təsdiq edilmişdir. Bu hər iki dövlət sənədində problemin böyük
əhəmiyyətinə və onun qarşıya qoyduğu əsas prinsiplərinin həllinə xüsusi
diqqət yetirilir: “Ölkədə ətraf mühitə mənfi təsir edən amil- ləıun qarşısının
alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlər
görülməli, o cümlədən, Xəzər dənizinin sahilboyu zolağında, Abşeron
yarımadasında və ölkənin digər regionlannda su hövzələrinin, havanın,
torpağın təbii keyfiyyətinin bərpa olunması üçün tullantı suları
təmizlənməli, çirkləndirilmiş torpaqlar rekultivasiya edilməli, geniş
sahələrdə meşələr və yaşıllıqlar salınmalı, abadlaşdırma işləri aparılmalı və
digər zəruri tədbirlər həyata keçirilməlidir”.
Dövlət Proqramında ölkə iqtisadiyyatının sürətli inkişafı,
ətraf mühitin
mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə problemlərinin həlli üzrə
aşağıdakı işlərin görülməsi üçün tədbirlər planı tərtib edilmişdir:
‘ Kür, Araz və digər çaylarda hidroloji monitorinq sisteminin
təkmilləşdirilməsi;
•
yaşıllaşdırma işlərinin genişləndirilməsi, şəhər və qəsəbələrin, küçə və
prospektlərin abadlaşdırılması;
•
regionlarda meşə-bərpa və meşəsalma tədbirlərinin davam
etdirilməsi;
" rekreasiya əhəmiyyətli meşələrin müəyyən edilməsi və eko- turizmin
inkişafı üçün xidmət infrastrukturunun təşkili;
•
su ehtiyatlarının tullantı suları ilə çirkləndirilməsinin, o cümlədən,
transsərhəd çirklənməsinin qarşısının alınması üzrə tədbirlərin davam
etdirilməsi;
•
sənaye müəssisələri və nəqliyyat vasitələri tərəfindən atmosfer
havasının çirklənməsinin qarşısının alınması üzrə tədbirlərin həyata
keçirilməsi;
•
torpaqların eroziyasına və şoranlaşmasına qarşı tədbirlərin görülməsi;
' ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris
müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrıl-
!P.aS5.
36