Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə10/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   6   7   8   9   10   11   12   13   ...   119

Cədvəl 1 
XXI əsrin başlanğıcında təbii mühitin çirkləndirilməsində 
üç qrup ölkələrin payı %-lə 
Ölkələr və ölkə qrupları 
Əhalisi 
Sənaye 
məhsulu 
Dünyanın 
çirkləndirilməsində 
payı 
İqtisadi cəhətdən 
inkişaf etmiş ölkələr 
150 
52,0 
65,0 
O cümlədən; ABŞ 
45 
15,0 
25,0 
Qərbi Avropa ölkələri 
6,0 
18,5 
30,7 
Yaponiya 
2,0 
8,5 
5,0 
İqtisadi cəhətdən 
inkişaf etməkdə olan 
ölkələr 
79,0 
41,5 
20,0 
0 cümlədən: ÇXR 
20,0 
15,8 
13,5 
Keçid iqtisadiyyatına 
6,0 
6,5 
15,0 
malik olan ölkələr 0 
cümlədən: 
MDB ölkələri 
4,0 
3,4 
10,0 
Cədvəl müxtəlif elmi mənbələr əsasında tərtib edilmişdir. 
İnkişaf  etmiş  ölkələrdə  çirklənmənin  səviyyəsi  sənaye  istehsalının 
həcmi hesabı ilə digər ölkələr qrupundan demək olar ki, iki dəfə yüksəkdir. 
Bu da onlarda ekoloji problemlərin başqa xarakter daşıdığını göstərir. Bu 
ölkələrdə  təbiətlə  sənaye  istehsalının  qarşılıqlı  təsirinin  tənzimlənməsi 
üçün və ekoloji problemlərin yaran- mamasından ötrü bütün ölkələr üçün 
uzunmüddətli  fəaliyyət  planı  işlənib  hazırlanmışdır.  Yalnız  bu  halda  bir 
sıra  ölkələrdə  ekoloji  böhranın  aradan  qaldırılması  mümkün  ola  bilər. 
Fikrimizcə,  sənaye  istehsalının  ekoloji  cəhətdən  əsaslandırılması  yalnız 
planlı təsərrüfat şəraitində ola bilər. 
29 


Fəaliyyətin həyata keçirilməsi üzrə əlverişli zəminlərin özü çox böyük 
qüvvə tələb edir. Bizim ölkədə təbii mühitlə cəmiyyətin qarşılıqlı təsirinin 
tənzimlənməsi probleminə 1990-cı ildə müstəqillik əldə edildikdən sonra 
böyük  diqqət  yetirilir.  Ölkədə  ətraf  təbii  mühitin  effektli,  elmi  cəhətdən 
əsaslandırılmış bir mərkəzdən idarə edilməsi məqsədilə Ekologiya və Təbii 
Sərvətlər  Nazirliyi  yaradılmışdır.  Ətraf  mühitin  mühafizəsi  və  təbii 
resurslardan  səmərəli  istifadə  edilməsi  nöqteyi-nəzərindən  başlıca 
əhəmiyyətə  malik  qanun  və  qərarlar  qəbul  edilib.  Səciyyəvi  haldır  ki, 
1994-cü  ildə  imzalanmış,  Azərbaycan  Respublikasının  tarixində  yeni 
mərhələnin  əsasını  qoyan  “Əsrin  müqaviləsi”ndə  ekoloji  çirklənmənin 
beynəlxalq qanunlar səviyyəsində gözlənilməsi öz əksini tapmışdır. 
Azərbaycan  Respublikasında  ekoloji  problemlərlə  məşğul  olan  50 
elmi-tədqiqat  və  təcrübə-konstruktor  təşkilatları  vardır.  Onlar  tərəfindən 
təbiətdən  səmərəli  istifadə  edilməsinə  imkan  verən  texnologiyaların 
yaradılması,  tullantıların  zərərsizləşdirilməsinin  mütərəqqi  sisteminin 
hazırlanması,  tətbiqi  elektrotexnikanın  və  lazer  texnikasının  tətbiqi  ilə 
atmosferin çirklənmə dərəcəsinin və ərazilərin xəritələrinin tərtib edilməsi, 
regionlann  sosial-iqtisadi  inkişafı  zamanı  yeni  ərazilərin  mənimsənilməsi 
ilə  əlaqədar  təbii  mühit  üçün  zərərsiz  tədbirlərin  görülməsi  sahəsində 
tədqiqatlar aparılır. 
Aparılan  araşdırmalar  göstərir  ki,  iqtisadi  inkişafın  müasir 
mərhələsində  istehsalın  intensivləşdirihnəsi  sayəsində  xalqın  maddi  və 
mədəni  həyat  səviyyəsinin  artıniması,  təbii  ehtiyatlardan  və  digər 
imkanlardan  məqsədəuyğun  istifadə  edilməsi  yolu  ilə  hər  bir  regionun 
kompleks  qaydada  inkişafını  təmin  edir,  bir  sıra  mühüm  sosial-iqtisadi 
problemlərin  həllini  sürətləndirir.  Odur  ki,  regionların  sosial-iqtisadi 
inkişafı, iqtisadi-coğrafi tədqiqatların mühüm istiqamətlərindən olub, çox 
böyük iqtisadi-ekoloji əhəmijq/^ətə malikdir. 
Artıq  ölkədə  ətraf  mühitin  mühafizəsi  üzrə  məlum  qərarlar  sırasına, 
həmçinin. Nazirlər Kabineti tərəfindən müxtəlif illərdə təsdiqlənmiş dövlət 
qoruqları,  təbiət,  tarixi  və  mədəniyyət  abidələri,  botanika  bağları  və 
dendroloji parklar, zooloji parklar, ekoloji parklar, yaşıllıqlar və təbii milli 
parklar haqqında əsasnamələr də da 
30 


xildir. Hazırda ölkədə 8 milli park və 18 dövlət qoruğu vardır ki, bunların 
da ümumi sahəsi 413,5 min hektar təşkil edir. 
Ekoloji  çirklənmənin  qarşısının  alınması,  qoruqların  və  sağlamlıq 
ocaqlannın  yaradılması  və  onlara  nəzarətin  gücləndirilməsi,  ancaq  insan 
sağlamlığının  qorunması  xatirinə  edilir.  Lakin  buna  baxmayaraq,  kəskin 
ekoloji vəziyyət və onun məcmu>Ti ölkədə ağır iqtisadi və sosial nəticələr 
verə bilər., 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra  təbii 
potensialından  istifadə  etmək  məqsədilə  beynəlxalq  təşkilatlarla 
əməkdaşlıq etməyə başladı. Bu təşkilatlardan Beynəlxalq Valyuta Fondu, 
Dünya Bankı, Ekologiya Fondu, BMT-nin Ətraf Mühit Proqramı, Avropa 
İttifaqının MDB ölkələri üzrə TASİS Proqramı, YUNESKO və digər donor 
dövlətlər-Fransa, Almaniya, Norveç, Hollandiya, Yaponiya, Kanada və s., 
həmçinin  region  dövlətləri  ilə  əlaqələr  yaratmışdır.  Azərbaycan 
Respublikası  15-dən  çox  Beynəlxalq  Ekologiya  Konvensiyasının  və  bir 
çox Beynəlxalq Ekologiya təşkilatlarının üzvüdür. 
Dövlətlərarası  beynəlxalq  əməkdaşlığın  əsası  kimi  qəbul  edilmiş 
“Davamlı  İnkişaf’  konsepsiyası  təbii  resurslardan  səmərəli  istifadə 
edilməsi,  onların  gələcək  nəsillər  üçün  qorunub  saxlanılması  və  təbii 
mühitə dəyə biləcək ziyanın azaldılması nəzərdə tutulur. Dünya ölkələrinin 
çoxu  tərəfindən  BMT-nin  Braziliyada  1992-ci  ildə  keçirilən  “Rio-92” 
konfransında qəbul edilmiş “XXI əsrin gündəliyi” mühüm sənəd kimi təbii 
mühitin qlobal təhlükəsizliyinin istiqamətlərini müəyyən edir. Azərbaycan 
Respublikası  hökuməti  “XXI  əsrin  gündəliyi”  sənədinin  müddəalarına 
əsaslanaraq  ətraf  mühit  barədə  özünün  milli  konsepsiyasını  hazırladı. 
Həmçinin davamlı inkişaf və təbiətin mühafizəsinə kömək məqsədilə bir 
neçə  qanun  qəbul  etmişdir.  Təbii  mühitin  və  əhalinin  sağlamlığının 
qorunması,  milli  təbii  resurslardan  səmərəli  istifadə  edilməsi  ilə  bağlı 
hüquqi əsasların hazırlanması sahəsində işlər aparılır. Təbiətin mühafizəsi
təkcə  maliyyə  vəsaitləri  ilə  deyil,  bununla  yanaşı  inzibati  qanunlarla, 
iqtisadi tədbirlərlə, elmi tədqiqatlarla, beynəlxalq əlaqələrin yaradılması və 
onların köməyi ilə və s. tədbirlər həyata 
31 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə