Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


asılı  vəziyyətə  düşür.  Zənnimizcə,  bu  halı  inhisar  fenomeni



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə64/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   60   61   62   63   64   65   66   67   ...   130

asılı  vəziyyətə  düşür.  Zənnimizcə,  bu  halı  inhisar  fenomeni 
prizmasından müasir dövrdə meydana çıxan ikinci təmayül hesab 
etmək məqsədəuyğun olardı. 
Yuxarıda  qeyd  edilənlər  əksər  keçid  iqtisadiyyatlı  ölkələr 
kimi Azərbaycan Respublikası üçün də real təhlükə mənbəyi olaraq 
qalmaqdadır. 
Belə ki, hal-hazırda ölkə miqyasında artıq qərarlaşmış balıa 
istehsal^ucuz  bazar  antinomiyasının,  eləcə  də  kapitalın 
bahalılığmın  və  effektiv  rəqabət  mühitinin  təşəkkül  tapa 
bilməməsinin  də  əsas  səbəblərindən  biri  məhz  qeyd  etdiyimiz 
təmayüllərlə bağlıdır. 
Problemə  qlobal  səviyyədə  yanaşsaq,  onda  müasir 
inhisarlaşma prosesinin başlıca təmayülü kimi qeyri-maddi istehsal 
sferasının  rolunun  kəskin  şəkildə  artdığını  qeyd  edə  bilərik. 
Məsələn,  bu  gün  xidmət  sferasında  firmaların  gəliri  ilik  səviyyəsi 
86,4%, neft biznesində isə 18,4% təşkil edir. Gəlirlilik baxımından 
ən aşağı soviyyədə ağır sənaye sahələridir. 
Asiya ölkələrində baş verən maliyyə böhranının Yaponiyaya 
güclü  təsirinə  baxmayaraq,  bu  ölkədə  əsas  inhisarçı  strukturlar 
əvvəlki sənaye nəhəngləri (Soni, Honda Motor, Hitachi və s.) olaraq 
qalmaqdadır  və  kapitalın  qeyri-  maddi  istehsal  sferasına  axım 
prosesi miqyaslı xarakter daşımır. 
İnhisarlaşma  prosesində  başlıca  təmayüllərdən  biri  də 
postindistrial  təsərrüfat  sisteminin  fərqli  mahiyyətindən  doğan 
məsələlərlə  səciyyələnir.  Belə  ki,  elmi-texniki  biliklərin, 
informasiyanın mərkəzi mövqelərə keçməsi və müasir situasiyada 
iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilməsi bu sferada 
da 
sürətli 
təmərküzləşmə 
və 
mərkəzləşmə 
meyllərini 
gücləndirmişdir.  R.Alsop’*^*  yazır  ki,  son  5  ildə  amerika 
korporasiyalarının 
patent 
və 
istehsal 
texnologiyalarının 
təkmilləşdirilməsində  əldə  etdikləri  gəlir  bütün  dünya  üzrə 
kompaniyalar, dövlət təşkilatları və ayrı-ayn 
R J.Alsop. The Wall Street Journal Almanac. 1999, N.Y., 1999, p.365. 
188 


şəxslərin  gəlirlərinin  cəmindən  çoxdur.  1995-1998-ci  illər  ərzində 
ABŞ  firmalarının  bazar  kapitallaşmasının  artımı  bu  ölkənin 
vətəndaşlarına  məxsus  aktivlərin  məcmu  dəyərindən  10  trln.  dol. 
artıq olmuşdur*^^. 
Qlobal səviyyədə aparılmış tədqiqatlar göstərir ki, həqiqətən 
də  maddi  istehsal  sferasının  məhsullarına  olan  tələbin  azalması  o 
dərəeədə  böyükdür  ki,  artıq  bu  sahə  bir  necə  onilliklər  bundan 
əvvəl  olduğu  səviyyədə  rentabelliyin  artım  potensialına  malik 
deyildirlər'^^ 
Üçüncüsü,  inhisarlaşma  getdikcə  daha  çox  «gizli»  səciyyə 
daşımağa başlamışdır; 
Dördüncüsü, inhisarçı təmayüllər təkcə sənayeni deyil, eləcə 
də  iqtisadiyyatın  digər  sferalarını-kənd  təsərrüfatını,  xidməti  o 
cümlədən,  sosial  xidmət  sferasını,  pərakəndə  ticarət  və  ictimai 
iaşəni və s. əhatə edir. 
Beşincisi,  inhisarlar  arasında  əvvəllər  müşahidə  edilməyən 
birgə  sahibkarlıq  formalarının  (birgə  müəssisələr,  patent,  elmi  - 
texniki informasiyalarla mübadilə və s.) tətbiq edilməsi
Altıncısı,  kapitalın  mərkəzləşməsi,  mülkiyyətin  yenidən 
bölgüsü  prosesləri  güclənir.  Səciyyəvidir  ki,  belə  proseslər  əsasən 
sahələrarası səviyyədə həyata keçir. 
§4. İNHİSARÇI STRUKTURLARIN BAZAR FƏALİYYƏTİ 
VƏ ONUN SOSİAL-İQTİSADİ 
NƏTİCƏLƏRİ '-/'j-j 
Elmi  fikirdə  artıq  çoxdan  belə  bir  qənaət  foımalaşıb  ki, 
sosial-iqtisadi  inkişaf  baxımından  inhisarın  əsas  zərəri  ictimai 
tərəqqini ləngitməsindədir. İnhisar ictimaiyyət qarşısında dayanan 
problemlərin  həlli  istiqamətində  alternativ  variantların  meydana 
çıxmasına imkan vermir. İctimaiyyət seçim 
J.F.O.Mc.Alister. Proaperily For Now (Time, 1999, Fcbiiiary 15, p.58). 
J.B.Schor. The Overspent American. Upscaling, Dowishifting and tlic New 
Consumer. N.Y., 1998, p. 17. 
189 


imkanından  məhrum  edilir.  Və,  bununla  da,  inkişaf  potensialını 
itirir. Y.Şumpcter  qeyd  edir  ki,  inhisara  qarşı  neqativ  münasibət 
hələ  XVI-XVII  əsrlərdə  İngiltərədə  fonnalaşmışdır.  Bu  hal,  hətta 
«Böyük Elizavetanın özündə müəyyən təəsurat yaradan» çox saylı 
ingilis inhisarlarının fəaliyyətinin nəticələri ilə bağlıdır. Elo həmin 
məşhur  «Kapitalizm,  sosializm  və  demokratiya»  əsərində 
Y.Şumpeter sübut 
etməyə çalışır 
ki,
 
ticarətin kartel 
tipli 
məhdudlaşdırılması  və  gizli  surətdə  qiymət  siyasətinin 
əlaqələndirilməsi  depressiya  şəraitində  effektiv  tədbirlər  kimi 
qəbul  edilə  bilərlər.  Ola  bilsin  ki,  real  bazann  mövcudluğu 
şəraitində Y.Şumpeterin irəli sürdüyü fikir əməli məzmun daşıya 
bilər.  Ona  görə  «ola  bilsin»  deyirik  ki,  qeyd  edilən  baxışın 
göstərilən  müstəvidə  empirik  təsdiqi  yoxdur.  Amma,  istənilən 
halda  bu  tezisin  keçid  iqtisadiyyatı  üçün  tam  yarasız  olduğu  göz 
qabağındadır  (şək.  4.6.).  Göründüyü  kimi,  kartelləşmədə  başlıca 
məqsəd 
rəqabət 
mübarizəsinin 
minimum 
səviyyəyə 
endirilməsindən ibarətdir. 
Kartel->istehsalçının  (istehlakçıların)  formal  təşkilatı  olub, 
rəqabətin  fasiləsiz  olaraq  məhdudlaşdırılmasına  can  atır.  Başqa 
sözlo,  kailel  iştirakçıları  yüksək  mənfəət  əldə  etmək  və 
ümumiyyətlə,  effektivliyi  yüksəltməyin  yeganə  vasitəsi  kimi 
rəqabət mübarizəsinin minimumlaşdırılmasına çalışırlar. 
E = 
2^ — =>+oo,r ^mın şərtillə; 
Burada: 
E-effektivliyin səviyyəsi
M-mənfəət; 
t-zaman; 
r-rəqabət; 
+00
 - müsbət sonsuzluq. 
190 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə