Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə11/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   7   8   9   10   11   12   13   14   ...   119

keçirmək tələb edirdi. 
Bu  məsələləri  həll  etmək  üçün  Azərbaycan  hökuməti  tərəfindən 
1998-ci  ildə  “Ətraf  Mühitin  Mühafizəsi  üzrə  Milli  Fəaliyyət  Planı 
(ƏMMMFP)”  qəbul  edildi  [3].  Fəaliyyət  Planı  aşağıdakı  əsas  ekoloji 
problemləri əhatə edir: 

 
Sənaye müəssisələrinin, neft hasilatı və emahmn, energetikanm ətraf 
mühitin çirklənməsindən dəyən ziyan

 
Artım  qabiliyyətinin  itirilməsi,  təbii  mühitin  çirklənməsi  və  hədsiz 
ovlama ilə əlaqədar nərə ehtiyatlarının bərpa olunmaz dərəcədə azalması; 

 
Kənd və şəhər yerlərində suyun, xüsusilə içməli suyun keyfiyyətinin 
pisləşməsi, onunla əlaqədar xəstəliklərin artması; 

 
Eroziya, şoranlaşma, ağır metallar və kimyəvi maddələrlə çirklənmə 
nəticəsində  məhsuldar  kənd  təsərrüfatı  torpaqlarının  itirilməsi;  meşə 
örtüyünün  əsasən  müharibədən  zərər  çəkmiş  rayonlarda  itirilməsi  və 
mühafizə olunan ərazilərdə təhlükə və bunun nəticəsi kimi biomüxtəlifliyin 
itirilməsi; 

 
Xəzərin  səviyyəsinin  qalxması  nəticəsində  sahil  zonasında 
subasmadan və onun çirklənməsindən dəyən zərər

 
Ətraf  mühitin  problemlərinin  artması  ilə  əlaqədar  turş  yağışlar  və 
nəzarətsiz inkişaf kimi təbii xarakterli səbəblərdən mədəni irsə dəyən ziyan. 
ƏMMMFP-nı bazar iqtisadiyyatı şəraitində təbiətdən istifadənin idarə 
edilməsi  sisteminin  təkmilləşdirilməsi,  təbiəti  mühafizə  tədbirlərinin 
əsaslandıniması  sahəsində  qarşıya  çıxan  çox  ciddi  vəzifələr  qoyur. 
Fəaliyyət Planında, xüsusilə təbiətin mühafizəsi üzrə kompleks tədbirlərin 
müəyyən  edilməsi,  ətraf  təbii  mühitin  çirklənməsi  və  deqradasiyasının 
qarşısını  almaq,  təbii  ehtiyatların  xalq  təsərrüfatında  daha  da  səmərəli 
istifadə edilməsini təmin etmək üçün təbiəti mühafizənin kompleks ərazi 
sxeminin  hazırlanmasının  zəruriliyi  qəbul  edilmişdir.  Həmçinin  təbiətin 
mühafizəsi  və  təbii  resurslardan  səmərəli  istifadə  olunması  məsələləri, 
biosferin  problemləri,  az  tullantılı  texnologiya  üzrə  texniki-iqtisadi 
tədqiqatların  genişləndirilməsi  nəzərdə  tutulur.  İlk  dəfə  olaraq  Fəaliyyət 
Pla- 
32 


nmda müəssisələrin və təşkilatların təbiətin mühafizəsi üzrə planlarının və 
tədbirlərinin, təbii resurslann istifadə olunmasının norması və qaydalarmm 
gözlənilməsi,  istehsal  tullantılarının  təmizlənməsi  və  emalının  yerinə 
yetirilməsi  məcburi  surətdə  hesaba  alınmasının  məqsədyönlüyü  qəbul 
edilmişdir. 
Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra,  suveren 
dövlət  kimi  son  illər  təbiəti  mühafizə  və  təbii  ehtiyatlardan  səmərəli 
istifadə  sahəsindəki  bütün  qanunlar,  qərarlar,  sərəncamlar,  normativlər, 
beynəlxalq standartlar və normalar nəzərə alınmaqla işlənib hazırlanmış və 
qəbul  edilmişdir.  Onlardan  “Azərbaycan  Respublikasında  bioloji 
müxtəlifliyin  qorunması  və  davamlı  istifadəsinə  dair  Milli  Strategiya  və 
Fəaliyyət Planı” (2006), “Azərbaycan Respublikasında ekoloji vəziyyətin 
yaxşılaşdınimasma  dair  2006-2010-cu  illər  kompleks  tədbirlər  Planı” 
(2006),  “Xəzər  dənizinin  çirklənmədən  qorunması  üzrə  bəzi  tədbirlər 
haqqında” (2007) və s. göstərmək olar. 
Bütün  bu  sənədlərdə  təbiətdən  səmərəli  istifadənin,  təbii  mühitin 
vəziyyətinə 
nəzarətin 
yaxşılaşdıniması, 
təbiəti 
mühafizənin 
təkmilləşdirilməsi  üzrə  konkret  ölçülər  göstərilmişdir.  Bundan  başqa, 
qəbul  edilmiş  bu  sənədlərin  də  çox  mühüm  əhəmiyyəti  vardır: 
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsi” (1996), “Meliorasiya və 
İrriqasiya  haqqmda  Qanun”  (1996),  “Azərbaycan  Respublikasının  Su 
Məcəlləsi”  (1998),  “Torpaq  icarəsi  haqqında  Qanun”  (1999),  “Dövlət 
torpaq kadastrı, torpaqlann monitorinqi və yer quruluşu haqqında Qanun” 
(1999),  “Bitkilərin  mühafizəsi  haqqmda  Qanun”  (1996),  “Pestisidlər  və 
aqrokimyəvi  maddələr  haqqında  Qanun”  (1997),  “Torpağın  münbitliyi 
haqqmda qanun” (1999), “Hidrotexniki qurğulann təhlükəsizliyi haqqında 
Qanun” (2003). 
Dünyanın 
müxtəlif 
ölkələrində 
olduğu 
kimi 
Azərbaycan 
Respublikasında  da  atmosferə  atılmış  və  su  hövzələrinə  tullanmış  kon- 
sentratların yol verilmiş son həddini (KSH) tənzimləyən normativ bazalar 
hazırlanıb təsdiq edilmişdir. Demək olar ki, istismara verilmiş qurğularla 
təchiz  edilmişdir.  Əlavə  olaraq  demək  istərdik  ki,  75  şəhər  yaşayış 
məntəqələrinin yalnız 35 -də təmizləyici qurğular 
33 


