Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə93/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   89   90   91   92   93   94   95   96   ...   130

'J 
II.
 
iqtisadi təmərküzləşmənin güclənməsi üzərində nəzarət; 
III.
 
Hakimiyyət orqanlarının rəqabətə  neqativ təsir göstərə 
biləcək hərəkətlərinin qadağan olunması; 
IV.
 
Haqsız rəqabətin qadağan olunması; 
V.
 
Antiinhisar  nəzarətinin  vasitəsi  kimi  reestrdən  istifadə 
edilməsi. 
Məhdudlaşdırıcı  tədbirlər  bir  qayda  olaraq,  antiinhisar 
orqanı  tərəfindən  antiinhisar  qanunvericiliyini  pozan  təsərrüfat 
subyektlərinin  fəaliyyətinə  tətbiq  edilir.  Bu  tədbirlər  kompleksi 
Özündə  inhisarçı  fəaliyyətin  və  haqsız  rəqabətin,  rəqabətin 
inkişafına  mənfi  təsir  göstərən  hakimiyyət  orqanlarının 
hərəkətlərinin qadağan olunmasını ehtiva edir. 
İnhisarçı  fəaliyyətə  qoyulan  qadağa  iki  istiqaməti  özündə 
əks etdirir: 
1)
 
Rəqabəti  məhdudlaşdırmaq  iqtidarında  olan  sazişlərin 
qadağan edilməsi; 
2)
 
Bazar  subyektinin  hegemon  mövqedən  sui-istifadə 
etməsinin qadağan olunması. 
Qeyd  etmək  lazımdır  ki,  müasir  şəraitdə  elə  ən  çox  rast 
gəlinən  hal  məhz  bazar  subyektinin  hegemon  mövqedən  sui- 
istifadə  etməklə  rəqabəti  məhdudlaşdırmaq  cəhdidir.  Eyni 
zamanda, rəqabətin məhdudlaşdırılması istiqamətində tez-tez rast 
gəlinən  inhisarçı  hərəkətlər  sırasına  kontragentə  sərfəli  olmayan 
müqavilə  şərtlərinin  qəbul  etdirilməsi,  qiymətin  əmələ  gəlməsi 
qaydalarına  riayət  edilməməsi,  müəssisələrin  razılaşdırılmış 
hərəkətləri də daxildir. Empirik tədqiqatlar göstərir ki, bütövlükdə 
MDB məkanında fəaliyyət göstərən iqtisadi subyektlərin (bazarda 
hegemon  mövqedə  olan)  40%-  dən  çoxu  əmtəə  və  xidmətlərin 
satışında  əsaslandırılmamış  yüksək  qiymət  tətbiq  edirlər. 
^Ümymiyyətlə,  antiinhisar  qanunvericiliyi  birmənalı  olaraq 
aşağıda göstərilənlərin hamısını qadağan edir: 
^''H^nhisär mövqeyindən yüksək yaxud aşağı səviyyəli 
qiymətqoymanı; 
276 


2)
 
Əmtəəni (xidməti) dövriyyədən çıxarmaqla süni surətdə 
qıtlıq yaradılmasını və bu əsasda da qiymətlərin artırılmasını; 
3)
 
Sərfəli olmayan müqavilə şərtlərinin kontragentə qəbul 
etdirilməsini; 
4)
 
Müqaviləyə  ayrı-seçkilik  xarakterli  şərtlərin  daxil 
edilməsini; 
5)
 
Digər  müəssisələrin  bazara  daxil  olması  və  bazarı  tərk 
etməsinin  əngəllənməsi  yaxud  onu  reallaşdıran  sazişlərin 
bağlanmasını; 
6)
 
Ayn-ayrı  alıcılarla  (sifarişçilərlə)  müqavilə  bağlamaq 
istəyən  kontragentə  (baxmayaraq  ki,  lazım  olan  məhsulun 
istehsalı yaxud göndərişi mümkündür) əks-təsir göstərilməsini; 
7)
 
Müəyyən qrup satıcı yaxud alıcılarla heç bir əsaslı səbəb 
olmadan müqavilə bağlamaqdan imtina etmək; 
8)
 
Qiymət razılaşmaları; 
9)
 
Alıcı  kontingenti,  satıcılar,  məhsul  çeşidi  yaxud  ərazi 
əlamətləri üzrə bazann bölünməsi haqqında sazişlər. 
Araşdırmalarımız  göstərir  ki,  bütün  bu  sadalanan 
istiqamətlər  içərisində  daha  stabil  olanı  inhisarçı  qiymətlərə 
qoyulan  qadağadır.  Daha  doğrusu,  MDB  ölkələrində  müvafiq 
hakimiyyət  orqanları  antiinhisar  siyasətinin  tətbiqində  əsasən 
yuxarıda  göstərdiyimiz  qadağadan  istifadə  edirlər.  Bununla  belə, 
qeyd  edilən  sferada  mövcud  olan  problemlərin  tam  şəkildə 
həllindən,  hətta  həlli  imkanlarından  danışmaq  hələ  çox  tezdir. 
Problemin  qəlizliyi  ondadır  ki,  keçid  iqtisadiyyatının-  spesifik 
çətinlikləri  və  onların  doğurduğu  «sürüşkən»  situasiya  şəraitində 
inhisarçı  qiymətlərin  müəyyən  edilməsi  metodikası  müasirliyə 
adekvat  şəkildə  hələ  do  müəyyənləşdirilməyibdir.  Hal-hazırda, 
MDB  ölkələri  21  aprel  1994-cü  il  tarixində  Rusiya  hökumətinin 
qəbul  etdiyi  «İnhisarçı  qiymətlərin  müəyyənləşdirilməsi  üzrə 
müvəqqəti metodiki tövsiyyələr»ə istinad edirlər. Eyni zamanda^ p 
da məlumdur ki, inhisarçı qiymətlərin müəyyənləşdirilməsində iki 
əsas konseptual --yönünıə'söykənmək mttmkündür:  " 
277 


I.
 
Mənfəətin  məhdudlaşdıniması  konsepsiyası;  Bu  cür 
yanaşma  daha  çox  təbii  inhisar  subyektlərinə  qarşı  tətbiq  edilə 
bilər. Lakin, sözügedən konsepsiyanın tətbiqinin, keçid dövrünün 
özəllikləri  fonunda,  daha  çox  mənfi  effektlə  yekunlaşacağı  real 
görünür.  Ona  görə  ki,  müəssisələrin  istehsal  məsrəflərini 
müəyyənləşdirərkən,  .mütləq  istehsal  gücündən  tam  istifadəyə 
istinad  edilməlidir.  Əks-təqdirdə  müəssisənin  normal  fəaliyyət 
göstərməsi  qeyri-mümkün  olacaqdır.  Amma,  bu  tezisin  əksər 
təsərrüfat  subyektləri  üçün  keçərli  olduğunu  da  iddia  etmək 
yalnışlıq olardı. Belə ki, istehsal güclərindən tam istifadə edilməsi 
problemi  sırf  milli  iqtisadi  subyektlərin  problemidir.  Əcnəbi 
mənşəli iqtisadi subyektlərdə nəinki belə hal yoxdur, hətta mövcud 
gücün  maksimal  istisman  açıq  şəkildə  müşahidə  edilir  (məsələn, 
«Azərsell»,  «Baksell»  və  s.).  Ucuz  idxalatm  yaratdığı  əlverişsiz 
rəqabət  şəraitində  milli  istehsalın  «bahalılıq»  problemini  həll 
etmək  mümkünsüzdür.  Bir  istisna  ilə  ki,  innovasiya  sahibkarlığı 
inkişaf etdirilsin. Əsasən və başlıca olaraq ekstensiv inkişafla gedən 
iqtisadi  prosesdə  aynca  götürülmüş  bir  subyekt  çərçivəsində 
məhsul vahidinin real maya dəyərinin, mənfəətin və rentabelliyin 
antiinhisar  orqanı  tərəfindən  düzgün  qiymətləndirilməsi  praktiki 
olaraq  qeyri-mümkündür.  Məhz  buna  görə  də,  sırf  zahiri 
müqayisəyə üstünlük verilir. 
II.
 
İqtisadi  subyektlərin  satış  bazarlannm  müqayisəsi 
konsepsiyası;  Bu  konsepsiya  xarici  müdaxilənin  getdikcə 
intensivləşdiyi  bir  şəraitdə  daha  real  məzmun  daşıyır.  Bu  halda 
antiinhisar  orqanı  təsərrüfat  subyektlərinin  (mənşəyindən  asılı 
olmayaraq)  satış  bazarlannm  müqayisəsinə  istinad  etməklə 
inhisarçı  mövqedən  tətbiq  edilən  yuxan  yaxud  aşağı  (dempinq) 
səviyyəli qiymətləri müəyyən etmək iqtidanndadır. 
Tədqiqat  materiallan  göstərir  ki,  postsosialist  ölkələrində 
inhisarizmin antirəqabət davranışı inkişaf etmiş bazar iqtisadiyyatı 
ölkələri  ilə  müqayisədə  fərqli  məzmuna  malikdir.  Belə  ki, 
sözügedən  postsosialist  ölkələrində  inhisarçı  meyllər  rəqiblərlə 
deyil,  istehlakçı  yaxud  malgöndərən  subyektlərlə  münasibətdə 
təzahür  edir.  MDB  ölkələri  içərisində  yalnız  Rusiya 
Federasiyasında inhisarçı müəssi 
278 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə