Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə13/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   9   10   11   12   13   14   15   16   ...   119

Son illərdə Xəzər dənizində neft çıxarılması və xarici neft şirkətləri ilə 
bağlanan  müqavilələr  əsasında  neftin  nəql  edilməsində,  çıxarılmasında 
ətraf  mühitin  qorunması,  xüsusilə  Xəzərin  çirklənməsinin  qarşısının 
alınmasında birgə işlər aparılır və bunlar müqavilələrdə öz əksini tapmışdır. 
Xəzər dənizinin  və  onun  səviyyəsinin  qalxmasının  ətraf  mühitə  \oırduğu 
zərər  haqqında  çoxlu  məlumatlar  ədəbiyyat  mənbələrində  öz  əksini 
tapmışdır. Məsələn, 1989-cu ildə Xəzərin indiki “28 May” yatağında baş 
vermiş  yanğın  nəticəsində  həmin  ərazidə  12  km  uzunluğunda  və  4  km 
enində  böyük  neft  ləkəsi  suyun  səthini  örtmüşdür.  Yanğından  üç  həftə 
sonra  həmin  ərazidə  978  km^  dəniz  su>oı  çirklənmiş  və  suyun  üzərində 
1245 ton neft məhsulları olmuşdur [18]. 
Xəzər  dənizinin  səviyyəsinin  1978-ci  ildən  bəri  2  metr  qalxması 
nəticəsində Respublikanın 830 km-lik sahil zolağı bütövlükdə su basmaya 
məruz qalıb. Qalxma nəticəsində səth dalğaları və qrunt sularının səviyyəsi 
qalxdığına  görə,  bəzi  rayonlara  ziyan  dəymə  prosesi  davam  edir.  Bu 
prosesin  gedişində  dəyən  zərər  həcminə  görə,  başqa  təbii 
fəlakətlərin-zəlzələ  və  qasırğalann  vurduğu  zərərdən  geri  qalmır,  yalnız 
özünün  tədricən  baş  vennəsi  ilə  fərqlənir.  Dəniz  suyunun  qalxması 
zonasında  əhalini  sayı  1  mln.  nəfərdən  çox  plan  7  şəhər,  35  yaşayış 
məntəqəsi,  120-dən  çox  heyvandarlıq  obyekti,  anbar  və  məişət  binaları 
yerləşir.  Burada  limanlara,  dəniz  nəqliyyatına,  balıqçılıq  təsərrüfatlarına, 
qoruqlara  xeyli  ziyan  dəyir  [3].  Bu  vəziyyəti  nəzərə  alaraq.  Xəzəryanı 
dövlətlərin birgə səyləri tələb olunur. Dünya ölkələrinin birgə fəaliyyətləri 
ilə birlikdə yaranmış gərginliyi azaltmaq olar. 
Bütün  bu  deyilənlərdən  belə  bir  sual  doğur  ki,  regionların 
sosial-iqtisadi  inkişafında  ekoloji  problemlərin  əsaslandıniması  yaxın 
vaxtlarda  müvəffəqiyyətlə  həll  edilərək  təbiət  və  cəmiyyət  arasında 
qarşılıqlı  təsirin  ahəngdarlığına  tam  nail  olunacaqmı?  Şübhəsiz  ki,  yox. 
Baxmayaraq  ki,  bizdə  sosial-iqtisadi  inkişafla  təbii  sistemlərin  fəalij'yəti 
arasında antaqonist ziddiyyətlər yoxdur. Lakin 
38 


bu  heç  də  o  demək  deyildir  ki,  onlar  arasında  müəyyən  ziddiyyətlər  ola 
bilməz. Bununla bərabər, məsələn, hər şeydən əvvəl oxşar ziddiyyətlərin 
nəticəsi az təsirli və tez aradan qaldırıla bilən olardı. 
Yaxın gələcəkdə ölkə üzrə hər yerdə təmizləyici qurğuların inşasının, 
qapalı  tsiklin  tətbiqinin  yeni  yaradılacaq  istehsal  sahələri  ilə  paralel 
apaniması  məsləhət  bilinir.  Bütün  bunlar  gələcəkdə  zəmri  tullantılar 
problemini  müvəffəqiyyətlə  həll  edəcəkdir.  Lakin  başqa  xarakterli 
ziddiyyətlər meydana çıxacaqdır ki, bunu da qabaqcadan görmək lazımdır. 
Yadda  saxlamaq  lazımdır  ki,  hər  hansı  ehtiyatlı  tədbirlər  və  istehsalın 
təkmilləşdirmə  dərəcəsi  insanın  təbiətə  təsiri  dərəcəsini  yalnız  zəiflədər, 
lakin təbii mühitin pisləşməsi təhlükəsini ləğv edə bilməz. Çünki, artıq bizə 
məlumdur  ki,  istehsalın  inkişafı  böyük  ərazini  və  dəniz  sahilini  bioloji 
dövriyyədən çıxarır. Müəyyən edilmişdir ki, ölkənin daş karxanalarından 
daş çıxarılan zaman 15 hektara qədər torpaq dövriyyədən çıxaraq sıradan 
çıxır. 
Əlavə olaraq, həmişəlik yadda saxlamaq lazımdır ki, insanlar təbiətlə 
münasibətdə  heç  vaxt  üstünlüyə  nail  ola  bilməz.  Bu  barədə  materialist 
filosof  F.Engelsin  fikri  heç  vaxt  aktuallığını  itirmir:  “Lakin  təbiət 
üzərindəki qələbəmizlə çox da öyünməyək. Hər bir belə qələbə üçün təbiət 
bizdən  intiqam  alır.  Bu  qələbələrdən  hər  biri  doğrudur,  birinci  növbədə 
bizim  gözlədiyimiz  nəticələri  verir,  lakin  ikinci  və  üçüncü  növbədə  çox 
zaman  birinci  nəticələrin  əhəmiyyətini  puça  çıxarır,  başqa  gözlənilməz 
nəticələr verir”*. 
Fikrimizcə,  problemlər  həll  edilir-problemlər  qalır.  Cəmiyyətin 
vəzifəsi  təbiət  üzərində  “qələbə”  çalmaqdan  ibarət  olmamalıdır. 
İqtisadi-ekoloji sistemin optimallaşdıniması yollanm axtanb tapmalıdır. 
Nəhayət, qeyd etmək istərdik ki, ölkəmizin iqtisadi potensialı artdıqca, 
ətraf  mühitin  mühafizəsinə  xüsusi  fikir  verilir.  Bu  isə  son  illər  ölkənin 
həmin  sahədəki  çoxlu  təsirli  tədbirlərində  özünü  təzahür  etdirir.  Belə 
tədbirlər,  insanla  təbiətin  qarşılıqlı  təsirini  düzgün  formalaşdıra  bilir, 
insanın inkişaf səviyyəsi ilə əlaqədar 
* F.Engels Təbiətin dialektikası, səh. 154 
39 


təbii  zərurətin  hökmranlığı  və  adamlann  təbiətə  münasibət  azadlığı 
genişlənir, insanla təbiətin mübadiləsi səmərəli olur və bu ictimai nəzarətin 
altına keçir. 
Bazar  iqtisadiyyatı  şəraitində  öz  iqtisadiyyatım  inkişaf  etdirən 
Azərbaycan 
Respublikasında 
təbiəti 
mühafizə, 
ətraf 
mühitin 
çirklənməsinin  qarşısını  almaq  problemi  daim  diqqət  mərkəzində  durur. 
Ölkədə  hər  bir  adam  çox  yaxşı  başa  düşməlidir  ki,  təbiətin  mühafizəsi 
problemi  hər  şeydən  əvvəl  iqtisadi  problemdir.  Əhalinin  maddi  rifah 
vəziyyətinin  yaxşılaşdırılması  bu  problemin  düzgün  həllindən  asılıdır. 
Buna  görə  də  ölkədə  regionların  sosial-iqtisadi  inkişafının  düzgün  həll 
edilməsi,  regionlarda  iqtisadi-ekoloji  problemlərin  tədqiqi  ilə  əlaqəli 
aparılıb  qiymətləndirilməlidir.  Regionlarda  iqtisadi-ekoloji  tədqiqatlar 
aşağıdakı kompleks məsələlərə istiqamətləndirilməlidir: 

 
Bütün təbii ehtiyatlardan səmərəli istifadə edilməsi

 
Ətraf  mühiti  çirkləndirə  bilən  mənbələri  aşkar  etmək  və  onla-  nn 
yarada  biləcəyi  problemlərin  qarşısının  alımnası  üçün  tədbirlərin 
qabaqcadan görülməsi

 
Regionlarda  şəhər  və  kənd  yaşayış  məntəqələrində  əhalinin  həyatı 
üçün hərtərəfli rahat ekoloji şəraitin yaradılması; 

 
Təbii şəraitin məqsədyönlü dəyişdirilməsi

 
Canlı təbiətin məhv edilməsinin qarşısı alınmalı, mövcud canlıların 
hamısının  saxlanılmasına  çalışılması  və  s.  insanların  fəaliyyət  norması, 
həyat qanunu olmalıdır. 
Qeyd  etmək  lazımdır  ki,  təbiətlə  cəmiyyətin  qarşılıqlı  təsirini  hər 
şeydən  əvvəl  ərazi  aspektlərinin  təhlilində,  ənənəvi  və  yeni  tədqiqat 
metodlanndan  istifadə  edərək  özünün  yüksək  sözünü  ən  çox 
iqtisadi-ekoloji coğrafiya deyə bilər. 
40 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə