ekoloji sistemin optimallaşdırma məsələlərini mürəkkəbləşdirir.
Elmi ədəbiyyat mənbələrində məhsuldar qüvvələrin inkişafının
məhdudlaşdırılması fikri qeyd olunur. Həqiqətən də, “sıfır artım” qətiyyən
yolverilməzdir, insan cəmiyyətinin inkişafının hütün tarixi gedişinə zidd
olur.
Şübhəsiz ki, gələcəkdə iqtisadi-ekoloji sistemin zəif inkişafı ilə
məhsuldar qüvvələrin təkrar istehsalı mütləq təbii resursların çatışmayan
əsas növlərinin bərpa olunmamasına gətirəcək və bununla əlaqədar ətraf
təbii mühitin yüksək səviyyədə çirkləndirilməsi yolverilməzdir. Təkcə iş
onda deyil ki, təsərrüfat sahələrinin çoxunun atmosferə atdıqlan
tullantılann və su hövzələrinə tullanan çirkablann ümumi göstəriciləri
hələlik daha çoxdur, həm də ümumilikdə təbii resurslardan yararlı
istifadə
əmsalı son dərəcə aşağıdır. Statistik məlumatlardan aydın olur ki hər il hasil
edilən 26 ton müxtəlif materiallardan orta hesabla bir nəfərə yalnız 0,5 ton
yararlı məhsul düşür, qalanı tullantı şəklində təbiətdə dövrana qayıdır.*
Elmi mənbələrə əsasən təbiətin mühafizəsi ilə məhsuldar qüvvələrin
inkişafını qarşı-qarşıya qoymaq olmaz. İstehsalın inkişafında məhsuldar
qüvvələr ekoloji prinsiplərin və amillərin məcburi hesaba alınmasını tələb
edir. Buna görə də istehsal sahələrinin ekoloji cəhətdən yenidən qurulması
bütün həlqələrinin ekologiya- laşdırılması olmasa, onun gələcək inkişafı
mənasızdır. Bu proses elmi-texniki tərəqqi ilə aynimaz surətdə əlaqədardır,
onun məcburi tələbidir.
İnsanın yeni tələbatının meydana gəlməsi, istehsalın texnoloji
üsullarının dəyişməsi, kimi ətraf mühitə təsərrüfatın mənfi təsirinin
qarşısının alınması, ləğv edilməsi və neytrallaşdırılması, qarşısının
alınması üzrə tamamlanma tədbirləri obyektiv şərtlərdəndir. Bütün
bunların hamısı bir-birilə qarşılıqlı bağlıdır və qarşılıqlı asılıdır.
Ölkəmizdə
regionlann
sosial-iqtisadi
inkişafının
başlıca
məqsədlərindən biri, bütövlükdə cəmiyyətin, o cümlədən istehsalın
ekologiyalaşdınimasıdır. İstehsalın ekologiyalaşdırılması-elmi-tex- niki
tərəqqinin nailiyyətlərinin ən mühüm istiqamətlərinin istifadə
* Песков В. Осень в Снокане. - “Комсомольская правда”, qəzeti 21 oktyabr 1998.
67
əlaqələri ilə onlann tamamlanmasıdır [106].
Elmi mənbələrdə elementlərin kompleks tullantısız sistemi, qapalı
texnoloji sxeminin təcrübədə tətbiqinə dair kifayət qədər məlumatlar
vardır. Müəssisələrdə istehsalat tullantılanmn bilavasitə istifadə
edilməsinin təşkili və qapalı texnoloji sistemin tətbiqi ilə yarımməhsulların
tam emalı üzrə əldə olunmuş təcrübəni qeyd etmək lazımdır. Belə ki,
ferroərintilər zavodlarının birində tikilmiş qapalı sobada qazların
təmizləmə dərəcəsi 99,9%-ə çatmışdır. Bir elektrik sobasının tullantı
qazlardan energetika ehtiyatları üçün istifadə edilməsindən il ərzində xeyli
iqtisadi effekt əldə edilirdi [147]. Ölkəmizdə o zaman Sumqayıt sintetik
kauçuk zavodunun qapalı texnoloji prosesə keçidi ilə əlaqədar
tullantılardan kükürd turşusu, spirt, stirol alınmasına şərait yaranmışdır ki,
bu da müəssisələrin əlavə illik effektliliyinin artımım təmin edirdi.
Yuxanda qeyd edilənlərə Bakı-Sumqayıt sənaye qovşaqlarında su
resurslarının vəziyyətinin yaxşılaşdırılması və su istehsalının səmərəli
istifadə edilməsi məsələlərinin həlli də misal ola bilər. Burada ölkə üzrə
təsərrüfatın
digər sahələrinin, xüsusilə sənayenin ehtiyaclarının
ödənilməsi
üçün 3 km^-ə yaxın su işlədilir, bunun da 75%-i Bakı-Sumqayıt sənaye
qovşaqlarının payına düşür. Həm də bununla yanaşı sənayenin suya olan
bütün tələbatının 60-70 faizi dövriyyəli su təchizatının və çirkab sularının
təkrar istifadəsinin tətbiqi hesabına ödənilir.
Səciyyəvi haldır ki, əgər keçən əsrin 70-ci illərində Bakının neft emalı
zavodlannda layihə üzrə su sərfi 1 ton məhsula 8 m’-ə qədər çatırdısa, artıq
həmin əsrin 80-ci illərinin ortalarmdakı layihəsində isə suya tələbat 10
dəfəyə qədər azaldılmışdır. Hazırda təkmilləşdirilən Bakının neft emalı
zavodlarında su sərfinin xüsusi çəkisi 0,06 m^-dən artıq deyildir.
Bir sıra istehsal müəssisələrində sudan dövriyyəli və təkrar istifadə
sistemlərinin gücü artırılmışdır, müəssisələrdə sudan axarsız istifadə
sistemləri işlənib hazırlanmışdır. Həqiqətdə Sumqayıtın kimya
müəssisələrində bir m^ belə çirkab su tullanmır, yəni suyun istifadəsi qapalı
tsiklə malikdir. Bunun
nəticəsində müəssisələrdə
69