Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


şəraitdə belə bir qanunun qəbulu ölkənin milli iqtisadi



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə97/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   93   94   95   96   97   98   99   100   ...   130

 
şəraitdə belə bir qanunun qəbulu ölkənin milli iqtisadi 
mənafelərinin təminatı nöqteyi-nəzərindən qaçılmazdır. 
Antiinhisar qanunvericiliyinin keçid iqtisadiyyatı 
şəraitində formalaşmış situasiyaya uyğunlaşdırılması 
baxımından əlahiddə əhəmiyyət daşıyan məsələlərdən biri 
haqsız rəqabətlə mübarizənin sistemli şəkildə həyata keçiril- 
‘ məsinin təmininə nail olmaq və onun adekvat hüquqi bazasını 
formalaşdırmaqdan ibarətdir. Bu baxımdan hal-hazırda 
qüvvədə olan «Haqsız rəqabət haqqında»"^ qanunu tam 
şəkildə yetərli hesab etmək mümkün deyildir. Belə ki, haqsız 
rəqabət, onun formaları və mübarizə yolları müasir dünya 
təcrübəsinin hissəvi təsviri təəssüratını yaradır. Məsələn, 
deyək ki, Paris konvensiyası haqsız rəqabətin 3 növünü 
fərqləndirdiyi halda, inkişaf etməkdə olan ölkələrdə onun 12 
növü üzrə nəzarət təşkil olunur. Aydındır ki, haqsız rəqabətlə 
bağlı əksər ölkələr üçün eyni məzmun daşıyan yanaşma ola 
bilməz. Ona görə ki, hansı halın (rəqabətə yaxud ticarətə 
münasibətdə) haqsız yaxud qeyri-qanuni olduğunun 
müəyyənləşdirilməsi ayrıca götürülmüş bir ölkənin spe- 
sifikasından, konkret vaxt və konkret yerdən asılıdır. Buna 
görə də, «Haqsız rəqabət haqqında» qanunun dəyişən şəraitə 
uyğunlaşdırılması, bu baxımdan onun dinamikliyinin təminatı 
zəruridir. Məhz qeyd edilən prizmadan yanaşdıqda hal-hazırda 
ölkədə tətbiq edilən «Haqsız rəqabət haqqında» qanunun 
təkmilləşdirilməsinə ehtiyac yaranmışdır. Bu qanun 1995-ci 
ildə qəbul olunmuş və ötən müddət ərzində heç bir dəyişikliyə 
məruz qalmamışdır. Halbuki, 1995-2000-ci illər ərzində həm 
milli iqtisadi sistemin formalaşdırılmasında, həm də real bazar 
münasibətlərinin təşəkkülü sferasında son dərəcə mühüm 
əhəmiyyət daşıyan nailiyyətlər əldə olunmuşdur. Tək bircə 
faktı göstərmək kifayətdir ki, qanunun 11-ci maddəsində (qa- 
nunun pozulmasına görə məsuliyyət) qeyd edilir ki: 
«...cinayət əlamətləri olduqda materiallar cinayət işi 
qaldırılması məqsədilə prokurorluğa ...göndərilin). 
Hal-hazırda isə cinayət işi məhkəmələr tərəfindən qaldırılır. Eyni 
zamanda, haqsız rəqabətin əsas sütunlan, məsələn, 
Biznesmenin bülleteni. 1996, (69), №4. 
288 


dempinq  praktikası,  haqsız  reklam  və  s.  və  i.a.  haqqında  heç  nə 
deyilmir.  Maraqlı  cəhət  burasındadır  ki,  Belarus  istisna  olmaqla 
əksər  MDB  ölkələrində  analoji  vəziyyət  (qanunvericiliklə  bağlı) 
müşahidə  edilməkdədir.  Məsələn,  Rusiya  Federasiyasında  haqsız 
rəqabət 
«Mal 
bazarlarında 
inhisarçı 
fəaliyyətin 
məhdudlaşdırılması və rəqabət haqqında» qanunun 10-cu maddəsi 
kimi  çox  qısa  şəkildə  öz  əksini  tapmışdır.  Belarusun  müvafiq 
qanunvericiliyi isə (qanunun özündə də göstərilir) tam məzmunu 
baxımından Avropa sisteminə uyğunlaşdırılmışdır. 
Şübhəsizdir  ki,  istehlakçıların  hüquqlannın  müdafiəsi 
antiinhisar  nəzarətinin  əsas  məqsədlərindən  biridir.  Bu  sferanın 
hüquqi  tənzimlənməsi  19  sentyabr  1995-ci  ildə  qüvvəyə  minmiş 
«İstehlakçıların  hüquqlarının  müdafiəsi  haqqında»  qanunla 
həyata  keçirilir.  (Qanunun  özündə  də  göstərildiyi  kimi,  onun 
mətninin hazırlanmasında BMT-nin Baş Assambleyası tərəfindən 
qəbul  edilmiş  «istehlakçıların  maraqlarını  müdafiə  etmək  üçün 
rəhbər  prinsiplər»dən  geniş  surətdə  istifadə  edilmişdir.  Bununla 
belə,  əvvəllər  qeyd  etdiyimiz  kimi,  sırf  dinamik  səciyyə  daşıyan 
problemə  statik  yanaşmadan  xilas  oluna  bilinməmişdir.  Yə'ni, 
1995-ci  ildən  bu  yana  qanunun  artıq  köhnəlmiş  maddələrinin 
dəyişdirilməsi  yaxud  redaktə  olunması  həyata  keçirilməmiş,  anti 
inhisar  xarakterli  məqamlar  tam  həcmdə  nəzərə  alınmamış  və 
beləliklə,  istehlakçı  hüquqlarının  sistemli  şəkildə  müdafiəsi 
sferasında  hüquqi  boşluqların  mövcudluğuna  rəvac  verilmişdir. 
Məsələn, söz açdığımız aspektdə yalnız haqsız reklamla bağlı kiçik 
qeydlər  aparılmış  (qanunun  13-cü  maddəsinin  6  və  7-ci 
bəndlərində)"'  haqsız  rəqabət  və  inhisarçı  fəaliyyətlə  bağlı 
istehlakçı  hüquqlarının  müdafiəsi  aspektindən  qaneedici  təfsilat 
ortalığa qoyulmamışdır ve s. 
Antiinhisar  siyasətinin  əsas  hüquqi  bazası  keyfiyyətində 
çıxış  edən  «Antiinhisar  fəali)o^əti  haqqında»  qanunun 
təkmilləşdirilməsinə  isə  xüsusilə  böyük  ehtiyac  yaranmışdır.  Bu 
qanun 4 mart 1993-cü il tarixində qəbul olunmuş və 10 
Biznesmenin bülleteni. №11 (76), Bakı-1996, səh. 18. 
289 


oktyabr  1997-ci  il  tarixli  dəyişikliklər  və  əlavələrlə  birlikdə 
fəaliyyətdədir. 
Ölkədə  real  bazar  münasibətlərinin  təşəkkülü  prosesinə 
paralel olaraq qanunun mətnində bir sıra düzəliş və dəyişikliklərin 
apaniması zəruridir. Məsələn, dövlət, sahə və yerli «İnhisarçılığm» 
aradan  qaldırılması  əsasən  keçid  dövrünün  daxili  təbiətindən 
doğan  nəticələr  kimi  nəzərdə  tutulmalı  və  keçid  mahiyyəti 
daşımalıdır.  Qeyd  edilən  aspekt  daha  çox  federativ  dövlətlərdə 
təzahür edir. İqtisadiyyatın inhi- sarsızlaşdınlması, özəlləşdirmə və 
liberallaşdırma  öz-  özlüyündə  yuxarıda  əks  etdirdiyimiz 
inhisarçılığı  aradan  qaldınr.  Həmçinin,  qanunun  həmin 
bölmələrində  göstərilənlərin  böyük  əksəriyyəti  artıq  bugünkü 
reallıq baxımından öz aktuallığını itirmişdir. 
Eyni  zamanda,  qanunda  inhisar  yaradan  proses  kimi  üfıqi 
və  şaquli  birləşmənin  (qovuşmalar)  tənzimlənməsi  problemi  sırf 
neoklassik yanaşma çərçivəsində şərh edilir. Bu proseslə bağlı hər 
hansı bir istisna nəzərdə tutulmamışdır. Digər tərəfdən, antiinhisar 
siyasətinin tələblərinə əməl etməyən bazar subyektlərinin hər hansı 
bir formada cəzalandınlması bütünlüklə «müvafiq icra hakimiyyəti 
orqanına»  həvalə  edilir.  Qəbul  edilən  qərarlann  məhkəmə 
araşdıniması nəzər- diqqətdən kənarda qalır və s. 
Bütün  bunlarla  yanaşı,  göstərmək  lazımdır  ki,  ölkədə 
antiinhisar  qanunvericiliyinin  əhatə  dairəsi  qismən  də  olsa,  digər 
iqtisadi  profilli  normativ  aktlar  və  qanunlarda  da  öz  əksini 
tapmışdır.  Məsələn,  1  iyul  1994-cü  il  tarixdən fəaliyyətdə  olan  və 
sonuncu,  2  aprel  1999-cu  il  tarixli  düzəlişlə  tətbiq  edilən 
«Müəssisələr haqqında» Qanunun 12-ci maddəsində (müəssisələrin 
birləşməsi)  ötəri  olsa  da,  antiinhisar  qanunvericiliyinin  norma  və 
tələblərinə istinad edilməsi zəruriliyi əks etdirilmişdir. Eyni ilə 11 
iyun  1999-cu  il  tarixli  «Nəqlij^at  haqqında»  qanunda  ötəri 
münasibət  müşahidə  edilir.  Belə  ki,  qanunun  6-cı  maddəsində 
(Nəqliyyat  sahəsində  dövlət  idarəetməsi)  «...Nəqliyyatda  inhisar 
fəaliyyətinin  məhdudlaşdırılması  və  rəqabətin  inkişafı  üçün 
məqsədli  tədbirlərin  görülməsi...»  nəzərdə  tutulur.  Lakin,  hansı 
tədbirlərdən söhbət getdiyi yaxud bu halda hansı qanun 
290 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə