Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Həm  milli,  həm  də  MDB  daxili  bazarda  antiinhisar



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə95/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   91   92   93   94   95   96   97   98   ...   130

Həm  milli,  həm  də  MDB  daxili  bazarda  antiinhisar 
siyasətinin  sistemli  və  kompleks  xarakter  alması  zərurəti  aydın 
başa  düşülən  bir  problem  olmaqla  razılaşdırılmış  mövqelərin 
(dövlətlərarası)  ortalığa  qoyulmasını  tələb  edir.  Eyni  zamanda, 
məhz  problemə  sistemli  yanaşma  mövqeyindən  fərqlilik  açıq 
şəkildə müşahidə edilir. 
MDB daxili iqtisadi məkanda antiinhisar qanunvericiliyi və 
antiinhisar siyasətinin 
regional—»milli 
mənafelər 
bölümündə,  yəni,  onlann  effektiv  təminatına  istinad  etməklə 
razılaşdınlmış  tətbiqi  hər  şeydən  əvvəl  inteqrasiya  blokunun 
ümumi  formada  ifadə  olunmuş  antiinhisar  strategiyasını  heç 
olmazsa,  istiqamətlər  baxımından  müəyyənləşdirməyi  tələb  edir. 
Bu  baxımdan,  zənnimizcə,  sistem  bütövlüyü  prizmasından 
problemə yanaşmaq məqsədəuyğun olardı (şək. 
 
Şsk. 6.1. Regional səviyyəli antiinhisar strategiyasının 
istiqamətlər üzrə hlok-sxemi. 
282 


Bununla  bahəm,  qeyd  edilməlidir  ki,  müəssisənin  dövlət 
reestrinə  daxil  edilməsi  hələ  öz-özlüyündə  onun  hegemon 
mövqedən  sui-istifadə  etməsinə,  inhisarçı  olmasına  dəlalət  etmir. 
Başqa  sözlə,  sırf  konseptual  yanaşma  çərçivəsində  əvvəlki 
paraqraflarda da göstərmişdik ki, təssərrüfat subyektinin iriliyi ilə 
inhisarçı  mövqe  arasında  bərabərlik  işarəsi  qoymaq  düzgün 
deyildir. Eyni zamanda, o da məlumdur ki, istehsalın inkişafı üçün 
zəruri  olan  resurslann  yaxud  tədiyyəqabiliyyətli  tələbin 
məhdudluğu  şəraitində  inhisarçı  fəaliyyət  sadəcə  olaraq 
mümkünsüzdür. 
Eyni  zamanda,  qeyd  etmək  lazımdır  ki,  milli  bazarda 
effektiv  rəqabət  mühitinin  formalaşmasına  əks  təsir  göstərən 
amillər  sırasında  beynəlxalq  rəqabət  gücləri  əlahiddə  yer  tutur. 
Məhz  bu  nöqteyi-nəzərdən  ölkədə  fəaliyyət  göstərən  TMK-ın 
davranış tərzi bütünlüklə antiinhisar nəzarətinin əhatə dairəsində 
olmalıdır. Ümumiyyətlə, müasir dünya təcrübəsindən çıxış etməklə 
TMK-ların bütövlükdə milli iqtisadiyyata mənfi istiqamətli təsirini 
aşağıdakı kimi qruplaşdırmaq mümkündür: 
1)
 
TMK-lar  böyük  rəqabət  gücünə  malik  olmaqla  milli 
iqtisadi  subyektlərin  bazar  fəaliyyətini  məhdudlaşdırmaq  və 
bununla  da  onların  dinamik  inkişafını  dayandırmaq  iqtida- 
nndadır; 
2)
 
Transmilli  kapitalın  sərbəst  miqrasiyası  ölkədə  maliyyə 
sabitliyini  poza  və  milli  val
5
aıtanm  normal  fəaliyyətinə  əngəl 
törədə bilər ki, nəticədə də milli iqtisadi təhlükəsizlik sistemi ciddi 
şəkildə «zədələnə» bilər; 
3)
 
TMK-lann  mental  xüsusiyyətlərdən  xaliliyi,  kosmopolit 
davranışı milli biznesin inkişafına və eləcə də, keçid iqtisadiyyatlı 
ölkələrdə  milli  dövlət  quruculuğuna  ağır  zərbə  endirmək 
imkanındadır; 
4)
 
TMK-lar  super  iqtisadi  gücündən  yararlanmaqla  ölkə 
hökumətinin  fəaliyyətini  öz  maraqlan  çərçivəsinə  salmağa, 
ümummilli  mənafelərin  təminatına  zidd  istiqamətə  yönəltməyə 
qadirdirlər və s. 
Milli  bazarda  „antiinhisar  siyasətinin  regional  və  dürıya 
bazarları ilə qarşılıqlı əlaqədə tətbiqi, yaxud antiinhisar 
283 
//İ 


siyasətinin  regional  aspektlərinin  ölkədaxili  iqtisadi  səmərəliliyin 
yüksəldilməsinə 
istiqamətləndirilməsi 
və 
rəqabətqabiliyyətljlıj^jn^jrtuilması  məqsədi  ilə  aşağıdakıların 
həyata keçirilməsim^ məqsədəmüvafıq hesab edirik
1)
 
Ölkənin  ümummilli  mənafelərinin  regional  və  qlobal 
səviyyələrdə  təminatına  nail  olmaq  üçün  qanunverici  bazanın 
təkmilləşdirilməsinə söykənməklə pritentiv tədbirlər kompleksinin 
işlənib hazırlanması vo tətbiqi; 
2)
 
Ölkənin  iqtisadi  potensialının  canlandırılması,  işgüzar 
aktivliyin  yüksəldilməsi  nöqteyi-nəzərindən  idxal  tariflərinə 
yenidən  baxılması  zərurəti;  O  mənada  ki,  idxal  tarifləri 
rəqabətqabiliyyətli istehsal sahələrinin təşkilinə və inkişafına əngəl 
törətməsin; 
3)
 
Xarici  ölkə  hökumətləri  tərəfindən  subsidiyalaşdırılan 
ixracatın  milli  bazarda  formalaşmasına  çalışılan  effektiv  rəqabət 
mühitinə  mənfi  yönümlü  təsirini  aradan  qaldırmaq,  rəqabət 
şəraitinin  bütün  bazar  subyektləri  üçün  eyni,  bərabər  imkanlar 
yaratmasına  nail  olmaq;  Bu  məqsədlə,  ən  effektiv  tədbir, 
zənnimizcə,  sözügedən  subsidiyalaşdırılmış  ixracata  xüsusi  idxal 
rüsumlarının tətbiqi ola bilərdi; 
4)
 
Ölkədə  analoqu  olan  malların  idxalında  həm  tarif,  həm 
qeyri-tarif maneələrin tətbiqi, həmin malların idxalı üçün xarici 
kreditorlara  dövlət  zəmanətinin  verilməsi  praktikasından  imtina 
edilməsi; 
5)
 
Maliyyə kapitalının, ticarət-satış şəbəkəsinin, istehsal və 
elmi-texniki potensialın korporativ strukturlarda birləşməsi yaxud 
qovuşmasına qoyulan məhdudiyyətlərin aradan qaldırılması;, 
6)
 
Qarışıq  müəssisə  və  təşkilatlarda  şaquli  inteqrasiyanın 
stimullaşdırılması; 
7)
 
Müstəqil  fəaliyyət  göstərmək  gücündə  olan  maliyyə- 
sənaye qruplarının formalaşmasına dövlət dəstəyinin təşkili. 
284 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə