Elmi redaktor: Rəyçilər: Qurbanzadə A. A. coğrafiya elmləri doktoru, professor



Yüklə 3,16 Kb.
Pdf görüntüsü
səhifə18/119
tarix23.01.2018
ölçüsü3,16 Kb.
#22406
1   ...   14   15   16   17   18   19   20   21   ...   119

Cənubi Alyaska və Qrenlandiya buzlaqlarından istifadə etməyin texniki və 
iqtisadi imkanları araşdırılır. Amerikalı okeanoqraf D.Ayzek aysberqlərdən 
Afrika  və  Avstraliyanın  səhralarından  ibarət  sahələrin  suvanimasında 
istifadə etməyi təklif edirdi. Onun fikrincə, 6-7 yedəklə milyardlarla ton buz 
dağını çəkib aparmaq olar. Bir neçə aysberqdə olan içməli su, Volqa çayının 
il ərzində Xəzər dənizinə gətirdiyi suya bərabərdir (çoxillik orta qiyməti 239 
kub km./ildir) Özü də bu olduqca təmiz və şəffafdır [148]. 
Təbii  ehtiyatların  əsas  əlamətlərini  ayırmaq,  onları  digər  maddi 
resurslardan  əhəmiyyətli  tərzdə  fərqləndirmək  lazımdır,  bunun  üçün 
aşağıdakıları müəyyən etmək lazımdır: 

 
Məlum  ərazi  daxilində  təbii  resursların  bəzi  mühüm  növlərinin 
vəziyyəti  və  müəyyən  şəraitdə  öz-özünün  təkrar istehsalının  kəmiyyət  və 
keyfiyyətcə vəziyyəti; 

 
Təbii  təkamül  nəticəsində  və  insanların  təsiri,  nüfuzu  altında  təbii 
resursların bir keyfiyyət halından digərinə keçidin vəziyyəti

 
İnsanların  istehsal  və  qeyri-istehsal  fəaliyyətinin  intensivliyi,  təbii 
resursların  keyfiyyətcə  vəziyyətinin  texnoloji  üsuldan  asılılığı,  adamların 
həyat  fəaliyyətinin  şəraiti  ilə  təbii  resursların  vəziyyəti  və  qiymətinin 
konkret əlaqəsi; 

 
Hər bir konkret təbii resursların kəmiyyət və keyfiyyətcə digər təbii 
resursların vəziyyəti və dəyişməsindən kəmiyyət və keyfiyyətcə asılılığı. 
Təbii  şərait  ölkənin  məhsuldar  qüvvələrinin,  təsərrüfatın  bütün 
sahələrinin inkişafına güclü təsir göstərir. Onun müasir qruplaşdı- rılması, 
yerli  təbii  şərait  və  təbii  resurslarla  sıx  əlaqədə  formalaşmış  və  sürətlə 
inkişaf  etmişdir.  İndiki  dövrdə  bazar  iqtisadiyyatı  şəraitində  inkişaf  edən 
ölkəmizdə  və  onun  ayrı-ayn  regionlannda  təbii  şərait  və  təbii  resurslann 
dərindən  öyrənilməsi,  düzgün  qiymətləndirilməsi,  onlardan  səmərəli 
istifadə edilməsi ətı:af mühitin mühafizəsində mühüm rol oynayır. 
Təbii  şəraitin  müəyyənləşdirilməsinə  yanaşmanın  çox  mürəkkəb 
olduğu  barədə  coğrafi  ədəbiyyatlarda  geniş  məlumatlar  vardır.  A.Mints 
təbii şəraitə iki müstəvidə-daha geniş mənada təbiətin 
53 


bütün  elementlərinin  məcmujnı,  dar  mənada  isə  insanın  həyatı  və 
cəmiyyətin  fəaliyyəti  üçün  zəruri  məhsuldar  qüvvələrin  müəyyən 
səviyyədə  inkişafı,  amma  maddi  istehsalda  və  insanların  qeyri-istehsal 
sahələrində  bilavasitə  iştirak  etməyən  təbii  cisim  və  qüvvə  kimi  baxırdı 
[144]. 
Lakin  elə  yanaşmanın  çatışmamazlıqları  haqqında  ədəbiyyatlarda 
çoxlu  qeydlər  vardır.  Fikrimizcə,  burada  başlıca  çatışmamaz-  lıq  təbii 
şəraitin və təbii resurslann kəskin ayrılmasındadır, bu isə təcrübi cəhətdən 
çox  çətindir  və  yerinə  yetirilə  bilməz.  Adətən  şərait  dedikdə  hadisələrin 
məcmuyu  nəzərdə  tutulur  və  konkret  hadisə  və  proseslərin,  məsələn, 
şəhərsalmanın, istirahət şəraitinin və s. həyata keçirilməsidir. Nəzərə almaq 
lazımdır  ki,  istər  istehsalda,  yaxud  da  qeyri-istehsal  sahəsində  istifadə 
edilən mühitin bu və ya digər komponenti, məsələn, su, günəş enerjisi bir 
halda resurs ola bilər, digər halda isə şəraitin tərkibinə daxil olur. 
Təcrübi  nöqteyi-nəzərdən  müxtəlif  təbii  resurslardan  istifadə 
edilməsinə,  yenidən  bərpa  edilməsinə,  mühafizəsinə  və  s.  görə  həyata 
keçirilən  tədbirlərlə  əlaqədar  onların  idarə  edilməsi  və  planlaşdırılması 
məqsədilə  təbii  resursların  bu  və  ya  digər  qruplarından  istifadə  edilməsi 
məqsədəuyğundur. 
Təbii  resursların  qruplaşdırılmasmda  iqtisadi  kateqoriya  insan 
fəaliyyətində onların istifadəsinin əsas istiqamətləri ilə müəyyən edilir və 
iki əsas qrupa bölünür
*
 
Bilavasitə insanların yaşayışı, onun təkrar istehsal mənbələri. 
*
 
Maddi  istehsal  vasitələri,  onun  inkişafının  mühüm  amillərinin 
mənbələri. 
Təbii ki, belə bölgü, elmi-texniki tərəqqinin sürətli inkişafı ilə əlaqədar 
nisbidir. Məsələn, termal mənbələrin istifadə edilmiş sularından əla istilik 
alınır. 
Birinci qrupun daxilində insanlann həyatı üçün zəruri olan-hava, su və 
s.  kimi  resursları,  eləcə  də  qeyri-istehsal  təyinatlı-rekreasiya,  sağlamlıq, 
estetik resurslarını ayırmaq olar. Son vaxtlar sonuncu qeyd edilən resurslara 
çox böyük diqqət ayrılır. Yadda saxlamaq lazımdır ki, təbii resursları gözə 
çarpan obyektlərlə eyniləşdirmək 
54 


vacib  deyil.  İnsan  təbiətin  ona  verdiyi  imkanlardan  istifadə  etməklə 
resursları özü yaradır. Əlverişli həyat şəraiti yaradan təbii resurslar mühüm 
amillərə  malikdir.  Bununla  əlaqədar  təbii  resursların  yeni  tipi-təbiətin 
fenomen  (nadir)  resursları  ayrılır.  Bu  resurslar  estetik  rekreasiya 
dəyərlərinə,  istehsal  cəhətdən  heç  bir  əvəzedicisi  olmayan  üstünlüklərə 
malikdir.  Onların  bərpasının  texniki  imkanları  da  yoxdur.  Bu  cəhətdən 
ikinci qrupu iki yarımqrupa bölmək olar: 
1)
 
Bilavasitə  maddi  istehsalın  tələbatını  ödəyən  resurslar-xammal, 
enerji, materiallar. 
2)
 
İstifadə edilən, lakin təbii mühitdən ayrılmayan resurslar-məsələn, 
çay nəqliyyatı üçün su. 
Görünür təbii mühitin öyrənilməsinin müasir mərhələsi elə həddə çatıb 
ki,  artıq  resurslar  sisteminə  üçüncü  qrupu  da  daxil  etmək  olar.  Məsələn, 
okeanların planktonları. Formal olaraq bu heç bir qrupa daxil deyildir. Belə 
ki, bilavasitə insanların istehlakında və maddi istehsalda istifadə edilmir, 
lakin təbiətdə maddə və enerji dövranında zəruri həlqəni təşkil edir. 
Təbii  resurslann  tükənmə  və  bərpa  olunma  dərəcəsinə  görə  qru- 
plaşdırılması ekoloji planlaşdırma və proqnozlaşdırma üçün böyük maraq 
doğurur: 
I- Əməli cəhətdən tükənməyən qeyri-məhdud resurslar, yəni insanlar 
tərəfindən onların yenidən bərpası lazım olmur və kənardan fasiləsiz olaraq 
artırlar-günəş eneıjisi, külək enerjisi, qabarma və çəkilmələr və s. 
II
 
- Tükənən resurslar - bunlar iki yarımqrupa bölünür: 
1)
 
Bərpa olunan resurslar; amma onların mühafizəsi və yenidən bərpası 
üzrə lazımi tədbirlər yerinə yetirilməlidir. 
2)
 
Bərpa  olunmayan  və  əvəzedicisi  olmayan  resurslar-mineral- 
xammal resurslarının bütün növləri, fenomen resurslar, ayrı-ayrı heyvan və 
yabanı bitki növləri. 
Şübhəsiz burada müəyyən düzəlişlər tələb olunur. Məsələn, biosferin 
resurslarının əsasən özünü yenidən bəıpa etmə qabiliyyəti onların bərpasına 
səbəb  olur,  onların  bərpa  olunma  sürətinin  həddindən  artıq  olmasına 
baxmayaraq, onların kifayət qədər çox inten 
55 


Yüklə 3,16 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə