sayının artımı istehsalın həcmcə artmasına yaxud hər bir
müəssisədə istehsalın həcminin azalmasma və istehsal xərclərinin
artımına gətirib çıxarır. Eyni zamanda, bu halda texnoloji liderliyə
canatma müşahidə edilmir.
Əksinə, əksər hallarda cari xərcləri azaltmaq məqsədi ilə
texnoloji səviyyənin olduğu kimi qalmasına çalışır;
4)
İqtisadi inhisar-müqavilə, sazişlər yaxud rəqabət
mübarizəsində qalib gəlməklə meydana çıxan inhisarçı yaranış.
Qeyd edilən iri qruplaşmalar şəkilində formalaşdırılmış
təsnifata bir sıra tədqiqatçılar tərəfindən müəyyən əlavələr də
edilmişdir. Məsələn, M.İ.ICnış®^ deyilənlərlə yanaşı inhisarın
forması yaxud təzahürü kimi aşağıdakıları da əlavə etməyi
məqsədəuyğun sayır:
1)
Hər hansı bir coğrafi məkanda müstəsna istehsalçı
hüququ verən lisenziya yaxud franşizanın firma tərəfindən
alınması;
2)
Əsas xammala sahiblik və onun göndərişinə nəzarətin
firmanın əlində olması;
3)
İstehlakçı tələbini tam şəkildə özünə cəlb edən məhsul
növünün istehsalı yaxud bazara çıxarılması və s.
Qərb iqtisadçıları Ə.Dolan və D.Lindsey®"* isə inhisarın
əsasən 3 növünü fərqləndirirlər:
1)
«Qapalı» inhisar (Rəqabətdən hüquqi qadağalarla
qonınan firma);
2)
«Açıq» inhisar (Qısa müddətli vaxt intervalında
rəqabətdən xüsusi vasitələrlə qorunmayan bir firmanın bazarda
tək satıcıya çevrilməsi);
3)
«Təbii» inhisar.
Eyni zamanda, inhisarın tipləşdirilməsində inzibati
müdaxilənin ayrıca fonna kimi götürülməsinə də rast gəlinir. Biz
bunu bir qayda olaraq, siyasi amillərlə bağlı yaradılan «qapalı»
inhisar kimi səciyyələndiririk. Hal-hazırda, araşdırdığımız
problemlə bağlı böyük əksəriyyət tərəfindən qəbul edilən
tipləşdirmə elmi fikirdə hələ ki, üstün mövqedədir:
1)
Aynca götürülmüş bir müəssisənin inhisarı;
2)
Saziş (razılaşma) formasında inhisar;
М.И.Кныш. Конкурентные стратегии. Санкт-Петербург. 2000, стр.48.
Э.Дж.Долан, Д.Е.Линдсей. Рынок: микроэкономическая модель.
Санкт-Петербург. 1992, стр. 195.
176
3)
Məhsulun differensiyasiyasma əsaslanan inhisar.
Göründüyü kimi, inhisarın təsnifatında müxtəlif əlamətlərə
istinad edən tədqiqatçılar, elə həmin müxtəlifliyə müvafiq gələn
qruplaşmalar aparırlar.
Bizim fıkrimizcə, inhisarın təsnifatına 5 əlamət üzrə
yanaşmaqla, onun növ müxtəlifliyini daha dəqiq ifadə etmək
mümlcündür (şək. 4.3.). Həmçinin, əlavə olunmalıdır ki, inhisarçı
birliklərin 5 əsas təşkilati forması mövcuddur: Kartel, Sindil
Trest, Konsern, Konqlomerat!
Eyni zamanda, müasir elmi fikirdə inhisar təmayüllərinin
yaranma səbəblərinə mövcud olan yanaşmalarda da yekdillik yoxdur.
Bu baxımdan əsasən iki diametral əks istiqamətli baxışlar
mövcuddur:
1 )İnlıisarizm bazar iqtisadiyyatına xas olan keyfiyyət deyil,
təsadüfi hadisədir;
2)İnhisarizm qanunauyğun hadisədir.
ŞəL 4.3. inhisarın müxtəlif əlamətlər üzrə təsnifatı.
177
A.Piqu yazır ki:
«...İnhisarçı hakimiyyət təsadüfi
meydana çıxmamışdır... O, müəssisənin strategiyasının məntiqi
nəticəsidir»“\
Əvvəlki paraqraflarda apardığımız araşdırmalara əlavə
olaraq qeyd etməyi zənıri sayırıq ki, müasir elmi fikir inhisarizm
təmayüllərini iki amillə bağlayır:
1)
Mənfəətin maksimumlaşdırılması «qanunu»;
2)
Kapitalm təmərküzləşməsi «qanunu».
İnhisarlaşma bazarın bütün inkişaf mərhələlərində
mövcud olmuş və olmaqda da davam edir. Əslində, inhisarçı
fəaliyyət həm məzmun, həm də mahiyyətcə baz^ prosesinin
ayrılmaz tərkib ünsürüdür. Bir sıra iqtisadçıların hi sarın ən yeni
tarixinin iqtisadi böhranlarla (1873-cü il) başladiğını, böhranın
inhisarlaşma prosesini hərəkətə gətirən amil olduğunu xüsusi
vurğu ilə qeyd edirlər. Hətta o dərəcədə ki, inhisar «böhranın
uşağı» hesab edilir. Bu səpgili yanaşmalar daha çox XIX əsrin
sonlarında geniş yayılmışdır.
İnhisarçı mövqeyə canatma sahibkarlıq fəaliyyətinin daxili
təbiətindən doğan zərurətdir. Əvvəla, ona görə ki, real bazar
münasibətlərinin mövcud olduğu bir şəraitdə dövlətin iqtisadi
proseslərə müdaxiləsi, ələlxüsus real məzmunlu rəqabət
mühitinin formalaşdırılması yaxud bu istiqamətdə qismən nail
olunmuş situasiyanın qorunub saxlanması son dərəcə
problematikdir. Makroiqtisadi tənzimləmə mikro və mezo
səviyyələrdə subyektlər arası münasibətlərin qarşılıqlı faydalılıq
bazasında təşəkkülü üçün qətiyyən yetərli deyildir. Deməli,
yuxarıda təsvir etdiyimiz yönümdə makromühitin hər bir ayrıca
götürülmüş bazar subyekti üçün əlverişli olma ehtimalı sıfıra
yaxındır. Eləcə də, forma və növündən asılı olmayaraq bütün
kəskinliyi ilə gedən rəqabət mübarizəsi nəinki orta və
uzunmüddətli vaxt intervalında, o hətta ən qısa zaman kəsiyində
də iqtisadi fəaliyyətin effektivliyini əvvəlcədən birmənalı şəkildə
qiymətləndirməyə imkan vermir. Mahiyyətcə, sahibkarın bilmək
istədiyi nəticələr Qeyri-
C.326.
■Пигл’. Экономическая теория благосостояния. Т. 1, М., 1985 г.,
л
178
Dostları ilə paylaş: |