 

3, MİLLİ BAZARDA ANTİİNHİSAR SİYASƏTİNİN 
MÜASİR VƏZİYYƏTİNİN SİSTEMLİ TƏHLİLİ 
A ( 
^ Azərbaycanda antiinhisar siyasəti antiinhisar 
qanunvericiliyinə daxil olan qanun və normativ aktlar əsasında 
həyata keçirilir. Bu sırada 4 mart 1993-cü il tarixli 
«Antiinhisar fəaliyyəti haqqında», 12 mart 1999-cu il tarixli 
«Təbii inhisarlar haqqında», 2 iyun 1995-ci il tarixli «Haqsız 
rəqabət haqqında», 19 sentyabr 1995-ci il tarixli «İstehlakçı 
hüquqlannın müdafiəsi haqqında» qanunlar xüsusi rol 
oynayırlar. 
Ölkədə inhisarçı fəaliyyətin məhdudlaşdıniması və 
aradan qaldınimasının təşkilatı-hüquqi əsaslan «Antiinhisar 
fəaliyyəti haqqında qanunla müəyyən edilir. Qanun iqtisadi 
fəaliyyətlə məşğul olan əksər fiziki və huquqi şəxslərə şamil 
edilir. Yalnız bazar subyektinin nou-xau, əmtəə nişanları və 
müəlliflik hüquqlarından doğan münasibətlər qanunun əhatə 
dairəsindən kənarda qalır. Eyni zamanda, sözügedən 
istiqamətlərdə rəqabətin məhdudlaşdınimasına yönəldilən sui- 
264 


istifadə  hallan  olarsa,  onda  yuxanda  deyilənlər  də  antiinhisar 
nəzarətinə məruz qalırlar. 
İnzibati-amirlik sisteminin mirasını nəzərə alaraq qanunda 
inhisarçı fəaliyyətin aşağıdakı növləri öz əksini tapmışdır: 
1)
 
Dövlət inhisarçıhğı; 
2)
 
Sahə inhisarçıhğı; 
3)
 
Yerli inhisarçılıq; 
4)
 
Təsərrüfat subyektinin inhisarçıhğı; 
5)
 
Maliyyə-kredit inhisarçıhğı; 
6)
 
Bazar  subyektlərinin  üfıqi  və  şaquli  birləşməsi 
(qovuşması) nəticəsində meydana çıxan inhisarçılıq; 
7)
 
Təbii inhisar; 
8)
 
Patent-lisenziya inhisarçıhğı. 
Göründüyü  kimi,  antiinhisar  siyasətinin  tətbiqi  sferaları 
baxımından  inkişaf  etmiş  ölkələrlə  müqayisədə  sırf  spesifik 
mahiyyət  daşıyan  cəhətlər  o  qədər  də  az  deyildir.  Bu  hal  öz- 
özlüyündə  antiinhisar  siyasətinin  tətbiqi  sferasında  da  fərqli 
nüanslar meydana çıxarır. 
Ümumi  şəkildə  götürsək,  antiinhisar  siyasəti  inhisarçı 
fəaliyyətə  nəzarət-^məhdudlaşdırma—>aradan  qaldırma  xətti 
üzrə həyata keçirilir. 
İlkin olaraq antiinhisar nəzarətinin çıxış nöqtəsi təsərrüfat 
subyektlərinin  birləşməsi  (qovuşması)  nəticəsində  meydana  çıxan 
hegemon  mövqe  hesab  olunur.  Hegemon  mövqe  (qanunvericiliyə 
uyğun  olaraq)  birləşən  (qovuşan)  təsərrüfat  subyektlərinin 
müvafiq  mal  bazarında  payı  35%-dən  yaxud  onlann  aktivlərinin 
ümumi dəyəri minimum əmək haqqı məbləğinin 75 min mislindən 
çox  olduqda  formalaşmış  hesab  olunur.  Bu  baxımdan,  ümumi 
aktivlərinin dəyəri minimum əmək haqqının 50 min mislindən çox 
olan müəssisələrinin ləğvi (ləğv haqqında məhkəmə qərannı istisna 
etməklə),  eləcə  də  həmin  müəssisələrin  bölünməsi  (əgər,  nəticədə 
hər birinin bazar payı 35%-dən çox olan yeni subyektlər meydana 
çıxarsa)  üzərində  də  antiinhisar  nəzarətinin  təşkil  olunması 
nəzərdə tutulmuşdur. 
265 


Yuxanda  təsvir  etdiyimiz  istiqamətlərdə  təsərrüfat 
subyektlərinin yaradılması, yenidən təşkili və ləğvi İqtisadi İnkişaf 
Nazirliyinin  (əvvəllər  Antiinhisar  siyasəti  və  Sahibkarlığa  Kömək 
Komitəsi) icazəsi ilə həyata keçirilə bilər. 
Təsərrüfat  subyektləri  arasında  imzalanan  sazişlər 
aşağidakı-haltardä'lqlisadi 
İnkişaf 
Nazirilyinilə^^na^şdink 
malıdırf  ........................  "—  ---------  ---------  -  ^ ‘ 
1)
 
Bir  təsərrüfat  subyektinin  nizamnamə  kapitalını  təşkil 
edən və səs vermə hüququna malik səhmlərin (paylann) 20%- dən 
çoxunu  digər  təsərrüfat  subyekti  tərəfindən  əldə  edilməsi;  Bu 
məhdudiyyət  təsərrüfat  subyektinin  yaradılması  zamanı  onun 
tə’sisçilərinə aid edilmir; 
2)
 
Bir təsərrüfat subyektinin əsas istehsal vasitələrinin və ya 
qeyri-maddi aktivlərinin digər təsərrüfat subyektinin mülkiyyətinə 
və ya istifadəsinə verilməsi zamanı, əgər əqd predmetini təşkil edən 
əmlakın  balans  dəyəri,  bu  əmlakı  öz-  gəninkiləşdirən  təsərrüfat 
subyektinin  əsas  istehsal  vasitələrinin  və  qeyri-maddi  aktivlərinin 
balans dəyərinin 10%-dən çox olarsa; 
3)
 
Bir təsərrüfat subyektinin sahibkarlıq fəaliyyəti aparmaq 
şərtlərinin müəyyənləşdirməyə və ya onun Ali idarəetmə orqanının 
funksiyalanm  həyata  keçirməyə  imkan  verən  hüquqlannm  digər 
təsərrüfat subyekti tərəfindən alındıqda. 
İqtisadi İnkişaf Nazirliyinin icazəsi yalnız aşağıdakı hallarda 
tələb olunur: 
1)
 
Təsərrüfat  subyektlərinin  aktivlərinin  ümumi  balans 
dəyəri  minimum  əmək  haqqı  məbləğinin  75  min  mislindən  çox 
olduqda; 
2)
 
Təsərrüfat  subyektlərindən  birinin  müvafiq  əmtəə 
bazannda payı 35%-dən çox olduqda; 
3)
 
Səhmləri  əldə  edən  təsərrüfat  subyekti  həmin  səhmləri 
özgəninkiləşdirən  təsərrüfat  subyektinin  fəaliyyətinə  nəzarət 
etdikdə. 
İnhisarçı fəaliyyətin məhdudlaşdıniması, subyektin davranış 
tərzinin rəqabətə mənfi təsirinin aradan qaldıniması 
266 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə