Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


Substitutların (əvəzedici məhsullann) bazara çıxarılması və lobbiçi



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə68/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   64   65   66   67   68   69   70   71   ...   130

Substitutların (əvəzedici məhsullann) bazara çıxarılması və lobbiçi 
fəaliyyət. 
Beləliklə,  inhisarçı  strukturlann  bazar fəaliyyətinin  təhlili 
aşağıdakı nəticələrə gəlməyə imkan verir: 
1)
 
Əgər  qiymət  maıjinal  xərclərdən  böyük  olarsa,  onda 
açıq  inhisar  bazarda  kəskin  konyunktur  dəyişikliklərinə  gətirib 
çıxarmaqla, onun normal fəaliyyətini poza bilər; 
2)
 
Tam 
inhisarlaşmış 
bazar 
nəzəri 
təxəyyülün 
məhsulundan başqa bir şey deyildir; 
3)
 
Sosial-iqtisadi 
situasiyaya  və  bütövlükdə,  milli 
mənafelərə  təsiri  baxımından  qapalı  inhisar  daha  çox,  açıq 
inhisar isə daha az təhlükəlidir. 
Sosial-iqtisadi inkişafda inhisann müsbət rol oynadığını da 
iddia  edənlər,  onun  innovasiya  prosesini  sür’ətləndirmək, 
keyfiyyəti  yüksəltmək  və  fəaliyyətin  miqyasının  genişliyindən 
qənaət  əldə  etməyə  yönəlmiş  fəaliyyətinin  iqtisadi  artıma  şərait 
yaratdığını ön plana çəkirlər. 
Bütün bunlarla yanaşı, apardığımız təhlil birmənalı şəkildə 
inhisarçı  fəaliyyətin  zərərli  olduğu  fikrinə  gəlmək  məcburiyyəti 
yaradır.  Eyni  zamanda,  qeyd  etməliyik  ki,  inhisarın  yalnız 
göstərilən  mahiyyət  aspektində  qavranılması  həm  metodoloji 
yanaşma,  həm  də  real  bazann  fəaliyyəti  baxımından  düzgün 
olmazdı. Belə ki: 
l)
 
İnhisarçı fəaliyyət bir qayda olaraq, bazarın tarazlığı 
kontekstində nəzərdən keçirilir. Qeyd  etməliyik ki, bu yanaşma 
neoklassik  nəzəriyyənin  təməl  prinsiplərindən  biridir  və  yalnız 
statik  vəziyyətdə  özünü  doğruldur.  Bazar  subyektlərinin 
inhisarçı  mövqe  əldə  etmək  istəkləri  tamamilə  təbii  bir  hal 
olmaqla  iqtisadi fəaliyyətin  dinamizminə  əsaslanır.  Başqa  sözlə, 
dinamik  inkişaf  və  səmərəlilik  mövqeyindən  neoklassiklərin 
bazar  strukturları  kimi  səciyyələndirdikləri  rəqabət  tipləri 
(inhisar,  kamil  rəqabət,  inhisarçı  rəqabət,  oliqopoliya)  yalnız 
iqtisadi  proseslərin  modelləşdirilməsi  və  ümumiyyətlə,  nəzəri 
tədqiqatlann  asanlaşdıniması  baxımından  müəyyən  əhəmiyyətə 
malik  ola  bilərlər.  Ümumnəzəri  yanaşma  çərçivəsində  inhisarın 
zərərli olduğunu (iqtisadi baxımdan) aşağıdakı kimi ifadə etmək 
daha düzgün olardı: Özünün inhisarçı vəziyyətindən istifadə edən 
200 


firmanın gəlirləri yaxud uduşu, həmişə bu fəaliyyət nəticəsində 
istehlakçılara dəyən zərərdən az olur. 
2)
 
İnhisarçı  fəaliyyətdə  mənfəətin  maksimumlaşdıniması 
ilə  əmək  haqqının  artımı  arasında  düzmütənasib  asılılıq 
mövcuddur. Belə ki, əvvəla, əmək haqqının artımı nəticə etibarı ilə 
bazarın  (sözün  geniş  mənasında)  tutumca  genişlənməsi,  tədiyyə 
qabiliyyətli 
məcmu  tələbin 
artımı 
deməkdir; 
İkincisi, 
uzunmüddətli dövr ərzində innovasiya prosesinin formalaşmasına 
müsbət təsir  göstərən  amillərdən  biri  məhz  əmək haqqının  sabit 
artımıdır və s. 
3)
 
İri  biznes  subyekti=inhisar  eyniyyəti  tamamilə  qəbul 
edilməzdir.  Bu  günkü  inhisar  XIX  əsrin  sonu  XX  əsrin 
əvvəllərində  mövcud  olan  analoji  strukturlardan  əhəmiyyətli 
dərəcədə  fərqlənir.  Belə  ki,  müasir  inhisann  meydana  çıxması 
prosesi 
əvvəlki 
dövrlərdə 
olduğu 
kimi 
«piramida» 
quruculuğundan  uzaqdır.  Digər tərəfdən,  bazarda  mal  təklifinin 
formalaşdırılmasında  iştirak  etmə  payından  asılı-olaraq  kiçik 
firma inhisarçı olduğu halda, iri korporasiya inhisarçı olmaya da 
bilər; 
4)
 
Elmi-texniki  tərəqqi,  innovasiya  prosesinə  yanaşmada 
da inhisarçı fəaliyyətin rolunu bir mənalı şəkildə qiymətləndirmək 
olmaz.  Şübhəsiz,  innovasiya  əsasən  iri  biznes  tərəfindən  həyata 
keçirilir.  Lakin,  bu  prosesdə  geniş  uyğunlaşma  imkanlan  olan 
kiçik firmalar da aktiv iştirak edirlər. Problemin qoyuluşu belədir 
ki, guya tam inhisar şəraitində innovasiya prosesləri üçün stimul 
olmur  və  bu  da  durğunluğa  tənəzzülə  gətirib  çıxarır.  Yuxanda 
qeyd  etdiyimiz  kimi,  tam  inhisar  qeyri-mümkündür.  Hətta, 
hüquqi  qadağanlarla  qorunan  «qapalı»  inhisarın  da  potensial 
rəqibləri yarana bilər; 
5)
 
 Müasir 
iqtisadiyyatda  baş  verən  keyfiyyət 
dəyişiklikləri  və  əsasən  inkişaf  etmiş  ölkələrdə  «alıcı»  bazarının 
formalaşması  inhisarçı  fəaliyyətin  məzmununda  da  fərqli 
cəhətlərin  meydana  çıxmasına  səbəb  olmuşdur.  Belə  ki,  nəinki 
inhisar mənfəəti əldə etmək, hətta inhisarçı mövqeyinə çıxmağın 
özü  də  istehlakçı  tələbinin  ödənilməsi  dərəcəsindən  birbaşa 
asılılığa düşmüşdür. Başqa sözlə, iqtisadi səmərəlilik, yüksək gəlir 
əldə olunması məcmu tələbin çeşid-keyfiyyət 
201 


 
strukturunda  baş  verən  dəyişikliklər  və  iqtisadi  fəaliyyətin  ona 
uyğunlaşdıniması ilə əlaqədardır. Göstərilən cəhətlərin inhisarçı 
fəaliyyətə müsbət istiqamətdə təsiri şübhəsizdir. 
Beləliklə,  yuxanda  deyilənləri  nəzərə  almaqla  inhisarçı 
fəaliyy^ədn  sosjal-iqtisadi  inkişafdakı  ziddiyyətli  rolunu  inkar 
etmomək  şərti  ilə  on^un^aşhcaj^usiyyətlerini  aşağıdakı  kimi 
ifadə etmək, fıkrimizcə, məqsədəuyğun olardı: 
1.
 
İnhisann  ictimai  həyatda  yerinə  və  roluna  yanaşmada 
iqtisadi  aspekti  qabartmaq,  təhlil  prosesindən  bir  sıra  mühüm 
amilləri  sərf-nəzər  etmək  yanlışlıqdır.  Belə  ki,  bazann  atributu 
kimi çıxış edən inhisarçı strukturla inhisarizm (makrosəviyyədə 
idarəetmənin vahid əldə cəmlənməsi) arasında bir addım məsafə 
vardır, inhisarçı fəaliyyət nəinki iqtisadi sistemə, eləcə də siyasi, 
sosial,  milli  və  s.  aspektlərə  təsir  göstərməklə  cəmiyyətin 
demokratik  əsaslara  uyğun  siyasi  təşkilinə,  həmçinin  milli 
mənafelərin  ödənilməsi  prosesinə  özünəməxsus  tərzdə  təsir 
göstərir. 
2,
 
İnhisarın  dövlət  hakimiyyəti  orqanlan  ilə  istənilən 
şəkildə  birləşməsi  nəinki  daxili,  hətta  xarici  iqtisadi  siyasətin 
korporativ mənafelərə tabe etdirilməsinə gətirib çıxara bilər; 
3.inhisar  iqtisadi  islahatlar  prosesinə,  sistem  dəyişikliyinə 
başlıca maneə törədən əsas amillərdən biridir; 
4.0z  təsir  dairəsinə  və  gücünə  görə  inhisarın  həm  daxili, 
həm  də  regional  bazarda  situasiyaya  təsiri  eyni  məzmuna 
malikdir. 
5.İqtisadi  regionalizmin  inhisar  problemi  öz  aktuallığı 
baxımından  xüsusi  əhəmiyyət  kəsb  edir.  Belə  ki,  bazar 
iqtisadiyyatı  şəraitində  həm  milli,  həm  də  regional  mənafelərin 
ödənilməsi  prosesində  inhisarçı  strukturlar  böyük  rol  oynaya 
bilərlər. 
Bu,  əvvəla,  həm  transmilli  korporasiyaların  regional  və 
daxili bazarlarda şəriksiz hökmranlığına yol verməmək, həm də 
regional  qruplaşmanın  dünya  bazannda  aktiv  rəqabət 
mübarizəsinə  qoşulması  mövqeyindən  son  dərəcə  zəruridir. 
İkincisi, bazar subyektləri arasında şaquli inteqrasiya yarandığı 
təqdirdə regional blok daxilində qütbləşmə gedə bilər ki,  bu da 
bloka  daxil  olan  ölkələrin  mənafe  tarazlığının  pozulması  ilə 
nəticələnəcəkdir. 
202 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə