Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə22/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   18   19   20   21   22   23   24   25   ...   119

ekoloji sistemin optimallaşdırma məsələlərini mürəkkəbləşdirir. 
Elmi  ədəbiyyat  mənbələrində  məhsuldar  qüvvələrin  inkişafının 
məhdudlaşdırılması fikri qeyd olunur. Həqiqətən də, “sıfır artım” qətiyyən 
yolverilməzdir,  insan  cəmiyyətinin  inkişafının  hütün  tarixi  gedişinə  zidd 
olur. 
Şübhəsiz  ki,  gələcəkdə  iqtisadi-ekoloji  sistemin  zəif  inkişafı  ilə 
məhsuldar  qüvvələrin  təkrar istehsalı  mütləq  təbii resursların  çatışmayan 
əsas  növlərinin  bərpa  olunmamasına  gətirəcək  və  bununla  əlaqədar  ətraf 
təbii  mühitin  yüksək  səviyyədə  çirkləndirilməsi  yolverilməzdir.  Təkcə  iş 
onda  deyil  ki,  təsərrüfat  sahələrinin  çoxunun  atmosferə  atdıqlan 
tullantılann  və  su  hövzələrinə  tullanan  çirkablann  ümumi  göstəriciləri 
hələlik daha çoxdur, həm də ümumilikdə təbii resurslardan yararlı istifadə 
əmsalı son dərəcə aşağıdır. Statistik məlumatlardan aydın olur ki hər il hasil 
edilən 26 ton müxtəlif materiallardan orta hesabla bir nəfərə yalnız 0,5 ton 
yararlı məhsul düşür, qalanı tullantı şəklində təbiətdə dövrana qayıdır.* 
Elmi  mənbələrə  əsasən  təbiətin  mühafizəsi  ilə  məhsuldar  qüvvələrin 
inkişafını  qarşı-qarşıya  qoymaq  olmaz.  İstehsalın  inkişafında  məhsuldar 
qüvvələr ekoloji prinsiplərin və amillərin məcburi hesaba alınmasını tələb 
edir. Buna görə də istehsal sahələrinin ekoloji cəhətdən yenidən qurulması 
bütün  həlqələrinin  ekologiya-  laşdırılması  olmasa,  onun  gələcək  inkişafı 
mənasızdır. Bu proses elmi-texniki tərəqqi ilə aynimaz surətdə əlaqədardır, 
onun məcburi tələbidir. 
İnsanın  yeni  tələbatının  meydana  gəlməsi,  istehsalın  texnoloji 
üsullarının  dəyişməsi,  kimi  ətraf  mühitə  təsərrüfatın  mənfi  təsirinin 
qarşısının  alınması,  ləğv  edilməsi  və  neytrallaşdırılması,  qarşısının 
alınması  üzrə  tamamlanma  tədbirləri  obyektiv  şərtlərdəndir.  Bütün 
bunların hamısı bir-birilə qarşılıqlı bağlıdır və qarşılıqlı asılıdır. 
Ölkəmizdə 
regionlann 
sosial-iqtisadi 
inkişafının 
başlıca 
məqsədlərindən  biri,  bütövlükdə  cəmiyyətin,  o  cümlədən  istehsalın 
ekologiyalaşdınimasıdır.  İstehsalın  ekologiyalaşdırılması-elmi-tex-  niki 
tərəqqinin nailiyyətlərinin ən mühüm istiqamətlərinin istifadə 
* Песков В. Осень в Снокане. - “Комсомольская правда”, qəzeti 21 oktyabr 1998. 
67 


edilməsilə  bazar  iqtisadiyyatınm  üstünlüklərinin  birləşdirilməsinin 
çoxmərhələli  prosesidir.  Onun  başlıca  pilləsində  təbii  resurslara  qənaət 
məqsədilə texnoloji üsulların təkmilləşdirilməsi hesabına istehsalın yalnız 
yaxşılaşdırılmış  açıq  modeli  və  zərərli  tullantıların  azaldılması, 
ixtisaslaşdırılmış təmizləyici qurğuların yaradılması durur. 
 
Elmi-texniki tərəqqi və istehsalın qarşılıqlı əlaqəsi. 
İstehsalın ekologiyalaşdırılmasmm gələcək inkişafında az tul- lantılı və 
qapalı  texnologiyanın  tətbiqi,  bir  müəssisənin  tullantılarından  digər 
müəssisənin istifadə etməsinin təşkili, həmçinin tələb olunan tullantılarının 
utilləşdirilməsi  nəzərdə  tutulur.  Ekologiya-  laşdıımanın  ən  yüksək 
pilləsində  tullantısız  istehsalın  kompleks  sistemi-ekosistemin  sənaye 
analoqu  durur.  Təbii  mənimsənilmə,  yaxud  da  təsərrüfat  istifadəsi  üçün 
yararlı  materialların,  bütün  sənaye  və  məişət  tullancılarının  emalı  üzrə 
xüsusi  kombinatların,  sonra  isə  “qapalı  təbii-texnogen  komplekslər” 
sisteminə  əsaslanan  ərazi-istehsal  kompleksləri  arasında  artıq  maksimum 
genişlənən istehsal 
68 


əlaqələri ilə onlann tamamlanmasıdır [106]. 
Elmi  mənbələrdə  elementlərin  kompleks  tullantısız  sistemi,  qapalı 
texnoloji  sxeminin  təcrübədə  tətbiqinə  dair  kifayət  qədər  məlumatlar 
vardır.  Müəssisələrdə  istehsalat  tullantılanmn  bilavasitə  istifadə 
edilməsinin təşkili və qapalı texnoloji sistemin tətbiqi ilə yarımməhsulların 
tam  emalı  üzrə  əldə  olunmuş  təcrübəni  qeyd  etmək  lazımdır.  Belə  ki, 
ferroərintilər  zavodlarının  birində  tikilmiş  qapalı  sobada  qazların 
təmizləmə  dərəcəsi  99,9%-ə  çatmışdır.  Bir  elektrik  sobasının  tullantı 
qazlardan energetika ehtiyatları üçün istifadə edilməsindən il ərzində xeyli 
iqtisadi  effekt  əldə  edilirdi  [147].  Ölkəmizdə  o  zaman  Sumqayıt  sintetik 
kauçuk  zavodunun  qapalı  texnoloji  prosesə  keçidi  ilə  əlaqədar 
tullantılardan kükürd turşusu, spirt, stirol alınmasına şərait yaranmışdır ki, 
bu da müəssisələrin əlavə illik effektliliyinin artımım təmin edirdi. 
Yuxanda  qeyd  edilənlərə  Bakı-Sumqayıt  sənaye  qovşaqlarında  su 
resurslarının  vəziyyətinin  yaxşılaşdırılması  və  su  istehsalının  səmərəli 
istifadə edilməsi  məsələlərinin  həlli  də  misal  ola  bilər.  Burada  ölkə  üzrə 
təsərrüfatın digər sahələrinin, xüsusilə sənayenin ehtiyaclarının ödənilməsi 
üçün  3  km^-ə  yaxın  su  işlədilir,  bunun  da  75%-i  Bakı-Sumqayıt  sənaye 
qovşaqlarının  payına  düşür.  Həm  də  bununla  yanaşı  sənayenin  suya  olan 
bütün tələbatının 60-70 faizi dövriyyəli su təchizatının və çirkab sularının 
təkrar istifadəsinin tətbiqi hesabına ödənilir. 
Səciyyəvi haldır ki, əgər keçən əsrin 70-ci illərində Bakının neft emalı 
zavodlannda layihə üzrə su sərfi 1 ton məhsula 8 m’-ə qədər çatırdısa, artıq 
həmin  əsrin  80-ci  illərinin  ortalarmdakı  layihəsində  isə  suya  tələbat  10 
dəfəyə  qədər  azaldılmışdır.  Hazırda  təkmilləşdirilən  Bakının  neft  emalı 
zavodlarında su sərfinin xüsusi çəkisi 0,06 m^-dən artıq deyildir. 
Bir  sıra  istehsal  müəssisələrində  sudan  dövriyyəli  və  təkrar  istifadə 
sistemlərinin  gücü  artırılmışdır,  müəssisələrdə  sudan  axarsız  istifadə 
sistemləri  işlənib  hazırlanmışdır.  Həqiqətdə  Sumqayıtın  kimya 
müəssisələrində bir m^ belə çirkab su tullanmır, yəni suyun istifadəsi qapalı 
tsiklə malikdir. Bunun nəticəsində müəssisələrdə 
69 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə