Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə21/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   17   18   19   20   21   22   23   24   ...   119

rətdir.  Əgər  gölə  distillə  edilmiş  təmiz  su  daxil  olsaydı,  onda  həyat 
dayanardı. Baykal ona daxil olan çirklənmiş suyun emalını dayandırardı. * 
Yadda  saxlamaq  lazımdır  ki,  su  ehtiyatlarının  və  təbiətin  digər 
komponentlərinin  istifadə  edilmədən  mühafizəsi  bizim  üçün  qəbul 
edilməzdir. Təbii resursların mühafizəsi istehsaldan ayrılıqda heç nədir. O 
texnologiyanın  özünün  əsasında  durmalıdır.  Başqa  sözlə  desək,  ətraf 
mühitin mühafizəsi təkrar istehsal prosesinin tərkib hissəsidir. 
Aşağıdakı  sxemdən  göründüyü  kimi  ətraf  mühitin  mühafizəsi  ən 
müxtəlif  üsullarla  yerinə  yetirilir.  Bundan  başqa,  bir  sıra  ədəbiyyat 
mənbələrində [60]. müxtəlif tədqiqatçıların işlətdikləri anlayışlardan-fəal, 
passiv, düz və çarpaz kimi ətraf mülıitin mühafizə üsullarına rast gəlinir. 
 
Ətraf mühitin mühafizəsi üsulları və qarşılıqlı əlaqəsi 
Fəal  üsul,  ətraf  mühitin  mühafizəsinin  elə  üsullanndandır  ki,  təsir 
obyektində bilavasitə dəyişikliklərlə əlaqədar resursların istifadə 
* Капича П.Л. Дом нам - планета Земли. “Знание”, серия наук о Земле. М., 
1975. 
64 


edilməsinin  səmərəliləşdirilməsi  yerinə  yetirilir.  Passiv  üsullar  elə 
üsullardır  ki,  onlann  tətbiqi  zamanı  təsir  obyektlərində  mühüm 
dəyişikliklər  baş  vermir,  lakin  onların  resurslara  zərərli  təsirinin  məh- 
dudlaşdınlması,  yaxud  da  neytrallaşdırılması  yerinə  yetirilir.  Məsələn, 
sanitar-mühafizə  zonalanmn,  qoruqların,  yasaqhqlann  və  s.  təşkili.  Ətraf 
mühitin mühafizəsinin düz və çarpaz üsullan bir-birindən onunla fərqlənir 
ki,  əgər  birinci  mühafizə  obyektinə  bilavasitə  mənfi  təsirin 
dayandınimasmın təmin edilməsində tətbiq edilirsə, ikincidə isə mühafizə 
obyekti ilə təbii mühitin elementlərinin qarşılıqlı əlaqəsində dəyişikliklər 
lazım olanda istifadə edilir [150]. 
Şübhəsiz ki, təbii mühitin mühafizəsi üzrə tədbirlərin təsiri, problemin 
həllinə ən çox kompleks yanaşma ilə əlaqədardır. Müasir dövrdə digər xalq 
təsərrüfatı kompleksləri ilə bərabər ətraf mühitin kompleks mühafizəsi də 
obyektiv  olaraq  mövcuddur.  Təbiəti  mühafizə  fəaliyyəti  ilə  məşğul  olan 
təşkilatları, idarələri, müəssisələri özündə birləşdirir. 
Müəyyənləşdirilmişdir ki, ətraf mühitin mühafizəsi məsələlərinin həlli, 
yalnız  mühit  üzərində  elmi  cəhətdən əsaslandırılmış monitorinqin təşkili 
əsasında yerinə yetirilə bilər. Ondan əsasən təbii mühitin yenidən bərpası 
və təbii resursların təkrar istehsalı ilə əlaqədar məsələlərin həllində istifadə 
edilir.  Monitorinq  -  ətraf  mühitin  müasir  vəziyyəti  üzərində  müxtəlif 
miqyasda  yerinə  yetirilən  müşahidə  və  nəzarətin  inkişaf  etdirilmiş 
sisteminin  yaradılmasıdır.  Bir  neçə  mərhələdə  aparılması  ideyası 
mövcuddur [123]. 
Artıq  təcrübədə  bioekoloji-sanitar-gigiyena  monitorinqi  çox  geniş 
yayılmışdır. Onun başlıca vəzifəsi-əhalinin sağlamlığı nöqteyi-nəzərindən 
təbii mühit üzərində aparılan müşahidələrdir. Sonra geosistem, yaxud da 
geoekoloji,  yəni  təbii-təsərrüfat  monitorinqidir.  Onun  məzmununu 
antropogen  təsir  nəticəsində  geosi-  stemdə  baş  verən  dəyişikliklər, 
həmçinin,  təbii-texnogen  sistemdə  onların  yenidən  bərpası  üzərində 
müşahidə təşkil edir. 
Geoekoloji  monitorinq,  yaşayış  mühitini  və  təbii  resursları  özünün 
müşahidə  dairəsini  artıraraq  sərhədini  genişləndirmişdir.  Belə  ki,  təbii 
mühitin özünü təbii yolla təmizləmə qabiliyyətinin müəy 
65 


yənləşdirilməsi  mühüm  əhəmiyyətə  malikdir.  Geoekoloji  monitorinqi 
indikatorlann  (reagentlərin)  tərkibinə  daxil  etməklə  öz-özünə  təbii 
təmizləmə  qabiliyyətinin  göstəriciləri  üzərində  müşahidə  etməklə,  təkcə 
təbii ekosistemin çirklənmə məhsullan ilə həddən artıq yükləndiyi müə)^ən 
edilir.  Həm  də  bu  və  ya  digər  geosistemlərin  müxtəlif  məişət  və  sənaye 
tullantılannm  yolverilən  norma  daxilində  gərginliyinin  təyin  edilməsi 
irnkanlan əldə edilir və mövcud ekosistem özünün sabitliyinin, yaxud da 
ahəngdarlığının öhdəsindən gələ bilir. 
Müasir dövrdə Azərbaycanda, o cümlədən, Azərbaycan Respublikası 
Dövlət  Neft  Şirkəti  (ARDNŞ)  ətraf  mühitin  mühafizəsi  və  ekoloji 
təhlükəsizliyin  idarə  olunması  sisteminin  təkmilləşdirilməsi  və  onun 
beynəlxalq  tələblərə  uyğunlaşdırılmasına  nail  olmaq,  mövcud  ekoloji 
problemlərin  həlli  və  ətraf  mühitə  təsirlərinin  azaldılması  ilə  əlaqədar 
2011-ci  il  ərzində  265  dəfə  ekoloji  monitorinq  keçirilmiş,  4411  nümunə 
götürülmüş  və  bu  nümunələr  Kompleks  Tədqiqatlar  Laboratoriyasında 
33423  parametr  üzrə  təhlil  edilmişdir.  Bu  dövrdə  ARDNŞ-m  Ekologiya 
İdarəsi  tərəfindən  şirkətin  müəssisə  və  təşkilatlan  üçün  118  ekoloji 
normativ  sənəd  hazırlanmışdır.  Abşeron  yanmadasında  neft-qaz  çıxarma 
idarələrinin fəaliyyəti zo- nalannda aparılan monitorinq işləri çərçivəsində 
əldə  edilən  məlumatlardan  yeni  elektron  operativ  informasiya  bazası 
yaradılmışdır. 
Ekoloji  məlumat  bazasında  Abşeron  yarımadasında  neft  və  digər 
tullantılarla çirklənmiş, lay suları altında qalmış torpaq əraziləri və onların 
çirklənmə dərinliyi dəqiq koordinatlarla öz əksini tapmışdır. Bütün bunlar 
tədqiqatın  daha  effektli  aparılmasına  və  əldə  edilmiş  nəticələrin 
iqtisadi-ekoloji  problemlərin  idarə  olunmasının  mümkünlüyünə  şərait 
yaradır. 
1.6.
 
İstehsalın ekologiyalaşdırılmasınm metodoloji əsasları 
Məhsuldar  qüvvələrin  yüksək  artım  sürəti,  elmi-texniki  tərəqqinin 
inkişafı,  təbiətin  ahəngdar  inkişafı  ilə  məhsuldar  qüvvələrin  sürətli 
artımının uzlaşmasında problemlər yaradır, daim iqtisadi- 
66 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə