Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə20/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   16   17   18   19   20   21   22   23   ...   119

* bəıpa olunmayan resurslardan səmərəli, qənaətlə istifadə edilməsi. 
Bundan  başqa,  bazar  iqtisadiyatı  şəraitində  təbiətdən  səmərəli 
istifadənin ən mühüm prinsipləri aşağıdakılardan ibarətdir: 
1)
 
Müəyyən  yerli  şəraitdə  təbii  resurslardan  istifadənin  müvafiq 
xarakteri və üsulları; 
2)
 
Təbiətdən  istifadənin  mənfi  nəticələrini  qabaqcadan  görmək  və 
vaxtında qarşısının alınmasının maksimum imkanları; 
3)
 
Təbii resurslann mənimsənilməsinin intensivliyinin artması; 
4)
 
Təbii resurslann elmi və estetik dəyərinin saxlanılması; 
5)
 
Təbii 
resursların 
təsərrüfatda 
istifadəsinin 
ardıcıllığının 
məqsədyönlüyünü gözləmək
6)
 
Təbii  resurslardan  təsərrüfatın  ayrı-ayrı  sahələrində  istifadənin 
kompleks xarakteri
7)
 
Faydalı qazıntıların hasilatı, saflaşdırılması və emalı zamanı alman 
itkilərin aradan qaldırılması və yaxud da azaldılması; 
8)
 
İstehsalın hərtərəfli ekologiyalaşdırılması. 
Aşağıdakı sxem təbiətdən istifadənin əsas istiqamətləri və növləri üzrə 
qruplaşdırılması verilir. Oxşar qruplaşdınimaların hazırlanmasının çətinliyi 
ondadır ki, təbiətdən istifadənin bütün istiqamətləri və növləri demək olar 
ki,  öz  aralarında  bir-birinə  olduqca  çox  dolaşmışdır  və  bir  istiqamətin 
haradan  başlayıb  və  harada  qurtardığını  ayırmaq  həqiqətən  də  çətindir. 
Əvvəllər təbiətdən istifadə olduqca dar mənada başa düşülürdü və əslində 
ənənəvi resurs istehlakı istiqamətinin birinci növü ilə eyniləşdirilirdi. 
Elmi-texniki tərəqqi müasir istehsalın miqyasını dəfələrlə genişləndirdi 
və  onun  ətraf  mühitlə  əlaqəsini  mühüm  dərəcədə  çətinləşdirdi.  O,  təkcə 
təbii  resursların  yenidən  təkrar  istehsalının  genişləndirilməsində  insanın 
fəal iştirakını tələb etmir, həm də onun cəmiyyətin maraqları üçün daha da 
effektli istifadəsində  ətraf mühitin  kompleks  yenidən  qurulmasına  lazımi 
şərait yaradır. Sxem təbiətdən istifadənin iki istiqaməti-konstruktiv yenidən 
bərpa etmək və təbii resursların yenidən təkrar istehsalı, öz aralarında sıx 
əlaqədardır,  bir-birini  əvəz  edir.  Ətraf  mühitin  yenidən  bərpa 
edilməsi-keyfiyyət 
dəyişikliklərini, 
təkrar 
istehsal-kəmiyyət 
dəyişikliklərini nəzərə çarpdırır. 
60 


 
Təbiətdən istifadənin əsas tipoloji modellərL 
61 


Eyni  zamanda  cəmiyyətin  yenidən  bərpa  etmək  fəaliyyəti  və  təbii 
resursların təkrar istehsalının genişlənməsi bu gün artıq həqiqətən ekoloji, 
təbiətin mühafizə məsələlərindən kənar tədqiq oluna bilməz. Əslində təbii 
mühitin mühafizəsi elementləri artıq konstruktiv yenidən bərpa etmək və 
təbii resursların təkrar istehsalı istiqamətlərinə daxil edilmişdir. Başqa cür 
də  ola  bilməz,  çünki  yenidən  bərpa  etmək  fəaliyyəti  ətraf  təbii  mühitin 
mühafizəsi  probleminin  həllindən  aynimazdır.  Onun  nəticələri  ekoloji 
tarazlığın  saxlanması  üzrə  tədbirlərin  görülməsinə  lazımi  şərait  yarada 
bilər. Belə ki, Ceyranbatan su anbarının yaradılması və istismarı buradakı 
suların  sənaye,  kənd  təsərrüfatı,  məişət  və  digər  çirkablardan  mühafizəsi 
məsələlərini  olduqca  aktuallaşdırır,  nəzərə  alsaq  ki,  bir  tərəfdən 
Ceyranbatan su anbanmn çaylarla müqayisəsinə görə öz-özünü təmizləmə 
qabiliyyətinin maya dəyəri çox aşağıdır, digər cəhətdən isə iri su anban kimi 
Bakı və Sumqayıt şəhərlərinin su təchizatının mühüm mənbələrindəndir. 
Müasir  istehsal  sahəsində  təbii  resursların  təkrar  istehsalma,  eyni 
zamanda  yaşayış  mühiti  və  təbii  resurslann  mühafizəsi  ilə  sıx  əlaqədar 
tədbirləri,  məsələn,  çirkab  suların  və  çirklənmiş  havanın  təmizlənməsi, 
toıpaqlarm rekultivasiyası, su və hava hövzələrinin yoluxma mənbələrinin 
məhv edilməsi yollan daxildir. Bu tədbirləri xüsusən təbiəti mühafizə ilə 
eyniləşdirmək  olmaz.  Axı  çirklənmiş  suyun  təmizlənməsi  artıq  bu 
mühafizədən  sonra  fəaliyyətdə  olan  mənfi  təsirin  nəticələrinin  ləğv 
edilməsidir [116]. 
Digər  tərəfdən  təkrar  istehsal  fəaliyyətinin  xarakterinə  ətraf  mühitin 
mühafizəsi məsələləri aktiv təsir göstərir. Bundan başqa, təbiəti mühafizə 
effekti  təkrar  istehsal  ilə  bir-birinə  sıx  surətdə  sa-  nlmışdır.  Məsələn,  su 
mühafizə  zonasında  100  hektar  meşəlik  sahə  80,3  min  ton  təmiz  suyu 
qoruyub  saxlayır.  Digər  misal,  bir  ton  oduncağm  yaranması  zamanı 
fotosintez  prosesində  orta  hesabla  1,83  ton  karbon  qazı  udulur,  1,23  ton 
oksigen ayrılır, 1 hektar şam meşəsindən il ərzində 30 ton oksigen ayrılır.* 
Ətraf mühitin və təbii resurslann mühafizəsi, təbiətdən istifadə 
* “Аргументы и факты” qəzeti, 2004, 3 oktyabr 
62 


nin  özünəməxsus  istiqamətləridir.  Hələ  yaxın  zamanlara  qədər  təbiətin 
mühafizəsinin məqsədinin Yer kürəsində məhv olmaqda olan diqqətəlayiq 
(maraqlı)  təbiət  obyektlərinin,  nadir  bitki  və  heyvan  növlərinin 
saxlanılması hesab edilirdi. Yalnız son 30 ildən artıqdır ki, ətraf mühitin 
mühafizəsi  barədə  təsəvvürlər  formalaşmağa  başlamışdır.  Onlar  arasında 
təbii  sistemlərin  tarazlığına  nail  olmaq,  daha  da  zəngin  landşaftların 
saxlanması, təbii mühitin çirkləmnə- sinin və təbii resursların yol verilən 
həddən  çox  deqradasiyasının  qarşısının  alınmasına  istiqamətləndirilmiş 
kompleks  elmi  cəhətdən  əsaslandırılmış  dövlət  və  ictimai  tədbirləri 
göstərmək olar. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  çirklənmədən  tam  mühafizəyə  nail 
olmaq tamamilə mümkün deyil. Aparılan müşahidələr, coği'afi ədəbiyyat 
mənbələrinin təhlili göstərir ki, təbiətin özünün mövcud olması üçün ətraf 
mühitdə  də  müəyyən  həddə  qədər  çirklənmə  labüddür.  O  optimal 
çirklənmədir, həyatın inkişafını təmin edir, onun vasitəsilə mühitin özündə 
təmizlənmə  gedir  [131].  Abşeron  yarımadasında  yeraltı  sularda  aşkar 
edilən  uran,  radium,  torium  və  s.  kimi  radioaktiv  maddələr  təbii  və  süni 
yollarla  əmələ  gəlmişdir.  Burada  neft  hasilatı  və  təsənfifatın  digər 
sahələrinin  inkişafı  ilə  əlaqədar  süni  yollarla  radioaktiv  çirkləmnənin 
səviyyəsi  xeyli  artmışdır.  Bu  da  təbii  yolla  çirklənmənin  tarazlığının 
pozulmasına gətirmişdir. Neft məhsullannm tullantılarının həddindən çox 
toplandığı ərazilərdə torpaq qatında və qrunt sularında radioaktiv maddələr 
toplanır və radon qazının ayrılması da müşahidə edilir. Radon yüksək kon- 
sentrasiyada olanda xərçəng xəstəliyinin yaranmasına şərait yaradır. Neft 
tullantı  suları  ilə  qidalanan  Böyük  şor  gölündən  Bakı  Yod  zavodu  yod 
almaq  üçün  istifadə  edir.  Bu  lay  suları  radionuklidlərlə-  radium-226, 
torium-228 və kalium - 40-zəngindir [64]. Şübhəsiz ki, bütün bu tullantılar 
ətraf  mühit  üçün  ekoloji  təhlükə  yaradır.  Bununla  yanaşı,  Abşeron 
yarımadasında bir neçə sanatoriyada radonla zəngin yeraltı lay sularından 
müalicə məqsədilə istifadə edilir. 
Digər  bir  misalı  dünyanın  ən  dərin  şirin  sulu  gölü  olan  Baykalla 
əlaqədar qeyd etmək olar. Ona tökülən çayların suyımda da təmiz təkrar su 
istehsal edən Baykal gölü çox güclü bioloji süzgəcdən iba 
63 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə