Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


sə->rəqib  qarşıdurması  rəqabətin  inkişafı  ilə  əlaqədar



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə94/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   90   91   92   93   94   95   96   97   ...   130

sə->rəqib  qarşıdurması  rəqabətin  inkişafı  ilə  əlaqədar 
olaraq 
meydana  çıxa  bilər.  Belə  ki,  Rusiyada  fəaliyyət  göstərən 
maliyyə-sənaye  qruplaıinm  inhisarçı  mövqedən  aşağı  səviyyəli 
qiymət praktikasından istifadə etməsi daha reald.ır. 
.  Rəqabətin  məhdudlaşdırılması  yönümündə  güclü  təsir 
imkanına malik olan digər bir vasitə iqtisadi təmərküzləşmədir. Bu 
proses əsasən üç istiqamətdə həyata keçirilir: 
1)
 
Kapitalın təmərküzləşməsi; 
2)
 
İstehsalın təmərküzləşməsi; 
3)
 
Bazar təmərküzləşməsi. 
Əvvəlki  paraqraflarda  da  qeyd  etdiyimiz  kimi,  iqtisadi 
təmərküzləşmənin  3  səviyyəsi  mövcuddur:  Üfıqi,  şaquli  və 
konqlomerat. Ümumiyyətlə, iqtisadi təmərküzləşmənin bir proses 
kimi meydana çıxması aşağıdakılarla şərtlənir: 
1)
 
İqtisadi prosesin «təbii» axan ilə; Daha yüksək gəlir əldə 
etmək və bazar payını artırmaq istəyi; 
2)
 
Müəssisə və birliklərin yaradılması, yenidən təşkili yaxud 
qovuşması üzrə imzalanmış sazişlərin nəticəsində; 
3)
 
Bazarda  razılaşdırılmış  siyasətin  həyata  keçirilməsinə 
zərurət yarandıqda. 
Bu prosesə antiinhisar səciyyəli nəzarətin təşkili birləşmə və 
qovuşmaların  əvvəlcədən  razılıq  alınmasını  özündə  ehtiva  edir. 
Ölkələrin iqtisadi potensialı və inkişafın spesifik cəhətləri birləşmə 
və qovuşmalarda kəmiyyətlə ifadə olunan müxtəlif kritik həddlər 
tətbiq  edilməsini  şərtləndirir.  Lakin,  mahiyyət  etibarı  ilə  əksər 
MDB  ölkələri  iqtisadi  təmərküzləşmə  üzərində  eyni  məzmun 
daşıyan  nəzarət  tədbirlərindən  istifadə  edirlər.  Lakin,  bu 
məhdudiyyətlər yeni təsis edilən təsərrüfat subyektləri üçün keçərli 
deyildir. Bununla belə, prosesin start anında nəzarətin yoxluğu heç 
də  ona  dəlalət  etmir  ki,  yeni  yaranan  təsərrüfat  subyektlərinin 
təsisçiləri tam sərbəst hərəkət edə bilərlər. Onlar ilkin olaraq qısa 
müddət  ərzində  antiinhisar  orqanını  yeni  yaradılan  subyekt 
haqqında  məlumatlandırmalıdırlar.  Azərbaycan  Respublikası, 
eləcə  də  bütün  MDB  məkanının  antiinhisar  qanunvericiliyi  üçün 
yeni anlayışlardan biri «şəxslər qru 
279 


pudur». Bu anlam altında «ana» vo «qız» strukturlarının qarşılıqlı 
münasibətləri ifadə olunur. 
Rusiyanın 
antiinhisar 
qanunvericiliyi 
iqtisadi 
inteqrasiyanın  mümkünlüyünü  yalnız  o  halda  təsdiqləyir  ki  (bu 
Azərbaycan 
qanunvericiliyi 
üçün 
də 
xarakterikdir), 
təmərküzləşmə  nəticəsində  birləşmiş  yaxud  qovuşmuş  təsərrüfat 
subyektlərinin  daxili  və  dünya  bazarında  rəqabətqabiliyyətinin 
yüksəldilməsinə  şərait  yaransın.  Yəni,  bu  anlamda  iqtisadi 
təmərküzləşmə  üzərində  antiinhisar  siyasəti  milli  iqtisadi 
subyektlərin xarici firmalarla rəqabət aparmasına mane olmur. 
Apardığımız təhlil göstərir ki, MDB ölkələrində antiinhisar 
orqanının nəzarət fəaliyyəti hələ  ki, gözlənilən effekti vermir. Bir 
qayda  olaraq  sahə  nazirlikləri  rəqabətlə  bağlı  problemlərə 
qarışmır,  qəti  qərar  çıxarmaq  iqtidarında  deyillər,  özəl 
subyektlərdən  zəruri  olan  informasiyaları  ala  bilmirlər,  eləcə  də 
məhkəmə  dartışmalarına  nadir  hallarda  rast  gəlinir  ki,  onun  da 
heç bir real nəticəsi olmur. 
Haqsız  rəqabətə  qoyulan  qadağalar  da  öz  mahiyyəti  və 
məzmunu etibarı ilə antiinhisar səciyyəlidir. Haqsız rəqabətin əsas 
platforması bir qayda olaraq qeyri-iqtisadi-yə’ni, iqtisadi prosesin 
birbaşa  tərkib  ünsürü  hesab  edilməyən  cəhətlərə  istinadla 
formalaşır.  Buna,  əsasən  qanunvericiliyi  pozmaq  hesabına  əldə 
edilən  üstünlüklər,  işgüzar  dövriyyənin  ən’ənələrinə  əməl 
edilməməsi,  ədalətsizlik,  rəqibin  işgüzar  jmicinə  xələl  gətirilməsi, 
antireklam və s. daxildir. 
Haqsız rəqabətə eyni zamanda, sənaye, ticarət, elmi- texniki 
yaxud  kommersiya  sirrinin  əldə  edilməsinə  yönəldilmiş  casusluq 
fəaliyyəti də aid edilir. 
Bazar  münasibətlərinin  inkişafı  prosesi  təsərrüfat 
subyektlərinin  müstəqilliyini  daha  da  möhkəmləndirir  və  dövlət 
orqanlarının  birbaşa  müdaxiləsini  aradan  qaldırır.  Bu  hal  MDB 
ölkələrində  qəbul  edilmiş  müvafiq  qanunlarla  tənzimlənir. 
Qanunla 
dövlət 
orqanlarının 
təsərrüfat 
subyektlərinin 
müstəqilliyini  məhdudlaşdıra  biləcək  normativ  aktların  qəbul 
edilməsi  və  bu  istiqamətdə  hər  hansı  bir  fəaliyyət  göstərməsi, 
müəssisələrə 
münasibətdə 
ayrı-seçkilik 
siyasətindən 
yararlanmaları qadağan olunmuşdur. Keçid iqtisadiyyatı 
280 


şəraitində,  sistem  dəyişikliyinin  meydana  çıxardığı  «əlverişli» 
zəmin  bu  problemi  əhəmiyyətli  dərəcədə  qabardır.  Düzdür,  real 
bazann mövcud olduğu ölkələrdə də bu hal heç də nadir hadisələr 
sırasında  deyildir  (məsələn,  lobbizm).  Lakin,  postsosialist 
ölkələrində  «öz»  müossisosi  olanların  çoxluğu  bazarda  real 
məzmun  daşıyan  rəqabət  mühitinin  formalaşmasında  mənfi 
istiqamətli  rolun  təsir  gücünü  hissediləcək  dərəcədə  artırır. 
Maraqlıdır  ki,  əksər  postsosialist  ölkələrinin  qanunvericiliyində 
vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları, özünün 
təsərrüfat subyektini yaratmalan, səhm sahibi kimi səhmdarların 
ümumi yığıncağında müstəqil surətdə yaxud nümayəndəsi vasitəsi 
ilə  səsverməsi,  icra  orqanının  funksiyaları  ilə  təsərrüfat 
subyektinin 
idarəolunması 
funksiyalannı 
birgə 
həyata 
keçirmələrini  qadağan  edilir.  Məhz  buna  görə  də,  sırf  praktiki 
anlamda icra orqanlarının və bələdiyyələrin müəssisə yaratmaları, 
onun yenidən təşkili və ləğvi məsələləri üzrə fəaliyyətləri, eləcə də 
hər  hansı  bir  güzəştin  verilməsi (müəssisələrə)  antiinhisar  orqanı 
ilə razılaşdırılmalıdır. 
Və,  nəhayət  dövlət  reestri  antiinhisar  nəzarətinin  vasitəsi 
kimi  bütün  bu  tədbirlər  kompleksi  içərisində  özünə  məxsus  yer 
tutur. Müəssisə dövlət reestrinə o halda salınır ki, onun bazar payı 
35%-dən yuxarı olsun. Reestrdən istifadədə yeganə məqsəd ondan 
ibarətdir ki, iri bazar subyektləri haqqında tam informasiya əldə 
edilsin  və  onların  antiinhisar  qanunvericiliyinə  riayət  etmələri 
üzərində  nəzarətin  təşkili  mümkün  olsun.  Əlbəttə,  əksər 
postsosialist  ölkələrində  inzibati-amirlik  sisteminin  nəticələrinə 
uyğun  hərəkət  edilərsə  (demək  olar  ki,  bütün  əsas  istehsalçılann 
hamısı  inhisarçı  mövqedə  olublar),  onda  fəaliyyətdə  olan 
müəssisələrin  hamısını  (kiçik  istisnalarla)  dövlət  reestrinə  daxil 
etmək lazım gələrdi. Məhz bu səpgili «kütləvilikdən» qaçmayaraq, 
iqtisadi anlamda mühüm yer tutan, yəni strukturyaradan və böyük 
sosial əhəmiyyət kəsb edən məhsul istehsalında əhəmiyyətli xüsusi 
çəkiyə malik  müəssisələr dövlət reestrinə  daxil  edilirlər  ki,  bu  da 
müasir gerçəkliyin mahiyyətinə tam şəkildə uyğundur. 
281 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə