Elmi redaktor: İsmayıl Əli oğlu Fcyzullabəyli, iqtisad elmləri doktoru, professor


içkilər  bazannm  80-85%-nə  nəzarət  edir.  Ölkədə  elektronika  və



Yüklə 2,79 Kb.
Pdf görüntüsü
səhifə66/130
tarix15.03.2018
ölçüsü2,79 Kb.
#31570
1   ...   62   63   64   65   66   67   68   69   ...   130

içkilər  bazannm  80-85%-nə  nəzarət  edir.  Ölkədə  elektronika  və 
elektrotexnika, eləcə də əksər mədəni-məişət məmulatlanmn satışı 
bütünlüklə əcnəbi mənşəli şirkətlərin nəzarətindədir. Eyni vəziyyət 
ölkənin  rabitə  sferasında  da  müşahidə  edilməkdədir.  Bu  sferada 
sahədaxili inhisarçılıq və onun gətirdiyi sosial-iqtisadi nəticələr adi 
gözlə görünür. Məsələn, «Azərsell» və «Baksell» BM-i inhisarçılıqla 
məşğuldurlar.  Tariflərin  nisbi  artım  səviyyəsi 
5
diksəkdir.  Bu 
tariflərin artımı bütövlükdə istehlak qiymətləri indeksindən 3,7% 
(102,1%),  əhaliyə  göstərilən  pullu  xidmətlərin  tarif  indeksindən 
7,4%  (99,4%)  çox  olmuşdur  (2001-ci  il).  Eyni  zamanda,  mobil 
telefon xidmətləri üzrə regional müqayisə də göstərir ki, sözügedən 
şirkətlər 
Azərbaycan 
Respublikasında 
yüksək 
inhisarçı 
qiymətlərdən  istifadə  edirlər.  Belə  ki,  bir  dəqiqəlik  danışıq  haqqı 
üzrə  əhali  tərəfindən  çəkilən  xərclər  Gürcüstanla  müqayisədə  2 
dəfə, Ukraina ilə müqayisədə 3 dəfə, Rusiya ilə müqayisədə isə 1,7 
dəfə yüksəkdir. 
Digər tərəfdən, bu sferada rəqabət mühitinin formalaşması 
və  mövcudluğu  baxımından  da  Azərbaycandakı  situasiya  sırf 
inhisarçı məzmun daşıyır. Belə ki, apanlan araşdırmalar (İqtisadi 
İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti tərəfindən) 
açıq  şəkildə  göstərir  ki,  xidmət  paketinin  monocinsliyi,  tariflərin 
yüksək səviyyədə saxlanılması hər iki şirkət tərəfindən (Azərsell və 
Baksell)  qeyri-rəsmi  şəkildə  əldə  edilmiş  kartel  razılaşmasına 
söykənir.  Beləliklə,  inhisarçılığın  sırf  elmi  əsaslarla  (onun 
sosial-iqtisadi  inkişafa  təsirini)  tədqiqi  üçün  real  baza  kimi 
ayrı-ayn 
bazar 
seqmentlərinin 
götürülməsi 
daha 
məqsədəmüvafiqdir. 
Bəri  başdan  qeyd  etməyi  zəruri  sayırıq  ki,  mənfəətin 
maksimumlaşdıniması 
istəyi 
inhisarçı 
fəaliyyətin 
«günahlandınlmasmda»  əsas  yerlərdən  birini  tutur.  Baxmayaraq 
ki,  mənfəətin  maksimuma  çatdıniması  mövqeyindən  inhisarçı 
sub’ktlər  ilə  «kamil»  rəqabətli  bazar  subyektlərinin  fəaliyyətləri 
arasında  elə  bir  mahiyyət  fərqi  yoxdur,  yenə  də  sözügedən 
problemə  yanaşmada  yekdillik  müşahidə  edilmir.  İnhisarçı 
mənfəət yə onun sosial-iqtisadi təbiəti əsasən iki məktəb tərəfindən 
fərqli yozumdä'şərh edilir: 
1.
 
Marksist yanaşma; 
194 


2.
 
Maıjinalist yanaşma. 
Marksist  məktəb  inhisarçı  mənfəətin  formalaşması 
səbəblərini 2 amillə bağlayır: 
1)
 
İnhisarçı  qiymət;  Bu  halda  qiymət—>mənfəət  tandemi 
səbəb->nəticə bağlılığında şərh edilir: 
2)
 
Gəlirlərin  yenidən  bölgüsü.  Belə  bir  mövqedən  çıxış 
edirlər  ki,  inhisarçı  mənfəət  inhisarlaşmayan  sahələrin 
(subyektlərin) gəlirlərindən əldə olunur. 
Düzdür,  qeyd  edilən  yönümlü  yanaşma  tərzi  elə  bir  sıra 
marksist  iqtisadçılar  tərəfindən  də  tənqidə  məruz  qalmışdır. 
Məsələn,  V.İ.Mansev  yazır  ki:  «...Hər  bir  inhisar  öz  məhsulunun 
qiymətinin  yüksəldilməsində  mütləq  səviyyəyə  və  fasiləsizliyə  can 
atır. Lakin, bu canatmanın obyektiv sərhədləri mövcuddur...»*’ və 
s. 
Ümumiyyətlə,  inhisarçı  fəaliyyətdə  ən  mühüm  məsələ 
qiymətlə bağlıdır. İnhisarçı mövqe məhz qiymət (inhisar qiyməti) 
vasitəsilə  reallaşır.  İnhisar  qiyməti  nəticə  etibarı  ilə  rəqabətin 
məhdudlaşmasına  və  istehlakçı  hüququnun  tapdalan-  masına 
gətirib çıxarır. 
Klassik inhisar nəzəriyyəsi birmənalı olaraq bəyan edir ki, 
inhisarçı qiymət əksər hallarda rəqabət qiymətindən yüksəkdir və 
tərs mütənasib olaraq, inhisar şəraitində istehsalın həcmi az olur. 
Sözsüz  ki,  problemə  klassik  baxışın  doğuruluğu  yalnız  o  halda 
qəbul  edilə  bilər  ki,  hər  iki  situasiyada  əksər  şərtlər  eyni  olsun. 
Doğrudan  da,  əksər  şərtlər  nöqteyi-nəzərindən  eyniliyin 
mövcudluğu  ehtimalı  sıfıra  yaxındır.  Belə  ki,  inhisarçının  öz 
rəqiblərindən fərqli olan istehsal texnologiyası ola bilər. 
Eyni  zamanda,  bir  qayda  olaraq,  inhisann  maliyyə 
vəziyyətinin sabitliyi daha dayanıqlı olur. 
İnhisar qiyməti bir qayda olaraq iki səviyyədə tətbiq edilir: 
Yüksək 
səviyyə 
(satıcı 
inhisan); 
aşağı 
səviyyə 
(alıcı 
inhisan-monopsoniya).  Hər  iki  halda  istehlakçı  yaxud  xırda 
istehsalçının hesabına uduş əldə edilir. Hər iki halda seçim imkanı 
ifrat dərəcədə məhdudlaşdırılır. İnhisar qiyməti 
В.И.Манцев. Монопольная прибыль и монопольная цена, М; 1963; стр. 
81-83. 
195 


funksional  olaraq  qeyri-iqtisadi  amillərə  əsaslanmaqla  məhsulun 
təsərrüfat  subyektləri  arasında  yenidən  bölgüsünü  həyata  keçirir. 
O, eyni zamanda iri istehsalın iqtisadi üstünlüklərini əks etdirməklə 
izafi inhisar məhsulu əldə etmək imkanı yaradır. 
Mövcud inhisar nəzəriyyəsində inhisar qiymətinin strukturu 
aşağıdakı kimi ifadə olunur: 
Qinh^Mı+Mj+Mj; 
Burada: 
Qinh-qiymət; 
M,-Kapitalın  sərbəst  yerdəyişməsi  şəraitində  sahədaxili 
rəqabətin təsiri nəticəsində əldə edilən orta mənfəət; 
Mj-İnnovasiyadan  istifadə  nəticəsində  əldə  edilən  adi  izafi 
mənfəət; 
Mj-İnhisarçı mövqedən yararlanmaqla əldə edilən inhisarçı 
izafi mənfəət. 
Yüksək  inhisarçı  qiymətini  uzunmüddətli  dövr  ərzində 
saxlamaq mümkünsüzdür. Ona görə ki, yüksək mənfəət əldə etmə 
imkanının mövcudluğu digər sahibkarlan da hərəkətə gətirir. 
Eyni zamanda, nəzərə almaq lazımdır ki, inhisar tələbi deyil, 
istehsalı-təklifi  tənzimləmək  iqtidanndadır.  Həmçinin,  qeyd 
edilməlidir  ki,  o,  istehlakçıların  qiymət  yüksəlişinə  verdiyi 
reaksiyanı  da  nəzərə  almaq  məcburiyyətindədir.  Sırf  məhsul 
mövqeyindən inhisarlaşma yalnız mala olan tələbin qeyri-elastikliyi 
şəraitində  mümkündür.  Bu  şəraitdə  də  qiymətlərin  yüksəlişi 
istehlakm  məhdudlaşdınimasma  səbəb  olmaqla  alayı  məzmunlu 
maneə törədir. 
İnhisarçı  qeyd  edilən  yönümdə  iki  imkandan  istifadə  edə 
bilər:  Süni  defısit  yaratmaqla  yüksək  qiymət  səviyyəsini  saxlaya 
bilər;  istehsalın  həcmini  artırmaqla  aşağı  səviyyəli  qiymət  tətbiq 
edə bilər. Oliqopolik situasiyada da eyni vəziyyət müşahidə edilir. 
Qiymətdə  liderlik  edən  subyektin  hərəkətləri  digər  firmalar 
tərəfindən  təqlid  olunur.  Əks  halda,  ümumi  itkilərdən  heç  bir 
subyekt  sığortalana  bilməz.  Məhz  bunu  nəzərdə  tutaraq 
P.Samuelson yazır ki, «...firmalar qiymət 
196 


Yüklə 2,79 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   130




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə