sıra xüsusiyyətlərlə səciyyələnir. Əvvəla, Yer kürəsinin bütün üst təbəqəsi
insan fəaliyyətinin təsiri altına düşmüşdür. İkincisi, insan yerin
hüdudlarından kənara çıxmışdır. Üçüncüsü, insan fəaliyyəti özünün
genişliyinə və xarakterinə görə təbii proseslərlə müqayisə edilir, bəzi
hallarda isə təbii prosesləri də ötüb keçə bilər [149].
İnsan-cəmi}^ət və təbiətin bir-birinə münasibəti dedikdə, bütün
mümkün olan təbii resurslardan-önerji, mineral-xammal, kənd təsərrüfatı
məhsulları və s. insanın həyatı üçün, maddi istehsal üçün istifadə edilməsi
kimi başa düşülür. Cəmiyyətin təbiətlə münasibətinin çoxtərəfli olması,
ətraf mühitin insanın ictimai fəaliyyətinə və fiziki vəziyyətinə müxtəlif cür
təsirini göstərir. Təbiətlə əlaqəyə girmədən maddi istehsalı əldə etmək
mümkün olmadığı kimi, insanın mövcudluğu da mümkün deyildir. Bu
ideyanın məntiqi cavabı aşağıdakı modeldə öz əksini aydın göstərir.
“İstehsal-təbiət-cəmiyyət”in qarşılıqlı reaksiya tsiklL Buna görə
də dayanıqlı iqtisadi-ekoloji proseslərin öyrənilməsində, yalnız kompleks
və sistemli yanaşma lazımi nəticələr verə bilər. Elmi təhlillər əsasında
təbiət və cəmiyyət sistemi dinamik mahiyyət daşımaqla, insan
cəmiyyətinin inkişafının ilk istehsal fəaliyyəti dövründə yeni mühit
meydana gəlmiş, inkişaf edib davamlı olaraq iqtisadi-ekoloji sistemə
çevrilmişdir.
Təbiət və cəmiyyətin qarşılıqlı təsiri problemi mürəkkəb və çox-
23
funksiyahdır. Onun sosial-iqtisadi əhəmiyyəti, cəmiyyətin tarixi inkişafının
bütün mərhələlərində təbii mühitin oynadığı rolla əlaqədardır. Təbiət
insanların evidir, müxtəlif materialların xəzinəsidir. Yer kürəsində həyatın
zəruri şəraiti, əhalinin maddi, estetik, rekreasiya tələbatını təmin edən
mənbədir. Bu mənada insanlar özlərinə məxsus evlərində həmişə
səliqə-sahman yaratmağa çalışdıqları kimi, təbiəti də öz ümumi evi bilib,
onun səliqə-sahmanına riayət etməlidir. Lakin öz mənfəətləri naminə
dağıdıcı müharibələri törədib onu viranə qoymamalıdır. Həmçinin təbii
ehtiyatlara xüsusi mülkiyyət kimi baxılması öz dövrünü sürüb qurtarmışdır.
Getdikcə əksəriyyət başa düşməlidir ki, təbii ehtiyatlar ümumxalq
sarvatidir, onun qorunub saxlanılması tarixi zərurətdir.
Tarixi inkişafın bütün mərhələlərində təbii mühit, ictimai istehsalın
inkişafına, məskunlaşmaya, ərazi əmək bölgüsünə və məhsuldar qüvvələrin
yerləşməsinə mühüm dərəcədə təsir göstərmişdir.
Təbiət və cəmiyyətin qarşılıqlı təsiri birtərəfli proses deyil, o, ən
müxtəlif münasibətlərdə təzahür edir. Cəmiyyətin inkişafımn, əhalinin
davamlı zəruri şəraitinin mühüm amillərindən biri olan ekoloji mühit və
onun komponentlərinin öz növbəsində ictimai istehsala cəlb edilməsi
ölçüsünə görə çox böyük intensiv dəyişikliklərə məmz qalır, onda mühüm
dəyişikliklərin yaranmasına şərait yaradır [145].
Elmi mənbələrin təhlili göstərir ki, iqtisadi inkişafla ekoloji vəziyyətin
qarşılıqlı təsirindəki gərginlik halları tarixi inkişafın gedişində bəzən
böhranlı vəziyyəti yaratmışdır. Keçən əsrin 70-80-ci illərindən bəri
vəziyyət, iqtisadi inkişaf və ekoloji mühitin qarşılıqlı təsirində baş verən
böhranlı vəziyyəti nəinki kəmiyyətcə, həmçinin keyfiyyətcə də ötüb
keçmişdir. Artıq bu gün bir sıra sahələrdə insanın təbiətə təsiri böhranlı
vəziyyətə çatmışdır ki, elmi mənbələrdə ekoloji situasiya termini altında
tədqiqatlar aparılır.
Müasir dövrdə ekoloji problemlər xüsusi olaraq yeni məzmuna
malikdiı. Elmi-texniki inqilab, təbiətlə cəmiyyətin qarşılıqlı təsirini yalnız
genişləndirməmişdir, həm də insan-təbiət-cəmiyyət sistemini olduqca
mürəkkəbləşdiiTnişdir. Böyük nemətlərin alınmasına şərait yaradan
elmi-texniki inqilab, həm də məlum ölçüdə təbiətə
24
ziyan vurur. Lakin müasir elmi-texniki inqilab özünün inkişafının ən
yüksək mərhələsinə-elmi-texniki tərəqqi mərhələsinə keçməklə ekoloji
ziddiyyətləri daha da kəskinləşdirmişdir. Bununla əlaqədar elmi-texniki
tərəqqi prosesinə diqqət olduqca artmışdır. Son 30 ildə insan Yer kürəsinin
coğrafi səthində enerjinin və maddələrin yenidən yerləşməsi prinsiplərini
təşkil etmişdir. İnsan fəaliyyətinin təsiri elə sürətlə artır ki, onun mənfi
nəticələrinin qarşısını almaq olduqca çətinləşir. Tədqiqatçıların
hesablamalarma görə, təbiətdə denudasiya prosesi olduqca ləng gedir.
Məsələn, 1 metr qaya parçası 6 min ilə dağılır, antropogen hadisələr min
dəfələrlə tez relyefi, çaylann məcrasını dəyişdirir və s. [155].
Elmi tədqiqatlarda insanın təsərrüfat fəaliyyətinin Yer planetinə
təsirinin lokal, regional xarakter daşımasının elmi əsasları təhlil edilir.
Sənayeləşdirmənin inkişafı və urbanizasiyanın təsiri dayanıqlı qlobal
xarakter daşıyır. Atmosferin antropogen çirkləndirilməsinin artması, istilik
balansının dəyişməsi və s. təkcə yanacağın yandırılması nəticəsində hər il
atmosferə 10 mlrd, ton karbon qazı atılır (dünya ölkələrində zərərli
tullantılann 30%-ə qədəri tutulur) [127].
ABŞ və digər inkişaf etmiş ölkələrdə transmilli şirkətlərin (TMŞ)
inkişafı
təbii
mühitdə
ekoloji
gərgin
situasiyanı
olduqca
kəskinləşdirmişdir.
Elmi
ədəbiyyatlarda
ekoloji
situasiyasını
səciyyələndirən
ideyalar
mövcuddur.
Dünyada
təbii
mühitin
çirkləndirilməsinin miqyasında inkişaf etmiş ölkələr üstünlük təşkil edir.
Ətraf mühitin mühafizəsinə aid elmi mənbələrin araşdırılması göstərir
ki, inkişaf etmiş ölkələrdən ABŞ-da hər il 1,3 mlrd, ton kənd təsərrüfatı
tullantılan, 1 mlrd, ton dağ-mədən sənayesinin tullantıları, 350 mln. ton
ərzaq tullantıları və çirkab suları, 142 mln.ton zəhərli tüstülər və 18 mln.
ton avtomobil qmntıları yaranır. ABŞ- da atmosfer hövzəsinə 1400 mln.
ton karbon qazı tullanmışdır. Bu da atmosferə qlobal tullantıların 22,9%-ni
təşkil edir, adam başına düşən tullantı isə 5,3 ton olmuşdur. ABŞ-da
Missisipi çayı vasitəsilə hər il Meksika körfəzinə demək olar ki, 400 mln.
ton bərk tullantılar atılır. Ölkənin sahillərində hər il 10 min ton neft sızması
hadisəsi qeydə alınır. Bundan başqa atmosfer hövzəsinə, ÇXR-da
25
Dostları ilə paylaş: |