vardır. Bakı şəhərində məişət tullantı sularının ümumi həcmi sutkada 1,2 
mln  m^  təşkil  edir  və  bu  suların  yalnız  50%-ə  qədəri  təmizlənir.  Orta 
hesabla 250 mln. m^ həcmində sənaye və məişət tullantıları təmizlənmədən 
su mənbələrinə, o cümlədən. Xəzər dənizinə axıdılır. Lakin son illər bir çox 
müəssisələrdə  yeni  bir  neçə  onlarca  təmizləyici  qurğular  kompleksi 
tikilmişdir və tikilir. 
2000-ci illərin başlanğıcında, ölkənin Kür və Araz çaylarından içməli 
su mənbəyi kimi istifadə edən Aran iqtisadi rayonuna daxil olan kəndlərin 
çoxunda 120-dən artıq təmizləyici mini qurğular qoyulmuşdur. Həmçinin 
ölkənin  sənaye  müəssisələrinin  suya  olan  ümumi  tələbatının  38%-i 
dövriyyə və təkrar su təchizatının payına düşürdü. 
Təbiəti mühafizə fəaliyyətinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi 
məsələlərinə 2003-cü ildə “Azərbaycan Respublikasında ekoloji cəhətdən 
dayanıqlı sosial-iqtisadi inkişafa dair Milli Proq- ramı”nda da çox böyük 
diqqət yetirilmişdir. İlk dəfə Milli Proqramda ölkənin bazar iqtisadiyyatı 
şəraitində  təbiətdən  istifadənin  nəzəri  və  praktiki  məsələləri  geniş  izah 
olunur  və  onun  iqtisadi  ef-  fektliliyinin  yüksəldilməsinin  əsas  yolları 
göstərilir. Milli Proqrama müvafiq olaraq büdcədən ölkənin sosial-iqtisadi 
inkişafına  ayrılan  vəsaitdən  yalnız  1,6  mlrd,  manatı  birbaşa  ətraf  təbii 
mühitin  mühafizəsinə  aynimışdır.  Bundan  başqa  dolayı  kapital 
qoyuluşunun, yəni birdəfəlik xərclərin artımı mühüm rol oynayır. Bunlar 
əsasən tikilən və rekonstruksiya edilən müəssisələrin layihələrinə müvafiq 
müəssisələrdə  bilavasitə  təbii  mühitin  çirklənməsinin  qarşısının  alınması 
üçün  istifadə  edilən  xərclərdir.  Bundan  başqa,  büdcədə  əməliyyat 
vasitələrinə  daxil  edilən  xərcləri  hesaba  almaq  lazımdır.  Apardığımız 
hesablamalar  göstərir  ki,  ətraf  mühitin  mühafizəsi  və  bərpasına  çəkilən 
xərclər ölkə büdcəsinin 14-15%-ni təşkil edir. 
Ətraf  mühitin  yaxşılaşdınlmasının  vacibliyini  başa  düşərək 
Azərbaycan hökuməti bu sahədə ciddi səylər göstərir. Ekoloji problemlərin 
həlli  dövlət  yenidənqurma  işlərinin  əsas  tərkib  hissəsi  kimi  gündəliyin 
vacib məsələlərinə daxil edilmiş və bu yolda mühüm addımlar atılmışdır. 
2006-cı ilin martın 24-də “Azərbaycan 
34 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə