Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə19/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   15   16   17   18   19   20   21   22   ...   119

siv istifadə edilməsi bərpa olunmayan ola bilər. Meşə və su kimi resurslar, 
bərpa  olunan  və  bərpa  olunmayan  resurslann  xassələrinin  uzlaşması  ilə 
səciyyələnir. 
Təbii resursların müəyyən iqtisadi-ekoloji dərəcəyə məxsusluğu təkcə 
onların  bu  və  ya  digər  iqtisadi,  ekoloji,  yaxud  da  sosial  proseslərdə 
iştirakına  deyil,  həm  də  onların  yenidən  bərpası  və  istifadə  edilməsi  ilə 
əlaqədar çəkilən xərcləri müəyyən edir. İqtisadi cəhətdən I qrupun bir qisim 
resurslarına  daha  çox  onların  alınmasının  əlverişli  imkanlan  ilə,  bu 
resurslann intensiv istifadəsi üçün eyni vaxtda məhdudiyyətlərin olmaması 
ilə əlaqədardır. 
Eyni  zamanda,  biosferin  bərpa  olunan  resurslanndan  istifadə  edil- 
m*əsi,  birinci  növbədə  onlann  istisman  və  yenidən  bərpa  edilməsinin 
effektli olmasından asılıdır. İnsanlar bu resursların yenidən bərpa edilməsi 
prosesinə fəal müdaxilə edir və hətta müəyyən xassələri ilə seçilən mədəni 
torpaq və meşələrin modelini yenidən canlandınr. Həmçinin insanın həyatı 
üçün mühüm əhəmiyyəti olan resursların mühafizəsi və onların keyfiyyətcə 
tükəmnədən  qorunmasının  zəruriliyi  nəzərdə  tutulur.  Bərpa  olunmayan 
mineral  xammal  resurslarından  istifadə  edilməsi,  onların  tədricən  I  və  II 
qrupunun resursları ilə əvəz olunması və eyni zamanda bərpa olunmayan 
resursların  özünün  tərkibinin  genişləndirilməsi  ilə  əlaqədardır.  Həmçinin 
onların istifadəsi zamanı resurslann yenidən bərpa olunmasının korlanması 
baş verir. Bərpa olunmayan fenomen-resurslar, ayrı-ayrı heyvan və yabanı 
bitki növləri üzrə iqtisadi münasibətlər, onların mühafizəsinin çox böyük 
xərclərilə əlaqədar olmasıdır. 
Təbii resursların qruplaşdırılmasma yeni yanaşma təbiətdən istifadənin 
sistemli  planlaşdıniması  məqsədləri  üçün  xüsusi  qruplaşdırma  tələb  edir. 
Bu  barədə  elmi  ədəbiyyatlarda  bir  çox  qruplaşdırmalar  vardır.  Bu 
qruplaşdırmalar  elə  bil  inteqral  resurslar  konsepsiyasından  törəyən 
funksional və ekoloji qruplaşdırmalann birliyini təmsil edir və burada buna. 
Yerdə həyatın mühafizəsinə müxtəlif təsərrüfat sahələri ilə istismar olunan 
yeni yaranmış sistem kimi baxılır. Ona daxil olan komponentlər, inteqral və 
kompleks məcmuyunu təşkil edir. 
56 


 
Təsarrüfat faaliyyəti prosesinda atraf mühita tasir tipologiyası. 
Planlaşdırmanın nəzəri və təcrübi işləri üçün, həmçinin, insanın ətraf 
mühitə  təsiri  ilə  əlaqədar  qruplaşdırmalar  böyük  maraq  ifadə  edir. 
Fikrimizcə, cəmiyyətin təsərrüfat fəaliyyəti prosesində ətraf mühitə təsirin 
aşağıdakı amilləri (növləri) seçilir: 
I.  Ərazinin  məşğulluğu;  II.  Təsərrüfatın  istifadəsi  üçün  resursların 
ayrılması; III. Mexaniki korlanma; IV. Bioloji təsir; V. İstilik çirklənməsi; 
VI. Radioaktiv çirklənmə; VII. Səs təsiri; VIII. Təbii mühitin çirklənməsi, o 
cümlədən; I) kimyəvi; 2) fiziki (radiodalğa- lar, titrəyiş, elektrik sahəsi). 
Ətraf mühitə təsirin ən böyük təhlükəli amillərindən biri, onun kimyəvi 
çirklənməsidir. Çirklənmə dedikdə təkcə insanların sağ- 
57 


lamlığına pis təsir göstərən zəhərli maddələrin ətraf mühitə atılması deyil, 
həm də biosenozlara və materiallara zərər yetirən hər hansı bir maddənin 
daxil olması başa düşülməlidir [123]. 
Çirklənmə  ilə  çirkləndiricilər  və  çirkləndirici  maddələr  anlayışları 
əlaqədardır. Çirkləndiricilər-ətraf təbii mühitin çirklənməsinin mənbələrinə 
xidmət  edən  müxtəlif  obyektlərdir.  Məsələn,  sənaye,  kənd  təsərrüfatı, 
nəqliyyat və s. Çirkləndirici maddələr- ətraf təbii mühiti çirkləndirən bu və 
ya  digər  istehsal  məhsulları,  məişət  əşyalan,  yaxud  da  materiallarıdır. 
Burada  həmçinin  bilavasitə  istehsal  prosesləri  ilə  əlaqədar  ilkin 
çirkləndiriciləri  və  son  məhsullann  istifadəsi  ilə  təmsil  olunan  təkrar 
çirkləndiriciləri fərq- ləndimıək lazımdır. 
Məlum  olduğu  kimi  istehsallar  və  sahələr  ətraf  mühitə  təsirin 
xarakterinə görə çox mühüm dərəcədə fərqlənirlər. Burada da onları ətraf 
mühitə  təhlükəli  təsir  göstərən  sənaye  sahələri-energetika,  qara 
metallurgiya  və  əlvan  metallurgiya,  kimya  və  mülayim  təhlükə 
göstərən-toxuculuq, azmetaltutumlu maşınqayırma və s. sənaye sahələrinə 
bölmək  olar.  Təcrübi  fəaliyyətdə  sahələrin  təsir  dərəcəsinə  görə  bölgüsü 
istehsalın sanitar-ekoloji təsnifatında və sanitar-mühafizə zonalarının ona 
müvafiq  ölçülərinin  dərəcəsində  öz  əksini  tapmışdır.  Tək-tək  tullantı 
mənbələrini  nöqtəvari  -  stasionar-zavod  bacalan;  nöqtəvari  - 
səyyar-nəqliyyat;  meydança  mənbələri  -  kimyəvi  maddələrin  atıldığı 
sahələr və s. ola bilər [123]. 
Ətraf mühitə təsirin qiymətləndirmə göstəricilərinin ayrılması mühüm 
problemlərdəndir.  Tədqiq  edilən  prosesin  kəmiyyətcə  ifadəsinə  müxtəlif 
cür  yanaşmalar  vardır.  Belə  ki,  bımlardan  üç  qarışıq  əlaqəli 
qrupların-demoqrafık  və  texnoloji  təzyiq,  mexaniki  gərginlik  indeksinin 
göstəricilərinin  aynimasmı  qeyd  etmək  olar  [153].  Tədqiqatın  gələcək 
məsələlərinin  həlli,  əsasən  ətraf  təbii  mühitə  onun  komponentlərinə  və 
onların  uzlaşmasına  gərginliyin  yekun  göstəricilərinin  toplusunun 
çıxarılması  ilə  əlaqədardır.  Digər  qrup-  laşdınnalarda  təklif  oluna  bilər. 
Fikrimizcə,  bunun  üçün  balla  qiymətləndirmənin  şkalasınm  işlənib 
hazırlanması məqsədəuyğundur. Bununla təbii mühitin ayrı-ayrı gərginlik 
mənbələrinin müqayisə 
58 


sini  qaydaya  salmaq,  sonra  isə  müəyyən  gərginlik  şəraitində  istehsal 
obyektlərinin  seçilməsini  yerinə  yetirmək  olar.  Belə  göstəricilər  (şərti 
vahidlə  qəbul  edilir)  müvafiq  rayonlaşdırmanın  inkişafında  antropogen 
təzyiqin təhlili üçün böyük dəyərə malikdir. 
1.5.
 
Təbiətdən istifadənin sosial-iqtisadi və coğrafi mahiyyəti 
Təbiətdən istifadə-iqtisadi-ekoloji sistem çərçivəsində həyata keçirilən 
ictimai  istehsal  və  ətraf  mühitin  təsirinin  maddələr  mübadiləsinin  yerinə 
yetirilməsinin əsas formasıdır. O, təbii sərvətlərin səmərəli istifadəsi, təkrar 
istehsalın və ətraf mühitin mühafizəsi prosesində istehsal münasibətlərinin 
formalannı özündə əks etdirir. Göründüyü kimi, təbiətdən istifadə insanın 
fəalİ3^ət növünün məcmuyundan ibarət olub, ətraf təbii mühitə kompleks 
təsir  göstərən  olduqca  geniş  təsərrüfat  tədbirləri  sistemini  əhatə  edir  və 
bilavasitə sənayenin, kənd təsərrüfatının, qeyri-istehsal sahələrinin inkişafı 
ilə əlaqədardır. 
Azərbaycanda H.Əliyev [92], B.Budaqov [25], A.Əsgərov, N.Nəbiyev 
[8],  Ş.Göyçaylı  [25],  N.Babaxanov  [21]  və  bir  sıra  digər  alimlərin 
apardıqları  tədqiqatların,  təbiətdən  istifadə  sahəsinin  elmi-nəzəri 
əsaslarının  yaradılmasında  apancı  rolu  olmuşdur.  Ölkəmizdə  bazar 
iqtisadiyyatı  şəraitində  təbiətdən  istifadənin  əsasını  istehsal  vasitələri  və 
əmək  alətləri  üzərində  mülkiyyətin  müxtəlif  formaları  təşkil  edir.  Bazar 
iqtisadiyyatı, yaxud da onun digər sələfləri, ictimai-tarixi fonnasiyalar, əsas 
etibarilə təbiətdən istifadədə fərqlənirlər. 
Müasir  təbiətdən  istifadənin  məqsədi  əhalinin tələbatının  ödənilməsi, 
ictimai istehsalın effektivliyinin daha da yüksəldilməsi ilə əlaqədar mühitə 
kompleks təsiri yerinə yetirir və əsas vəzifələri aşağıdakılardan ibarətdir: 

 
cəmiyyətin təbii resurslara artan tələbatının ödənilməsi

 
təbii  mühitin  məhsuldarlığının  yüksəldilməsi,  təbii  resursların 
yenidən təkrar istehsalı üçün şəraitin yaradılması; 

 
təbii  resurslardan  istifadənin  effektivliyinin  daim  yüksəldilməsi 
hesabına əməyə qənaət edilməsi
59 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə