Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Bununla  belə,  müasir  iqtisadi  fikirdə  effektiv  rəqabət



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə71/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   67   68   69   70   71   72   73   74   ...   130

Bununla  belə,  müasir  iqtisadi  fikirdə  effektiv  rəqabət 
funksional  rəqabətin  inkişafının  bir  mərhələsi  kimi  qəbul  edilir. 
Bu  baxışlar  çərçivəsində  bazarda  hansı  çatışmazlıqların  arzu 
edilən  olduğunun  müəyyənləşdirilməsi  rəqabət  siyasətinin  əsas 
problemi kimi qarşıya qoyulur. Eyni zamanda, bütün problemlər 
kompleksi  (rəqabət  siyasətinin  düzgün  tətbiqi  anlamında)  iki 
istiqamətdə qruplaşdınlır: 
1)
 
Rəqabət  azadlığı-^inhisarçı  gücün  təmərküzləşməsi 
dilemması; 
2)
 
İndividual  iqtisadi  azadlıq^texniki-iqtisadi  tərəqqi 
dilemması. 
Bu  dilemmaların  rəqabət  siyasəti  nöqteyi-nəzərindən 
substansional məzmun daşıdığını və ələlxüsus keçid iqtisadiyyatlı 
ölkələrdə  inhisarla  mübarizənin  səmərəli  təşkili  üçün  aktual 
mahiyyətliliyini  inkar  etmək  mümkünsüzdür.  Belə  ki, 
innovator-sahibkann fəaliyyəti  iqtisadi  inkişafda  əsas  təkanverici 
rol oynayır. Eyni zamanda, həmin subyektin inkişafı tam məntiqi 
olaraq  inhisarçı  üstünlük  yaradır  ki,  bu  da  rəqabət  azadlığını 
məhdudlaşdırır.  Eləcə  də,  əgər  individual  azadlığın  təmini 
(bazarda)  əsas  məqsəd  kimi  götürülərsə,  onda  innovasiya 
sahibkarlığından  və  bütövlükdə  dinamik  iqtisadi  inkişafdan  əl 
çəkmək  lazım  gələcəkdir.  Əks  istiqamətdə  yanaşdıqda  isə 
rəqabətin məhdudlaşdırılması ilə banşmaq zərurəti yaranır. 
Bütün yuxanda əks etdirən fikirlər belə bir nəticəyə gətirir 
ki,  əgər  rəqabət  iqtisadi  inkişafa  xidmət  edirsə,  onda  o, 
funksionaldır  və  səmərəlidir.  Ümumiyyətlə,  funksional  rəqabət 
nəzəriyyəsi 3 əsas məqsədin təminatına söykənir: 
rjBazann rəqabətçi da^nışl uçun yafafir olan strukturunun 
müəyyənləşdirilməsi; 
2)
 
 Rəqabətçi  hesab 
edilən 
davranış 
formalannm aşkarlanması; 
3)
 
Bazar  fəaliyyətinin  nəticələrinin  qiymətləndirilməsi 
üçün münasib sayılan parametrlərin seçilməsi. 
Yə’ni, 
funksional 
baxış 
problemin 
həllini 
struktur—»davranış—>nəticə  triadasının  qarşılıqlı  bağlılığında 
görür. Özü də bu ardıcıllıq sırf determinləşmiş bir bağlılıq kimi 
209 


səciyyələndirilir və hər hansı bir yerdəyişmə ehtimalı heç  yaxına 
da  buraxılmır.  Fikrimizcə,  antirəqabət  praktikasını  məhz 
göstərdiyimiz  məntiqi  zəncirlə  bağlamaq  yalnışlıq  olardı.  Ona 
görə  ki,  əwəla  struktur  heç  də  həmişə  inhisarçı  davranış 
doğurmur; İkincisi, bir çox hallarda antirəqabət praktikası məhz 
davranış tərzindən asılı olaraq meydana çıxır. Buna görə də, çıxış 
nöqtəsinin  struktur  olması  fikri  reallığa  uyğun  gəlmədiyi  üçün, 
onlann  hər  ikisini  (həm  struktur,  həm  də  davranış)  eyni  güclü 
amillər kimi səciyyələndirmək daha düzgün yanaşma hesab edilə 
bilər. 
Başqa 
sözlə, 
funksional 
rəqabət 
nəzəriyyəsinin 
müəyyənləşdirilməsi  zəruri  olan  cəhətlər  kimi  ortalığa  qoyduğu 
amillər arasında qarşılıqlı əlaqənin dialektik məzmunlu olmasını 
qəbul etmək gərəkdir (şək. 5.I.). 
 
Şək. 5.1. Rəqabət siyasətinin əsas dəyişənləri arasında 
dialektik bağlılığın məntiqi sxemi. 
Eyni zamanda, qeyd etmək lazımdır ki, ümumiyyətlə, vahid 
universal  formulaya  istinadən  şəkildə  əks  etdirilən  cəhətlər 
arasında  qarşılıqlı  əlaqələri  məzmun  və  forma  etiban  ilə  dəqiq 
müəyyənləşdirmək  çox  müşkül  məsələdir.  Yə’ni,  hansı  struktur 
elementləri hansı davranış tərzini doğurur (və, əksinə) və bunlar 
nə kimi nəticə verməklə birləşirlər sualı yalnız və yalnız konkret 
mal  bazan,  konkret  sahibkarlara  münasibətdə  təxminən  də  olsa 
cavablana  bilər.  Digər  tərəfdən,  bazar  nəticələrinin  ümumqəbul 
olunmuş  vahid  kriteriyalar  sisteminin  olmaması  nəzəri 
yanaşmada  mövcud  olan  pərakəndəliyin  əsas  səbəblərindən  biri 
kimi xarakterizə oluna bilər. 
Beləliklə, 
funksional 
rəqabət 
yanaşmasının 
əsas 
çatışmazlıqlan bu yanaşmanın özünün daxili məntiqindən doğur. 
Belə ki, nəzəriyyənin tamlığı, əhatə dairəsinin 
210 


bütövlüyü,  monolitlik  dərəcəsi,  eləcə  də  məntiqi  (determinlik 
mövqeyindən) ardıcıllığı arzu edilən səviyyədə deyil. Bu görüşdə 
determinliyin subyekt tərəfi xüsusilə çılpaq şəkildə qabardılır. Və, 
məlumdur  ki,  subyektivizmin  əsas  mövqeyə  çıxması,  eyni 
zamanda  qeyri-iqtisadi  xarakterli  cəhətləri  ön  plana  gətirməklə 
rəqabət  siyasətində  istifadə  imkanlarını  əhəmiyyətli  dərəcədə 
məhdudlaşdırır. 
Rəqabət  nəzəriyyəsinin  təkarnülündə  növbəti^aıhöl«  yeni 
kläTssi^yäxüH  neoklassik  rəqabət  nəzəriyyəsidir.  Elə  buradaca 
qeyd  edək  ki,  tleokläs^  qiymət  nəzəriyyəsi  ilə  söhbət  açdığımız 
nəzəriyyə arasında heç bir bağlılıq yoxdur. Bu nəzəriyyə və onun 
yaradıcıları (Hofmann E. və s.) neoklassik qiymət nəzəriyyəsinin 
tarazlıq  analizi  modelini  qəbul  etmirlər.  Yeni  klassik  rəqabət 
nəzəriyyəsi  bir  tərəfdən  A.Smitin  görüşlərini  (rəqabət  azadlığı), 
digər  tərəfdən  isə  fon  Hayekin  rəqabət  və  azadlıq  arasındakı 
qarşılıqlı  əlaqələr  haqqında  irəli  sürdüyü  mülahizələri  əsas 
götürür.  Qeyd  edilən  görüş  çərçivəsində  rəqabət  iqtisadi 
azadlıqların  gerçəkləşdiyi,  istehlakçı  tələbatlarının  müntəzəm 
ödəndiyi  bir  proses  kimi  başa  düşülür.  Hətta,  funksional 
yanaşmanın «dilemmasının» yoxluğunu da əsaslandırmağa çalışır. 
Və,  əlbəttə  birölçülü  məntiqlə  istənilən  dilemmanın  yoxluğunu 
əsaslandırmaq  olar  və  bu  prosesdə  məntiqi  antinomiyadan  da 
yararlanmaq  mümkündür.  Ancaq,  əfsuslar  olsun  ki,  müasir 
çoxölçülü gerçəkliyə birölçülü yanaşma ən yaxşı halda mücərrəd 
nəticələr yaxud nəzəri ümumiləşdirmələr ortalığa qoya bilər. Və, 
mə’lum  olduğu  kimi,  «mücərrədlik»  rəqəmlərlə  ifadə  olunan 
məcmuluğun  ölçü  vahidi  və  ya  parametri  keyfiyyətindən  çox 
uzaqdır.  Qısaca  şəkildə  ifadə  etsək,  yeni  klassik  rəqabət 
nəzəriyyəsinin  əsas  məzmunu  rəqabət  azadlığının  müstəqil  və 
başlıca  amil  kimi  ön  plana  çıxarılması,  ona  rəqabət  siyasətinin 
əsas məqsədi kimi baxılması, rəqabətin dinamik proses kimi dərki 
və bu prosesin rəqabət azadlığına təsirinin bazar testləri vasitəsi 
ilə yoxlanılmasından ibarətdir. 
Bununla  belə,  bir  az  öncə  ifadə  etdiyimiz  fikirə  bir  daha 
qayıtmaq məcburiyyətindəyik. 
211 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə