Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə17/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   13   14   15   16   17   18   19   20   ...   119


 
əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdıniması; 

 
əhalinin məşğulluq səviyyəsinin artırılması istiqamətində tədbirlərin 
davam etdirilməsi; 

 
yoxsulluğun səviyyəsinin azaldılması; 

 
iqtisadi-ekoloji  funksional  strukturların  dayanıqlı  inkişafının  təmin 
edilməsi. 
2009-cu ildə qəbul edilmiş ikinci Dövlət Proqramında nəzərdə tutulan 
kompleks  tədbirlərin  uğurla  həyata  keçirilməsi,  xüsusilə  neft  strategiyası 
Azərbaycanın  beynəlxalq  iqtisadi  sistemə  inteqrasiyasına,  neft  və  qaz 
kəmərlərinin  səmərəli  istifadəsi  nəticəsində  makroiqtisadi  sabitliyin 
qorunub saxlanmasına səbəb olmuş və bu sahədə tədbirlərin davamlı olaraq 
həyata keçirilməsinə əlverişli şərait yaratmışdır. 
Müvafiq  Dövlət  Proqramı  regionlarda  əhalinin  və  istehsalın  ərazi 
təşkilinin təkmilləşdirilməsində çox böyük rol oynayır. Kənd tə- səmifatı 
məhsullarının  istehsalı  və  tədarükü  üzrə  ənənəvi  ixtisaslaşma  sahələrinin 
dirçəldilməsinə  və  uzaq  gələcək  üçün  əsaslı  madi  və  sosial  infrastruktur 
sahələrin yaradılmasına şərait yaratmışdır. 
Məlumdur  ki,  çox  qədim  zamanlardan  Azərbaycan  daha  çox  kənd 
təsərrüfatının  müxtəlif  sahələri  üzrə  ixtisaslaşmışdır.  Hələ  Sovet 
hakimiyyət  illərində  Şamaxı,  Qazax,  Cəlilabad,  Ağdam  rayonları 
üzümçülük. Aran iqtisadi rayonu pambıqçılıq, Quba-Xaç- maz və Lənkəran 
iqtisadi  rayonları  tərəvəzçilik,  dağlıq  rayonları  qoyunçuluq.  Yuxarı 
Qarabağda,  Şəki-Zaqatala  və  Aran  iqtisadi  rayonlarında  baramaçılıq 
yüksək dərəcədə inkişaf etmişdir. Ölkənin regionlarında kənd təsərrüfatının 
ənənəvi istehsal sahələri üzrə əmək vərdişlərinə malik əmək ehtiyatlarının 
olması, qeyd edilən istehsal sahələrini yenidən ərazi təşkilini təmin etmək 
məsələləri  dövlət  proqramında  öz  əksini  tapmışdır.  Burada  kənd 
təsərrüfatının  sənaye  əsasları  üzərində  qurulması,  müasir  texnika  və 
texnologiyanın, xidmət sahəsinin inkişaf etdirilməsi ölkədə böjdik maliyə 
imkanları vardır. Həmçinin, əksər regionlarda xırda fermer təsərrüfatlarının 
könüllü birliyi əsasında böyük texnika, servis xidmətlərinə kənd təsərrüfatı 
məhsulları istehsal edən çox mühüm 
50 


imkanlara  malik  iri  fermer  təsərüfatlarmm  yaradılması  işlərinin 
reallaşdırılması qaçılmazdır. Aparılan araşdırmalar göstərir ki, regionlarda 
xüsusilə Aran iqtisadi rayonunda xırda fermer təsərrüfat- lannda bitkiçiliyin 
nizamsız  təşkili,  qeyri-bərabər  suvarma,  mövcud  drenaj  sistemini 
korlayaraq torpaqların şoranlaşmasına səbəb olmuşdur. 
Dövlət  Proqramında  regional  inkişaf  strategiyasında  yeni  istehsal 
sahələrinin, kiçik və orta biznes qruplarının inkişaf etdirilməsi xüsusi yer 
tutur.  Yerli  resurslardan  istifadə  etməklə  kiçik  və  orta  biznes 
müəssisələrinin  inkişaf  etdirilməsi  əhalinin  işlə  təmin  edilməsinə  şərait 
yaradır, əhalinin digər regionlara və ölkələrə miqrasiyasının qarşısını alar. 
Əlverişli  fiziki  və  iqtisadi  coğrafi  mövqeyə  malik  olan  rayonlarda  yerli 
elmi-texniki  və  istehsal  potensialının  artımını  təmin  edən  texnoparkların 
yaradılması dayanıqlı inkişafın təmin edilməsi üçün çox sərfəlidir. 
Müvafiq  Dövlət  Proqramında  regionların  iqtisadiyatının  inkişafının 
idarə  edilməsinin  effektliyi,  onun  maliyə  vasitələrinin  azaldılması  və 
yüksək 
gəlirə 
nail 
olmaqla 
əhalinin 
həyat 
səviyyəsinin 
yaxşılaşdınimasından  ibarətdir.  Burada  effektli  idarə  etmədə  alınan 
nəticələr  proqnozlarla  əlaqələndirilməli,  qəbul  edilən  qərarlar  optimal 
olmalıdır.  Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramının  yerinə 
yetirilməsində  müasir  effektli  qərarlar  qəbulunun  metodologiyasından 
istifadə edilməlidir. 
Beləliklə, Azərbaycan Respublikasının regional inkişaf strategiyasında 
iqtisadi,  sosial  və  ekoloji  mühit  funksional  strukturlarının  dayanaqlı 
inkişafına  əsaslanan  ölkə-region-iqtisadi  rayon  üçlüyünün  kompleks 
tədqiqi  daha  da  faydalılıq  gətirər.  Burada  sosial-  iqtisadi  proseslərin 
hərtərəfli təhlili imkan verir ki, regionlarda inkişafı məhdudlaşdıran amillər 
müəyyən  edilsin.  Yerli  sosial-iqtisadi  imkanlar  əsasında  müvafiq  inkişaf 
strategiyası  hazırlanıb  həyata  keçirilsin.  Bu  sosial-iqtisadi  imkanları 
şərtləndirən əsas komponentlər isə maliyə, təbii-ekoloji resurslar və yerli 
bazar infrastrukturlarını əhatə edərək strateji əhəmiyyətli planlar əsasında 
35-50 illik dövr hədəf seçməlidin Yeni strategiyanın işlənib hazır- 
51 


lanmasmda  mühüm  şərtlər  kimi  ərazi-inzibati  qurumların,  təbii-  iqtisadi 
potensialın,  istehsal  sahələrinin  inventarlaşdırılması  proseslərinin  ətraflı 
qiymətləndirilməsi  lazımdır.  İnformasiya  sistemləri  əsasında  maliyə, 
büdcə, iqtisadi çətinliklər, sosial-demoqrafik vəziyyət, əhalinin məşğulluğu 
və həyat səviyyəsi, iqtisadi və sosial infrastrukturların davamlı inkişafının 
təhlili tədqiqat predmetinə çevrilməlidir. Bütün bunlarm əsasında, ölkədə 
şaxələndirilmiş iqtisadi inkişafı təmin etməyə şərait yaradılmalıdır. 
1.4.
 
“Təbii mühit-təbii resurs” yanaşma təsnifatı 
Regionların  sosial-iqtisadi  inkişafı  ilə  əlaqədar  iqtisadi-ekoloji 
modellərin  hazırlanmasında  ekoloji  planlaşdırmanın  və  proqnozlaş- 
dırmanm təşkilində iqtisadi-ekoloji sistemlərin əsas elementləri olan təbii 
resurslann və ətraf mühitə təsir göstərən amillərin qrup- laşdınlması xüsusi 
əhəmiyyətə  malikdir.  Bununla  əlaqədar  olaraq  müəyyən  etmək  olar  ki, 
mövcud  qruplardan  planlaşdırmanın  və  plandan  qabaq  işlərin 
əsaslandırılmasının tələbatı üçün nə dərəcədə istifadə oluna bilər. 
İqtisadi-coğrafi  elmi  tədqiqatlarda  “təbii  resurslar”  və  “təbii  şərait” 
terminlərindən istifadə edilir. İqtisadi-coğrafi ədəbiyyatlarda təbii resurslar 
istehsalın  inkişafı  və  yerləşməsinə  bilavasitə  təsir  edən  elementlərin 
məcmusu  kimi  qəbul  edilir.  Təbii  resurslar-təbii  cisim  və  maddələrin 
ünsürüdür. Həm də eneıji növü olmaqla, məhsuldar qüvvələrin inkişafının 
konkret  mərhələsində  ondan  istifadə  edilir,  yaxud  da  insan  cəmiyyətinin 
müxtəlif  cür  tələbatının  effektli  təminatı  üçün  texniki  cəhətdən  istifadə 
oluna bilər [144]. 
Bu  elmi  tərifdən  təbii  resursların  ayn-ayrı  anlayışları  meydana  çıxır, 
məsələn, su resursları. Bəzi tədqiqatçılar su resurslarını təbii resursların bir 
növü  kimi  qiymətləndirir,  hansı  ki,  ondan  indiki  vaxtda  istifadə  edilsin, 
yaxud da gələcəkdə araşdırıla bilinsin. Hal  -hazırda əsasən qurunun şirin 
suyundan  istifadə  edilir,  lakin  artıq  dəniz  suyunun  şirinləşdirilməsi  üçün 
qurğular  fəaliyyət  göstərir.  Dünya  okeanı  və  buzlaqlann  suyu  gələcəyin 
resurslarıdır. ABŞ-da, 
52 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə