Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə12/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   8   9   10   11   12   13   14   15   ...   119

Respublikasında  bioloji  müxtəlifliyin  qorunması  Və davamlı  istifadəsinə 
dair Milli Strategiya və Fəaliyyət Planı” qəbul edilmişdir [5]. Onun başlıca 
məqsədi,  ölkə  ərazisində  ekoloji  tarazlığın  tənzimlənməsi,  bitki  və 
heyvanat  aləminin  bioloji  müxtəlifliyinin,  nadir  təbiət  gözəlliklərinin  və 
təbii  ekosistemin  qorımub  saxlanılması,  onlarm  səmərəli  istifadə 
edilməsini təmin etməkdir. 
Bundan başqa, ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması ilə əlaqədar 
2006-cı ilin sentyabrında “Azərbaycan respublikasında ekoloji vəziyyətin 
yaxşılaşdınimasına  dair  2006-2010-cu  illər  kompleks  tədbirlər  Planı” 
təsdiq  edilmişdir  [4].  Planda  Bakı  Buxtasında,  Abşeron  və  digər 
regionlarda  ətraf  təbii  mühitin  qorumnası,  atmosfer  havasının,  su 
hövzələrinin,  torpağın  korlanma  mənbələrinin  müəyyən  edilməsi,  təsir 
mənbələrinə  nəzarətin  gücləndirilməsi,  regionlarda  su  təmizləyici 
qurğulann tikilməsi nəzərdə tutulur. Respublikada əhalini təmiz içməli su 
ilə  təmin  etmək  üçün  Salyanda,  Sabirabadda,  Saatlıda,  Lənkəranda, 
Naxçıvanda,  İmişlidə  və  s.  rayonlarda  su  təmizləyici  qurğular  istifadəyə 
verilmişdir. Bu sahədə hazırda ölkə ərazisində xeyli işlər görülür. Ölkənin 
yeddi  rayonunda  117  ədəd  su  təmizləyici  qurğular  tikiləcək,  Abşeronda 
30-dan  artıq  göllərdə  təmizləmə  işləri  aparılacaqdır.  “Xəzər  dənizinin 
çirklənmədən  qorunması  üzrə  bəzi  tədbirlər  haqqında”  2007-cı  ilin i>oı- 
nunda sərəncam imzalanmışdır. Sərəncamda göstərilən tədbirlərin həyata 
keçirilməsi. Xəzər dənizinin ekosisteminə təsənüfat fəaliyyətinin təsirinin 
azaldılmasına,  dənizin  nadir  balıq  növlərinin  mühafizəsinə  və 
kurort-turizm rayonlannm təşkilinə şərait yaradacaqdır. 
Bazar iqtisadiyyatına keçid dövründə təbiət və cəmi)ryətin keyfiyyətcə 
yeni  mərhələsi  meydana  çıxır.  Ekoloji  problemlər  ilk  dəfə  olaraq  dövlət 
siyasətinin  çox  mühüm  məsələləri  sırasına  daxil  edilir.  Azərbaycan 
Respublikası  Prezidentinin  2004-cü  il  11  fevral  tarixli  fərmanı  ilə 
“Azərbaycan  Respublikası  regionlarının  sosial-  iqtisadi  inkişafı  Dövlət 
Proqramı  (2004-2008-ci  illər)”  və  2009-cu  il  14  aprel  tarixli  fərmanı  ilə 
“Azərbaycan  Respublikası  regionlan-  nın  2009-2013-cü  illərdə 
sosial-iqtisadi inkişafı Dövlət Proqramı” 
35 


təsdiq  edilmişdir.  Bu  hər  iki  dövlət  sənədində  problemin  böyük 
əhəmiyyətinə  və  onun  qarşıya  qoyduğu  əsas  prinsiplərinin  həllinə  xüsusi 
diqqət yetirilir: “Ölkədə ətraf mühitə mənfi təsir edən amil- ləıun qarşısının 
alınması və ekoloji vəziyyətin yaxşılaşdırılması üçün bir sıra vacib tədbirlər 
görülməli,  o  cümlədən,  Xəzər  dənizinin  sahilboyu  zolağında,  Abşeron 
yarımadasında  və  ölkənin  digər  regionlannda  su  hövzələrinin,  havanın, 
torpağın  təbii  keyfiyyətinin  bərpa  olunması  üçün  tullantı  suları 
təmizlənməli,  çirkləndirilmiş  torpaqlar  rekultivasiya  edilməli,  geniş 
sahələrdə meşələr və yaşıllıqlar salınmalı, abadlaşdırma işləri aparılmalı və 
digər zəruri tədbirlər həyata keçirilməlidir”. 
Dövlət Proqramında ölkə iqtisadiyyatının sürətli inkişafı, ətraf mühitin 
mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə problemlərinin həlli üzrə 
aşağıdakı işlərin görülməsi üçün tədbirlər planı tərtib edilmişdir: 
‘  Kür,  Araz  və  digər  çaylarda  hidroloji  monitorinq  sisteminin 
təkmilləşdirilməsi; 

 
yaşıllaşdırma işlərinin genişləndirilməsi, şəhər və qəsəbələrin, küçə və 
prospektlərin abadlaşdırılması; 

 
regionlarda  meşə-bərpa  və  meşəsalma  tədbirlərinin  davam 
etdirilməsi; 
" rekreasiya əhəmiyyətli meşələrin müəyyən edilməsi və eko- turizmin 
inkişafı üçün xidmət infrastrukturunun təşkili; 

 
su  ehtiyatlarının  tullantı  suları  ilə  çirkləndirilməsinin,  o  cümlədən, 
transsərhəd  çirklənməsinin  qarşısının  alınması  üzrə  tədbirlərin  davam 
etdirilməsi; 

 
sənaye  müəssisələri  və  nəqliyyat  vasitələri  tərəfindən  atmosfer 
havasının  çirklənməsinin  qarşısının  alınması  üzrə  tədbirlərin  həyata 
keçirilməsi; 

 
torpaqların eroziyasına və şoranlaşmasına qarşı tədbirlərin görülməsi; 
' ekoloji təbliğat və maarifləndirmə tədbirlərinin gücləndirilməsi, tədris 
müəssisələrində ekoloji təhsilə daha geniş yer ayrıl- 
!P.aS5. 
36 


Beləliklə  ekoloji  problemlərin  həlli,  ölkənin  sosial-iqtisadi  inkişaf 
proqramının tərkib hissəsini təşkil edir. Dövlətin təbii ehtiyatlardan indi və 
gələcəkdə  maksimum  əlverişli  istifadə  etməsi  üçün  ətraf  təbii  mühitin 
mühafizəsi  barədə  ideyası,  onun  daxili  və  xarici  siyasətinin  prinsiplərini 
təmsil edir. 
Bu  prinsiplər  Azərbaycan  Respublikasının  əsas  qanununda-ılk 
Konstitusiyasında öz  əksini tapmışdır.  12-ci  maddəyə  təbiətdən  səmərəli 
istifadə edilməsini, ölkənin sosial-iqtisadi inkişafını səciyyələndirən qanun 
kimi  baxılır.  Ölkədə  indiki  və  gələcək  nəslin  maraqlan  naminə  təbii 
mühitin  yaxşılaşdırılması  və  təbii  sərvətlərin  təkrar  istehsalının  təmin 
olunması, torpaqlardan və onun təkindən səmərəli istifadə edilməsi, bitki 
və  heyvanat  aləminin,  su  resurslarının,  havanın  təmizliyinin  qorunub 
saxlanılması üçün lazımi tədbirlər qəbul edilmişdir. 
Təbiəti mühafizə və ekoloji çirklənmənin qarşısını almaq ümum- xalq 
işi  olmaqla,  şəhər  və  rayonlarda  icra  hakimiyyəti.  Ekologiya  və  Təbii 
Sərvətlər Nazirliyi, Milli Məclisin Təbii ehtiyatlardan səmərəli istifadə və 
ekologiya  komissiyası.  Prezident  Aparatının  müvafiq  səlahiyyətli 
nümayəndələri tərəfindən həyata keçirilir. 
Azərbaycan  Respublikası  Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyi, 
Azərbaycan  Respublikası  Səhiyyə  Nazirliyi  və  onlann  yerlərdəki 
səlahiyyətli  orqanlarında  ətraf  mühitin  və  təbiətdən  istifadənin  idarə 
edilməsini.  Respublika  ərazisinin  istənilən  yerində  bütün  sahələrin 
fəaliyyətinə nəzarəti həyata keçirməyin hüquqi əsaslan vardır. 
Təbiəti mühafizə sahəsində ekoloji vəziyyəti bir daha yaxşılaşdırmaq 
və  nəzarəti  gücləndirməkdə  daha  ciddi  tədbirlər  görülməsi  məqsədilə 
Ekologiya  və  Təbii  Sərv^ətlər  Nazirliyi  nəzdində  Dövlət  Ekoloji 
Ekspertiza  şöbəsi  yaradılmışdır.  Onun  vəzifəsi  əsasən  ekoloji  təhlükə 
səviyyəsinin  düzgün  qiymətləndirilməsini,  az  tullantılı  və  təbii 
ehtiyatlardan  qənaətlə  istifadə  olunması  texnologiyasının  yaradılmasını, 
təsərrüfat fəaliyyəti ilə ekoloji tələblərin uyğunluğunun təşkil edilməsini, 
planlaşdınna  və  layihələşdirmə  işlərinə  əvvəlcədən  nəzarət  edilməsini 
yerinə yetirməkdir. 
37 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə