Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


də  əksər  keçid  iqtisadiyyatlı  ölkələrdə  olduğu  kimi  Azərbaycan



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə92/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   88   89   90   91   92   93   94   95   ...   130

də  əksər  keçid  iqtisadiyyatlı  ölkələrdə  olduğu  kimi  Azərbaycan 
Respublikasında  da  antiinhisar  mübarizəsinin  konseptual  əsası 
bir-biri  ilə  sıx  dialektik  qarşılıqlı asılılıqda  olan  4 problemin  eyni 
zaman intervalında həllinə söykənməlidir: 
I.
 
İnhisarizmin  məhdudlaşdırılması;  Yə’ni,  təkcə  iqtisadi 
deyil,  eləcə  də  sosial-siyasi  və  ideoloji  anlamlarda  idarəetmə  və 
tənzimlənmə 
sferasında 
müstəsna 
hüquqların 
bir 
əldə 
cəmlənməsinə 
imkan 
vennəmək 
lazımdır. 
Əks-təqdirdə, 
lokal-regional-qlobal  səviyyələr  çərçivəsində  mənafe  tarazlığının 
qərarlaşması  üçün  həlledici  əhəmiyyət  daşıyan  iqtisadi 
demokratiyanın təşəkkülü müşkülə çevriləcəkdir; 
II.
 
Mal  bazarlarında  hegemon  mövqedən  sui-istifadə 
hallarının  aradan  qaldırılması  və  rəqabət  qaydalarına  riayət 
edilməsi üzərində effektiv nəzarətin təşkili; 
III.
 
İri  özəlləşmə  prosesinin  gedişi  ilə  əlaqədar  olaraq 
tamamilə  mümkün  variant  kimi  meydana  çıxması  gözlənilən 
inhisaryaradan prosesin dayandırılmasına nail olmaq; 
IV.
 
Effektiv 
rəqabət 
mühitinin 
formalaşdırılmasına 
çalışmaq. 
Bir  sıra tədqiqatçılar rəqabət münasibətlərinin 
durğunluğunu  vo  inhisarizmin  stabilliyini  nəticə  etibarı  ilə 
müəssisələrin  davranış  tərzində  deyil,  yalnız  və  yalnız  struktur 
xarakterli amillərdə, yə’ni istehsalın və bazarın real strukturunun 
yarıtmazlığında  görürlər'".  Qeyd  edilən  mövqe  universal  səciyyə 
daşımır  və  əsasən  Azərbaycan  da  daxil  olmaqla  əksər  MDB 
ölkələrinə xas olan situasiyadır. Həqiqətən də, 
postsosialist 
ölkələrində istehsalın strukturu 
müəssisələrin  irrasional  ixtisaslaşma  formaları  ilə,  təchizat  və 
distribiyutor 
şəbəkəsinin  inkişafdan  geri  qalması  ilə,  bazara  girişin  praktiki 
olaraq (yerli sahibkarlar üçün) mümkünsüzlüyü və digər amillərlə 
səciyyələnir.  Bütün  bunların  Azərbaycan  Respublikası  üçün  real 
məzmun kəsb etdiyi şübhəsizdir. Daha konkret ifadə ilə demək olar 
ki, ölkənin antiinhisar qanun- 
А.Томан. O направлениях развития антимонопольного 
регулирования//Российский экономический журнал, 1999, №6, стр.54. 
271 


vericiliyi vo antiinhisar siyasəti bir tərəfdən struktur problemlərin 
aradan  qaldırılmasına  yardım  etməli,  digər  tərəfdən  isə  bu 
problemə sistemli və kompleks yanaşmanı təmin etməlidir. Yə’ni, 
antiinhisar  siyasətinin  başlıca  məqsədi  kimi  hegemon  mövqedən 
sui-istifadə  edən  müəssisələrin  inhisarçı  davranışının  aradan 
qaldınlması  problemi  deyil,  sözügedən  prosesin  sadədən 
mürəkkəbə  doğru  qarşılıqlı  bağlılıqda  olan  ünsürləri  ilə  birlikdə 
həlli  ön  plana  çıxanlmalıdır.  Əslində,  antiinhisar  nəzarəti 
öz-özlüyündə  birdəfəlik  akt  keyfiyyətində  həyata  keçirilə  bilməz 
yaxud bu halda hər hansı bir real nəticənin əldə edilməsinə ümid 
bəsləmək  sadəlövhlük  olardı.  Antinhisar  prosesi',  yuxarıda  qeyd 
etdiyimiz  kimi,  sadədən  mürəkkəbə  yönəlməklə  rəqabətin 
məhdudlaşdırılması-^haqsız 
rəqabət—>struktur 
problemləri—>davranış  tərzi  məntiqi  zəncirini  tam  mənası  ilə 
özündə ehtiva etməlidir. Eyni zamanda, bir addım geriyə çəkilərək 
dəqiqləşdirmək  zəruridir  ki,  əks  etdirdiyimiz  məntiqi  zəncirin 
hərəkət  trayektoriyası,  yaxud  sadədən  mürəkkəbə  doğru  yüksəliş 
sırf  metodoloji  anlamda  hissədən  tama  doğru  gediş  kimi  başa 
düşülməməlidir. Bu problemə metodoloji baxış çərçivəsində bizim 
konkret  mövqeyimiz  ondan  ibarətdir  ki,  (bunu  eyni  zamanda 
inkişafın  spesifikası  da  açıq-aydın  şəkildə  göstərir),  antiinhisar 
siyasəti bütövlükdə rəqabət siyasətinin üzvi tərkib hissəsidir və bu 
keyfiyyətdə də tamyaradan element kimi çıxış edə bilməz. Əlbəttə, 
əgər  nəzərə  alsaq  ki,  tədavülün  miqyası  ilə  bütövlükdə 
iqtisadiyyatın  miqyası  arasında  haradasa  bərabərlik  işarəsi 
qoymaq mümkündür, onda antiinhisar siyasətinin əhatə dairəsinin 
ifrat genişliyi  haqqında  bütün  təfsilati  ilə tam  təsəvvür  yaratmaq 
olar.  Lakin,  antiinhisar  siyasətinin  özünün  törəmə  olması, 
mahiyyətcə rəqabət siyasətinin məntiqi çərçivəsinə sığışması əlbəttə 
ki,  aparıcı  rolun  ikinciyə  aidliyinə  heç  bir  şübhə  yeri  qoymur. 
Başqa sözlə ifadə etsək, bu o deməkdir ki, iqtisadi sistemin optimal 
fəaliyyəti rəqabət siyasətinin tətbiqi prinsipləri vo məqsədlərindən 
birbaşa asılılıqdadır. Beləliklə, antiinhisar siyasətinin, ən azı keçid 
dövrü  ərzində  minimum  məqsədi  effektiv  rəqabət  mühitinin 
formalaşdırılması və mühafızə- 
274 


sidirsə,  maksimum  məqsəd  ictimai  rifahın  yüksək  səviyyəli 
təminatıdır.  Məqsədə  yanaşmada  minimum^maksimum  bölgüsü 
şərti  xarakter  daşıyır  və  heç  bir  zaman  intervalına  (qısa,  orta  və 
uzunmüddətli dövr) sığmır. Yəni, hər iki halda məqsədə çatma öz 
mahiyyəti  etibarı  ilə  dialektik  prosesdir  və  müsbət  sonsuzluğa 
istiqamətlənir. Mövqenin bu cür açıq tərzli ifadəsi onunla bağlıdır 
ki, bəzi hallarda digər proseslərə yanaşma məntiqi, konkret olaraq 
keçid  dövrü  üçün  fərqli  mahiyyət  daşıyan  və  keçici  xarakterli 
konseptual  baxışlar  antiinhisar,  eləcə  də  bütövlükdə  rəqabət 
siyasəti üçün keçərli olmadığını xüsusi şəkildə vurğulamaq zərurəti 
ilə şərtlənir. Keçid dövrünün yalnız özünə məxsus fərqli məzmun 
daşıyan rəqabət siyasəti yaxud antiinhisar nəzarəti ola‘bilməz. Ona 
görə ki, hər iki siyasət iqtisadi nizam və iqtisadi sistem siyasətinin 
kökündə  dayananlardandır  və  mahiyyətcə,  sırf  siyasi  anlamda 
mənşə roluna iddialıdırlar. Antiinhisar siyasəti bütövlükdə rəqabət 
siyasətinin xüsusi halı yaxud əlahiddə əhəmiyyət daşıyan törəməsi 
statusunda  dialektik  məntiqə  istinadla  tətbiq  edilməlidir  və  edilir 
də.  Bu  siyasət  üçün  zaman  məhvimi  yoxdur.  Və,  qeyd  etdiyimiz 
xüsusiyyət  də  elə  inhisarlaşma  prosesinin  «təbii»  keyfiyyətindən 
doğur.  Yarana-  yarana  həll  edilən  və  həll  edilə-edilə  yaranan 
problem olmaq etiban ilə inhisarlaşma prosesi də zamanca sonsuz, 
məkanca, 
kiçik 
istisnaları 
çıxmaq 
şərti 
ilə, 
ümumiqanunauyğunluqlarla  səciyyələnən  fenomendir.  Buna  görə 
də,  antiinhisar  siyasəti,  tənzimlədiyi  prosesin  məntiqinə 
uyğunlaşmağa məhkumdur. 
§4, ÖLKƏNİN ANTİİNHİSAR SİYASƏTİNİN REGİONAL 
VƏ QLOBAL ASPEKTLƏRİ 
Antiinhisar  siyasətinin  həyata  keçirilməsi  metodlan 
baxımından  Azərbaycan  da  daxil  olmaqla  əksər  MDB  ölkələri 
demək  olar  ki,  eyni  mövqedə  dayanırlar.  Antiinhisar  siyasəti 
başlıca  olaraq  aşağıdakı  istiqamətlərdə  müvafiq  metodlardan 
istifadə əsasında həyata keçirilir: 
I.Məhdudlaşdırıcı tədbirlər; 
275 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə