keçirmək tələb edirdi.
Bu məsələləri həll etmək üçün Azərbaycan hökuməti tərəfindən
1998-ci ildə “Ətraf Mühitin Mühafizəsi üzrə Milli Fəaliyyət Planı
(ƏMMMFP)” qəbul edildi [3]. Fəaliyyət Planı aşağıdakı əsas ekoloji
problemləri əhatə edir:
•
Sənaye müəssisələrinin, neft hasilatı və emahmn, energetikanm ətraf
mühitin
çirklənməsindən dəyən ziyan;
•
Artım qabiliyyətinin itirilməsi, təbii mühitin çirklənməsi və hədsiz
ovlama ilə əlaqədar nərə ehtiyatlarının bərpa olunmaz dərəcədə azalması;
•
Kənd və şəhər yerlərində suyun, xüsusilə içməli suyun keyfiyyətinin
pisləşməsi, onunla əlaqədar xəstəliklərin artması;
•
Eroziya, şoranlaşma, ağır metallar və kimyəvi maddələrlə çirklənmə
nəticəsində məhsuldar kənd təsərrüfatı torpaqlarının itirilməsi; meşə
örtüyünün əsasən müharibədən zərər çəkmiş rayonlarda itirilməsi və
mühafizə olunan ərazilərdə təhlükə və bunun nəticəsi kimi biomüxtəlifliyin
itirilməsi;
•
Xəzərin səviyyəsinin qalxması nəticəsində sahil zonasında
subasmadan və onun çirklənməsindən
dəyən zərər;
•
Ətraf mühitin problemlərinin artması ilə əlaqədar turş yağışlar və
nəzarətsiz inkişaf kimi təbii xarakterli səbəblərdən mədəni irsə dəyən ziyan.
ƏMMMFP-nı bazar iqtisadiyyatı şəraitində təbiətdən istifadənin idarə
edilməsi sisteminin təkmilləşdirilməsi, təbiəti mühafizə tədbirlərinin
əsaslandıniması sahəsində qarşıya çıxan çox ciddi vəzifələr qoyur.
Fəaliyyət Planında, xüsusilə təbiətin mühafizəsi üzrə kompleks tədbirlərin
müəyyən edilməsi, ətraf təbii mühitin çirklənməsi və deqradasiyasının
qarşısını almaq, təbii ehtiyatların xalq təsərrüfatında daha da səmərəli
istifadə edilməsini təmin etmək üçün təbiəti mühafizənin kompleks ərazi
sxeminin hazırlanmasının zəruriliyi qəbul edilmişdir. Həmçinin təbiətin
mühafizəsi və təbii resurslardan səmərəli istifadə olunması məsələləri,
biosferin problemləri, az tullantılı texnologiya üzrə texniki-iqtisadi
tədqiqatların genişləndirilməsi nəzərdə tutulur. İlk dəfə olaraq Fəaliyyət
Pla-
32
nmda müəssisələrin və təşkilatların təbiətin mühafizəsi üzrə planlarının və
tədbirlərinin, təbii resurslann istifadə olunmasının norması və qaydalarmm
gözlənilməsi, istehsal tullantılarının təmizlənməsi və emalının yerinə
yetirilməsi məcburi surətdə hesaba alınmasının məqsədyönlüyü qəbul
edilmişdir.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, suveren
dövlət kimi son illər təbiəti mühafizə və təbii ehtiyatlardan səmərəli
istifadə sahəsindəki bütün qanunlar, qərarlar, sərəncamlar, normativlər,
beynəlxalq standartlar və normalar nəzərə alınmaqla işlənib hazırlanmış və
qəbul edilmişdir. Onlardan “Azərbaycan Respublikasında bioloji
müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Milli Strategiya və
Fəaliyyət Planı” (2006), “Azərbaycan Respublikasında ekoloji vəziyyətin
yaxşılaşdınimasma dair 2006-2010-cu illər kompleks tədbirlər Planı”
(2006), “Xəzər dənizinin çirklənmədən qorunması üzrə bəzi tədbirlər
haqqında” (2007) və s. göstərmək olar.
Bütün bu sənədlərdə təbiətdən səmərəli istifadənin, təbii mühitin
vəziyyətinə
nəzarətin
yaxşılaşdıniması,
təbiəti
mühafizənin
təkmilləşdirilməsi üzrə konkret ölçülər göstərilmişdir. Bundan başqa,
qəbul edilmiş bu sənədlərin də çox mühüm əhəmiyyəti vardır:
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsi” (1996), “Meliorasiya və
İrriqasiya haqqmda Qanun” (1996), “Azərbaycan Respublikasının Su
Məcəlləsi” (1998), “Torpaq icarəsi haqqında Qanun” (1999), “Dövlət
torpaq kadastrı, torpaqlann monitorinqi və yer quruluşu haqqında Qanun”
(1999), “Bitkilərin mühafizəsi haqqmda Qanun” (1996), “Pestisidlər və
aqrokimyəvi maddələr haqqında Qanun” (1997), “Torpağın münbitliyi
haqqmda qanun” (1999), “Hidrotexniki qurğulann təhlükəsizliyi haqqında
Qanun” (2003).
Dünyanın
müxtəlif
ölkələrində
olduğu
kimi
Azərbaycan
Respublikasında da atmosferə atılmış və su hövzələrinə tullanmış kon-
sentratların yol verilmiş son həddini (KSH) tənzimləyən normativ bazalar
hazırlanıb təsdiq edilmişdir. Demək olar ki, istismara verilmiş qurğularla
təchiz edilmişdir. Əlavə olaraq demək istərdik ki, 75 şəhər yaşayış
məntəqələrinin yalnız 35 -də
təmizləyici qurğular
33