Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə81/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   77   78   79   80   81   82   83   84   ...   130

dünya 
iqtisadiyyatının 
vahidliyi, 
bütövlüyü 
anlamından 
yanaşdıqda,  qeyd  edilən  mübarizənin  hissəvi  tətbiqi  heç  bir  real 
nəticə verməyəcəkdir. Bu nöqteyi-nəzərdən formalaşan ..təza^hhq 
ən^azuqlobal-^regional^millLmanafelərin  optimal  uyğunTijguna 
mənfi tə’sir göstərəcək və ümumiyyətlə, belə bir uyğunluğun real 
gerçəklikdə qərarlaşması baş tutmayacaqdır. 
Təhlil  materiallan  göstərir  ki,  yuxarıda  əks  etdirdiyimiz 
situasiyanın  aradan  qaldınlması  məqsədi  ilə  beynəlxalq  iqtisadi 
münasibətləri 
tənzimləyən 
təşkilatların 
rəsmi 
fəaliyyət 
konsepsiyasının fəlsəfi məzmununda köklü keyfiyyət dəyişiklikləri 
aparılmalıdır.  Yə’ni,  sözügedən  konsepsiyanın  yeni  fəlsəfəsi 
ümumbəşəri  əxlaqi  normalara,  mə’nəvi  prinsiplərə  söykənməli, 
primitiv  hesabçılıqdan,  ələlxüsus  daban-dabana  zidd  olan 
mənafelərin zahiri uyğunluğuna istinaddan imtina edilməlidir. Bu 
qənaət  həm  ümumiqtisadi  inkişafın  yeni  paradiqmasının  “xalis” 
iqtisadi  determinantdan  uzaqlaşması,  yə’ni,  sosial-iqtisadi  və 
siyasinin  dialektik  vəhdətinə  söykənməsi,  həm  də  ümumiyyətlə, 
sivilizasiyalı yanaşmanın labüdlüyü prizmasından tamamilə real və 
böyük  elmi-nəzəri  əhəmiyyət  kəsb  edən  bir  nəticə  kimi  qəbul 
edilməlidir. 
Qlobal  inhisarlaşma  ilə  bağlı  digər  bir  problem  dünya 
iqtisadiyyatının  tənzimlənməsi  prosesinin  demokratikləşdirilməsi, 
“kiçik”  yaxud  “böyük”  ölkə  olmasından  asılı  olmayaraq,  qlobal 
tənzimləmədə  bərabərhüquqluluğun  tətbiqi  ilə  bağlıdır.  Məsələ 
burasındadır  ki,  kiçik  və  iqtisadi  cəhətdən  geri  qalmış  ölkələr 
sözügedən  tənzimləmə  prosesinin  böyük  xərctutumuna  malikliyi 
ucbatından,  təbii  olaraq kənarda  qalırlar.  Sözsüz  ki,  bu  hal  milli 
mənafelərin  ödənilməsində  də  müəyyən  problemlər  yaradır.  Hər 
şeydən  əvvəl,  özgələrin  formalaşdırdığı  “oyun  qaydaları”  əksər 
hallarda  həmin  prosesin  iştirakçısı  olmayan  ölkələrin  milli 
spesifikasını  nəzərə  almadığına  görə  birtərəfli  asılılıq  meydana 
çıxamır. 
Və, 
iqtisadi 
siyasətin 
(ümummilli 
səviyyədə) 
formalaşdıniması  və  tətbiqi  sferasında  yuxarıda  göstərdiyimiz 
tərzli birtərəfli asılılıq hətta mövcud resurslardan belə maksimum 
səmərəliliklə istifadə olunmasını əngəlləyir. Başqa sözlə, sözügedən 
ölkənin iqtisadi inkişafı “oyun qaydalannı” müəy- 
240 


yənləşdirənlərin mənafelərinə uyğun şəkildə baş tuta bilər ki, bu da 
öz mahiyyəti e’tibarı ilə qlobal inhisarizmin təzahür formasından 
başqa bir şey deyildir. 
Bütün bunlarla yanaşı, qeyd etməyi zəruri sayırıq ki, qlobal 
tənzimləmə  prosesində  iri  biznes  sub’ektlərinin  (TMK  və  s.) 
statusfa  milli  dövlətlərə  bərabər  səviyyədə  iştirakı  qətiyyən  yol 
verilməzdir. 
Düzdür, 
iri 
biznes 
hal-hazırda 
dünya 
iqtisadiyyatmdakı  hegemon  mövqeyini  daha  da  gücləndirməkdə 
davam  edir.  Yəsələn,  fırmadaxili  mal  göndərmələri  dünya 
ticarətinin 70%-ni, lisenziya və patent satışının 80-90%-ni, kapital 
ixracının  40%-ni  təşkil  edir‘®^  Bu,  reallıqdır.  Lakin,  beynəlxalq 
iqtisadi münasibətlər sferasında qlobal tənzimlənmənin bütünlüklə 
sözügedən  qurumların  əlinə  keçməsi  milli—»regional—»qlobal 
səviyyələrdə mənafe tarazlığını tamamilə mümkünsüzləşdirməklə, 
uzunmüddətli  depressiya-  lann  yaranmasına,  qlobal  iqtisadi 
dinamikanın ifrat birtə- rəfliliyinə və nəhayət, sosial problemlərin 
kəskin surətdə gərginləşməsinə səbəb olardı. 
Qlobal  inhisarlaşmaya  qarşı  mübarizədə  prinsiplər-^nə- 
zarət—»tənzimləmə  triadasının  real  məzmun  daşıması  üçün 
yuxanda  əks  etdirdiyimiz  problemlər  mütləq  aradan  qaldınl- 
malıdır. 
Beləliklə, 
dünya 
iqtisadiyyatınxk 
tənzimlənməsi 
prosesində  qlobal  iqtisadi  siyasət  ən  azı  4  amili  özündə  ehtiva 
etməlidir: 
1)
 
İqtisadi  və  sosial-siyasi  proseslərin  tənzimlənməsində 
ədalətlilik prinsipinə sözsüz əməl edilməsi; 
2)
 
İqtisadi  cəhətdən  geri  qalmış  ölkələrin  qlobal' 
tənzimləmədə real iştirakının tə'mini; 
3)
 
İnkişaf  etmiş  ölkələrin  formalaşdırdığı  qlobal  inkişaf 
strategiyasında 
iqtisadi gerilik probleminin prioritet xarakter daşımasının təsbiti; 
4)
 
İqtisadi  cəhətdən  geri  qalmış  ölkələrdə  problemlər 
kompleksinin  həlli  ilə  birbaşa  məşğul  ola  biləcək  qlobal  səviyyəli 
institutlann yaradılması. 
Международные экономические отношения. (Под общей ред. проф. 
В.Е.Рыбалькина). Учебник. Москва, 1997, стр.28 
241 


VI
 
FƏSİL. MİLLİ ANTİİNHİSAR SİYASƏTİNİN 
FORMALAŞDIRILMASI PROBLEMLƏRİ VƏ ONUN 
REGİONAL ASPEKTLƏRİ 
Rəqabət  münasibətlərinin  dövlət  tənzimləməsi  əsasən 
antiinhisar siyasətinə əsaslanır. 
Antiinhisar siyasəti özündə antiinhisar qanunvericiliyini və 
onun  həyata  keçirilməsi  üzərində  nəzarətin  təşkilini  ehtiva  edir. 
Antiinhisar 
qanunvericiliyi 
rəqabətin 
dəstəklənməsi 
və 
mühafizəsinə  yönəldilmiş  təsərrüfat  və  kommersiya  hüquq 
normalan sistemində kompleks yaranışdır. 
İnkişaf  etmiş  ölkələrdə  antiinhisar  qanunvericiliyinin  əsas 
prinsipi-inhisarçı  əlaməti-bazar  payı  ilə  müə)^ənləşdirmək  deyil 
(baxmayaraq  ki,  bu  mütləq  nəzərə  alınır),  bazar  subyektinin 
inhisarçı  məqsədlərinin  olması  və  onu  həyata  keçirməyə  imkan 
verən bazar gücünün mövcudluğudur. 
§1. ANTİİNHİSAR SİYASƏTİNİN MÜASİR DÜNYA 
TƏCRÜBƏSİ 
Antiinhisar  siyasətinin  formalaşdıniması  və  tətbiqi 
qaydaları üzrə müasir dünya təcrübəsinin öyrənilməsi probleminə 
üç istiqamətdə yanaşılacaqdır: 
1)
 
Sənayecə inkişaf etmiş ölkələrin antiinhisar siyasəti; 
2)
 
Avropa İttifaqı inteqrasiya blokunun antiinhisar siyasəti; 
3)
 
Keçid iqtisadiyyatlı ölkələrdə bu sferada həyata keçirilən 
siyasətin və müvafiq qanunvericiliyin tədqiqi. 
Müasir  şəraitdə  əksər  inkişaf  etmiş  ölkələr  ticarət  hüququ 
çərçivəsində  inhisarçı  fəaliyyətin  gətirdiyi  iqtisadi  və  sosial 
nəticələrin  təsir  gücünü  azaltmaq  məqsədi  ilə  kapitalın 
təmərküzləşməsi  və  rəqabət  prosesinin  dövlət  tənzimləməsini 
həyata keçirirlər. Və, bu istiqamətdə əsas aparıcı sahə antiinhisar 
qanunvericiliyinin  işlənib  hazırlanmasıdır.  Bir  sıra  müəlliflər 
müasir sosial-iqtisadi situasiyanın daxili təbiətindən 
242 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə